Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1070/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Məmmədov Xəqani Səyyad oğlu, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı Əlibaba qızının, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Əlibaba qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edi lməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2523/2018 saylı iş üzrə 15 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında 16 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2046/2018 saylı, 11 iyun 2018-ci il tarixli qərarı (hakim - R.L.Kərimli) ilə iddia təmin edilmiş, İddiaçı qızına onun 29 iyul 1975-ci il tarixindən 03 iyun 1976-cı il tarixinədək Bakı Komvol Kombinatında darayıcı işlədiyi, 16 sentyabr 1994-cü il tarixindən 01 sentyabr 1995-ci il tarixinədək və 01 oktyabr 2006-cı il tarixindən sonra Səbail rayonu 58 saylı MKİS-də xadimə işlədiyi dövr sosial sığor ta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2523/2018 saylı, 15 noyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2046/2018 saylı, 11 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra isə cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2523/2018 saylı, 15 noyabr 20 18-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarı ləğv etməklə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sözügedən kassasiya şikayəti prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq şikayət vermə müddəti ötürülməklə verildiyindən iş məhkəmə tərəfindən dinlənilmə hüququnun təmin edliməsi üçün kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili verdiyi izahatında ötürülmüş müddəti bərpa edərək şikayətin mümkün sayılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 90.3-cü maddəsinə görə bu fəsildə baş qa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə görə kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Həmin Məcəllənin 22-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. İPM-in 24.1-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 95.1-ci maddəsinə əsasən kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qə rardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; dövlət rüsumunun ödənilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Həmin Məcəllənin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrində isə təsbit edilmişdir ki, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirak çılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. İş materiallarından görünür ki, kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq müddət buraxılmaqla verilmişdir. Belə ki, işdəki poçt xəbərnaməsinə (i.v.61) görə məhkəmə qərarını cavabdeh 26 noyabr 2018-ci ildə almış, kassasiya şikayətini isə 11 yanvar 2019-cu il tarixdə vermiş, beləliklə də, bir aylıq kassasiya şikayəti vermə müddətini buraxmışdır. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra proses iştirakçılarının dinlənmə hüquqlarının təmin edilməsi ilə əlaqədar iş kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin edilmiş, yol verilmiş pozuntular göstərilməklə cavabdehə ünv anlanmış 20 fevral 2019-cu il tarixli, 21(102)-1070/19 saylı bildirişdə təyin edilmiş məhkəmə iclasınadək göstərilən konkret çatışmazlıqların aradan qaldırılması cavabdehə təklif olunmuş, həmçinin qüsurların aradan qaldırılmamasının doğura biləcəyi hüquqi nəticələr aydın şəkildə izah olunmuşdur. Lakin cavabdeh sərəncamında olan kifayət qədər vaxt ərzində kassasiya şikayətindəki qüsurların aradan qaldırılmasına yönəlmiş hər hansı hərəkət etməmişdir (müddətin bərpasına dair ərizə verməmiş və ya şikayətin vaxtında verildiyinə dair sübut təqdim etməmişdir). Bundan başqa, cavabdehin məhkəmə iclasında iştirak edən vəkili də sözügedən qüsurların aradan qaldırılması ilə bağlı hər hansı prosessual hərəkət etməmişdir. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməməklə verildiyindən, eləcə də yol verilmiş qüsurlar diqqətinə çatdırılmasına baxmayaraq cavabdeh tərəfindən aradan qaldırılmadığından kassasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməli, eləcə də, bununla apellyasiya məhkəməsinin qərarının qanuni qüvvəyə mindiyi tərəflərə izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2523/2018 saylı iş üzrə 15 noyabr 2018-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1070/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1070/2019
16.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver