Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1070/2021 16.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 mart tarixli, 2-1(103)-124/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1941-ci il tarixində Rusiya Federasiyasında anadan olmuşdur və hazırda ünvan 1 ünvanında yaşayır.
2. İddiaçının həyat yoldaşı X4 1996-cı il tarixdən əmək pensiyası təyin olunmuş və ödənilmişdir. İddiaçının ərinə 03.02.2011-ci il tarixdə 2 saylı Zona TSEK-nın SER TSE01№121066 saylı arayışına əsasən İ dərəcə əlillik verilmiş, 18 iyul 2016-cı il tarixdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən X3 əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1-ci qrup əlillik dərəcəsi müddətsiz verilmişdir.
3. Bundan sonra Bakı Apelyasiya Məhkəmsinin 28.09.2017-ci il tarixli 2-1(103)1722 saylı qərarı ilə X4 18 iyul 2016-cı il tarixdən təyin edilmiş əlilliyə görə pensiyanın 03 fevral 2011-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə olunmuşdur. Məmmədov Qəzənfər 23 fevral 2018-ci il tarixdə vəfat etmişdir.
4. Bundan sonra, yəni 02.03.2018-ci il tarixdə DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin qərarı ilə iddiaçıya ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin olunmuş və pensiyanın məbləği 716,48 manat hesablanmışdır.
5. İddiaçı cavabdehə 05.11.2018-ci il tarixdə müraciət edərək, mərhum ərinə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.
6. Cavabdeh iddiaçıya 28 dekabr 2018-ci il tarixli məktubla cavab verərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.2.5-ci maddəsində qeyd olunan əlavənin ödənilməsinə dair idarənin üzərinə hər hansı bir vəzifə qoyulmadığını bildirmiş və iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2011-ci il 3 fevral tarixindən 2018-ci il 21 fevral tarixinə qədər həyat yoldaşının əmək pensiyasını yenidən hesablayaraq “Əmək pensiyaları haqqında” Qan unun 19.1.7.1-ci maddəsinə əsasən qalıq hissənin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı X5 1996-cı il tarixdən əmək pensiyası almışdır. 03 fevral 2011-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ərazi üzrə Tibbi Sosial Ekspertiza Komissiyasından müayinədən keçdikdən sonra İ qrup əlil olması qərara alınmışdır. 18 iyul 2016-cı il tarixdən qeyd olunan komissiyanın qərarı ilə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda İ qrup əlil kimi həyat yoldaşına verilmişdir. 2017-ci ilin yanvar ayından həyat yoldaşı əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh öz cavabında bildirmişdir ki, ona əmək pensiyası verilir və ona he ç bir əlavə düşmür. Bu işlə bağlı həyat yoldaşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamışdır. Lakin, cavabdeh tərəfindən qərar icra olunmamışdır. 23 fevral 2018-ci il tarixdə onun həyat yoldaşı X5 xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 19.2.5-ci maddəsinə əsasən əmək pensiyasını yenidən hesablanaraq və qalıq hissəsinin verilməsi barədə sərəncam verilməsi tələbi ilə 05.11.2018-ci il tarixdə o, cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2.5-ci madd əsində qeyd olunan əlavənin ödənilməsinə dair İdarənin üzərinə hər hansı bir vəzifə qoyulmamışdır. Cavabdeh inzibati orqanın imtinası ilə razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Cavabdeh orqan etirazını onunla əsaslandırmışdır ki, iddiaçı özü şəxsən “Əmək pensiyaları haqqında” Qanunun əvvəlki 19.2.5-ci və ya hazırda qüvvədə olan 19.1.7.1-ci maddəsinə əsaslanmaqla belə bir tələb irəli sürürsə, onda iddiaçının hüququnun olmadığı aşkardır. Çünki hər iki maddə yalnız müharibə əlillərinə aiddir. İddiaçı ailə başçısını itirməyə görə pensiya alır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsi ailə başçısını itirməyə görə pensiyanın hesablanması qaydasını müəyyən edir. Həmin maddəyə əsasən, ailə başçısını itirməyə görə pensiya ailə başçısının təminat xərcliyindən hesablanır. İddiaçının mərhum ərinin əlil kimi aldığı pensiya məbləğinin iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın miqdarının müəyyənləşdirilməsində heç bir rol oynamır. Əgər iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi əsasında mərhum X8 hesablanıb ödənilməli olan məbləği tələb edirsə, bu tələbə inzibati icraatda baxıla bilməz. X8 tələbinin təmin olunması haqqında apellyasiya məhkəməsinin qərarı qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İddiaçı, qərarın icrası mərhələsində ərinin hüquqi varisi kimi hüquqlarının pozulduğunu iddia edirsə, onda məhz icra icraatı çərçivəsində bu məsələlərə hüquqi qiymət verilə bilər. İddiaçın ın bu məsələ ilə bağlı ayrıca iddia qaldırmaq hüququ yoxdur. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakim – Aygün Abdullayeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilməmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1.7.1-ci maddəsi yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə şamil olunur. İddiaçının mərhum əri isə əlilliyə görə əmək pensiyası almışdır. Bu səbəbdən də, iddiaçının tə ləb etdiyi həmin maddənin mərhum ərinin pensiyasına tətbiq edilməsi qanunvericiliyə uyğun deyil.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia ərizəsinə uyğun əsaslandırmış və məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2921/2019 nömrəli, 13.12.2019-cu il tarixli qərarı ilə (sədrlik edən – Səriyyə Seyidova, hakimlər – Vidadi Məmmədov və İlham Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)777/2020 nömrəli, 24 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2921/2019 nömrəli, 13.12.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş materialları yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
17. Ali Məhkəmənin göstərişi ondan ibarət olmuşdur ki, iş materiallarında iddiaçının ərinə hər hansı növ – yaşa görə, əlilliyə görə və ya sosial pensiya təyin olunması barədə sübut yoxdur. İddiaçının əri pensiyaçı olduğundan və ona təyin olunan pensiyanın məbləği mübahisələndirildiyinə görə məhkəmələr İPM-in 12-ci maddəsinin tələblərinə əməl olunması üçün həmin pensiya işini tələb etməklə iddiaçının dəlillərini araşdırmalı, pensiya işi əsasında ona hansı əsaslarla pensiya təyin olunduğunu müəyyən etməli idi. X1 pensiya işinin əldə olunması üçün sorğu verilməmişdir. Təkrar apellyasiya baxışı zamanı sözügedən pensiya işi tələb olunub, iddiaçıya hansı növ pensiya təyin olunduğu və pensiyanın düzgün hesablandığı araşdırılmalı və nəticəsindən asıllı olaraq qərar qəbul edilməlidir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci i l 3 mart tarixli 21(103)-124/2021 nömrəli qərarına əsasən (sədrlik edən – Həmid Həmidov, hakimlər – Elmira Nağıyeva və Məmməd Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1477/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Məhkəmə qərarı iddiaçıya 2021-ci il 31 mart tarixində təqdim olunmuşdur.
21. İddiaçı 2021-ci il 21 aprel tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-1(103)-124/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının mərhum əri 1996-cı il 19 may tarixindən yaşa görə pensiya alırdı. “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7-ci maddəsinə görə də iddiaçının tələbi qanunidir. Məhkəmə isə öz qərarında əvvəl iddiaçının mərhum ərinin yaşa görə əmək pensiyası aldığını, daha sonra isə yaşa görə yox, əlilliyə görə əmək pensiyası aldığını qeyd edir. Bununla da aydın olur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli araşdırma aparmamış və Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli qərarının tələblərini kobudcasına pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il 1 iyul tarixinədək qüvvədə olan redaksiyasında 19.2.5-ci maddədə qeyd edilmişdir ki, müharibə əlillərinin (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan İ qrup əlillərin yaşa görə əmək pensiyalarına yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində əlavə hesablanır. 27. “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli qanunla edilmiş (2017-ci il 1 iyul tarixində qüvvəyə minmişdir) dəyişikliyə əsasən həmin Qanunun 19-cu maddəsi yeni redaksiyada verilmişdir.
28. Həmin Qanunun 2017-ci il 1 iyul tarixindən 2021-ci il 1 yanvar tarixinədək qüvvədə olan 19.1.7.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərin (Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan İ dərəcə əlilliyi olan şəxslərin əmək pensiyasının sığorta hissəsinə 110 manat məbləğində əlavə hesablanır. 29. ““Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2020-ci il 29 dekabr tarixli 240-VİQD nömrəli 1.4-cü maddəsinə əsasən 19-cu maddə ləğv edilmişdir.
30. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
31. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
32. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə mə lumat və sübutlar tələb edə bilər.
33. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
34. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsaəsn şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə d air özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
36. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
37. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qə rarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmı ş qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X7rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X7rşı, § 29; Hi ro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X7rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şik ayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
39. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
41. Belə ki, işin ilkin kassasiya baxışında məhkəmənin göstərişi bundan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi pensiya işini tələb etməklə iddiaçının dəlillərini araşdırmalı, pensiya işi əsas ında iddiaçının mərhum ərinə hansı əsaslarla pensiya təyin olunduğunu müəyyən etməlidir.
42. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi də buna uyğun olaraq pensiya işini tələb etsə də, iddiaçının mərhum ərinə hansı əsasla pensiya təyin olunması ilə bağlı tam, hərtərəfli araşdırma aparmamış, gəldiyi nəticəni əsaslandırmamışdır.
43. Belə ki, iş materiallarına əlavə edilmiş mərhum X4 məxsus pensiya işinin təsdiq olunmuş surətindən (iş v.221) görünür ki, 1938-ci il 26 noyabr təvəllüdlü X4 1996-cı il 1 avqust tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, iddiaçının mərhum əri əlilliyə görə əmək pensiyası almışdır. “Əmək pensiyaları haqqında” Qanununun 19.1.7.1-ci maddəsi isə yaşa görə əmək pensiyası alan m üharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə şamil olunduğundan iddiaçının tələb etdiyi həmin maddənin mərhum ərinin pensiyasına tətbiq edilməsi qanunvericiliyə uyğun deyildir.
45. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materialları ilə üst-üstə düşmür. Məhkəmə iddiaçının mərhum ərinə təyin edilmiş pensiyanın növü ilə bağlı pensiya işində göstəriləndən fərqli nəticəyə gəlsə də, hansı əsasla bu nəticəyə gəldiyini öz qərarında qeyd etməmişdir.
46. Halbuki, işə ilk dəfə kassasiya instansiyası məhkəməsində baxarkən də Ali Məhkəmə Kollegiyasının əsas göstərişi bundan ibarət olmuşdur ki, iddiaçının mərhum ərinə hansı əsasla, hansı növ pensiya təyin olunduğu dəqiq müəyyən edilməlidir. Apell yasiya instansiyası məhkəməsi isə hazırkı qərarın 31, 32, 36-cı bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozaraq bu məsələ ilə bağlı tam, hərtərəfli araşdırma aparmamış, iddiaçının mərhum ərinə hansı əsasla və nə vaxt pensiya təyin olunduğunu müəyyən edə bilməmişdir.
47. Bundan başqa, iddiaçı bu mövqeyini – mərhum ərinə 1996-cı ildə yaşa görə əmək pensiyası təyin olunmasını – apellyasiya şikayətinin dəlillərində də qeyd etmişdir. Buna baxmayaraq, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin bu dəlilini qiymətləndirməmiş, bununla da həm hazırkı qərarın 33-cü bəndində göstərilən prosessual hüquq normasının tələbini pozmuş, həm də hazırkı qərarın 37-ci bəndində qeyd edilən AİHM-nin hüquqi mövqeyinə zidd qərar qəbul etmişdir.
48. Odur ki, qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə əlavə sübutların araşdırılması tələb edildiyindən iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
49. İşə təkrar baxan məhkəmə iddiaçının dəlillərini qiymətləndirməli, iddiaçının mərhum ərinə hansı tarixdə, hansı növ əmək pensiyası təyin edildiyini iş materiallarına istinad edərək müəyyən etməli, gəldiyi nəticəni əsaslandırmalıdır.
50. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 mart tarixli 21(103)-124/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qə