Məhkəmə qərarları › İş №2-1(102)-1070/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1070/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1070/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin naturada yeri müəyyən edilərək döngə nöqtələrinin göstərilməsi, iddiaçının mərhum anasının torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-815/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nardaran bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 1436 nömrəli bağ sahəsinin naturada yerinin müəyyən edilərək döngə nöqtələrinin göstərilməsi, onun mərhum anasının həmin torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş dir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28952/2018 nömrəli, 13 iyun 2018-ci il tarixli qərardadı ilə mübahisəyə dair iş ərazi aidiyyəti üzrə 2 nömrəli Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2- 1(82)3352/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Bakı şəhəri, Nardaran bağ massivində yerləşən, 0.12 ha sahəsi olan 1436 nömrəli bağ sahəsinin naturada yeri müəyyən edilərək döngə nöqtələrinin göstərilməsi, onun mərhum anasının həmin torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

4. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmam asını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli 2-1(103)-548/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi 30 iyul 2019-cu il tarixli, 2-1(102)-2130/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(82)-3352/2018 nömrəli qərarı qanuni qüvvəyə minmişdir.

8. Cavabdeh xx.xx.2020-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzə lənməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək icraatın təzələnməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir.

9. Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı inzibatı Məhkəməsinə ərizə ilə müraciət edərək mübahisəyə dair yeni açılmış hallarla əlaqədar olaraq məhkəmə qərarının icrasının dayandırılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində birinci icraat

10. Bakı İnzibati Məhkəməsinin 7 sentyabr 2020-ci il tarixli, 2-1(82)-3352/2018 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi mümkün sayılmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin 7 sentyabr 2020-ci il tarixli, 2-1(82)-3352/2018 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 senty abr 2018-ci il tarixli, 2-1(82)-3352/2018 nömrəli qərarının icrasının dayandırılması barədə vəsatət təmin edilməmişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadların ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin və qərarın icrasının dayandırılması barədə vəsatətin təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2-1(103)-1852/2020 nömrəli qərardadı ilə (hakimlər A. Nuriyeva – sədrlik edən və məruzəçi, V. Ağayev və A. Hüseyn) Bakı İnzibati Məhkəməsinin cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin mümkün sayılmaması barədə qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2-1(103)-1852/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərarın icrasının dayandırılması barədə cavabdehin vəsastətinin təmin olunmaması barədə qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadların ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin və qərarın icrasının dayandırılması barədə vəsatətin təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2-1(102)-539/2021 nömrəli qərarı ilə (hakimlər İ.Hüseynov - sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 18 noyabr 2020-ci il tarixli, 2-1(103)-1852/2020 nömrəli qərardadları ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. apelyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2021-ci il tarixli, 21(103)-1824/2021 nömrəli qərardadı ilə (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, H.Həmidov və E.Nağıyeva) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Kollegiyasının 7 sentyabr 2020-ci il tarixli, 2-1(82)-3352/2018 nömrəli qərardadları ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. birinci instansiya məhkəməsində ikinci icraat

18. Bakı İnzibati Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli, 2-1(82)-3352/2018 nömrəli qərardadı ilə (hakim R. Kərimli) cavabdehin yeni a çılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi və üçüncü şəxslərin cəlb olunması barədə vəsatəti təmin edilməmişdir.

19. Bakı İnzibati Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli, 2-1(82)-3352/2018 nömrəli qərardadı ilə qərarın icrasının dayandırılması barədə cavabdehin vəsatəti təmin edilməmişdir.

20. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərardadların ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin və qərarın icrasının dayandırılması barədə vəsatətin təmin edilməsini, 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(82)3352/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-815/2022 nömrəli qərardadı ilə (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, V.Sadıqov və X.Cəmilova) Bakı İnzibati Məhkəməsinin cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsinin təmin olunmaması barədə 8 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-815/2022 nömrəli qərardadı ilə (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, V.Sadıqov və X.Cəmilova) ilə Bakı İnzibati Məhkəməsinin qərarın icrasının dayandırılması barədə qərardadı dəyişdirilmədən saxlanılmışdır.

23. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadların ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməs inə dair ərizənin və qərarın icrasının dayandırılması barədə vəsatətin təmin edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(82)3352/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

24. Cavabdehin kassasiya şikayətinin dəlilləri yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin və apelyasiya şikayətinin dəlillərinə əsaslanır. Şikayətdə qeyd edilmişdir ki, müvafiq ünvanda təkrar və ətraflı aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, ərizəçi tərəfindən şərti olaraq göstərlən şərti sahə qumsallıq ərazidir və həmin ərazidə heç bir hasarlanma işləri aparılmamışdır. Həmçinin, həmin ərazidə heç bir bağ sahəsi mövcud deyil və sözügedən dənizkənarı ərazi rayon icra hakimiyyəti tərəfindən metal barmaqlıqlarla əhatələnmiş və həmin ərazidə mühafizə köşkləri quraşdırılmışdır. İddiaçının şərti olaraq göstərdiyi İdarənin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən şərti olaraq göstərdiyi torpaq sahəsinin yerləşdiyi ərazi dənizin kənarında yerləşməklə, xalq çimərliyinin hüdudları daxilində yerləşir və dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin, iddiaçı tərəfindən Nardaran ərazisində iddia olunan 1436 saylı bağ sahəsi bağların sxematik xəritəsində öz əksini tapmamışdır. Qeyd olunan hallar daha əvvəl məlum olmadığından məhkəmə tərəfindən araşdırılmamış və nəticədə düzgün və ədalətli qərarlar qəbul edilməmişdir. Həmin hallar birinci instansiya məhkəməsində işə baxıla rkən məlum olmadığından yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsas olmuşdur.

25. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Torpaq islahatları haqqında” Qanunun 6, 9-cu maddələrinə, Torpaq Məcəlləsinin 22.2, 22.4, 46, 55, 66-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərarda dını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şika yətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələ rinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkə məsinin araşdırmaları yetərli hesab olunur.

32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmi yyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.

34. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsin in) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.

35. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.

36. Hazırkı mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi tərəfindən ilkin məhkəmə icraatı za manı mövcud olmadığı, ona görə ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim olunmadığı və məhkəmə tərəfindən araşdırılmadığı bildirilən, yeni sübut və ya hal kimi istinad edilən hallar yuxarıda qeyd olunan mənada icraatın təzələnməsini şərtləndirən yeni sübut və ya hal kimi qiymətləndirilə bilməz.

37. Belə ki, bu qərarın 27-ci bəndində istinad olunan normalara görə, yeni açılmış hallarla bağlı ərizədə icraatın təzələnməsi üçün həmin normada nəzərdə tutulmuş anlamda əsaslar göstərilməli, ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunmalıdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin iş üzrə məhkəmə icraatının təzələnməsinin əsası qismində istinad etdiyi hallar-ərizəçi tərəfindən göstərlən şərti s ahənin qumsallıq ərazi olması, həmin ərazidə heç bir hasarlanma işlərinin aparılmaması, həmçinin, və həmin ərazidə mühafizə köşklərinin quraşdırılması, iddia olunan 1436 saylı bağ sahəsinin bağların sxematik xəritəsində öz əksini tapmaması və sairə hallar bilavasitə məhkəmə baxışı zamanı mövcud olmuş və işin hallarının obyektiv araşdırılıldığı məhkəmə baxışının predmeti olmuşdur. Bundan başqa, ərizədə yeni açılmış halların əsası kimi istinad edilən hallar həmin sahə üzərində hüququn qeydiyyata alınması ilə bağlıdır və qanunvericiliyin tələbinə görə həmin hallarla bağlı ilkin icraat zamanı cavabdeh tərəfindən səlahiyyətləri daxilində müvafiq araşdırmalar aparılmalı və mübahisələndirilən ərazinin yerləşməsilə bağlı qeyd edilən məqamlar müəyyən edilməli idi. İddiaçının müraciəti ilə bağlı hər tərəfli və obyektiv araşdırmanın aparılması cavabdehin məsuliyyət sferasına aiddir Həmçinin nəzərə almaq lazımdır ki, istinad edilən halların araşdırma predmeti olduğu məhkəmə icraatında cavabdeh tərəf qismində proses iştirakçısı olmuş və bu baxımdan məhkəmə icraatı zamanı həmin hallarla bağlı sənədləri və digər xüsusatları məhkəməyə təqdim etmək imkanına malik olmuşdur. Beləliklə, istinad edilən halların ilkin məhkəmə icraatının araşdırma predmetinə aid olduğu, cavabdehin həmin icraatda tərəf olduğu və həmin hallarla bağlı sənədləri və digər xüsusatları məhkəməyə təqdim etmək imkanına malik olduğu nəzərə alındıqda, həmin hallar cavabdehin diqqətli və məsuliyyətli olacağı təqdirdə ən azından ona məlum olmalı idi. Bununla yanaşı, həmin halların ilkin icraat zamanı cavabdehdən asılı olmaya n səbəblərdən təqdim olunmadığı, eləcə də cavabdehin onları təqdim etmək imkanına malik olmadığı iş üzrə materiallardan müəyyən edilməmişdir. Cavabdeh tərəfindən də onun belə imkanını istisna edən səbəblərin mövcudluğunu təsdiq edən hər hansı sübut ərizəyə əlavə edilməmiş və məhkəməyə təqdim olunmamışdır. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq və ya təqsirkar davranış onun ziyanına təfsir edilməlidir.

39. Beləliklə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün bu qərarın 27-ci bəndində istinad olunan normalarda təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalı dır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır.

40. Lakin hazırkı mübahisəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur.

41. Eyni zamanda qeyd olunmalıdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(82)3352/2018 nömrəli qərarının icrasının dayandırılması haqqında vəsatətin taleyi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə üzrə mə hkəmə qərarına bağlıdır. Belə ki, həmin ərizənin məhkəmə tərəfindən rədd olunması qeyd edilən qərarın icrasının dayandırılması haqqında vəsatətin də təmin olunmamasını şərtləndirir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara əsasən və qeyd edilən səbəblərdən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni təmin etməməkdə apellyasiya məhkəməsi haqlı sayılmalıdır. Odur ki, apelyasiya məhkəməsinin qərardadı əsaslı və düzgündür. Bu səbəbdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 21(103)-815/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar