Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1070/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: gəlir vergisinin ləğv olunması, bu barədə inzibati aktın mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 3-cü şəxslər “X4 (DDG)” QSC və "xxxx" QSC işə cəlb edilməklə qərarın və gəlir vergisinin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-1865/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2012-ci il tarixdə ünvan 1 ünvanında sahibkar kimi qeydiyyata alınmış, ona ********** qeydiyyat nömrəsi (VÖEN) verilmişdir.
2. İddiaçı xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışla müəyyən edilir ki, xx.xx.2021-ci il tarixə ona 28235,18 manat əlavə dəyər vergisi, xx.xx.2021-ci il tarixə 5310,40 manat gəlir vergisi hesablanmış, vaxtı keçmiş artıq ödəmə məbləği 19860,49 manat göstərilmişdir. 3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli qərara əsasən, iyun 2021-ci il hesabat dövrü üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanması vergi və ya sığorta haqqı üzrə əlavə dəyər vergisi 38235,18 manat hesablanmışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********722600 nömrəli 13 oktyabr 2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən X1 vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal G əlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati şikayətlə bağlı Dövlət Vergi Xidmətinin mövqeyi ondan ibarət olmuşdur ki, müraciətlərlə bağlı olaraq "xxxx" MMC-yə (VÖEN: **********), “X4 (DDG)” QSC-yə (VÖEN: **********), "xxxx" QSC-yə (VÖEN: **********) və "xxxx" MMC-yə (VÖEN: **********) sorğular göndərilmişdir. "xxxx" MMC (VÖEN: **********), “X4 (DDG)” QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) sorğularla bağlı ünvanladıqları cavab məktublarında fərdi sahibkar İddiaçı elektron qaimə-faktura əsasında tütün məmulatlarının və soyuq içkilərin təqdim edildiyi bildirilmiş və fər di sahibkar ilə bağlanılan alğı-satqı müqavilələri və malların təhvil-qəbul Aktları inzibati araşdırmaya təqdim edilmişdir. İnzibati araşdırma zamanı "xxxx" MMC (VÖEN: **********), “X4 (DDG)” QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci iltarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində fərdi sahibkara təqdim edilmiş 226902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaimə-fakturaların aktiv olduğu müəyyən edilmişdir. Beləliklə, fərdi sahibkar tərəfindən inzibati araşdırmaya heç bir təsdiqedici sənədin təqdim edilmədiyi, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində fərdi sahibkar əldə olunmuş 226902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaimə-fakturaların hal-hazırda aktiv olduğunu, vergi orqanı tərəfindən xx.xx.2021ci il tarixdə keçirilmiş müşahidə-baxış zamanı fərdi sahibkarın təsərrüfat subyektinin (obyektinin) aşkar olunmadığını, qarşı tərəflərə edilmiş sorğu məktublarına əsasən fərdi sahibkara malların təqdim edildiyinin bildirildiyini nəzərə alaraq, fərdi sahibkarın inzibati şikayətləri təmin edilməməli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********355100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən saxlanılmalıdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 48 nömrəli 02 iyul 2021-ci il tarixli qərarına əsasən fiziki şəxs İddiaçı inzibati şikayəti təmin edilmiş, İqtisadiyyat Nazir liyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmışdır ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ilkin ərizəsinə əsasən həmin tarixə şəxsi hesab vərəqəsində olan artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli qərarının ləğv edilməsi, bu qərar əsasında hesabla nmış 38235,18 manat əlavə dəyər vergisinin və Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 manat vergisinin ləğv edilməsi, artıq ödənilmiş 46719,29 manat vergilərin, o cümlədən bu məbləğ vaxtında qaytarılmadığı üçün Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən həmin məbləğə görə hesablanmalı faizlərin ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün vergi orqanı tərəfindən məcburi qaydada qeydiyyata alınmış, əsas fəaliyyət növü “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarətdir, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 100 kv. metr olan “Market” adlı təsərrüfat subyektini (obyektini) (obyekt kodu: **********- 10003) xx.xx.2017-ci il tarixdə vergi orqanında qeydiyyata aldırmış və xx.xx.2017-ci il tarixdə vergi orqanına ərizə ilə müraciət edərək qeydiyyatdan çıxartmış. Lakin, işlədiyi dövrdə mal aldığı vergi ödəyiciləri ("xxxx" MMC (VÖEN: **********), "X4 (DDG)" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********)) fəaliyyətini dayandırdıqdan sonra da onun adına e-qaimə faktura göndərməyə davam etmişlər. Belə ki, xx.xx.2017-xx.xx.2019 dövrü üzrə e-qaimə faktura məlumatlarına əsasən guya o, 226 902, 28 manat dəyərində əsasən siqaret, spirtli içki, sərinləşdirici içkilər və digər oxşar təyinatlı mallar əldə etmişdir. Qeyd olunan dövriyyənin 32 075,30 manatı ona aiddir və o da, həmin dövriyyəni bəyan edərək vergiləri ni ödəmişdir. Sahibliyində qalan mal qalığının faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ nəzarət tədbiri həyata keçirilmiş, təsərrüfat subyektinin olmadığı müəyyən edilərək, ünvanının yaşayış yeri olduğu aşkarlanaraq təsdiqlənmişdir. Lakin, vergi orqanı qanunsuzluq edərək ona Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyun ayı üzrə 38.235,18 manat əlavə dəyər vergisi hesablayaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli Qərar qəbul etmişdir. Həmçinin cari vergi ödəməsi kimi ona 5.310,40 manat gəlir vergisi hesablanmışdır və bu məbləğ Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hər rüb yekunlaşandan sonra avtomatik olaraq yenə hesablanacaqdır. Əgər o, qeyd edilən vergi ödəyicilərindən fəaliyyətini dayandırdıqdan sonra da, mallar almışsa, həmin malların alışı ilə bağlı müqavilələr və təhvil-təslim aktları olmalıdır. Lakin, qeyd edilən sənədlərin heç biri mövcud deyil. Vergi orqanının yanaşmasına əsasən guya o, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC-dən (VÖEN: **********) 22 573,78 manat (ƏDV-siz) dəyərində, "DlRECT DİSTRİBUTİON GROUP (DDG)" QSC-dən (VÖEN: **********) 190 688,40 manat (ƏDV-siz) dəyərində, "xxxx" QSC-dən (VÖEN: **********) 11 899,80 manat (ƏDV-siz) dəyərində və "xxxx" MMC-dən (VÖEN: **********) 1 740,30 manat (ƏDV-siz) dəyərində olmaqla ümumilikdə 226 902,28 manat (ƏDV-siz) dəyərində tütün, ərzaq məhsulların və soyuq içkilərin əldə edilməsinə baxmayaraq, 2017-ci ilin 1-ci - 4-cü rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində cəmi 32 075,30 manat məbləğində hasilatın əks etdirmiş, 2017-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin Əlavə 1 hissəsinin göstəricisiz bəyan etmiş, 2018-ci və 2019-cu illər ərzində adları yuxarıda qeyd olunan hüquqi şəxslərdən malların əldə edilməsinə baxmayaraq 2018-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrini və 2019-cu il üzrə isə əlavə dəyər vergisi bəyannamələrini təqdim etməmişdir. Sözügedən əsassız hesablamalarla bağlı Dövlət Vergi Xidmətinə inzibati qaydada şikayətlər etmişdir. X13 Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********722600 nömrəli Qərarı ilə inzibati ş ikayətləri təmin edilməmiş və əsassız hesablanmış vergilər qüvvədə saxlanılmışdır. Bundan əlavə bildirmişdir ki, 2019-cu ildə şəxsi hesab vərəqəsində 46.719,29 manat artıq ödədiyi vergilər mövcud olmuşdur. Həmin artıq ödəmənin qaytarılması məqsədilə ilk dəfə xx.xx.2019-cu ildə vergi orqanına müraciət etmişdir. Sonradan isə artıq ödədiyi vergilər qaytarılmadığından dəfələrlə yenə vergi orqanına müraciətlər etmişdir. Artıq ödəməsi qaytarılmadığı üçün sonuncu dəfə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət etmişdir. Apellyasiya Şurasının xx.xx.2021-ci il tarixli 48 nömrəli Qərarı ilə inzibati şikayəti təmin edilmiş və Dövlət Vergi Xidmətinə artıq ödəmənin qaytarılması tapşırığı verilmişdir. Bundan sonra nəinki artıq ödədiyi vergilər ona qaytarılmış, əvəzində guya artıq ödəmə ilə b ağlı 5 illik tələbetmə müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixində 19.860,49 manat artıq ödədiyi vergilər silinmiş və ona yuxarıda qeyd etdiyi əlavə vergilər hesablanaraq artıq ödəməsi sıfırlanmış və xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsinə əsasən 19.088,47 manat vergi borcu yaranmışdır. Halbuki, Vergi Məcəlləsinin 15.1.4-ci maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sank siyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 87.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ö dənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. O, Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərini gözləməklə artıq ödəməsi yarandığı tarixdən 5 il keçməmiş artıq ödədiyi vergilərin geri qaytarılmasını tələb etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3760/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə “X4 (DDG)” QSC və "xxxx" QSC adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
9. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosi al sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 14 iyul 2021-ci il tarixli, **********355100 saylı qərarının ləğv edilməsi, bu qərar əsasında hesablanmış 38235,18 manat əlavə dəyər vergisinin və Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 manat gəlir vergisinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3760/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
11. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı xx.xx.2017-xx.xx.2019 dövrü üzrə e-qaimə-faktura məlumatlarına əsasən 226 902,28 manat dəyərində əsasən siqaret, spirtli içki, sərinləşdirici içkilər və digər oxşar təyinatlı mallar əldə edilməsinə baxmayara q, 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 32 075,30 manat dövriyyə bəyan edilmiş, vergi ödəyicisinin sahibliyində mal qalığının faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ nəzarət tədbiri həyata keçirilmiş, təsərrüfat subyektinin olmadığı müəyyən edilərək, ünvanının yaşayış yeri olduğu aşkarlanaraq təsdiqlənmişdir. Həmçinin alınan malların əsasən istifadə müddətinin keçməsini də nəzərə alaraq, malların təqdim edilməsi kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********966000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Belə ki, əldə olunmuş e-qaimə-faktura və təqdim olun muş bəyannamə məlumatı bazasına əsasən vergi ödəyicisinin xx.xx.2017-ci il tarixinə mal qalığı sıfır götürülməklə, həmin dövrdən sonra bəyan edilmiş dövriyyələrin 80 faizinin maya dəyəri olmasını nəzərə almaqla, bugünkü tarixə məlumat bazası üzrə ən azı 212 417,68 manat mal qalığının olduğu müəyyən edilmişdir (hesablamalar minimum rəqəmlərlə aparılmaqla, vergi ödəyicisinin xeyrinə nəzərə alınmışdır). Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 38 235,18 manat (212 417,68*18%) əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli ******** **355100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd olunanlara əsasən 2021-ci ildə müəyyən edilmiş dövriyyə və xərc məbləğləri nəzərə alaraq, 2021-ci ilin 2-ci rübündə gəlir vergisi üzrə Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən 5 310,40 manat (212 417,68/30*75%) avans məbləği hesablanmışdır. Həmçinin bildirilmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərardan yuxarı vergi orqanına inzibati şikayət etmiş və həmin şikayət təmin edilməmişdir. İnzibati şikayətə baxılarkən uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq mə hsullarının pərakəndə satışı”ndan ibarət olduğu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 100 kv. metr olan “Market” adlı təsərrüfat subyektinin (obyektinin) (obyekt kodu: **********-10003) xx.xx.2017-ci il tarixdə vergi orqanında qeydiyyata aldırdığı və xx.xx.2017-ci il tarixdə vergi orqanına ərizə ilə müraciət edərək qeydiyyatdan çıxartdığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən xx.xx.2017-xx.xx.2019 dövrü üzrə e-qaimə-faktura məlumatlarına əsasən 226 902,28 manat dəyərində əsasən siqaret, spirtli içki, sərinləşdirici içkilər və digər oxşar təyinatlı mallar əldə edilməsinə baxmayaraq, 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 32 075,30 manat dövriyyə bəyan edilmiş, sahibliyində mal qalığının faktiki vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il ta rixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ nəzarət tədbiri həyata keçirilmiş, təsərrüfat subyektinin olmadığı müəyyən edilərək, ünvanının yaşayış yeri olduğu aşkarlanaraq təsdiqlənmişdir. Həmçinin alınan malların əsasən istifadə müddətinin keçməsini də nəzərə alaraq, malların təqdim edilməsi kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********966000 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri sənədlər və ya müvafiq bəyannamə təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyun ayı üzrə 38 235,18 manat əlavə dəyər vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********355100 nömrəli Qərar qəbul olunmuşdur. Kameral vergi yoxlamasının nəticəsi ilə bağlı inzibati şikayətin ətraflı araşdırılması məqsədilə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********739000 nömrəli məktubla alınmış və satılmış malların (işlərin, xidmətlərin) tərkibi, alqı-satqı müqavilələrini, kassa mədaxil-məxaric sənədlərini, 2017-2021-ci illər üzrə bank hesablarından çıxarışları, satışın həyata keçirildiyi təsərrüfat subyekti (obyekti) barədə məlumatı, "xxxx" MMC (VÖEN: **********), "X4 (DDG)" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə fərdi sahibkar arasında bağla nılmış müqavilələri, təhviltəslim Aktları, üzləşmə Aktları, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlərin və araşdırma üçün zəruri hesab edilən digər sənədlərin surətlərinin inzibati araşdırmaya təqdim edilməsinin bildirilməsinə və qeyd edilən məktubun xx.xx.2021-ci il tarixdə oxunmasına baxmayaraq inzibati araşdırmaya hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********053600 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********401000 nömrəli və **********132300 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********548500 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********548501 nömrəli), xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********548502 nömrəli) və xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********548503 nömrəli) müraciətləri ilə əlaqədar fərdi sahibkarın nümayəndəsi ilə 050-222-56- 96 mobil nömrə ilə əlaqə saxlanılmışdır. Əlaqə zamanı kameral vergi yoxlamasının əsasları izah olunmuş, qarşı tərəfin mülahizələri dinlənilmiş, fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC-dən (VÖEN: **********) 22 573,78 manat (ƏDV-siz) dəyərində, "X4 (DDG)" QSC-dən (VÖEN: **********) 190 688,40 manat (ƏDV-siz) dəyərində, "xxxx" QSC-dən (VÖEN: **********) 11 899,80 manat (ƏDV-siz) dəyərində və "xxxx" MMC-dən (VÖEN: **********) 1 740,30 manat (ƏDV- siz) dəyərində olmaq la ümumilikdə 226 902,28 manat (ƏDV-siz) dəyərində tütün, ərzaq məhsulların və soyuq içkilərin əldə edilməsinə baxmayaraq, 2017-ci ilin 1-ci 4-cü rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində cəmi 32 075,30 manat məbləğində hasilatın əks etdirildiyi, 2017-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin Əlavə 1 hissəsinin göstəricisiz bəyan edildiyi, 2018-ci və 2019-cu illər ərzində fərdi sahibkar tərəfindən adları yuxarıda qeyd olunan hüquqi şəxslərdən malların əldə edilməsinə baxmayaraq 2018-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrinin və 2019-cu il üzrə isə əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilmədiyi, fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixində **********265500 nömrəli ərizə ilə vergi orqanına müraciət edilərək sahi bkarlıq fəaliyyətinin 5 il müddətində dayandırılığı, lakin sahibkarlıq fəaliyyəti dayandırılandan sonra belə "xxxx" MMC-dən, "X4 (DDG)" QSC-dən, "xxxx" QSCdən və "xxxx" MMC-dən elektron qaimə-faktura əsasında malların əldə edildiyi və AZƏRBAYCAN KOKA-KOLA BOTTLERS LİMİTED" MMC, "X4 (DDG)" QSC, "xxxx" QSC və "xxxx" MMC tərəfindən inzibati araşdırmaya fərdi sahibkar ilə bağlanılmış müqavilələr, malların təhvil qəbul Aktlarının təqdim edildiyi və araşdırma üçün zəruri hesab edilən sənədlərin surətlərinin inzibati araşdırmaya təqdim edilməsinin zəruriliyi bildirilmişdir. Fərdi sahibkarın nümayəndəsi isə bir daha müraciətlərdə qeyd olunanları bildirməklə ümumilikdə qeyd olunan hüquqi şəxslərdən həmin dəyərdə malların alınmadığını bildirmişdir. Qeyd olunan hal xx.xx.2021-ci il tarixli Aktla rəsm iləşdirilmişdir. İnzibati şikayətlərdə qeyd edilən halların tam və ətraflı araşdırılması üçün əlavə müddət tələb olunduğundan şikayətə baxılması müddəti artırılmışdır və bu barədə fərdi sahibkara xx.xx.2021-ci il tarixli **********746400 nömrəli, xx.xx.2021-ci il tarixli **********445200 nömrəli, xx.xx.2021-ci il tarixli **********205100 nömrəli və **********201300 nömrəli, xx.xx.2021-ci il tarixli **********022400 nömrəli, xx.xx.2021-ci il tarixli **********618800 nömrəli və xx.xx.2021-ci il tarixli **********775000 nömrəli məktublarla məlumat verilmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə vergi qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayət i təmin edilməməlidir. Belə ki, fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC-dən (VÖEN: **********) 22 573,78 manat (ƏDV-siz) dəyərində, "X4 (DDG)" QSC-dən (VÖEN: **********) 190 688,40 manat (ƏDV-siz) dəyərində, "xxxx" QSC-dən (VÖEN: **********) 11 899,80 manat (ƏDV-siz) dəyərində və "xxxx" MMC-dən (VÖEN: **********) 1 740,30 manat (ƏDV- siz) dəyərində olmaqla ümumilikdə 226 902,28 manat (ƏDV-siz) dəyərində tütün, ərzaq məhsullarının və soyuq içkilərin əldə edildiyi müəyyən edilmişdir. Fərdi sahibkar xx.xx.2019-cu il tarixdən əlavə dəyər vergisi məqsədləri üçün məcburi qeydiyyata alınmış və bu barədə fərdi sahibkara xx.xx.2019-cu il tarixli **********425700 nömrəli məktubla Əlavə dəyər vergisi ödəyicisinin ********** nömrəli b ildirişi ünvanlanmışdır. Fərdi sahibkar tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində 226 902,28 manat (ƏDV-siz) dəyərində məhsulların əldə edilməsinə baxmayaraq, 2017-ci ilin 1-ci - 4-cü rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində cəmi 32 075,30 manat məbləğində hasilatın əks etdirildiyi, 2017ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin Əlavə 1 hissəsinin göstəricisiz bəyan edildiyi, 2018-ci və 2019-cu illər ərzində fərdi sahibkar tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********), "X4 (DDG)" QSC-dən (VÖEN: **********), "xxxx" QSC-dən (VÖEN: **********) və "xxxx" MMC-dən (VÖEN: **********) malların əldə edilməsinə baxmayaraq 2018-ci il üzrə sadələşdirilmiş vergi bəyannamələrinin və 2019-cu il üzrə isə əla və dəyər vergisi bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmişdir. Fərdi sahibkarın qeydiyyatda olduğu vergi orqanı tərəfindən fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) müşahidə keçirmək istənərkən vergi orqanında qeydiyyata alınan aktiv təsərrüfat subyektinin (obyektinin) aşkar edilmədiyi və fərdi sahibkarın baza məlumatlarında qeyd edilən ***-***-**-** mobil nömrəsinə zəng edərkən nömrənin təyin edilmədiyi müəyyən edilmiş və bunlarla bağlı olaraq xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyat nömrəsi: xx.xx.2021-ci il tarixli **********690400 nömrəli) Arayış tərtib edilmişdir. Fərdi sahibkar tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 100 kv. metr olan “Market” adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2014-cü il tarixdə vergi orqanında uçota alındığı və qeyd olunan təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2017-ci il tarixdə uçotdan çıxarıldığı müəyyən edilmişdir. Həmçinin, fərdi sahibkar xx.xx.2019-cu il tarixdə “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi”ni vergi orqanına təqdim etdiyini və qeyd olunan ərizədə mal qalığının olmadığı bəyan etdiyi müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən xx.xx.2014-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması, xx.xx.2014-cü il tarixində isə vergi partnyorluğu sazişinin uzadılması ilə bağlı ərizələr ilə müraciət edilmişdir. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Kameral vergi yoxlamasının xx.xx.2021-ci il tarixdə sonuncu ƏDV bəyannamə sinin dövrü üzrə aparılmışdır. Qeyd olunan müraciətlərlə bağlı olaraq "xxxx" MMC-yə (VÖEN: **********), "X4 (DDG)" QSC-yə (VÖEN: **********), "xxxx" QSC-yə (VÖEN: **********) və "xxxx" MMC-yə (VÖEN: **********) sorğular göndərilmişdir. "xxxx" MMC (VÖEN: **********), "X4 (DDG)" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) sorğularla bağlı ünvanladıqları cavab məktublarında fərdi sahibkar İddiaçı elektron qaimə faktura əsasında tütün məmulatlarının və soyuq içkilərin təqdim edildiyi bildirilmiş və fərdi sahibkar ilə bağlanılan alqı-satqı müqavilələri və malların təhvil-qəbul Aktları inzibati araşdırmaya təqdim edilmişdir. İnzibati araşdırma zamanı "xxxx" MMC (VÖEN: **********), "X4 (DDG)" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********) və "xxxx " MMC (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində fərdi sahibkara təqdim edilmiş 226 902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaiməfakturaların aktiv olduğu müəyyən edilmişdir. Beləliklə, fərdi sahibkar tərəfindən inzibati araşdırmaya heç bir təsdiqedici sənədin təqdim edilmədiyini, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində fərdi sahibkar əldə olunmuş 226 902,28 manat (ƏDV-siz) dəyərində olan elektron qaiməfakturaların hal-hazırda aktiv olduğunu, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müşahidə-baxış zamanı fərdi sahibkarın təsərrüfat subyektinin (obyektinin) aşkar olunmadığını, qarşı tərəflərə edilmiş sorğu məktublarına əsasən fərdi sahibkara malların təqdim edildiyinin bildiril diyini nəzərə alaraq, fərdi sahibkarın inzibati şikayətləri təmin edilməməli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********355100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmalı olduğu barədə yekun qərar qəbul edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3760/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 iyul 2021-ci il tarixli, **********355100 saylı qərarı və həmin qərar əsasında hesablanmış 38235,18 manat əlavə dəyər vergisi və Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 man at gəlir vergisinin ləğv edilməsi qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, elektron qaimələr malların həqiqətən də, verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, ilk növbədə ödənilən pul vəsaiti barədə məlumatı əks etdirən və heç bir halda məlum müqavilə şərtlərinə uyğun olaraq malların həqiqətən də, verilməsi məlumatlarını özündə əks etdirməyən elektron qaydada tərtib edilmiş həmin sənədlərlə müqavilədə nəzərdə tutulan malların alıcıya (iddiaçıya) təhvil verilməsinin müəyyən olunması mümkün deyildir. Bu səbəbdən də, sözügedən sənədlər malların iddiaçıya təhvil verilməsini sübut edən sənəd kimi qiymətləndirilə bilməz. Eyni zamanda iddiaçı tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan “Market” adlı təsərrüfat subyekti (obyekti) xx.xx.2014 -cü il tarixdə vergi orqanında uçota alınmış və qeyd olunan təsərrüfat subyekti (obyekti) vergi orqanında xx.xx.2017-ci il tarixdə uçotdan çıxarılmış, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş müşahidə-baxış zamanı da fərdi sahibkarın təsərrüfat subyekti (obyekti) aşkar olunmamışdır.
14. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-1865/2023 nömrəli qərarı ilə (hakimlər X6 (məruzəçi), X7 və X8) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3760/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarı dəyşdiril mədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Şikayətdə Vergi Məcəlləsinin 16.1.11-6, 23.1.1, 24.1.1, 71.1-1, 159.5, 166.2-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
19. Qeyd edilir ki, elektron qaimə fakturaların tərtib edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalar ı”nın 2.2-ci bəndində elektron qaimə-fakturada əks edilməli olan məlumatlar öz əksini tapmışdır. Həmin bəndin tələblərində isə vergi ödəyicisinin imza və möhürü əks edilməmişdir. Elektron qaimə-fakturalarının tərtib edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 71.1-1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.
20. Elektron qaimə-fakturalarının tərtib edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdi m edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Maddələrin məzmunundan göründüyü kimi vergi qanunvericiliyində malların (işlərin, xidmətlərin) təqdim edilməsinin rəsmiləşdirilməsi üçün elektron qaimə-fakturadan başqa hər hansı digər sənədlərin istifadəsi nəzərdə tutulmamışdır. Elektron-qaimə fakturanın mövcudluğunu əsas götürərək vergi hesablaması tam əsaslı olmuşdur. Məhkəmənin təhvil-təslim aktlarına, həmin təhvil təslim aktlarında hər hansı qanunvericiliklə müəyyən edilməyən rekvizitlərin əks edilməməsinə istinad etməsi qanunsuz olmuşdur.
21. Daha sonra qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını səhv anlamış, lazımi olan maddi hüquq normalarını tətbiq etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-in ödəməkdə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri- kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan,malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayıl ır. Vergi orqanının hesablamasına əsas olmuş elektron qaimə-fakturalara 2017- 2019-cu illərə aiddir, vergi ödəyicisi tərəfindən 2017-ci il ərzində 164654,98 manat, 2018-ci il ərzində 60 992,13 manat, 2019-cu ildə 1 255,17 manat dəyərində mal alınmışdır.
22. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən malların alışının əksər hissəsi 164654,98 manat dəyərində - 2017-ci ilə təsadüf edir. Vergi ödəyicisi isə 2017-ci ilin oktyabr ayında fəaliyyətinin dayandırılması ilə bağlı ərizə ilə vergi orqanına müraciət etmişdir. Yəni, hər bir halda, 164654,98 manat dəyərində mal məhz vergi ödəyicisinin rəsmi olaraq fəaliyyət göstərdiyi il ərzində alınmışdır ki, məhkəmə tərəfindən qeyd edilən hal da nəzərə alınmamış, bu da öz növbəsində əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur.
23. Vergi orqanı tərəf indən 2021-ci ilin iyun ayında müşahidə araşdırma aparılaraq 2017-2019-cu illərdə əldə edilmiş malların əskik gəldiyi faktı müəyyən edilmiş, Vergi Məcəllənin yuxarıda qeyd edilən maddələrinə əsasən vergi hesablaması həyata keçirilmişdir. Digər tərəfdən, vergi ödəyicisi tərəfindən 2017-ci il ərzində (vergi ödəyicisinin rəsmi olaraq fəaliyyət göstərdiyi və təsərrüfat subyektinin qeydiyyatda olduğu il) 164654,98 manat məbləğində malın alınması faktı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bütün qeyd edilənlər məhkəmə qərarının əsassız olduğunu göstərir. 24. 2021-ci ildə müəyyən edilmiş dövriyyə və xərc məbləğləri nəzərə alaraq, 2021-ci ilin 2-ci rübündə gəlir vergisi üzrə Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən 5.310,40 manat (212.417,68/30*75%) avans məbləği hesablanmış, bununla bağlı i ddiaçıya xx.xx.2021-ci il tarixli cari vergilərin hesablanması barədə bildiriş göndərilmişdir. Vergi ödəyicisinin 2021-ci il gəlir vergisi üzrə kameral vergi yoxlaması keçirilmiş, xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək gəlir vergisi üzrə 8.496,71 manat vergi hesablanmışdır və hazırda gəlir vergisinin hesablanması ilə bağlı yeganə aktdır. Hazırkı halda iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli qərar mübahisələndirilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə
15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdi rilməsini tələb etmək; Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya s əhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə
59. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya dü zgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllə nin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə
151. Cari vergi ödəmələri 151.5. Əvvəlki vergi ilində fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (bundan sonra - əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir: 151.5.1. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicilərinin mənfəət və ya g əlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır. 151.5.2. Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır. 151.5.3. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər. 151.5.4. Cari vergi ödəmələri bu Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyic isindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. 151.5.5. Bu Məcəllənin 151.5.4-cü maddəsində müəyyən edilmiş faiz bu Məcəlləyə müvafiq olaraq aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 151.5.6. Cari vergi ödəmələri vergi ili üçün əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. 151.5.7. Sadələşdirilmiş verginin ödəyiciləri mənfəət və ya gəlir vergisi ödəyicisi olduqda cari vergi ödəmələrinin məbləği bu Məcəlləyə uyğun olaraq müəyyən edilir. 151.5.8. Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəə ti (gəliri) olmayan vergi ödəyiciləri bu Məcəllənin 16.2-ci və 151.5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq arayışı təqdim etmədikləri halda, vergi orqanı cari vergi ödəmələrinin məbləğini bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar əsasında hesablayır və vergi ödəyicisinə müvafiq bildiriş göndərir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştir akçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
54. İddianın dəyişdirilməsi 54.1. Cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydası nda baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtın da verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 14 iyul 2021-ci il tarixli, **********355100 saylı qərarının ləğv edilməsi, bu qərar əsasında hesablanmış 38235,18 manat əlavə dəyər vergisinin və Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 manat gəlir vergisinin ləğv edilməsi barədə qərar qəbul edilməsinə yönəlmişdir.
31. İş materiallarını qanunvericiliyin müvafiq normalarına istinad etməklə təhlil edilən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ƏDV məsuliyyətinə cəlb edilməsi barədə cavabdehin qərarının ləğvi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası hesab edir ki, ƏDV ilə bağlı hissədə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzr ə apelyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Bununla yanaşı, məhkəmə kollegiyası həmin hissədə şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli nömrəli məktubla "xxxx" MMC, “X4” QS C, "xxxx" QSC və "xxxx" MMC tərəfindən fərdi sahibkar İddiaçı elektron qaimə-faktura əsasında tütün məmulatlarının və soyuq içkilərin təqdim edilməsi barədə cavab məktublarının və fərdi sahibkar ilə bağlanılan alğı-satqı müqavilələri və malların təhvil-qəbul aktlarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.
35. Təqdim edilmiş elektron qaimələrdə fərdi sahibkar bölməsində, təhvil-təslim aktlarında təhvil aldım bölməsində İddiaçı imzaları aşkar edilməmişdir.
36. Cavabdeh inzibati orqanın 14 iyul 2021-ci il tarixli qərarın qəbul edilməsinə əsas olmuş hal, "xxxx" MMC, “X4” QSC, "xxxx" QSC və "xxxx" MMC tərəfindən İddiaçı 226.902,28 manat (ƏDV-siz) dəyərində tütün məmulatlarının və soyuq içkilərin aktiv elektron qaimə-faktura əsasında təqdim edilməsi və fərdi sahibkar ilə bağlanılan alqı -satqı müqavilələri və malların təhvil-qəbul aktları olmuşdur.
37. Apellyasiya məhkəməsinin araşdırması zamanı cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş elektron-qaimə, təhvil-təslim aktları və alqı-satqı müqaviləsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, adıçəkilən şirkətlər tərəfindən təqdim edilmiş elektron qaimələrdə fərdi sahibkar bölməsində, təhvil-təslim aktlarında təhvil aldım bölməsində İddiaçı imzası və möhürü, təhvilin tarixi mövcud deyildir.
38. Belə olan təqdirdə elektron qaimələr malların həqiqətən də verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, ilk növbədə ödənilən pul vəsaiti barədə məlumatı əks etdirən və heç bir halda məlum müqavilə şərtlərinə uyğun olaraq malların həqiqətən də verilməsi məlumatlarını özündə əks etdirməyən elektron qaydada tərtib edilmiş həmin sənədlərlə müqavilədə nəzərdə tutulan malların alıcıya (iddiaçıya) təhvil verilməsinin müəyyən olunması mümkün deyildir. Bu səbəbdən də, sözügedən sənədlər malların iddiaçıya təhvil verilməsini sübut edən sənəd kimi qiymətləndirilə bilməz. 39. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 21 fevral tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), tə hviltəslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur.
40. Yuxarıdakı normadan görünür ki, bu norma 2021-ci ildən tətbiq olunur. Lakin qaimənin (vergi hesab fakturası) forması və onun əsasını təşkil edən sənədlər daha öncəki normada da eyni məzmunlu olub. Yəni bu qaimənin əsasını təşkil edən sənədlərin mövcudluğu əsas şərtdir. Məhsulun təhvil verilməməsi məhz o məhsulların təqdim edilməməsi anlamına gəlməlidir.
41. Odur ki, məhkəmə kollegiyası bu qərarın tətbiq edilən hüquq bölməsində qeyd edilən vergi qanun vericiliyin tələblərinə istinad edərək şikayətin dəlilləri ilə razılaşmır və iddiaçıya ƏDV hesablanması barədə cavabdehin 14 iyul 2021-ci il tarixli qərarının ləğv olunması hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu hissədə kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. İddiaçıya hesablanmış 5.310,40 manat gəlir vergisinin ləğv olunması hissəsinə gəlincə məhkəmə kollegiyası bu hissədə apelyasiya məhkəməsinin mövqeyini əsaslı hesab etməyərək aşağıdakıları qeyd edir.
43. İlk öncə vurğulanmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 48 nömrəli 02 iyul 2021-ci il tarixli qərarına əsasən fiziki şəxs İddiaçı inzibati şikayəti təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılmışdır ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ilkin ərizəsinə əsasən həmin tarixə şəxsi hesab vərəqəsində olan artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi qərara alınmışdır. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, 02 iyul 2021-ci il tarixli qərardan da göründüyü kimi, inzibati orqan tərəfindən hərtərəfli araşdırma nəticəsində həmin dövrə vergi ödəyicisinin dövlət büdcəsinə artıq ödəməsinin olduğu aşkardır.
44. Vergi Məcəlləsinin 59.3-cü maddəsinin birinci cümləsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə il ə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir.
45. İş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən ona hesablanmış 5.310,40 manat gəlir vergisinin ləğv olunmasını xahiş etmiş, apelyasiya məhkəməsi 5.310,40 manat gəlir vergisi hesablaması barədə həqiqətən inzibati aktın mövcudluğunu yoxlamamışdır. Belə inzibati akt olduğu və qüvvədə qaldığı halda, həmin inzibati akt əsasında hesablanmış vergi məbləğinin silinməsi yolverilməzdir.
46. Cavabdeh apelyasiya şikayətinə iddiaçıya 2021-ci ilin hesabat dövrü üzrə 8.496,71 manat gəlir vergisi hesablaması barədə 1 sentyabr 2022-c i il tarixli qərarı əlavə etmiş, şikayətində isə bildirmişdir ki, 2021-ci ildə müəyyən edilmiş dövriyyə və xərc məbləğləri nəzərə alınaraq, 2021-ci ilin 2-ci rübündə gəlir vergisi üzrə Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən 5.310,40 manat avans məbləği hesablanmış, bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli cari vergilərin hesablanması barədə bildiriş göndərilmişdir. 2021-ci il gəlir vergisi üzrə kameral vergi yoxlaması keçirilmiş, xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək gəlir vergisi üzrə 8.496,71 manat vergi hesablanmışdır... İddiaçı gəlir vergisinin silinməsini istəyirsə, qüvvədə olan xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirməli idi.
47. Cavabdeh eyni dəlilləri kassasiya şikayətində də qeyd etmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi qərarında apelyasiya şik ayətinin bu dəlilinə münasibət bildirməmiş, bununla bağlı araşdırma aparmamış, apelyasiya şikayətinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya təqdim edilməsini, iddiaçının bu qərardan məlumatlı olmasını yoxlamamışdır. İşdən görünür ki, cavabdeh bu qərarı iş birinci instansiya məhkəməsinin icraatında olarkən qəbul etmişdir. 49.Bəhs olunanlara əsasən iddiaçıya gəlir vergisi hesablanması hissəsində şikayətin dəlilləri qismən əsaslı olduğundan, həmin hissədə apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar apelyasiya baxışına göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət olduğundan gəlir vergisi hissəsində iddianın təmin edilməli olmaması barədə şikayət təmin edilməməlidir.
50. İddiaçıya gəlir vergisi hesablanması ilə bağlı hissədə mübahisəyə yenidən baxılarkən İnzibat i Prosessual Məcəllənin 13, 54-cü maddələrinin tələbləri yerinə yetirilməli, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı iddiaçıya təqdim edilməli, iddiaçı iddianı dəyişdirərək həmin qərarı mübahisələndirdiyi halda, bununla bağlı cavabdehin münasibəti öyrənməli, bundan sonra gəlir vergisi hesablanması barədə inzibati aktın qanuniliyinə vergi qanunvericiliyinin tələbinə uyğun hüquqi qiymət verilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-1865/2023 saylı qərarı Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən hesablanmış 5310,40 manat gəlir vergisinin ləğv edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar cavabdehin xx.xx.2021-ci il tarixli **********355100 nömrəli qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.