Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1071/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı 01 yanvar 1990-cı ildən 25 aprel 1993-cü il tarixədək olan dövrdə Naxçıvan MR Sosial Təminat Nazirliyində idarə rəisi, Nazirin müavini, 4 may 199 3-cü ildən 1 yanvar 1995-ci il tarixinədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş məsləhətçi və şöbə müdiri inzibati vəzifələrində işlədiyi üçün 5 ilin vəzifə maaşlarının hazırda həmin vəzifə maaşlarına bərabər tutulmaqla vəzifə maaşının 474,60 manat, qulluq stajına görə əlavə 30% 142,30 manat, vəzifə səlahiyyətlərinin icrasına görə əlavə 47.45 manat, ixtisas dərəcəsinə görə əlavə 38,00 manat, ildə 4 dəfə ödənilməli olan mükafatlara görə əlavə 158,10 manat olmaqla cəmi 860,35 manat orta aylıq əmək haqqında 80% 688,28 manat məbləğində pensiya 17 fevral 2011-ci il tarixdən 1 dekabr 2013-cü il tarixinədək hesablanmaqla əksik aldığı məbləğlərin də ona birdəfəlik ödənilməsi barədə akt qəbul edilməsini cavabdehin üzərinə vəzifə kimi qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2308/2018 saylı iş üzrə 22.11.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1950-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Əmək kitabçasına əsasən iddiaçı 20.11.1967-ci il tarixli 67 saylı əmrlə məktəbin kitabxanasına kitabxanaçı təyin edilmiş və 02.09.1968-ci ildə işdən azad edilmiş, 27.01.1970-ci il tarixli 2 saylı əmrlə pensiya şöbəsinə hesabdar vəzifəsinə təyin edilmiş və 03.05.1971-ci il tarixl i 17 saylı əmrlə işdən azad edilmiş, 22.04.1971-ci il tarixli 51 saylı sərəncamla 2 nömrəli bazaryanı sənaye malları mağazasına müdir vəzifəsinə təyin edilmiş və 16.11.1971-ci il tarixli, 161 saylı sərəncamla işdən azad edilmiş, 16.01.1975-ci il tarixli 9 saylı əmrlə Nazirliyə az təminatlı ailələr üzrə müfəttiş təyin edilmiş, 16.03.1983-cü il tarixli 64 saylı əmrlə Naxçıvan MSSR Sosial Təminatlar Nazirliyinə pensiya və yardımların hesablanması və ödənilməsi üzrə rəis vəzifəsinə keçirilmiş 26.04.1993-cü il tarixli, 38 saylı əmrlə işdən azad edilmiş, 04.05.1993-cü il tarixli 366 saylı əmrlə ƏƏSM pensiya və müavinətlər idarəsinin imtiyazlı pensiyalar şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmiş və 29.11.1995-ci il tarixli 607 saylı əmrlə Bakı şəhər Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mə rkəzinin direktoru təyin edilmiş, 14.03.1997-ci il tarixli, 137 saylı əmrlə Binəqədi ƏSMM-nin direktor müavini vəzifəsinə təyin edilmiş, 05.05.1997-ci il tarixli, 231 saylı əmrlə Binəqədi rayon ƏSMM-nin direktoru təyin edilmiş və 03.09.2001-ci il tarixli, 549 saylı əmrlə işdən azad edilmiş, 25.01.2002-ci il tarixli 15 saylı əmrlə Bakı şəhər ƏSMİ iqtisadi məsələlər üzrə rəis müavini vəzifəsinin icrası həvalə edilmiş, 20.09.2004-cü il tarixli, 406 saylı əmrlə Bakı şəhəri Yasamal rayon Əhalinin sosial müdafiəsi mərkəzinin direktoru vəzifəsinin icraçısı müvəqqəti olaraq Bakı şəhər Əhalinin sosial müdafiəsi idarəsinin baş məsləhətçisi baş mühasibi həvalə edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxx 1950-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş və uzun i llər Sosial təminat şöbəsində məsul vəzifəsində çalışmışdır. Belə ki, 26.08.1968-ci ildə - 03.05.1971-ci ilədək İliç rayon İctimai təminat şöbəsində pensiya üzrə hesabdar, 16 yanvar 1975-ci ildən 14 iyul 1976-cı ilədək Naxçıvan MSSR İctimai Təminat Nazirliyində aztəminatlı ailələr üzrə müfəttiş, 14 iyul 1976-cı ildən 16 mart 1983-cü ilədək Naxçıvan şəhər ictimai təminat şöbəsinin baş mühasibi, 16 mart 1983-cü ildən 15 iyul 1992-ci ilədək Naxçıvan MSSR Sosial Təminat Nazirliyinin pensiya və yardımların hesablanması və ödənilməsi üzrə Respublika mərkəzinin rəisi, 16 iyul 1992-ci ildən 26 aprel 1993-cü ilədək Naxçıvan MR Sosial Təminat Nazirliyinin pensiya təminatı və dövlət yardımları şöbəsinin müdiri, Nazir müavini, 04 may 1993-cü ildən - 04 may 1994-cü ilədək Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin pensiya və müavinətlər idarəsinin imtiyazlı pensiyalar şöbəsinin baş mütəxəssisi, 04 may 1994-cü ildən 06 yanvar 1995-ci ilədək həmin şöbənin müdiri, 06 yanvar 1995-ci ildən, 24 aprel 1995-ci ildən 29 noyabr 1995-ci ilədək həmin idarənin baş müfəttişi, 29 noyabr 1995-ci ildən 14 mart 1997-ci ilədək ƏƏSMN Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini, 14 mart 1997-ci ildən 03 sentyabr 2001-ci ilədək Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, 25 yanvar 2002-ci ildən 17 fevral 2011-ci ilədək ƏƏSMN Bakı şəhər Əhalinin Sosial Müdafiəsi İdarəsinin müxtəlif dövlət qulluğu vəzifələrində işləmişdir. Cəmi dövlət qulluğu stajı 37 il 7 ay təşkil edir. İddiaçı işdən çıxdığı üçün 17 fevral 2011-ci ildən İİİ qrup əlil kimi Xətai rayon şöbəsi tərə findən dövlət qulluqçusu kimi ona 523,88 manat məbləğində pensiya təyin edilmişdir. Uzun müddət Naxçıvan MR Sosial Təminat və Əhalinin Sosial Müdafiəsi Nazirliklərində aparıcı şöbələrin müdiri və Nazir müavini məsul vəzifələrində işləmişdir. Ancaq iddiaçıya pensiya hesablanan zaman vəzifə səlahiyyətlərinin icrasına görə və dövlət qulluğu pensiyası hesablanan zaman Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dövlət qulluqçusunun vəzifə maaşlarına ildə 4 dəfə vəzifə maaşına uyğun ödənilməli olan mükafatlara görə əlavələr nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, şöbə bunları nəzərə almayaraq onun sosial təminat hüququ pozulmuşdur. Bununla əlaqədar iddiaçı dəfələrlə şöbəyə müraciət etmiş və hər dəfə də ona bildirilmişdir ki, Nazir müavini və Nazirlikdə şöbə müdiri vəzifələrində i şlədiyi dövrdə ona vəzifə səlahiyyətlərinin icrasına görə Nazir müavini və şöbə müdiri kimi 10% vəzifə maaşına əlavələr ödənilmədiyindən həmin əlavələri, vəzifə maaşına ildə 4 dəfə hesablanmalı olan mükafatlar barədə müvafiq sənəd təqdim etmədiyindən mükafatlara görə əlavələri də hesablamaq mümkün deyildir. Ancaq iddiaçı hesab edir ki, bu qanunsuzdur. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı 01 yanvar 1990-cı ildən 26 aprel 1993-cü il tarixədək olan dövrdə Naxçıvan Sosial Təminat Nazirliyində idarə rəisi, Nazirin müavini, 04 may 1993-cü ildən 01 yanvar 1995-ci il tarixinədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş məsləhətçi və şöbə müdiri inzibati vəzifələrində işlədiyi 5 ilin vəzifə maaşlar ının hazırda həmin vəzifə maaşlarına bərabər tutulmaqla vəzifə maaşının 474,60 manat, qulluq stajına görə əlavə 30% 142,30 manat, vəzifə səlahiyyətlərinin icrasına görə əlavə 47,45 manat, ixtisas dərəcəsinə görə əlavə 38,00 manat, ildə 4 dəfə ödənilməli olan mükafatlara görə əlavə 158,10 manat olmaqla, cəmi 860,35 manat orta aylıq əmək haqqından 80% 688,28 manat məbləğində pensiya 17 fevral 2011-ci il tarixdən hesablanmaqla əksik aldığı məbləğlərin də ona birdəfəlik ödənilməsi barədə akt qəbul edilməsini cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi haqqında ərizə ilə birinci inst ansiya məhkəməsinə müraciət edərək 01 yanvar 1990-cı ildən 25 aprel 1993-cü il tarixədək olan dövrdə Naxçıvan MR Sosial Təminat Nazirliyində idarə rəisi, Nazirin müavini, 4 may 1993-cü ildən 1 yanvar 1995-ci il tarixinədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş məsləhətçi və şöbə müdiri inzibati vəzifələrində işlədiyi üçün 5 ilin vəzifə maaşlarının hazırda həmin vəzifə maaşlarına bərabər tutulmaqla vəzifə maaşının 474,60 manat, qulluq stajına görə əlavə 30% 142,30 manat, vəzifə səlahiyyətlərinin iclasına görə əlavə 47,45 manat, ixtisas dərəcəsinə görə əlavə 38,00 manat, ildə 4 dəfə ödənilməli olan mükafatlara görə əlavə 158.10 manat olmaqla, cəmi 860,35 manat orta aylıq əmək haqqında 80% 688,28 manat məbləğində pensiya 17 fevral 2011-ci il tarixdən 1 dekabr 2013-cü il tarixinəd ək hesablanmaqla əksik aldığı məbləğlərin də ona birdəfəlik ödənilməsi barədə akt qəbul edilməsini cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 22.06.2018-ci il tarixli iş № 2-1(82)-1599/2018, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi, qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 22.06.2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 22.11.2018-ci il tarixli iş № 2-1(103)-2308/2018 (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və K əmalə Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 22.06.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə qərar qəbul edərkən apelyasiya şikayətində qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan apelyasiya şikayətini təmin etməmişdir. İddia ərizəsi əsassız olaraq təmin edilmiş və bununla da maddi və prosessual hüquq normaları pozulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.08.2017ci il tarixli qərarı əsasında iddiaçının pensiyası yenidən hesablanaraq 913,04 manata çatdırılmışdır və keçmiş dövrdə yaranmış fərq isə ödənilməklə davam edilir. Belə ki, qərarda qeyd olunan əlavələrin onun pensiyasının üz ərinə 01.12.2013-cü il tarixdən hesablanması nəzərdə tutulduğundan ərizədə qeyd edilən tarixdən 17.02.2011-ci il tarixdən hesablanması mümkün deyildir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçünişə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,məhkəmə qərar qəbul edərkən apelyasiya şikayətində qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan apelyasiya şikayətini təmin etməmişdir. İddia ərizəsi əsassız olaraq təmin edilmiş və bununla da maddi və prosessual hüquq normaları pozulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.08.2017-ci il tarixli qərarı əsasında iddiaçının pensiyası yenidən hesabl anaraq 913,04 manata çatdırılmışdır və keçmiş dövrdə yaranmış fərq isə ödənilməklə davam edilir. Belə ki, qərarda qeyd olunan əlavələrin onun pensiyasının üzərinə 01.12.2013-cü il tarixdən hesablanması nəzərdə tutulduğundan ərizədə qeyd edilən tarixdən 17.02.2011-ci il tarixdən hesablanması mümkün deyildir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının dövlət qulluğunda əmək stajı 37 ildən çox təşkil edir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli Fərmanın ın 2.3-cü bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda gö stərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanununun 2.1.1-ci maddəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi gün icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında çalışmış dövlət qulluqçularına şamil edilir. Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Azərbaycan Res publikası Qanunun 22.2-ci maddəsində dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına vəs. əlavələrdən) ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 nömrəli fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 12-ci bəndinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikasının“Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Prezidentinin 23.10.2003-cü il tarixli, 948 saylı Fərmanının 1-ci bəndinin 1-ci abzasına əsasən 2 003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiyanın təyin edilməsi üçün dövlət məvacibin hesablanması Qaydalarına” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunları qüvvəyə minənədək sovet partiya orqanlarında, nazirliklərin və dövlət komitələrinin aparatında işləmiş dövlət qulluğuna daxil olan vəzifələrdə işləmiş işçilərə pensiya hesablanarkən onların da məvacibinin təsnifata uyğun hazırda dövlət qulluğunda işləyən işçilərin məvacibinə bərabər götürülməsi nəzərdə tutulmuşdur. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nı n və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20.06.2008-ci il tarixli 776 saylı Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% məbləğində əlavə haqq təyin edilir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıya pensiya hesablayarkən 03 sentyabr 2001-ci il tarixli “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanını və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın mə bləğlərinin müəyyənləşdirilməsi Qaydalarını”, habelə Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında Azərbaycan Respublikası Prezidentinin 23.10.2003-cü il tarixli 948 saylı Fərmanının 1-ci bəndinin 1-ci abzasını və “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20.06.2008-ci il tarixli 776 saylı Fərmanını nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbayca n Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. «Andreyeva Latviyaya qarşı» məhkəmə işinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18.02.2009-cu il tarixli Qərarında məhkəmə vurğulamışdır ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilməsindən imtinası qanuna zidd olmuş dur ki, bu da öz növbəsində iddiaçının qanunvericilikdə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 22.11.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.11.2018-ci il tar ixli 21(103)-2308/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1071/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1071/2019
02.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver