Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1071/2020 21.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Qax rayon İcra Hakimiyyətinə və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər X10 və X1 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: İnzibati orqanların qərar və hərəkətlərindən yaranan digər mübahisələr, sərəncamın etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Dadaşovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Qax rayon İcra Hakimiyyətinə və DƏDRX-nin 12 saylı Ərazi İdarəsin ə (üçüncü şəxslər X10 və X1 iştirakı ilə) qarşı sərəncamın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-533/2019 saylı qərarından üçüncü şəxs X11 tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Qax Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamının etibarsız hesab edilməsi və həmin sərəncam əsasında Qax Ray on Texniki İnventarlaşdırma Bürosu tərəfindən X2 və X3 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv olunması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə X4 və X11 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Daha sonra iddiaçılar birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə verərək, Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamının etibarsız hesab edilməsini və həmin sərəncam əsasında X3 və X2 adına verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş etm işlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar mübahisəli evdə yaşadıqlarına görə həmin ev Qax RİH tərəfindən X5və X6 verilə bilməzdi. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(84)-940/2019 nömrəli (sədrlik edən hakim V.Qasımov) qərarı ilə iddianıntəmin edilməsi, Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamının etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində X2 və X3 adına aparılmış xx.xx.2016-cı il tarixli ********** nömrəli qeydiyyatın (daşınmaz əmlakın reyestr nömrəsi **********90-10301 ləğv edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxs Rübabə Aşurovaapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarınınləğv edilməsini, iddianı n mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(107)-533/19 nömrəli (hakimlər A.Eyvazov - sədrlik edən və məruzəçi, R.Əliyev və İ.Şükürov) qərarı ilə üçüncü şəxs X8 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(84)-940/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Üçüncü şəxs Rübabə Aşurovanınkasasiya şikayəti onunla əsaslandırılmışdır ki,hazırkı mübahisəyə öz hüquqi düşüncəsi ilə yanaşaraq hesab edir ki, bu qəbildən olan iddialar o zama n yolverilən olmalıdır ki, hüquq münasibəti həqiqətən də mövcud olsun və ya mövcud olmuş olsun, yaxud kifayət qədər konkretləşmiş olsun. Yəni hüquq münasibətinə çevrilməmiş hər hansı əlaqələr müəyyən etmə və tanınma haqqında iddianın predmeti ola bilməz və bu cür yanaşma sözügedən iddia növünün ümumi hüquq vəziyyəti haqqında «məlumat vermə» xarakteri daşıyan iddia kimi qəbul edilməsinin qarşısını alır. Habelə, qeyd edək ki, inzibati aktın etibarsızlığı, yararsız və əhəmiyyətsiz olduğu vətəndaş tərəfindən mübahisələndirilirsə, onda həmin inzibati aktın etibarsızlığı, əhəmiyyətsizliyi və yararsızlığı haqqında faktları iddiaçı məhkəməyə təqdim etməlidir. Hazırkı inzibati iş üzrə materiallara və ya iddiaçıların ifadə və izahatlarında sözügedən inzibati aktın etibarsızlığını müəyyən edən hall arın nədən ibarət olması göstərməmişdir. Ümumən hesab edir ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 21(102)2422/2018 nömrəli qərarında qeyd edilən halları araşdırmadan iddianı təmin etmişlər. İddia tələbinin əsasını Qax Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 1993-cü il tarixli 260 nömrəli sərəncamının etibarsızlığı tələbi təşkil edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli yaşayış mənzili 1934-cü il tarixdə X7 tərəfindən tikdirilmiş və onun şəxsi mülkiyyətində olmuşdur. Həmin mənzilin hansı əsaslarla dövlət istifadəsinə keçməsi məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Yəni, həmin beş otaqlı mənzilin törədilmiş cinayət ilə əlaqədar dövlətin müsadirə etməsi və ya Davu d Mustafayevin hər hansı bir cinayətdə ittiham olunması halı məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Habelə, məhkəmələr tərəfindən cavabdeh orqanının mənzili qaytarmaq kimi səlahiyyətinin olubolmaması müəyyən edilməmiş və iddiaçı bu hallarla bağlı (etibarsızlığın nədən ibarət olmasına dair faktları) məhkəməyə məruzə etməmişdir. Həmçinin bu qəbildən olan iddianın yol verilən olması üçün iddiaçı etibarsız hesab etdiyi inzibati akt barədə ona qanunun tələblərinə müvafiq məlumatın verilmə halını sübut etməlidir. («İnzibati icraat haqqında» Qanunun 62-ci maddəsi). Hesab edir ki, nə qədər ki, iş üzrə bu hallar müəyyən edilməmişdir, iş üzrə qəbul edilmiş məhkəmə aktı ədalətli və qanuni ola bilməz. Hesab edir ki, Qax Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 1993-cü il tarixli 260 nömrəli sərəncamı ilə müəyyən edilmiş halın 1934-cü il tarixdə istifadə üçün dövlət tərəfindən götürülmüş mənzilin cinayət işi ilə müsadirə olması və ya istifadə üçün götürülməsi məhkəmə tədqiqatı zamanı müəyyən edilməlidir. Həmçinin hesab edir ki, Qax rayon XDS İK-nin hüquqi varisi hazırda Qax rayon İcra Hakimiyyəti olmaqla Qax rayon İcraiyyə Komitəsinin baza əsasında yaranmışdır. Eyni zamanda bildirir ki, sovet Azərbaycanında mövcud olmuş rayon mənzil istismar sahəsi hazırkı mənzil kommunal təsərrüfat idarəsidir. Həm mənzil istismar sahəsi, həm də mənzil kommunal təsərrüfat idarəsi rayon İcra Hakimiyyətinin (XDS İcraiyyə komitəsinin) tərkibinə daxil olan qurum olaraq İcra Hakimiyyətinin (XDS İcraiyyə Komitəsinin) tərkib hissəsidir. Mənzil istismar sahəsi hüquqi şəxs deyil balansında olan əmlakı sadəcə olaraq istismar edir və onun balansında olan hər bir əmlak elə İcra Hakimiyyətinin (XDS İcraiyyə Komitəsinin) balansında olan əmlakdır. Göründüyü kimi, yuxarıda qeyd edilən hallar məhkəmə kollegiyası tərəfindən araşdırılmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs R.Aşurova kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2-1(107)-533/2019 nömrəli qərarını ləğv edərək, işi təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Bu müddəa əsas götürülər ək məhkəmə kollegiyası tərəfindən tərəflərə İPM-in 16.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə təklif göndərilərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmiş, xx xxxxx 2020-ci il tarixədək rəsmi olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasına bu barədə etiraz daxil olmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-533/2019 saylı qərarla, üçüncü şəxs X8 nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(84)-940/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1, 8.1, 36. 85-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2, 2.0.11, 57, 65.1.2. 65.2ci maddələrinə əsaslanmaqla beə hesab etmişdir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-533/2019 saylı qərarla və həmin qərardan üçüncü şəxs R.Aşurova tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Qax Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «Qax Rayon İcra Hakimiyyəti başçı sının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamının etibarsız hesab edilməsi və həmin sərəncam əsasında Qax Rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən X2 və X3 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv olunması barədə iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişlər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışı predmeti olmuş və bunun nəticəsində xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-2422/2018 saylı qərar qəbul edilərək iddiaçıların verdiyi kasasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-408/2018 saylı qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilm işdir. Ali Məhkəmənin həmin qərarının «Əsaslandırma hissəsi»ndə göstərilmişdir ki, «İnzibati Prosessual Məcəllənin 2.2.5-ci maddəsinin ikinci yarım-cümləsinə (inzibatı aktın etibarsız sayılmasına dair iddialar) görə hazırkı mübahisə müəyyən etmə və ya tanınma haqqında iddiadır. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddia İnzibati Prosessual Məcəllənin 36-cı maddəsində əksini tapmışdır». Beləliklə, Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarında konkret və birmənalı şəkildə qeyd edilmişdir ki, hazırkı mübahisə mümkün olandır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahis əni həll edərkən düzgün olaraq «Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 1991-ci il tarixli Qanununa istinad etmiş, belə ki, həmin Qanunun 1-ci maddəsində deyilir ki, aşağıdakı yaşayış evləri və başa çatdırılmamış tikililər əvəzsiz olaraq sahiblərinə, yaxud onlarla birgə yaşayan ailə üzvlərinə qaytarılsın: a) Azərbaycan SSR Cinayət Məcəlləsinin 162, 162-1 və 214-1-ci maddələrinə əsasən məhkəmələr tərəfindən müsadirə edilmiş evlər və tikililər; b) Azərbaycan SSR Mülki Məcəlləsinin 105-ci maddəsinə əsasən alınmış və yerli xalq deputatları Sovetinin fonduna daxil edilmiş evlər və tikililər; v) maddi zərərin ödənilməsi, yaxud vətəndaşların şəxsi əmlakının mü sadirəsi qaydasında icra sənədləri üzrə alınmış evlər və tikililər. Həmin Qanunun 2-ci maddəsində deyilir ki, aşağıdakı evlər bu Qanuna əsasən qaytarılmamalıdır: a) satılmış, habelə yaşayış sahəsi kirayə müqaviləsi üzrə qanunla müəyyən edilmiş qaydada başqa şəxslərə verilmiş evlər; b) müvafiq yerli xalq deputatları Sovetinin qərarına əsasən yaşayış məntəqəsinin yenidən planlaşdırılması ilə əlaqədar olaraq sökülməli olan evlər. «Azərbaycan Respublikası məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Sovetinin xx xxxxxx 1991-ci il tarixli Qərarının 2-ci hissəsində deyilir ki, bu Qanunun icrası icra hakimiyyəti rəhbərləri ilə ədliyyə orq anlarının və ictimai təşkilatların nümayəndələrindən ibarət tərkibdə komissiyaya həvalə edilsin. Komissiyanın iclaslarında prokuror iştirak edir, bu Qanunun tətbiqi məsələləri üzrə rəy verir. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul olunur, protokola daxil edilir və icra hakimiyyətinin rəhbəri tərəfindən təsdiq olunur. Beləliklə, sadalanan normalardan görünür ki, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması üçün icra hakimiyyəti rəhbərlərindən, ədliyyə orqanlarının və ictimai təşkilatların nümayəndələrindən ibarət komissiya prokurorun iştirakı ilə iclas keçirib qərar verməli və icra hakimiyyətinin rəhbəri bu qərarı təsdiq etməlidir. Rayon İcra Hakimiyyəti başçısının təkbaşına belə bir qərar qəbul etməsi Qanunda nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası ilk növbədə bunu qeyd edir ki, xx xxxxxxxx 1993-cü il tarixli 260 nömrəli sərəncam müvafiq səlahiyyəti olmayan Qax Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmişdir. Belə ki, həmin sərəncamla yalnız komissiyanın qərarı təsdiq edilə biləcəyi halda, komissiyanın qərarı olmadan birbaşa evin qaytarılması qərara alınmışdır. Digər tərəfdən, yuxarıda istinad olunan Qanun yalnız aşağıdakı şərtlərə uyğun gələn ev və tikililərin qaytarılmasını ehtiva edir: a) Azərbaycan SSR Cinayət Məcəlləsinin 162, 162-1 və 214-1-ci maddələrinə əsasən məhkəmələr tərəfindən müsadirə edilmiş evlər və tikililər; b) Azərbaycan SSR Mülki Məcəlləsinin 105-ci maddəsinə əsasən alınmış və yerli xalq deputatları Sovetinin fonduna daxil edilmiş evlər və tikililər; v) maddi zərərin ödənilməsi, yaxud vətəndaşların şəxsi əmlakının müsadirəsi qaydasında icra sənədləri üzrə alınmış evlər və tikililər. Lakin Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamından da görünür ki, mənzilin rayon mənzil istismar sahəsinin balansına nəyə əsasən keçirilməsinə dair heç bir sənəd yoxdur. Belə olan halda, Qax Rayon İcra Hakimiyyəti evin əvvəlki sahiblərinə qaytarılması barədə sərəncam verməyə səlahiyyətli olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə görə, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nə ticə yaratmır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Qax Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 1993-cü il tarixli 260 nömrəli sərəncamının etibarsız sayılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxsin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi K ollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-533/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1071/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1071/2020
21.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver