Məhkəmə qərarları › İş №2-1(102)-1071/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1071/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1071/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi hesablanması barədə qərarın ləğv edilməsi,sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan vergi yoxlamasının dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumatın Reyestrə daxil edilməsi, Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi,vergi öhdəliyinin yerinə yetirilməsi müddəti. Azərbaycan Respublikası Ali Məhkəm əsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X9 oğlunun və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-104/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 13.11.2018-ci il tarixli **********168615 nömrəli qərarına əsasən, iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2015-ci ilin oktyabr ayından 2018-ci ilin sentyabr ayınadək olan vergi dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 19.11.2019-cu il tarixli **********170063 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Qeyd edilən akt üzrə 27.12.2019-cu il tarixli **********195415 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarla vergi ödəyicisinə ƏDV üzrə əsas borc 232.596,02 manat (2016-cı il üzrə 96.307,29 və 2017-ci il üzrə 136.288,73 manat), maliyyə sanksiyası üzrə 68.144,37 manat, aksiz vergisi üzrə əsas borc 1.008.836,05 manat (2016-cı il üzrə 425.345,80 manat və 2017-ci il üzrə 583.490,25 manat), maliyyə sanksiyası üzrə 291.745,13 manat hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 nömrəli 27.12.2019-cu il tarixli qərarın ləğv edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən səyyar vergi yoxlamas ı zamanı "xxxx" ASC-də istehsal edilmiş spirtli içkilərin istehsal həcminin müəyyən edilməsi məqsədi ilə “Mütəxəssisin dəvət edilməsi haqqında” 17.12.2018-ci il tarixli, **********171581 nömrəli və 01.07.2019-cu il tarixli, **********186032 nömrəli qərarlar çıxarılmış, yoxlamaya "xxxx" MMC-nin eksperti və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Görülmüş işlərin nəticəsində yoxlamaya "xxxx" MMC tərəfindən 28.06.2019-cu il tarixli arayış və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi tərəfindən 19.11.2019-cu il tarixli mütəxəssis rəyi təqdim edilsə də, qeyd olunan arayış və mütəxəssis rəyi iddiaçıya təqdim edilməmişdir. Səyyar vergi yoxlamasına cəlb olunmuş mütəxəssis tərə findən verilmiş 19.11.2019-cu il tarixli rəyə əsasən, istehsal avadanlıqlarının güc göstəricilərinin və istehsal prosesində əmək qüvvəsinin reallığı baxımından malların təkrar emala verilməklə silinməsi barədə silgi aktlarının reallığı əks etdirmədiyi müəyyən olunmuşdur. Vergi orqanının qərarında sadəcə mütəxəssis rəyinə istinad olunaraq müəssisənin istehsal gücünün və əmək qüvvəsinin qeyd olunan məlumatlara uyğun gəlmədiyi bildirilmişdir. Lakin qeyd olunan bütün məhsullar bir anda deyil, tədricən və müxtəlif vaxtlarda təkrar emala göndərilmiş və bununla bağlı bütün rəsmiləşdirmə həyata keçirilmişdir. Belə ki, 01.04.2016-cı il tarixində müəssisənin hazır məhsullar anbarının ustası X1 tərəfindən verilmiş 2 bildiriş əsasında müəssisənin baş texnoloqu və laboratoriyası tərəfindən müvafiq mall arın standartlara cavab vermədiyi və satışa buraxılmaması barədə rəy verilmişdir. Məhz bu rəylər əsasında 29.04.2016-cı il tarixində tərtib olunmuş aktla müvafiq məhsullar satışa yararlı olmadığına görə butulkaların qapağı açılıb, araq süzüntüsü kimi təkrar istehsal məqsədi ilə daxili qaimə sənədləri əsasında araq süzmə sexinə verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Dövlət Akkreditasiya xidməti tərəfindən verilmiş № AZ 01.0156.01.16 akkreditasiya attestatına əsasən, "xxxx" ASC-nin İstehsal Sınaq laboratoriyası alkoqollu içkilərin sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunmuşdur və bu Attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndiri lməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Eyni şəkildə, 27.05.2016-cı il, 30.09.2016-cı il, 01.11.2016-cı il, 30.03.2017-ci il tarixli və 30.11.2017-ci il tarixli aktlar əsasında müvafiq satışa yararlı olmayan məhsullar müəssisədaxili sexə verilmiş və onlar yenidən istehsal edilərək, müvafiq aksiz markaları ilə markalanaraq satışa çıxarılmış və bu məhsullara görə vergi ödənilmişdir. Göründüyü kimi, burada silinmədən yox, uyğun olmayan məhsulların yenidən emala verilməsi yolu ilə təkrar satışa çıxarılmasından bəhs olunur.

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlanılan dövr ərzində vergi ödəyicisinin satış dövriyyəsi ümumi dəyəri 3.901.167,44 manat olmaqla (ƏDV daxil), 6.095.601 ədəd 733.671,05 litr spirtli içkilər satılmışdır ki, bunların da 2.511.557 ədədi 0,05 litr tutumlu (41,20 %), 2.209.559 ədədi 0,1 litr tutumlu (36,25 %), 996.131 ədədi 0,2 litr tutumlu (16,34 %), 136.917 ədədi 0,25 litr tutumlu (2,25 %), 116.087 ədədi 0,5 litr tutumlu (1,9%), 17.493 ədədi 0,2 litr tutumlu (16,34 %), 136.917 ədədi 0,25 litr tutumlu( 2,25 %), 116.087 ədədi 0,5 litr tutumlu (1,9 %), 17.493 ədədi 0,7 litr tutumlu (0,29 %), 99.343 ədədi 0,75 litr tutumlu (1,63%), 8.018 ədədi 1 litr tutumlu (0,13%), 496 ədədi isə 1,75 litr tutumlu (0,008 %) içkilərdən ibarət olmuşdur. Vergi ödəyicisinin satışının böyük hissəsi 0,05 litr və 0,1 litr tutumlu içkilərdən ibarət olmuşdur. Halbuki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 260.000 ədəd 0,1 litr həcmli butulkaların 12 yanvar 2009-cu ildə Rusiyanın OAO “STAR QLASS” təşkilatından alındığı və 0,05 həcmində butulkala rın isə ümumiyyətlə alınmadığı müəyyən edilmişdir. Bununla da, vergi ödəyicisinin satışlarını faktiki əks etdirmədiyi müəyyən edilmişdir. Bundan başqa, yoxlanılan dövrdə "xxxx" ASC tərəfindən daxili əmrlə yaradılmış komissiyanın iştirakı ilə tərtib olunmuş aktlara əsasən, 2016-cı ilin aprel ayında 177.772 ədəd butulkada (maya dəyəri 109.594,43 manat olmaqla ƏDV-si 19.727,0 manat), 2016-cı ilin may ayında 82.944 ədəd butulkada (maya dəyəri 68.225,94 manat olmaqla ƏDV-si 12.280,67 manat), 2016-cı ilin sentyabr ayında 282.320 ədəd butulkada (maya dəyəri 161.835,63 manat olmaqla ƏDV-si 29.130,41 manat), 2016cı ilin noyabr ayında 28.247 ədəd butulkada (maya dəyəri 195.384,50 manat olmaqla ƏDV-si 35.169,21 manat), 2017-ci ilin mart ayında 521.930 ədəd butulkada (maya dəyəri 171.362,06 manat olma qla ƏDV-si 30.845,17 manat) və 2017-ci ilin noyabr ayında 444.875 ədəd butulkada (maya dəyəri 584.224,86 manat olmaqla ƏDV-si 105.160,47 manat), ümumilikdə 1.538.088 ədəd müxtəlif həcmli butulkalarda (maya dəyəri 1.290.627,42 manat olmaqla ƏDV-si 232.312,93 manat təşkil edən) aksiz markaları ilə markalanmış halda qablaşdırılmış araq, şampan və konyak məhsullarının hazır məhsul anbarında xarab olma adı altında silinməklə təkrar emala verilməsi aşkar edilmişdir. Halbuki, vergi ödəyicisinin özünün verdiyi rəqəmlər müqayisəli şəkildə araşdırıldıqda vergi ödəyicisinin sildiyi və təqdim etdiyi butulkaların saylarının uyğunsuzluğu müəyyən edilir. Belə ki, adi qaydada götürülsə, vergi ödəyicisi tərəfindən ümumilikdə 2009-cu ildə 0,1 litr həcmində 260.000 ədəd butulka alınmasına baxmayaraq, yoxlama dövründə 2.209.559 ədəd satış həyata keçirilmişdir. Bundan başqa, vergi ödəyicisi tərəfindən satışın 41 faizini 0,05 həcmli butulkalar təşkil etməyinə baxmayaraq, hansı səbəbdənsə, təkrar emala qaytarıldığı iddia edilən butulkaların çox hissəsi 0.5 litr həcmdən yuxarı olan butulkalar olmuşdur. Halbuki, həmin butulkaların alışını təsdiq edən hər hansı sənəd vergi yoxlamasına təqdim edilməmişdir. Bütün yuxarıda qeyd edilənlər açıq-aşkar şəkildə vergi ödəyicisi tərəfindən vergidən yayınmanın həyata keçirildiyi və faktiki satış həcminin butulkaların həcminə uyğun azaldılması müəyyən edilir. Bundan başqa, təkrar emala qaytarılmış butulkaların sayını və bu işə cəlb olunan əməkdaşların sayını, hər bir butulkadakı spirtli içkilərin xarab olmasını yoxlamaq üçün avadanlıqları və laborantların sayın ı, butulkaların eyni anda boşaldılması üçün istifadə olunan cihazı, həmin boşaldılmış spirtin yenidən təkrar emala qayıtması üçün sərf olunan vaxtı nəzərə aldıqda bu göstəricilər üzrə təkrar emala qayıtma mümkünsüzdür. Həmçinin, vergi ödəyicisi özü də gələcəkdə bu sualların olmamasından ötrü ən azından üzərinə vurulan aksiz markalarının saxlanılmasını həyata keçirmir, ləğvetmə vaxtı vergi orqanı əməkdaşlarından hər hansı birini dəvət etmir. Bütün bu hallar bir daha vergi ödəyicisi tərəfindən bu əməliyyatlarla vergidən yayınma hərəkətlərinin edilməsini təsdiq edir. Yoxlanılan dövrdə "xxxx" ASC tərəfindən daxili əmrlə yaradılmış komissiyanın iştirakı ilə tərtib olunmuş aktlara əsasən, hazır məhsul anbarında xarab olma adı altında ümumilikdə, 1.538.088 ədəd müxtəlif həcmli butulkalarda maya dəyəri 1.290.627,42 manat olmaqla, ƏDV-si 232.312,93 manat təşkil edən, aksiz markaları ilə markalanmış halda qablaşdırılmış araq, şampan və konyak məhsulları silinməklə təkrar emala verilməsi göstərilmişdir. Beləliklə, mühasibat sənədlərində silinmiş malların itkilər nəzərə alınmaqla, xam mal kimi anbara mədaxil edildiyi müəyyən edilmişdir. Səyyar vergi yoxlamasına cəlb olunmuş mütəxəssis tərəfindən verilmiş 18.11.2019-cu il tarixli rəyə əsasən, istehsal avadanlıqlarının güc göstəricilərinin və istehsal prosesində əmək qüvvəsinin reallığı baxımından malların təkrar emala verilməklə silinməsi barədə silgi aktlarının reallığı əks etdirmədiyi müəyyən olunmuşdur. Belə ki, 11.11.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, bir ədəd 0,1 litr və 0,5 litr tutumlu butulkada arağın anbardan araq i stehsalı sexinə daşınması, paletlərin üzərindən arağın boşaldılmasına cəlb edilmiş işçilərin yaxınlığına daşınması, butulkanın tıxacının açılması, içərisində olan arağın boşaldılması, boş butulkanın yenidən paletin üzərinə yerləşdirilməsi və ayrılmış sahədən yenidən anbara daşınmasına orta hesabla 2 dəqiqədən artıq vaxt sərf edilir. Qeyd edilən göstəricilər və tədqiq edilən avadanlıqların həcmi nəzərə alınaraq aylar üzrə tərtib edilmiş aktlarda göstərilmiş həcmdə butulkaların boşaldılaraq yenidən təkrar emala göndərilməsi qeyri - mümkün hesab edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən tərtib edilmiş aktlar üzrə silinmiş butulkaların təkrar emala verilmədiyini və onların istehsal binasından kənara çıxarıldığını deməyə əsas verir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/20 say lı iş üzrə qəbul etdiyi 20 may 2020-ci il tarixli qərarı ilə (hakim: N.Abıyev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 nömrəli 27.12.2019-cu il tarixli qərar qismən - "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1.241.148 (bir milyon iki yüz qırx bir min bir yüz qırx səkkiz) manat 97 (doxsan yeddi) qəpik məbləğində əlavə verginin hesablanması və 359.747 (üç yüz əlli doqquz min yeddi yüz qırx yeddi) manat 95 (doxsan beş) qəpik maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iş üzrə keçirilmiş eksper tizanın nəticəsi olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən (X2 tərəfindən verilmiş rəy də nəzərə alınmaqla) verilmiş ekspert rəyinə əsasən, "xxxx" ASC tərəfindən tərtib olunmuş 29.04.2016-cı il, 27.05.2016cı il, 30.09.2016-ci il, 01.11.2016-cı il, 30.03.2017 və 30.11.2017-ci il tarixli aktlarda qeyd edilmiş məlumatların düzgünlüyü (mümkünlüyü) sübuta yetirilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, ƏDV ödəyicisi olaraq iddiaçı tərəfindən hər ay müvafiq hesabat və bəyannamələr tərtib olunaraq vergi orqanına təqdim edilmiş və qeyd olunan hesabatlarda hər ay üzrə mal qalığı göstərilmişdir. İddiaçı tərəfindən xarab olmuş məhsulların istehsaldan çıxarılması zamanı da bu hesabatlarda həmin fakt göstərilmiş və anbarda mal qalı ğı azalması baş vermişdir. Cavabdeh inzibati orqan mütəxəssis rəyinə əsaslanmaqla müəssisə tərəfindən tərtib edilmiş aktlar üzrə silinmiş butulkaların təkrar emala verilmədiyi və onların istehsal binasından kənara çıxarıldığı (satıldığı) nəticəsinə gəlsə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamış və məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqini tapmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/20 saylı iş üzrə qəbul etdiyi 20 may 2020-ci il tarixli qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə qərarın qismən - iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, eyni hissədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(103)-104/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: M.Tağızadə, hakimlər: X.Sarıyev və E.Mehdiyev) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)2023/20 saylı iş üzrə qəbul etdiyi 20 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, səyyar vergi yoxlaması 40 gün (28.11.201807.01.2018-ci il tarixi aralığında) və 68 gün (07.01.2019-15.04.2019-cu il tarixi aralığında) olmaqla, ümumilikdə 108 gün müddətində aparılmışdır ki, bu da Vergi Məcəlləsinin 38.2-ci maddəsinə ziddir. Bundan əlavə, səyyar vergi yoxlamasının 28.12.2018-ci il tarixdən 07.01.2019-cu il, 06.02.2019-cu il tarixdən 20.02.2019-cu il tarixədək və 23.03.2019-cu il tarixdən 15.04.2019-cu il tarixədək qeyri-qanuni olaraq aparılması müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2934 №li 19.01.2021-ci il tarixli ekspert rəyinə əsasən, hazır məhsul anbarında xarab olmuş məhsulların silgi aktlarında göstərildiyi qaydada müvafiq avadanlıqlardan istifadə edilməklə, həmin aktlarda müəyyən olunmuş vaxt ərzində təkrar emala verilməsi mümkündür. Göründüyü kimi, vergi orqanının istinad etdiyi mütəxəssis rəyinin əsassızlığı ekspertizanın rəyi ilə təsdiq olunmuşdur.

11. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın qismən - iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini, eyni hissədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilir ki, vergi ödəyicisinin satışının böyük hissəsi 0,05 litr və 0,1 litr tutumlu içkilərdən ibarət olmuşdur. Halbuki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 260.000 ədəd 0,1 litr həcmli butulkaların 12 yanvar 2009-cu ildə Rusiyanın OAO “STAR QLASS” təşkilatından alındığı və 0.05 həcmində butulkaların isə ümumiyyətlə alınmadığı müəyyən edilmişdir. Təkcə bu fakt vergi ödəyicisinin satışlarını faktiki əks etdirmədiyini, qanunvericiliklə müəyyən edilmiş vergiləri tam həcmdə ödəməkdən yayınmağa meyilli olmasını göstərir.

13. Bundan başqa, yoxlanılan dövrdə "xxxx" ASC tərəfindən daxili əmrlə yaradılmış komissiyanın iştirakı ilə tərtib olunmuş aktlara əsasən, 2016-cı ilin aprel ayında 177.772 ədəd butulkada (maya dəyəri 109.594,43 manat olmaqla ƏDV-si 19.727,0 manat), 2016-cı ilin may ayında 82.944 ədəd butulkada (maya dəyəri 68.225,94 manat olmaqla ƏDV-si 12.280,67 manat), 2016-cı ilin sentyabr ayında 282.320 ədəd butulkada (maya dəyəri 161.835,63 manat olmaqla ƏDV-si 29.130,41 manat), 2016-cı ilin noyabr ayında 28.247 ədəd butulkada (maya dəyəri 195.384,50 manat olmaqla ƏDV-si 35.169,21 manat), 2017ci ilin mart ayında 521.930 ədəd butulkada (maya dəyəri 171.362,06 manat olmaqla ƏDVsi 30.845,17 manat) və 2017-ci ilin noyabr ayında 444.875 ədəd butulkada (maya dəyəri 584.224,86 manat olmaqla ƏDV-si 105.160,47 manat), ümumilikdə 1.538.088 ədəd müxtəlif h əcmli butulkalarda (maya dəyəri 1.290.627,42 manat olmaqla ƏDV-si 232.312,93 manat təşkil edən) aksiz markaları ilə markalanmış halda qablaşdırılmış araq, şampan və konyak məhsullarının hazır məhsul anbarında xarab olma adı altında silinməklə təkrar emala verilməsi aşkar edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı vergi orqanının 01.07.2019-cu il tarixli **********186032 saylı qərarı ilə dəvət olunmuş mütəxəssis tərəfindən verilmiş 11.11.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən tərtib edilmiş 29.04.2016, 27.05.2016, 30.09.2016, 01.11.2016, 30.03.2017 və 30.11.2017-ci il tarixli silgi aktlarında hazır məhsul anbarında xarab olmuş məhsulların təkrar emala verilməklə silinməsinin reallığı əks etdirmədiyi müəyyən edilmişdir. Bu da vergi ödəyicisi tərəfindən malları n təkrar emala qaytarılmıdığını, onların istehsal binasının hüdudlarından kənara çıxarıldığını göstərir.

14. Yoxlama nəticəsində vergi ödəyicisinə 11.11.2019-cu il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, maya dəyəri – 1.290.627,42 manat mal üzrə, eyni zamanda, 283,10 manat ƏDV məbləğinin ödənilmədən əvəzləşdirilməsinə əsasən, 232.596,02 (1.290.627,42 × 18% + 283,10) manat əlavə ƏDV hesablanmışdır.Yoxlama ilə silinmiş araq, tünd içkilərin və likyorların, konyak və konyak materiallarının və şampan şərabının həcmi (ümumilikdə 463.627,65 litr) vergi tutulan əməliyyat kimi qiymətləndirilərək Vergi Məcəlləsinin Xİİ Fəslinə əsasən 1.008.836,05 (423.071,15 × 2 + 17.515,0 × 6 + 23.041,50 × 2,5) manat əlavə aksiz vergisi hesablanmışdır.

15. Məhkəmə qər arında qeyd etmişdir ki, vergi orqanı tərəfindən yoxlamanın keçirilməsi müddətinin 30 iş günü müəyyən edilməklə, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi qaydaları”nın müddəaları pozulmuşdur. Halbuki, Vergi Məcəlləsinin 38.2-ci maddəsində səyyar vergi yoxlamasının keçirilməsi müddətinin 30 gün olduğu qeyd edilsə də, həmin Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirildiyi göstərilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsində “30 gün” sözündən istifadə edilsə də, məhkəmənin onun məhz “30 təqvim günü” müəyyən edildiyini qeyd etməsi hesab edirik ki, Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İV bəndinə zidd olaraq qanunun şərh edilməsidir. Beləliklə, məhkəmənin Vergi Məcə lləsinin 38.2-ci maddəsindəki “gün” sözünü “təqvim günü” kimi müəyyən etməklə səyyar vergi yoxlamasının 28.12.2018-07.01.2019, 06.02.2019 - 20.02.2019, 23.03.2019 - 15.04.2019cu il tarixləri arasında qeyri-qanuni olaraq aparıldığını bildirməsi, eləcə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə istinad edərək yoxlamanın qanuna zidd apartılmasını qeyd etməsi əsassızdır.

16. Məhkəmə qərarında vergi orqanının səyyar vergi yoxlaması zamanı istinad etdiyi mütəxəssis rəyinin əsassız olduğunun məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə təsdiq edildiyi bildirilmişdir. Halbuki, nə 1-ci instansiya məhkəməsində təyin edilmiş mühəndis-texniki ekspertizası, nə də apellyasiy a instansiyasında təyin edilmiş məhkəmə əlavə texniki ekspertizası heç də vergi orqanının istinad etdiyi mütəxəssis rəyinin əsassız olmasını təsdiq etməmişdir. Belə ki, 1-ci instansiya məhkəməsində təyin edilmiş ekspertiza zamanı verilmiş rəydə, ekspert avadanlıqların gücünü nəzərə alaraq "xxxx" ASC tərəfindən tərtib edilmiş aktlarda qeyd edilmiş həcmdə məhsulun təkrar emala qaytarılmasının mümkün olduğu qeyd edilmiş, qarşısında sual qoyulsa da, qeyd edilən aktlardakı məlumatların reallığı əks etdirib-etdirməməsi məsələsinə qiymət verməmişdir. Apellyasiya instansiyasında təyin edilmiş təkrar ekspertiza nəticəsində verilmiş rəydə məhkəmə eksperti yalnız butulkaların boşaldılması vaxtını müəyyən etmiş, bu işin hansı sayda işçi ilə yerinə yetirilə bilməsi məsələsinə toxunmamışdır. Halbuki, bu tulkaların texniki cəhətdən vannaya boşaldılması, təkrar emala verilməsi, avadanlıqların iş gücü vergi orqanı tərəfindən mübahisələndirilmir. Vergi orqanı tərəfindən mübahisələndirilən hal həmin dövrdə müəssisənin istehsal fəaliyyəti göstərdiyini nəzərə alsaq, paralel olaraq bu işlərə cəlb edilə biləcək işçilərlə məhsulların təkrar emala qaytarılması, eləcə də müəssisədə başlanmış cinayət araşdırılması nəticəsində üzə çıxarılmış faktlar əsasında müəssisə tərəfindən tərtib edilmiş müvafiq silinmə aktlarındakı malların təkrar emala qaytarılması ilə bağlı məlumatların həqiqəti əks etdirməməsidir. Belə ki, 2008-ci ildən cəmiyyətin sədri vəzifəsində işləmiş X6 09.10.2014-cü il tarixdə tutduğu vəzifəyə xitam verildikdə hazır məhsul anbarında vaxtı keçmiş malların olmadığını bildirmişdir. Cəmiyyə t tərəfindən yoxlamaya təqdim edilmiş 02.11.2017-ci il tarixli bildirişdə isə vaxtı keçmiş malların 2013-2015-ci illərdə istehsal olunmuş araq, şampan və 2002-2005-ci illərdə istehsal olunmuş konyak məhsullarından ibarət olduğu bildirilmişdir. Həmçinin, malların təkrar emala qaytarılması ilə bağlı tərtib edilmiş 29.04.2016-cı il tarixli aktı imzalamış Əliyeva Yaqutun həmin tarixdə Azərbaycan Respublikasının ərazisində olmaması barədə sərhəd - keçid məntəqəsindən məlumat əldə edilmişdir.

17. Göstərilənlərə əsasən, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırmamış, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlillərinə görə, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, “Vergi ödəyicisinin satışının böyük hissəsi 0,05 litr və 0,1 litr tutumlu içkilərdən ibarət olmuşdur. Halbuki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 260 000 ədəd 0,1 litr həcmli butulkaların 12 yanvar 2009-cu ildə Rusiyanın OAO “STAR QLASS” təşkilatından alındığı və 0,05 həcmində butulkaların isə ümumiyyətlə alınmadığı müəyyən edilmişdir. Təkcə bu fakt vergi ödəyicisinin satışlarını faktiki əks etdirmədiyini, qanunvericiliklə müəyyən edilmiş vergiləri tam həcmdə ödəməkdən yayınmağa meyilli olmasını göstərir.” Halbuki, iddiaçı müxtəlif vaxtlarda müxtəlif müqavilələr bağlayaraq satıcılardan butulkaların alışını həyata keçirmişdir. Bundan əlavə, cavabdeh tərəfindən istinad edilən mütəxəssis rəyində yalnız 2017-ci ilin mart ayına dair tərtib edilmiş akt nəzərə alınmaqla hesablamalar aparılmışdır. Həmin akt əsasında aparılan hesablama isə bütün aktlara şamil edilərək ümumi şəkildə rəy verilmişdir. Həmçinin, rəydə mart ayında 17 iş gününün olmasına istinad olunsa da, nəzərə alınmamışdır ki, iddiaçı özəl müəssisədir və dövlət bayramı barədə rəsmi məlumatlara istinadla, daxili əmrləri nəzərə almadan iş günləri barədə qənaətə gəlmək əsassızdır. Cavabdeh iddiaçı barəsində vergi borcu hesablaması üçün yalnız mütəxəssis rəyi əsasında məhsulların təkrar emala getmədiyini ehtimal etmişdir, halbuki bu malların birbaşa satılaraq gəlir əldə olunduğunu sübut etmək vəzifəsi daşımışdır. Həmçinin, aparılan yoxlama zamanı yoxlama müddətləri təqvim günü ilə deyil, iş günü ilə götürülmüş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Eləcə də, cavabdeh akta imza atan şəxslərdən birinin (Əliyeva Yaqut) aktın imzalandığı gün ölkə ərazisində olmamasına istinad etsə də, həmin tarix Əliyeva Yaqutun aktı imzalama tarixi yox, komissiya sədrinin aktı imzalama tarixidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

20. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 22. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçir ildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasi yanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. İşin araşdırılan halları ilə müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçı barəsində aparılan səyyar vergi yoxlaması nəticəsində ƏDV (2016-cı il üzrə 96.307,29 və 2017-ci il üzrə 136.288,73 manat) və aksiz vergisi (2016-cı il üzrə 425.345,80 manat və 2017-ci il üzrə 583.490,25 manat) üzrə kənarlaşma aşkar edilmiş və mübahisələndirilən qərarla əlavə vergi məbləğləri hesablanmışdır.

28. Qeyd edilməlidir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan cavabdeh inzibati orqan, yəni vergi orqanı mübahisələndirilən aktın (27.12.2019-cu il tarixli vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarın) qəbul edilməsini zəruri dən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.

29. Bununla bağlı, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aparılarkən və vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən vergi qanunvericiliyinin bir sıra normaları pozulmuşdur.

30. Belə ki, səyyar vergi yoxlaması 28.11.2018-ci il tarixində başlanılmış, 19.11.2019cu il tarixdə bitmişdir. Səyyar vergi yoxlamasının müddəti 2 dəfə uzadılmış, 9 dəfə isə yoxlama müvəqqəti dayandırılmışdır. Yoxlamanın müddəti 2 dəfə uzadılsa da (07.01.2019 və 21.02.2019-cu il tarixlərdə) 21.02.2019-cu il tarixli yoxlama müddətinin uzadılması barədə qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməmişdir. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı bəndinə əsasən, vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat reyestrə daxil edilir. Həmin Əsa snamənin 1.5-ci bəndinə əsasən də reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göründüyü kimi, vergi orqanı yoxlamanın müddətin uzatsa da, bu barədə məlumatı reyestrə daxil etməməklə qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki, həmin qeydiyyata alınmamış müddəti uzatmadan sonra yoxlamanın müddəti 9 dəfə dayandırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, dayandırmanın səbəbi kimi ekspert və mütəxəssisin dəvət edilməsi göstərilmiş, 2 dəfə qərar qəbul edilməklə ekspert və mütəxəssis dəvət edilməsi qərara alınmış, lakin son nəticədə ekspertiza aparılmasına ehtiyac qalmamış, yalnız mütəxəssis rəyi alınmaqla kifayətlənilmişdir.

31. Bundan əlavə, vergi orqanı iddiaçı barəsində vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar (27.12.2019-cu il tari xli) qəbul edilərkən 2016-cı il üzrə ƏDV və aksiz vergisi hesablanması zamanı Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri pozulmuş, yəni 3 illik müddət keçdikdən sonra vergi hesablanmışdır. Başqa sözlə, vergi orqanı vergi qanunvericiliyinin imperativ normalarının göstərişlərini nəzərə almayaraq, hesabat dövrü qurtardıqdan 3 il sonra üçün vergi hesablamışdır. Vergi orqanı öz mövqeyini belə əsaslandırmışdır ki, müddət ötdüyü üçün həmin azaldılmış məbləğlərə münasibətdə maliyyə sanksiyası tətbiq olunmamalıdır. Halbuki, Vergi Məcəlləsinin 85.4-cü maddəsi aşkar surətdə hesabat dövrü bitdikdən sonra vergi hesablanmasını (maliyyə sanksiyasının tətbiq edilməsini yox) qadağan edir. Lakin, vergi orqanı sözügedən maddəni düzgün tətbiq etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə v ergi hesablamış, beləliklə də vergi qanunvericiliyinin tələbini pozmuşdur.

32. İşin mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı ilə iddiaçı arasında hazırkı mübahisənin yaranması 2016 aprel - 2017 noyabr ayları arasında iddiaçı tərəfindən araq, şampan və konyak məhsullarının (butulkaların) silinməklə təkrar emala buraxılması ilə bağlı olmuşdur. Belə ki, iddiaçı müəssisədə səlahiyyətli şəxslər tərəfindən içki məhsullarının yarasız hala düşməsi səbəbindən onların laborator müayinədən keçməsi və yararlılığının müəyyən edilməsi ilə bağlı təkliflər səsləndirilmiş (bildirişlər verilmiş), laborator müayinədən sonra məhsulların yararsız olması müəyyən edilmiş və komissiya aktları tərtib edilməklə məhsulların təkrar emala verilməsi barədə qərarlar (aktlar) qəbul edilmişdir (İ cild: iş v.41-68).

33. Cavabdeh vergi orqanı isə hesab edir ki, müəssisə tərəfindən məhsullar təkrar emal prosesindən keçməmişdir. Cavabdeh öz mövqeyini mütəxəssis rəyinə istinad edərək belə əsaslandırır ki, təkrar emala dair aktlardakı məlumatlar reallığı əks etdirmir. 11.11.2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, bir butulkanın təkrar emal prosesi üçün 2 dəqiqədən artıq vaxt tələb olunur. Belə ki, rəyə əsasən “.....Bir ədəd 0.1 litr və 0.5 litr tutumlu butulkada arağın anbardan araq istehsalı sexinə daşınması, paletlərin üzərindən arağın boşaldılmasına cəlb edilmiş işçilərin yaxınlığına daşınması, butulkanın (stəkanın) tıxacının (qapağının) açılması, içərisində olan arağın boşaldılması, boş butulkanın yenidən paletin üzərinə yerləşdirilməsi və ayrılmış sah ədən yenidən anbara daşınmasına orta hesabla 2 dəqiqədən artıq vaxt sərf edilir. Belə ki, 521.930 ədəd butulka və ya stəkanın boşaldılmasına (459.225+62.705)x2=1.043.860 dəqiqə:60=17.397.67 iş saatı tələb olunur“. Nəticədə, təkcə 2017-ci ilin mart ayı üçün təkrar emal prosesinə (521.930 ədəd butulka üçün) 17.397,67 iş saatı lazım olduğundan, 2017-ci ilin mart ayında cəmi 17 gün iş günü olduğu nəzərə alındıqda isə (Novruz Bayramı ilə əlaqədar) aktlarda qeyd olunan rəqəmlər reallığı əks etdirmir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçıya külli miqdarda vergilər hesablayarkən yalnız mütəxəssis rəyinə istinad etmişdir. 34. “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərt ərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (maddə 47.1).

35. Lakin cavabdehin mötəbər hesab etdiyi mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyi öz təsdiqini tapmır. Belə ki, mütəxəssis bir butulkanın boşaldılması üçün lazımi vaxtı necə və hansı qaydada hesabladığını aydınlaşdırmamış və əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, “İş materiallar ına əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, butulkada olan arağın araq süzmə sexinə daşınaraq boşaldılması müddəti hesablanılmışdır. Mütəxəssis bir ədəd 0.1 litr və 0.5 litr butulkada arağın sexə daşınması, boşaldılması və yenidən anbara daşınması ilə bağlı əməliyyatlar üçün 2 dəqiqə vaxt tələb olunduğunu qeyd etsə də, həmin vaxtın hansı normativlər əsasında və ya eksperiment üsulu ilə hesablandığı müəyyən olunmamışdır.” Başqa sözlə, iddiaçının silgi aktlarında əks olunan məlumatların reallığı əks etdirməməsi əgər içki məhsullarının boşaldılması üçün tələb olunan vaxtla əlaqələndirilirsə, bu halda həmin məhsulların boşaldılması üçün lazımi vaxtın hesablanma qaydası mütəxəssis rəyində əks olunmalı, içkilərin boşaldılması prosesi real təcrübədən keçirilməli (sınağın təşkili və s.) və n əticədə mötəbər mütəxəssis rəyi (sübut) tərtib olunmalı idi. Cavabdeh inzibati orqan olan vergi orqanı isə öz vəzifəsini düzgün icra etməyərək sübuta düzgün hüquqi qiymət verməmiş, nəticədə iddiaçıya külli miqdarda vergilər hesablamışdır.

36. Bundan əlavə, mütəxəssis rəyində qeyd olunan iş saatlarında müvafiq olaraq mart ayı üçün həmin iş yükünün icrasının mümkünsüz olması öz əksini tapsa da, kassasiya şikayətində verilən etirazda iddiaçı bildirmişdir ki, müəssisə mart ayında cəmi 17 gün işləməmiş (iddiaçının dəlillərinə görə daxili əmrləri nəzərə almadan iş günləri barədə qənaətə gəlmək olmaz), daha çox işləmiş, həmçinin müəssisənin işçi sayına müvafiq olaraq iş yükünün icrası mümkün olmuşdur.

37. Məhkəmə kollegiyası iddiaçının bu dəlilləri ilə razılaşır və qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçı müəssisənin mart ayında neçə gün və hansı sayda işçi ilə işləməsini müəyyən etmədən, silgi aktlarında qeyd olunan məlumatların həqiqətə uyğun olmaması ilə bağlı nəticəyə gəlməməli idi.

38. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2934 №li 19.01.2021-ci il tarixli ekspert rəyində ekspert belə nəticəyə gəlmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən spirtli içkilər istehsalı zavodunda spirtli içkilərin təkrar emalı üzrə istifadə olunan xüsusi avadanlıqların gündəlik spirtli içki təkrar emal gücünə və yuxarıda qeyd olunmuş qaydada laboratoriyanın verdiyi rəyə əsasən, hazır məhsullar anbarında olan məhs ulların bir hissəsi yoxlanılarkən saxlama müddəti keçmiş və satışa yararlı olmayan, adları aktlarda qeyd olunmuş spirtli içki məhsullarının təkrar emalı üçün 3 ədəd vannaya süzülmə vaxtlarını nəzərə aldıqda, "xxxx" ASC tərəfindən tərtib olunmuş 29.04.2016-cı il tarixli aktda göstərilmiş məhsulların 5 iş günü (37,5 saat), 27.05.2016-cı il tarixlə aktda göstərilmiş məhsulların 3 iş günü (18,3 saat), 30.09.2016-cı il tarixli aktda göstərilmiş məhsulların 6 iş günü (45 saat), 01.11.2016-cı il tarixli aktda göstərilmiş məhsulların 1 iş günü (8 saat), 30.03.2017-ci il tarixli tarixli aktda göstərilmiş məhsulların 6 iş günü (43,1 saat) və 30.11.2017-ci il tarixli aktda göstərilmiş məhsulların 9 iş günü (72,1 saat) ərzində təkrar emala verilməsi (yığma çənlərinə doldurulması) mümkündür. Ekspert rə yindən müəyyən olunur ki, hazır məhsul anbarında xarab olmuş məhsulların silgi aktlarında göstərildiyi qaydada müvafiq avadanlıqlardan istifadə edilməklə, həmin aktlarda müəyyən olunmuş vaxt ərzində təkrar emala verilməsi mümkündür.

39. Kassator kassasiya şikayətində qeyd etmişdir ki, “2008-ci ildən cəmiyyətin sədri vəzifəsində işləmiş X7 09.10.2014-cü il tarixdə tutduğu vəzifəyə xitam verilən vaxt hazır məhsul anbarında vaxtı keçmiş malların olmadığını bildirmişdir. Cəmiyyət tərəfindən yoxlamaya təqdim edilmiş 02.11.2017-ci il tarixli bildirişdə isə vaxtı keçmiş malların 20132015-ci illərdə istehsal olunmuş araq, şampan və 2002-2005-ci illərdə istehsal olunmuş konyak məhsullarından ibarət olduğu bildirilmişdir.”

40. Bu dəlillə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, məhsulların 2014 -cü ildə vaxtının keçmiş olmaması, onların 3 il sonra, yəni 2017-ci ildə də istifadəyə yararlı olması nəticəsinə gəlməyə əsas vermir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, kassasia şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-104/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar