Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1071/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; dəniz və çay donanması, üzən heyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştl i şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməmiş hissəsinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(103)130/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xxxx ildə doğulmuş, 24 iyun 1978-ci ildən 30 may 1980-cı ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasının məlumatlarına və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İRD 147 nömrəli 10 dekabr 2019-cu il tarixli arayışa əsasən, iddiaçı 17 iyul 1974-cü ildə əmək fəaliyyətinə başlamış, çalışdığı dövr ərzində “Buxtovıy”, “Orbita”, “Trudovik”, “HMC-25”, “Kosmos”, “Limançı” (əvvəlki adı “Trudo vik”), “N.Şirinov”, “E.Kazımov” (əvvəlki adı “Kosmos”) və “Günəşli” (əvvəlki adı “Orbita) gəmilərində müxtəlif vəzifələrdə çalışmışdır. Hal-hazırda Dəniz xidmətləri departamenti, Donanma xidmətinin “Nüsrət Şirinov” gəmisində baş mexanik vəzifəsində çalışır. 3. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İRD 147 nömrəli 10 dekabr 2019-cu il tarixli arayışda göstərilmişdir ki, iddiaçıya “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda motorçular və mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlə rinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. Onun güzəştli pensiya üçün stajı 19 il 8 ay təşkil edir.
4. İş materiallarına əlavə edilmiş pensiya işində olan məlumatlara əsasən, DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinin 1742 nömrəli qərarı ilə iddiaçıya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında güzəştli şərtlərlə yaşa görə 9 dekabr 2016-cı il tarixdən 177,58 manat məbləğində ömürlük pensiya təyin edilmiş, Şöbənin “Pensiyanın miqdarının dəyişdirilməsi haqqında” 15 fevral 2017-ci il tarixli sərəncamı ilə sonuncuya 1 yanvar 2017-ci il tarixdən ömürlük 248,44 manat məbləğində pensiya verilməsi qərara alınmışdır. DSMF-nin Ba kı şəhəri Nəsimi rayon şöbəsinin “pensiya miqdarının dəyişdirilməsi haqqında” 18 iyul 2019-cu il tarixli sərəncamı ilə iddiaçının tələb olunan güzəştli iş stajının olmadığı üçün pensiya ödənişinin dayandırılması və 7.927,73 manat məbləğində artıq ödənilmiş pensiyanın bərpa olunması qərara alınmışdır.
5. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması məqsədilə 16 yanvar 2020-ci il tarixində cavabdehə müraciət etmiş, cavabdeh 30 yanvar 2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Resp ublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinin “Pensiya miqdarının dəyişdirilməsi barədə” 18 iyul 2019-cu il tarixli sərəncamının ləğv edilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəb ul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən 9 dekabr 2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan vəzifələrdə ən azı 25 il işləmiş şəxs kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. 2019-cu ilin iyun ayının 1-dən onun pensiyasının ödənişi DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən dayandırılmışdır. Cavabdeh onun müraciətinə imtina məktubunda əmək pensiyasının dayandırılmasının səbəblərini göstərməmiş, bərpa edilməsinə münasibət bildirmədən yenidən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə sənədləri təqdim etməli olduğunu bildirmişdir. İddiaçı qeyd olunanlara əsasən cavabdehin imtinasını əsassız hesab edir.
8. Cavabdeh vəsatət təqdim edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmiş və vəsatətini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehə lazımi qaydada müraciət edib imtina almadan məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş cavab məktubunda iddiaçıya məlumat verilmişdir ki, müvafiq sənədlərin əsilləri cavabdehə təqdim edildikdən sonra iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi məsələsinə baxıla bilər. Yəni iddiaçının müraciətinə mahiyyəti üzrə baxılmamış və imtina verilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli 2-1(112)-3851/2020 nömrəli qərarına əsasən (hakim N.İ.Abıyev) iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi gəmilər müvafiq olaraq yedək və neft yığan gəmilər (yardımçı-xidmət gəmiləri) olmaqla “Üzən heyət”ə aid deyillər. Belə olan halda, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməsi şərti ödənilmir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2020-ci il tarixli 2-1(103)-2009/2020 nömrəli qərarı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər E.E.Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli 2-1(112)-3851/2020 nömrəli qərarı dəyişdirilmədə n saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli 2-1(102)-661/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi R.S.Nəbizadə, hakimlər İ.Ə.Şəfiyev, Z.M.Quliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2020-ci il tarixli 2-1(103)-2009/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamı şdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iş yerinə sorğu edərək iddiaçının həm 2 saylı siyahıda, həm də Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda hansı sahədə (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla), yaxud xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) işləməsi ilə bağlı araşdırma aparmamışdır. Apellyasiya məhkəməsi iddiaçının dəniz donanmasının gəmi heyətində çalışmadığı qənaə tinə gəlmiş, lakin gəldiyi nəticəni hər hansı mötəbər sübutla əsaslandırmamış, işlədiyi "xxxx" QSC-dən iddiaçının işləmiş olduğu peşənin siyahıda göstərilən dəniz donanmasının gəmi heyətində çalışıbçalışmamasını öyrənməmiş, siyahıda qeyd edilən dəniz donanması üzən heyətə aid liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlərə aid olmasını müəyyən etməmişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli 2-1(103)-130/2022 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi A.Ə.Hüseyn, hakimlər S.İ.Bəktaşi və A.S.Hüseynov) Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli 21(112)-3851/2020 nömrəli qərarı ləğv edilmiş, cavabdehin “Pensiya miqdarının dəyişdirilməsi barədə ” 18 iyul 2019-cu il tarixli sərəncamı ləğv edilməklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin bərpa olunması və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iş yerindən təqdim edilən arayışa görə iddiaçıya Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda motorçular və mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına imkan verir. Cavabdeh inzibati orqanın iddiaçının tə ləb olunan güzəştli iş stajı olmaması əsası ilə, pensiya ödənişinin dayandırılması barədə “Pensiya miqdarının dəyişdirilməsi haqqında” 18 iyul 2019-cu il tarixli sərəncamı mövcud qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və g östəricilərin” Siyahısına uyğunlaşdırılması üçün iddiaçı dəniz və çay donanmasında işləmiş olmalı, üzən heyətin tərkibinə daxil olmalı, xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər sırasına (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla) daxil olmalı, motorçu/mexanik olmuş olmalı idi. İddiaçının isə üzən heyətin tərkibinə və xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər sırasına daxil olması iş materialları ilə öz təsdiqini tapmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən as ılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədə k bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazir lər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
24. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstə rilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhk əmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılarkən şikayətdə göstərilən istiqamətdə araşdırma aparılmış, "xxxx" QSC-nin 1 sent yabr 2021-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının 1 nömrəli siyahısında 28 saylı bölmənin (kod 23000000 – Nəqliyyat) 3-cü bəndinin (kod 23003000 – Dəniz və çay donanması) 1 saylı yarımbəndinə (kod 23003010 – Üzən heyət) əlavə edilən “bütün adlarda motorçular” (23003020-14706) “mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” (23003020-23484) qeydlərinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2-ci bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün a dlarda motorçular”, “mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə əsasən iddiaçının güzəştli pensiya üçün stajı 21 il 8 ay təşkil edir.
31. İddiaçıya məxsus əmək kitabçasında da qeyd edilmişdir ki, iddiaçı 23 iyul 1984-cü ildə məhz liman donanmasında 2-ci dərəcəli matros vəzifəsinə işə qəbul edilmiş, 1 yanvar 1990-cı ildən motorçu, 23 fevral 1996-cı ildən mexanik, 23 dekabr 2005-ci ildən böyük mexanik vəzifələrində işləmişdir
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (23000000 - XXVİİİ. Nəqliyyat 23003000 – Dəniz və çay donanması. ********. Xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər (xidməti gedişgəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla). 23003020—14706 - bütün adlarda motorçular; 23003020—23484 - mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər təsbit olunmuşdur.
33. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolle giyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli 21(103)-130/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.