Məhkəmə qərarları › İş №2-1(102)-1071/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1071/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1071/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər:: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1986, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “əmrin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-2786/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ. birinci instansiya məhkəməsində icraat

1. İddiaçı 28 aprel 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 12 mart 2020-ci il tarixli, 90 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin (hakim R.Kərimli) 2-1(112)-894/2021 nömrəli, 16 may 2021-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) 2-1(103)207/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)894/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, 90 nömrəli əmri ləğv olunaraq iddiaçının işə bərpa edilməsi, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.

5. İddiaçı və cavabdeh həmin qərardan kassasiya şikayəti vermişlər. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X4 (məruzəçi), X5, X7) 4 iyul 2022-ci il tarixli, 2-1(102)-1169/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 207/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı qismən, yəni Bakı İnzibati Məhkəməsinin 2-1(112)894/2021 nömrəli, 16 may 2021-ci il tarixli qərarının ləğv olunması, iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12 mart 2020-ci il tarixli, 90 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədə n qüvvədə saxlanılmışdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X1 və X3) 9 fevral 2022-ci il tarixli, 2-1(103)-270/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

9. İş kassasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra iddiaçıya və onun vəkilinə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 24 noyabr tarixli qərarı poçt rabitəsi vasitəsi i lə iddiaçıya 2022-ci il 16 dekabr tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2023-cü il 26 yanvar tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 (bir) aylıq müddət keçdikdən sonra surətli poçt xidmətinə təqdim olmuşdur. Odur ki, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin xx.xx.2023-cü il tarixədək məhkəmə kollegiyasına təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qə rardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat... Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünl üyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

12. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün son müddət xx.xx.2023-cü il tarixi olmasına baxmayaraq, iddiaçı tərəfindən kassasiya şikayəti xx.xx.2023-cü il tarix də verilmişdir. İddiaçı ərizəyə qəbz əlavə etmişdir.

13. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəyə əlavə etdiyi qəbzdən aşkar surətdə müəyyən olunur ki, tarix qrafasında “26” rəqəminin ilkin “2” rəqəminə düzəliş edilməklə “1” rəqəmi kimi qeyd edilmiş, beləliklə də “26” rəqəmi “16” rəqəminə çevrilmişdir.

14. Həmçinin, ekspress poçt xidmətindən istifadə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspress poçt xidmətinin təyinatı sürətli şəkildə poçt xidmətlərinin həyata keçirilməsindən ibarətdir. Lakin sürətli poçt xidməti vasitəsi ilə eyni şəhər daxilində bir ünvandan digər ünvana kassasiya şikayətinin göndərilməsinin 16 yanvar 2023-cü il tarixindən 27 yanvar 2023-cü il tarixinə, yəni 11 gün müddətinə həyata keçirilməsi ağlabatan deyildir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının kassasiya şikayəti apellyasiya məhkəməsinə 27 yanvar 2023-cü il tarixdə daxil olmuşdur.

15. Beləliklə, iddiaçı tərəfindən təqdim olunan ərizədə qeyd olunan dəlil əsassızdır.

16. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3 -cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

17. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 24 noyabr tarixli qərarı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 2022-ci il 16 dekabr tarixdə təqdim olunmuş, lakin həmin qərardan kassasiya şikayəti 2023-cü il 26 yanvar tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 (bir) aylıq müddət keçdikdən sonra surətli poçt xidmətinə təqdim olmuşdur. Beləliklə, iddiaçı kassasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürmüş, bu barədə ona müvafiq məhkəmə bildirişi göndərməklə prosessual müddətin ötürülmədiyini təsdiq edən sü butların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin xx.xx.2023-cü il tarixədək məhkəmə kollegiyasına təqdim edilməsi təklif olunsa da, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair əsaslandırılmış ərizə (vəsatət) təqdim edilməmişdir.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-2786/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar