Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1071/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Ordusundan ehtiyata buraxılma barədə əmrin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (N saylı Hərbi Hissə üçüncü şəxs qismində cəlb edilməklə) “Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2021-ci il t arixli, 018gm saylı əmrinin İddiaçı aid hissədə ləğv olunması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)302/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2010-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2014-cü il tarixdən Hərbi Hava Qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin 2-ci aviasiya eskadrilyasının 2-ci aviasiya manqasının Texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə təyin olunmuşdur.
2. N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, baş gizir İddiaçı qanında narkotik vasitələrin izləri aşkarlandığı üçün, hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkət etdiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrindən çıxarışa əsasən, 411-ci Aviasiya bazasının 2-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texnikiistismar hissəsinin baş mexaniki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2021-ci il tarixdə cav abdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müddətdən artıq xidmət keçmiş hərbi qulluqçuların şərəf məhkəməsinin qərarının ləğv edilərək, N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdən müddətdən artıq həqiqi hərbi qulluqçu kursuna daxil olaraq xx.xx.2010-cu ildə kursu bitirərək N saylı hərbi hissədə gizir kimi xidmət etmiş, xidmət dövründə komandir heyətinin dəfələrlə təşəkkürünü qazanmışdır. xx.xx.2021-ci il tarixdə hərbi hissə komandiri şəxsi heyəti növbə ilə Müdafiə Nazirl iyinin tibbi ekspertiza patoloji anatomiya bölməsində müayinədən keçirilmək üçün göndərmişdir. Tibbi ekspertizadan keçdikdən sonra xx.xx.2021-ci il tarixdə nəticə hərbi hissəyə daxil olduqda məlum oldu ki, guya qanda narkotik tərkibli maddəyə bənzər fermentlər aşkar olunmuşdur. O, idmanın müxtəlif növləri ilə məşğul olur, nəinki narkotik heç spirtli içki belə bu günədək qəbul etməmişdir.
6. Ekspert rəyindən narazılığını müdafiə naziri cənab Zakir Həsənova teleqram vasitəsi ilə bildirmişdir. Nəticədə xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissə komandiri tərəfindən yenidən Müdafiə Nazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsində müayinədən keçirilmək üçün göndərilmişdir.
7. Müdafiə Nazirliyinin tibbi ekspertiza patoloji anatomiya bölməsinin xx.xx.2021-ci il tarixli 92\k nömrəli r əyində onun qan və sidik nümunələrində narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin aşkar olunmaması öz təsdiqini tapmışdır. Rəydən bir gün sonra hərbi hissə komandanlığının əmri ilə 156-cı maddənin "e” bəndinə əsasən xidmətə yararsız kimi ehtiyata buraxıldığını N saylı hərbi hissə komandirinin birinci müavini Elçin Axundovun imzası ilə daxil olan xx.xx.2021-ci il tarixli 3355 saylı məktubundan öyrənmişdir.
8. Əmrə əsas olaraq analiz nümunələrində dövriyyəsi qadağan olunmuş maddələrin aşkar olunması göstərilmişdir. Barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin təhqiqatçısı ədliyyə leytenantı X2 tərəfindən araşdırılma aparılaraq cinayət işinin başlanması haqqında rədd qərarı verilmişdir.
9. Müdafiə Nazirliyinin tibbi ekspertiza patoloji an atomiya bölməsinin xx.xx.2021-ci il tarixli 90\k nömrəli rəyində onun qan və sidik nümunələrimdə narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin aşkar olunmaması öz təsdiqini tapmışdır. Təhqiqat bölməsi tərəfindən aparılmış araşdırılma zamanı əməlində heç bir hüquq pozuntusunun olmaması N saylı hərbi hissənin təhqiqatçısının xx.xx.2021-ci il tarixli 17 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmışdır.
10. Bununla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətə N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş cavabda onun analiz nümunələrində dövriyyəsi qadağan olunmuş maddələrin aşkar olunması, əsasında müddətdən artıq xidmət keçmiş hərbi qulluqçuların şərəf məhkəməsinin qərarına uyğun olaraq hərbi hissə komandirinin əm ri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə (xidmətə uyğunsuzluğa) müvafiq ehtiyata buraxıldığı qeyd edilmişdir.
11. Qeyd olunan maddənin tələbinə əsasən isə ehtiyata buraxılan hərbi qulluqçuların yenidən hərbi xidmətə bərpası mümkünsüz hesab olunması göstərilmişdir. Göstərilənlər məhkəmə müdaxiləsini zəruri etmişdir. Belə ki, həqiqi hərbi xidmətdən buraxılma “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq aparılır. Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş hə rbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar.
12. Hərbi hissə komandiri tərəfindən əsasnamənin 158 maddəsinin “b” bəndinin tələbləri kobud pozuntusu ilə əmr verilmişdir. (Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər.) Barəsində aparılan araşdırma xx.xx.2021-ci ildə tamamlanmasına baxmayaraq hərbi hissə komandiri xx.xx.2021-ci il tarixdə 92/k saylı əmri imzalamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. cavabdehin etirazı:
13. Cavabdeh Müdafiə Nazirliyi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 2010-cu ildən Azərbaycan Respub likası Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2014-cü il tarixdən Hərbi Hava qüvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin 2-ci aviasiya eskadrilyasının 2-ci aviasiya manqasının Texniki-istismar hissəsinin baş mexaniki vəzifəsinə təyin olunmuşdur. İddiaçı xidməti müddəti ərzində özünü nizamintizamsız, xidməti vəzifəsinin öhdəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. İddiaçı barəsində təqdimatın əsaslandırılmasında onun 1 dəfə “Töhmət”, 1 dəfə “Şiddətli töhmət” edilərək intizam qaydasında cəzalanması xidmət vərəqəsində öz təsdiqini tapmışdır. Təqdimatında iddiaçı xidmətə özünü nizam-intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının qan və sidik nümunələri Məhkəmə Tibbi Ekspertiza və X5 təqdim olunmuşdur. Məhkəmə Tibbi Ekspert iza və X6 tərəfindən verilmiş 32/K nömrəli akta əsasən məhkəmə-kimyəvi tədqiqatı zamanı iddiaçının qan və sidik nümunələrinin tərkibində kannabinoidlərin (marixuana, həşiş, həşiş qatranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannbimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Naftil-indol (JWH) qrupu saxlayan vasitələrinin izləri (qalıqları) aşkar olunmuşdur.
14. Bu da o deməkdir ki, iddiaçı ekspertizadan keçməmişdən 2-3 gün ərzində qeyd olunan narkotik vasitələrdən istifadə etmişdir. Faktla bağlı iddiaçı Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş 36/K nömrəli akta əsasən xx.xx.2021-ci il tarixdə “Gizirlərin şərəf məhkəməsinə” çıxarılmışdır. Şərəf məhkəməsinin qərarına əsasən xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılması barədə yuxa rı komandanlıq qarşısında vəsatət qaldırılmışdır.
15. Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.2021-ci il tarixli 018gm nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
16. Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Təbiidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyacların a cavab verməyən hərbi kadrlarla komplekləşdirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyata buraxmaq diskresion səlahiyyətə sahibdir. Bütün göstərilənləri nəzərə alaraq Müdafiə nazirliyin Hərbi Hava Qüvvələri komandanın əmrini ləğv edilərək iddiaçı gizir İddiaçı xidmətə bərpası mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Aidiyyət:
17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qər ardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7” PHŞ-yə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1.İddiaçıdan qan sidik və tük nümunələri götürülərək həmin nümunələrdə narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrinin olub-olmaması müəyyən edilsin.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş iddiaçıdan xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik və tük nümunələri üzərində tədqiqatın aparılması mümkündürmü?
3. Əgər mümkündürsə iddiaçıdan xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tari xdə (77/k saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik və tük nümunələrində narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrinin izləri aşkar edilirmi( hər bir tarixdə götürülmüş nümunələr ayrı-ayrılıqda göstərməklə), yəni həmin nümunələr əsasında iddiaçının narkotik vasitə, psixotrop və güclü təsiredici maddələrinin qəbul etməsini müəyyən etmək olurmu? 4. xx.xx.2021-ci il tarixindən (ilkin müayinədən) xx.xx.2021-ci il tarixə (sonrakı müayinəyə) kimi keçən müddət ərzində iddiaçıdan götürülmüş qan, sidik və tük nümunələrində, o cümlədən iddiaçının bədənində narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrin izlərinin qalması mümkündürmü?
19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 732/k saylı ekspertiza rəyi ilə qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. 1-ci suala cavab: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya” X8 Şəxsin məhkəmə-kimya şöbəsində xx.xx.2022-ci il tarixdə saat 10:07-də iddiaçıdan götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Hal-hazırda məhkəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmır. 2-ci suala cavab: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan, sidik və tük nümunələrindən yalnız №32/K nömrəli sidik nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparmaq mümkündür. 3-cü suala cavab: İddiaçı məxsus №32/K nömrəli sidik nümunəsində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Hal-hazırda məhkəmə-kimya şöbəsində tük nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmır. 4-cü suala cavab: Narkotik, psixotrop və güclü təsiredici maddələrin insan orqanizmində qalma müddəti maddənin növ ündən, insan orqanizminin individuallığından, eləcə də epizodik və mütəmadi istifadədən asılıdır, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 saxlanılan N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə (77/K saylı akt əsasında ) götürülmüş ilkin və sonrakı qan və sidik nümunələrinin tərkibində heç bir narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar edilmədi.
20. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmətibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” pu blik hüquqi şəxsə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.
1. İddiaçıdan qan, sidik və tük nümunələri götürülərək, həmin nümunələrdə narkotik vasitələrin, psixotrop və güclü təsiredici maddələrinin olub-olmaması müəyyən edilsin. 2. xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən xx.xx.2021-ci il tarixli 32/K nömrəli ekspert rəyinə əsasən məhkəmə-kimyəvi tədqiqat nəticəsində İddiaçı qan və sidik nümunələrinin tərkibində Kannabinoidlərin (Marixuana, Həşiş, Həşiş qatranı) təsirinə oxşar effekt yaradan və Kannabimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Naftil-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izləri (qalıqları) aşkar olunmuşdur. xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən xx.xx.2021-ci il tarixli, 90/K nömrəli ekspert rəyinə əsasən İddiaçı qan və sidik nümunələrinin tərkibində narkotik vasitələr, psixotrop və güclü təsiredici maddə aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixindən (ilkin müayinədən) xx.xx.2021-ci il tarixə (sonrakı müayinəyə) kimi keçən müddət ərzində İddiaçı götürülmüş qan və sidik nümunələrində, o cümlədən İddiaçı bədənində Kannabinoidlərin (Marixuana, Həşiş, Həşiş qatranı) təsirinə oxşar effekt yaradan və Kannabimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Naftil-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izlərinin qalması mümkündürmü?
3. İnsan bədənində hansı hallarda tərkibində Naftil-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izlərinin qalması mümkündür? Güclü təsiredici maddələrin, eləcə də dərman və ya enerji içkiləri nin istifadəsi buna səbəb ola bilərmi?
4. İddiaçı xx.xx.2021-ci il tarixdə (32/K saylı akt əsasında) və xx.xx.2021-ci il tarixdə (90/K saylı akt əsasında) götürülmüş ilkin və sonrakı qan və sidik nümunələrindən üzərində tədqiqatın aparılması (nəzəri və praktiki cəhətdən) mümkündürmü?
21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 2869/k saylı ekspertiza rəyi ilə qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. 1-ci suala cavab: İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 Məhkəmə-kimya şöbəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfeta min və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də sintetik kannabinoid (JWH) aşkar edilmədi. 2-ci suala cavab: xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən 32/K nömrəli ekspert aktından (ilkin müayinə) və xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən müayinə nəticəsində tərtib edilən 90/K nömrəli ekspert rəyindən (sonrakı müayinə) görünür ki, keçirilmiş məhkəmə-kimyəvi tədqiqat GCMS-2010 SHUMADZU Kütlə spekrometriyalı qaz xromatoqrafında aparılmışdır. Lakin aparılmış tədqiqat zamanı aşkar olunan xromatoqrafik piklərə aid olan xromatoqrammaların təqdim edilməməsi səbəbindən (MN “MTE və PAM”- də olan GCMS-2010 SHUMADZU Kütlə spekrometriyalı qaz xromatoqrafında texniki nasazlıq baş verdiyindən piklər silinmişdir.) 32/K nömrəli aktda qeyd edilən Kannabinodlərin (Marixuana, Həşiş, Həşiş qatranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannabimimetiklərin (Space) nümayəndəsi olan və tərkibində Naftil-İndol (JWH) qrupu saxlayan narkotik vasitələrin izlərinin olub-olmaması barədə heç bir fikir söyləyə bilmir. 3-cü suala cavab: İndol - heterotsiklik kondensə edilmiş aromatik birləşmədir. İndol nüvəsi bir çox təbii biokimyəvi birləşmələrə daxildir. İndol və onun homoloqu Skatol insan orqanizmində və məməlilərdə (bağırsaqda) triptofan amin turşularının çürüməsi nəticəsində əmələ gəlir. İndol çox xoşa gəlməz iyə malikdir, lakin az konsentrasiyada jasmin iyi verərək (efir yağlarında) parfumeriy ada istifadə olunur. Naftil - karbon əsaslı yanıcı və zəif toksiki maddədir. Naftil raket yanacaqlarında geniş istifadə edilir. Bundan başqa naftil qrupuna kimyəvi reagentərin və indiqatorların tərkibində rast gəlinir. 4-cü suala cavab: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırki təlimatlarına əsasən bioloji obyektlər 1 (bir) il müddətində saxlanılır. xx.xx.2021-ci il tarixli (32/K saylı akt əsasında) İddiaçı götürülmüş (ilkin) sidik nümunəsi müsbət nəticə verdiyindən və məhkəmə araşdırması bitmədiyindən həmin nümunə ləğv edilməmiş və təlimatlara uyğun olaraq mənfi (-) 2°-dən mənfi (-) 20°-dək temperatur hüdudunda saxlanılmışdır. Həmin sidik nümunəsi müayinə üçün yararlı hesab olduğundan yenidən sidik nümunəsində məhkəmə-kimyəvi tədqiqat aparılmış və nəticədə barbitur turşusu törə mələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) və eləcə də, sintetik kannabinoid (JWH) aşkar edilməmişdir. xx.xx.2021-ci il 90/K saylı rəydə qeyd olunan 77/K saylı xx.xx.2021-ci il tarixli akt əsasında İddiaçı götürülmüş nümunələr neqativ nəticə göstərdiyindən və saxlanma müddəti bitdiyindən məhv edilmiş, bu səbəbdən nümunələrdə yenidən məhkəmə-kimyəvi tədqiqatın aparılması mümkün olmamışdır.
22. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrin iddiaçıya aid hissədə ləğv olunması kimi qəbul edilməsini və N saylı h ərbi hissənin cavabdehlər sırasından çıxarılaraq adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. 23.Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-195/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv olunmuşdur.
24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə-tibbi ekspertiza rəylərinə əsasən İddiaçı hazırkı qan və sidik nümunələrinin tərkibində narkotik maddə və ya psixotrop maddə aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli, 32/k nömrəli maddi sübutların tədqiqatı barədə aktda qeyd edilən hallar sübuta yetirilə bilinmədiyi üçün İddiaçı narkotik və ya psixotrop maddələrdən istifadə etməsini istisna edən hal kimi qiymətləndirmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 018gm nömrəli əmr verilərkən maddi hüquq normasının tələblərinə əməl olunmamış, iddiaçı barəsində araşdırma yekunlaşmadan, ekspertiza yekunlaşmadan əlverişsiz inzibati akt tərtib edilmişdir. Araşdırmanın nəticəsi olaraq Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2021-ci il tarixli, 90/k nömrəli maddi sübutun məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən İddiaçı qan, sidik və tük nümunələrinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsiredici maddələr aşkar olunmamışdır.
25. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Silahlı Qüvvələrin İntizam Nizamnaməsi”nin tələblərinə uyğun qəbul edilmədiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən iddiaçının hüquqlarını kobud şəkildə pozur və o, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə 411-ci Aviasiya bazasının 2-ci aviasiya eskadrilyasının (SU-25) aviasiya manqasının texniki istismar hissəsinin baş mexaniki, İddiaçı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2021-ci il tarixli, 018gm saylı əmrinin ləğv edi lməsini tələb etməkdə haqlıdır. 26.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
27. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-302/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-195/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
29. Həmçinin apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının sualına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, İddiaçı xidmə t etdiyi hərbi hissədə bir qrup şəxslər barəsində narkotik vasitələrin istifadəsində şübhəli olmalarına dair məlumat daxil olmuş, hərbi hissə komandirinin göstərişinə əsasən hərbi hissədə xidmət keçən şəxslər müayinə üçün göndərilmişdir, lakin həmin məlumatlarda iddiaçının adı qeyd edilməmişdir.
30. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
31. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin kassasiya şikayətinin dəlilləri əsaslıdır və bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsasdır.
32. Belə ki, iddiaçı 2010-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2014-cü il tarixdən Hərbi Hava Q üvvələrinin tabeliyində olan N nömrəli hərbi hissənin 2-ci aviasiya eskadrilyasının 2-ci aviasiya manqasının texnikiistismar hissəsinin baş mexaniki vəzifəsinə təyin olunmuşdur. Xidməti müddəti ərzində gizir İddiaçı özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhdəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir.
33. Gizir İddiaçı barəsində təqdimatın əsaslandırılmasında onun 1 dəfə “Töhmət”, 1 dəfə "Şiddətli töhmət” edilərək intizam qaydasında cəzalanması xidmət vərəqəsində öz təsdiqini tapmışdır.
34. Adına tərtib edilmiş təqdimatda iddiaçı xidmətə özünü nizam intizamsız bir hərbi qulluqçu kimi göstərdiyi qeyd edilmişdir. 35. xx.xx.2021-ci il tarixdə iddiaçının qan və sidik nümunələri Məhkəmə Tibbi Ekspertiza və X5 təqdim olunmuşdur. Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən veril miş 32/K nömrəli akta əsasən məhkəmə-kimyəvi tədqiqatı zamanı onun qan və sidik nümunələrinin tərkibində kannabinoidlərin (marixuana, həşiş, həşiş qatranı) təsirinə oxşar effekt yaradan və sintetik yolla əldə olunan Kannbimimetiklərin (Spice) nümayəndəsi olan və tərkibində Naftiİ-indo! qrupu saxlayan vasitələrin İzləri (qalıqları) aşkar olunmuşdur. Buda o deməkdir ki, gizir İddiaçı ekspertizadan keçməmişdən 2-3 gün ərzində qeyd olunan narkotik vasitələrdən istifadə etmişdir.
36. Faktla bağlı iddiaçı Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş 32/K nömrəli akta əsasən xx.xx.2021-ci il tarixdə "Gizirlərin şərəf məhkəməsinə" çıxarılmışdır. Şərəf məhkəməsinin qərarına əsasən xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qal dırılmışdır. Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.2021-ci il tarixli 018gm nömrəli əmri "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
37. Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir.
38. Təbiidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrlarla komp lekləşdirilməsi yolverilməzdir.
39. Azərbaycan Ordusunda xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır.
40. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyata buraxmaq diskresion səlahiyyətə sahibdir. Bütün göstərilənləri nəzərə alaraq Müdafiə nazirliyin Hərbi Hava Qüvvələri komandanın əmrin ləğv edilərək iddiaçının xidmətə bərpası mümkün deyil.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrinin siyahısı və mə hdudiyyət müddətinə” əsasən müdafiə, təhlükəsizlik məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə xidmət etməsinə yol verilmir.
42. Məhkəmə tərəfindən qərar qəbul edilərkən sübutlar əlaqəli şəkildə araşdırmamış, hərbi hissə tərəfindən irəli sürülmüş sübutlara heç bir hüquqi qiymət verilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 44.İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təq dim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
46. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
50. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarına dair məsələni də lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin m ümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
52. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçının kassasiya şikayətində istinad etdiyi maddi hüquq normalarının pozuntusuna dair qeydləri apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslılığını aradan qaldırmır, məhkəmənin iş üzrə gəldiyi nəticəyə təsir etmir. Belə ki, iddiaçının mübahisələndirdiyi inzibati aktın həmin maddi hüquq normalarına uyğun qəbul edildiyi, o cümlədən, cavabdehin özünün diskresion səlahiyyətlərindən düzgün istifa də edib-etmədiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılaraq qiymətləndirilmişdir.
53. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir. 54.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-302/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.