Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1072/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Nəcəfov Faiq Əjdər oğlunun, Cavabdehin vəkili Rəfibəyli Fərhad Lətif oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(103)2898/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1961-ci il xx.xx. tarixdə doğulmuş, əmək kitabçasının məlumatlarına əsasən 1979-cu il 11 dekabr tarixdən 1988-ci il 1 sentyabr tarixədək ünvan 1montajçı, 1988-ci il 1 sentyabr tarixdən 1992-ci il 1 iyul tarixədək mühəndis-texnoloq, 1992-ci il 1 iyul tarixdən 1993-cü il 1 noyabr tarixədək ünvan 2 iqtisadçı və 1993-cü il 1 noyabr tarixdən 1998-ci il 4 iyul tarixədək ünvan 1mühəndis-texnoloq vəzifələrində işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 20 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 1979-cu il 11 dekabr tarixdən 1988-ci i l 1 sentyabr tarixədək, 1988-ci il 1 sentyabr tarixdən 1992-ci il 7 iyul tarixədək və 1993-cü il 1 noyabr tarixdən 1998-ci il 4 iyul tarixədək işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilməmişdir. İddiaçı 2018-ci il 5 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1979-cu il 11 dekabr tarixdən 1988-ci il 1 sentyabr tarixədək, 1988-ci il 1 sentyabr tarixdən 1992-ci il 1 iyul tarixədək və 1993-cü il 1 noyabr tarixdən 1998-ci il 4 iyul tarixədək işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 52 yaşının tamam olduğu 2013-cü il 27 o ktyabr tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1961-ci il 27 oktyabr tarixdə doğulmuş, uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi vəzifələr xüsusilə ağır işlər olduğundan, güzəştli şərtlərlə iş stajına daxil edilməlidır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 26 sentyabr tarixli 21(81)3370/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1979-cu il 11 dekabr tarixdən 1988-ci il 1 sentyabr tarixə qədər, 1988-ci il 1 sentyabr tarixdən 1992-ci il 1 iyul tarix q ədər və 1993-cü il 1 noyabr tarixdən 1998-ci il 4 iyul tarixə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 52 yaşı tamam olduğu 2013-cü il 27 oktyabr tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi montajçı və mühəndis-texnoloq peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli,320 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin 2nömrəli Siyahısında güzəştli şərtlərlə pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. A pellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(103)-2898/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 28 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 26 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Pr osessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1, 58.7, 68.2-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir ( İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. İddiaçı hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiy a təyin edilməlidir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:...qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstə rilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (...) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:... qadınlar - 50 yaşına çatdıqda v ə azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli Qanunla edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya uyğun olaraq qadınlara: - 50 yaşdan pensiya təyin edilməsi üçün şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Q anunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir; - ümumi və xüsusi stajların tam qazanılması “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən 2017-ci il iyulun 1-dək olan dövrə təsadüf etdikdə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin ed ilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu 2013cü il 27 oktyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun həmin tarixədək azı 20 il ümumi stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. İddiaçının əmək kitabçasının məlumatlarına görə, 2013-cü il 27 oktyabr tarixə iddiaçının azı 20 il ümumi stajının olduğu təsdiq olunmur. Belə ki, əmək kitabçasının işdə olan surətinin məlumatlarına əsasən, iddiaçı 1979-cu il 11 dekabr tarixdən əmək fəaliyyətinə başlamış, 1998-ci il 4 iyul tarixdə başa çatdırmışdır. Əmək kitabçasının surətində göstərilənlərdən əlavə staja dair işd ə məlumat yoxdur. Cavabdeh inzibati orqanın - Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin imtina məktubunda və iddia tələbinə qarşı etirazında iddiaçının ümumi stajının müddəti ilə bağlı məsələyə hər hansı münasibət bildirməməsinin səbəbləri də məlum deyil. Məhz bu kimi halları nəzərə alaraq, məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tən zimləyən fərqli normalara istinad edə bilər. Cavabdeh imtina məktubunda iddiaçının yalnız xüsusi iş stajının məzmununa münasibət bildirmişdir. Bu halda, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə bilavasitə bağlı olan və iddiaçının pensiya hüququna təsir edə bilən hallara da aydınlıq gətirməlidir. Öz növbəsində, şəxslərin pensiya hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmək vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxslərin (hazırkı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Başqa sözlə, maraqlı şəxs imtinanın səbəbləri ilə yanaşı, onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavab məktubunda aydın görməli, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Cavabdehin imtina məktubundan bunları aşkar müəyyən etmək mümkün olmadıqda, mübahisənin düzgün həlli, həmçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin işti rakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda nəzərdə tutulmuş işlərə (peşələrə) gəldikdə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “iddiaçının... 1979-cu il 11 dekabr tarixdən 1988-ci il 1 sentyabr tarixə qədər işlədiyi montajçı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin 2 nömrəli siyahısında 14629 kodu ilə, 1993-cü il 1 noyabr tarixdən 1998-ci il 4 iyul tarixə qədər işlədiyi mühəndistexnoloq peşəsi həmin siyahıda 25062 kodu ilə nəzərdə tutulmuşdu r.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı, işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Siyahıda 23100000—14629 kodu ilə “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları” qeyd edilmiş və həmin peşə rabitə sahəsinə aid edilmişdir (XXİX. Rabitə). ünvan 1 2018-ci il 14 mart tarixli, 03/132 №-li arayışında da həmin peşənin xüsusiyyəti və iddiaçının da məhz həmin peşəyə uyğun işi icra etdiyi açıqlanmır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi kod üzrə peşədə çalışanlara iddiaçını aid etmək üçün əsasları məhkəmələr müəyyən etməmişlər. Bununla yanaşı, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. Beləliklə, İPM-in 12.1 və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(103)-2898/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1072/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1072/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver