Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1072/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N mart N0NN-ci il tarixli, N-1(103)-N10/N0NN nömrəli qərar ından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona müharibə veteranı adının verilməsi üçün cavabdehə müraciət etmiş, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi N4 oktyabr N0N0-ci il tarixli məktubunda onun müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N3 oktyabr N0N0ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Sənədləri tam göndərilmədiyindən və arxiv arayışlarında hərbi xidməti barədə tam məlumat olmadığından, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçı ətraflı olaraq hansı aylarda xidmət etməsi ilə bağlı ərizəsini və hərbi biletinin birinci səhifəsinin notarial qaydada təsdiq edilmiş, qalan səhifələrinin yalnız surətlərini sənədlərə əlavə edərək təkrar müraciət edərsə, müraciətinə komissiyanın iclasında yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona müharibə veteranı adının verilməsi ilə bağlı müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən arayışdan da görü ndüyü kimi, Bakı Dövlət Universitetinin tələbə heyətinin atıcısı olmuşdur. N9N-ci ilin fevral ayında könüllü olaraq hərbi xidmətə yola düşmüş və hərbi hissə komandirinin başçılıq etdiyi könüllü özünümüdafiə dəstəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda könüllü olaraq xidmət etmişdir. Azərbaycan Respublikasının Milli X3 eyni dəstədə ermənilərə qarşı vuruşmuşdur. Bakı Dövlət Universitetində imtahanda iştirak etmək səbəbindən N9N-ci ilin N may tarixində hərbi hissə komandirinin verdiyi əmr əsasında N may tarixdə hərbi hissədə olan xidməti başa çatmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda könüllü hərbi xidməti başa çatdıqdan sonra həmin dövrdə müharibənin yaratdığı qarışıqlıq və düzənsizlik səbəbindən hərbi biletini əldə edə bilməmişdir. İddiaçı tələbinin hüquq i əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 71- ci maddəsinə, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3 və 7-ci maddələrinə, «İnzibati İcraat haqqında» AR Qanununun 17, N-cu maddələrinə, İPM-in 33.1, 73.1-ci maddələrinə əsaslanaraq, ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir.
4. Cavabdehin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilir ki, iddia əsassızdır və təmin oluna bilməz. Belə ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, sənədlər tam təqdim edilmədiyindən və iddiaçının xidməti arxiv arayışı ilə təsdiq olunmadığından ona “müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. AR Nazirlər Kabinetinin NN sentyabr N95- ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən, N88-ci il fevralın 1-dən N94-cü il mayın 1N-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təmina tı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N94-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya ar xiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) N6 aprel N0N1-ci il tarixli, N1(11N)-N680/N0N1 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçının “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı müvafiq dövrdə Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə xidmət etdiyindən, onun qaldırdığı məsələnin həlli hazırkı cavabdeh Müdafiə Nazirliyinin səlahiyyətləri daxilindədir. Lakin məhkəmə icraatında müəyyən edilir ki, iddiaçının müraciəti üzrə bütün hallar araşdırılmadan, təqdim olunan sənədlərin müvafiq qaydada təsdiqlənməməsini əsas gətirməklə, məsələnin həllindən cavabdeh tərəfindən imtina olunmuşdur. İddiaçının müraciəti üzrə cavabdehin hərəkətləri formal mülahizələrə söykənən hal qismində qiymətləndirilməli və iddiaçının müvafiq dövrdə xidməti ilə bağlı təqdim olunan sənədlər qiymətləndirilməklə, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məsələsinə işin bütün halları araşdırılaraq yenidən baxılmalıdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya insta nsiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N mart N0NN-ci il tarixli, N1(103)-N10/N0NN nömrəli (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin xx.xx.N0N1-ci il tarixli, N-1(11N)-N680/N0N0 nömrəli qərarı iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia rədd edilmişdir.
9. Apellyasiya baxışı zamanı kollegiya tərəfindən cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmışdır. Belə ki, inzibati orqan təqd im olunmuş sübutlarla kifayətlənməmiş, öz təşəbbüsü ilə əlavə sübutlar toplamış, müəyyən edilmişdir ki, iddiaçı N9N-ci ilin fevral ayından həmin ilin N may tarixinədək N saylı hərbi hissədə xidmət etdiyini və N may tarixində təhsilini davam etmək üçün bu hərbi hissəni tərk etdiyini göstərsə də, iş materiallarına əlavə edilmiş arxiv arayışına görə, iddiaçı N9N-ci ilin N aprelində N saylı hərbi hissəyə xidmət etmək üçün daxil olmuş və eyni tarixdə N saylı hərbi hissədə xidmətinin davam etdirilməsi üçün göndərilmişdir (əsas: N saylı hərbi hissə komandiri N.Sadıqovun N saylı xx.xx.N9N-ci il tarixli əmri). Cavabdeh tərəfindən həmçinin müəyyən edilmişdir ki, N saylı hərbi hissə yalnız xx.xx.N9N -xx.xx.N94-ci il tarixlərdəki dövrdə döyüşlərdə iştirak etmişdir (iddiaçının göstərdiyi N9N-ci ilin aprel-may aylarında N saylı hərbi hissə döyüş əməliyyatları aparan hərbi hissə olmamışdır). Bundan başqa, iddiaçının xidmət etmək üçün N saylı hərbi hissəyə keçirilməsi barədə əmr verilsə də, o, həmin hərbi hissəyə getməmişdir. Beləliklə, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət vermişdir. Ona görə də məhkəmə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmişdir.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. İddiaçı N9N-ci ilin fevral ayında könüllü hərbi xidmətə yola düşmüş və hərbi hissə komandirinin başçılıq etdiyi könüllü özünümüdafiə dəstəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda könüllü olaraq xidmət etmişdir. İddiaçı gələcəkdə veteran adı alacaq deyə sənəd düzəltməyi fikirləşmədən vətənin müdafiəsi uğrunda canını təhlükəyə ataraq döyüşməyə getmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.N0N0-ci il tarixli məktubunda iddiaçı haqqında məlumat olduğu, o cümlədən N saylı hərbi hissə komandirinin NN aprel N9N-ci il tarixli N nömrəli əmrində döyüş əməliyyatları bölgəsinə gəlmiş hesab edilərək döyüş tapşırığını yerinə yetirməsi barədə və həmin əmrlə N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat olduğu bildirilir. Başqa bir sənəddə, Müdafiə Nazirliyinin işlər idarəsinin rəisi polkovnik A.Nuriyevin imzaladığı sənəddən aydın olur ki, iddiaçı döyüşdə “atıcı” olmuşdur. Bun dan başqa digər bir sənəddə, Nəcməddin Sadıqovun imzaladığı “Predpisanie”də tələbə İddiaçı adı keçir. Məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçı bu günədək müraciət etməməsinin səbəbi “mən vətənim üçün döyüşməyə getmişdim, ad almaq üçün deyil” kimi düşünməsi olmuşdur. Lakin indi cənab Prezidentin vətən uğrunda döyüşənlərə qayğısını görüb o, da bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Haqsız və saxta sənədlər əsasında iddia qaldırmır. Azərbaycan Respublikası Milli X3 eyni dəstədə ermənilərə qarşı vuruşmuşdur. 4 il əvvəl N018-ci il tarixdə Milli Qəhraman Rövşən Hüseynov haqqında onun döyüş yoldaşlarının (hamısı veteran statusuna malikdirlər) xatirələrini əks etdirən video verilişdə (siyahının sadalandığı vaxt 15:N8) Rövşənin dəstəsində döyüşən N1 nəfərin adı bir - bir sadalanır. Adl arı çəkilən dəstə üzvlərindən 7-ci adı çəkilən İddiaçıdir (Qoşma video çarx). 12. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Veteranlar haqqında” Qanunun: - 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrun da döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il NN sentyabr tarixli, NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” Müharibə veteranı adı aşağıdakı qaydada verilir:.... (1-7-ci yarımbənd) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kə rki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə ü zrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;.... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi ( qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azər baycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.....
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlu matlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçi nin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamen tal vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəb ərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etməsi (o cümlədən, yaralanması) faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.
23. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə müdafiə, göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının X üsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
24. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir.
25. N5. Apelyasiya instansiyası məhkəməsində araşdırma zamanı iddiaçının hərbi xidmətdən ehtiyata və istefaya buraxıldığı sübuta yetirilməmişdir.
26. Digər tərəfdən, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin məktubunda qeyd edilmişdir ki, arxiv arayışlarında iddiaçının hərbi xidməti barədə tam məlumat aşkar olunmamışdır.
27. Belə ki, apellyasiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmışdır. İnzibati orqan təqdim olunmuş sübutlarla kifayətlənməmiş, öz təşəbbüsü ilə əlavə sübutlar toplamış və müəyyən edilmişdir ki, iddiaçı N9N-ci ilin fevral ayından həmin ilin N may tarixinədək N saylı hərbi hissədə xidmət etdiyini və N may tarixində təhsilini davam etmək üçün bu hərbi hissəni tərk etdiyini göstərsə də, iş materiallarına əlavə edilmiş arxiv arayışına görə, o, N9N-ci ilin N aprelində N saylı hərbi hissəyə xidmət etmək üçün daxil olmuş və eyni tarixdə N saylı hərbi hissədə xidmətinin davam etdirilməsi üçün göndərilmişdi r (əsas: N saylı hərbi hissə komandiri N.Sadıqovun N saylı xx.xx.N9N-ci il tarixli əmri). Cavabdeh tərəfindən həmçinin müəyyən edilmişdir ki, N saylı hərbi hissə yalnız xx.xx.N9N -xx.xx.N94-ci il tarixlərdəki dövrdə döyüşlərdə iştirak etmişdir (iddiaçının göstərdiyi N9N-ci ilin aprel-may aylarında N saylı hərbi hissə döyüş əməliyyatları aparan hərbi hissə olmamışdır). Bundan başqa, iddiaçının xidmət etmək üçün N saylı hərbi hissəyə keçirilməsi barədə əmr verilsə də, o, həmin hərbi hissəyə getməmişdir.
28. Yuxarıda istinad edilən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə müdafiə, göstərilən şəxslərə - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasın da müharibə veteranı adı verilir.
29. Beləliklə, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət vermiş, onun imtinası qanuni və əsaslı olmuşdur. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, cavabdehin iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yoxdur. İddiaçının şikayətində istinad etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏ RARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N mart N0NN-ci il tarixli, N1(103)-N10/N0NN nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.