Məhkəmə qərarları › İş №2-1(102)-1072/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1072/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1072/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: operativ vergi nəzarəti, topdan və pərakəndə satış, yoxlama dövrü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3660/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********3688 nömrəli qərar əsasında xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinə riayət edilib edilməməsinə nəzarət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. 2. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6254 nömrəli qərarla iddiaçıya 176.765,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 30 sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6254 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktın məzmu nundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının 2021-ci ilin iyun-iyul dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 1.767.659,38 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlmişdir. Halbuki, iddiaçının əsas fəaliyyəti topdan satışdan ibarət olsa da, dövriyyəsinin müəyyən faizi pərakəndə satış da təşkil edir. Məhz bu səbəbdən də iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektləri topdan satışla yanaşı, həmçinin pərakəndə satış kimi vergi uçotuna qeydiyyata alınmışlar. Qeyd olunmalıdır ki, malların satışının topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Ma lları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir. Lakin operativ vergi nəzarəti zamanı cavabdeh heç bir qanuni əsas olmadan və araşdırma aparılmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanuna müvafiq tədbirlər görülməmişdir. Göstərilənlə əsasən iddiaçı hesab edir ki, iddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, operativ ver gi nəzarətinin keçirilməsi haqqında qərarda vergi ödəyicisinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsləri göstərilir. Bundan başqa, cavabdeh tərəfindən qərarla Vergi Məcəlləsində göstərilən bütün formal tələblərə riayət olunmuş, qərarda operativ vergi nəzarəti zamanı tərtib olunmuş akta istinad edilmiş, həmin aktda hansı səbəbdən qərarın qəbul edilməsi üçün əsas olduğu aydın şəkildə göstərilmişdir

6. Bakı İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2-1(112)-2843/2022 nömrəli qərarı ilə (hakim X9) iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6254 nömrəli saylı qərarı ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri xx.xx.2021-ci il tarixdə həyata keçirilsə də, həmin vaxtda iddiaçı tərəfindən malların elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmayıb. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla xx.xx.2021-ci il tarixli DVX seriyalı 001251 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2021-ci il tarixli inzibati akt qəbul olunmuşdur. İş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda ope rativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddiaçının cari fəaliyyətini deyil, nəzarət tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Kassasiya instansiya məhkəməsinin hazırkı oxşar mübahisələr üzrə formalaşdırdığı mövqeyi odur ki, əgər vergi orqanı vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia edirsə, bu halı sübut etmək vergi orqanının üzərindədir. Vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret də lillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. Hazırki mübahisədə isə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının topdansatış ticarət fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-282/2023 nömrəli qərarı ilə (hakimlər: X10 (məruzəçi), X6 və X7) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli, 21(112)-2843/2022 nömrəli qərarı ilə ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Apellyasiya in stansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı MMC-nin əsas fəaliyyət növünün alkoqollu və digər içkilərin topdansatışı olması ilə bərabər pərakəndə satış fəaliyyət növünün də qeydiyyatdan keçirilmiş olması, həmçinin MMC tərəfindən vergi nəzarəti daxilində müəyyən edilmiş “643 202,00 ədəd əksik mal”ın pərakəndə qaydada satılmış olması işin mübahisəsiz halıdır. Belə ki, bu hal iş materialları və iddiaçı tərəfin izahatları ilə də öz təsdiqini tapır, əksi iddia edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malları n pərakəndə satışı qadağandır. Göründüyü kimi, vergi ödəyicisinin pərakəndə satış məqsədləri üçün istifadə etdiyi təsərrüfat subyekti olmalı, satış da həmin təsərrüfat subyektindən həyata keçirilməlidir. İşin hallarından isə aydın olur ki, vergi ödəyicisi MMC-nin qeydiyyata alınmış və AZ1029, ünvan 2 ünvanında yerləşən yalnız bir təsərrüfat subyekti olmuş, həmin təsərrüfat subyekti topdansatış məqsədləri üçün istifadə edilmişdir. Belə ki, apelyasiya şikayətinə əlavə edilmiş, iddiaçı ilə icarəyə verən arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02/2021 saylı icarə müqaviləsinin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən icarəyə verən tərəfindən iddiaçıya 350 kv.m. sahəsinin anbar və ofis məqsədləri üçün istifadəyə verildiyi təsbit edilmişdir. İş materiallarında da həmin obyektin pərakəndə satış məq sədləri üçün istifadə edilməsi və ya iddiaçının pərakəndə satış üçün digər təsərrüfat subyektinin olmasına dair hər hansı sübut mövcud olmamış, iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə, vergi ödəyicisinin fəaliyyətinin həm topdansatış, həm də pərakəndə satış növü qeydiyyata alınmış olsa da, pərakəndə satış edilməsi üçün ödəyicinin təsərrüfat subyekti olmadığı halda, topdansatış fəaliyyətinə xidmət edən obyektindən (Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən anbar) Vergi Məcəlləsinin yuxarıda qeyd edilən 13.2.63-cü maddəsinin tələblərini pozmaqla, obyektin təsərrüfat növünə uyğun topdansatış qaydasında elektron qaimə təqdim etməklə satmaq əvəzinə, pərakəndə qaydada mallar (643 202,00 ədəd əskik mal) satmışdır.

11. İddiaçı həmin qərar dan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023cü il tarixli, 2-1(102)-1254/2023 nömrəli qərarı ilə (hakimlər: X11 (məruzəçi), X2 və X1) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 21(103)-282/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Məhkəmə kollegiyası qeyd edir ki, pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Həmçinin qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər han sı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Apellyasiya instansiyası məhkəmə tərəfindən iddiaçının məsuliyyətə cəlb edilən qərarına əsas olan elektron qaiməfaktura tərtib edilmədən satılan malların nəzarət kassa çeki əsasında satılması halını tam araşdırmamış, həmin halla bağlı sübutları digər sübutlarla birgə qiymətləndirməmişdir.

14. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi təsdiq edir ki, iddiaçının əsas fəaliyyət növünün alkoqollu və digər içkilərin topdansatışı olması ilə bərabər pərakəndə satış fəaliyyət növünün də qeydiyyatdan keçirilmiş olması, həmçinin MMC tərəfindən vergi nəzarəti daxilində müəyyən edilm iş “643 202,00 ədəd əksik mal”ın pərakəndə qaydada satılmış olması işin mübahisəsiz halıdır. Lakin, məhkəmə iddiaçının həmin malların pərakəndə qaydada satışının həyata keçirilməsi ilə bağlı fəaliyyətini qiymətləndirərkən yalnız hüquqi əsaslarını tam və hərtərəfli tədqiq etməmiş, gəldiyi nəticənin əsası kimi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarına istinad etmiş, istinad etdiyi faktları Vergi Məcəlləsinin tələblərinə uyğun tədqiq etməmiş və qiymətləndirməmişdir. Bundan başqa, iddiaçının pərakəndə satış üçün istifadə etdiyi nəzarət-kassa aparatının vergi orqanında yuxarıda qeyd olunan ünvan üzrə qeydiyyatdan keçibkeçməməsi faktı barədə işdə məlumat mövcud deyildir. Məhkəmə qərarında da bu fakta və onun hüquqi nəticələrinə hər hansı münasibət bildirilməmişdir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(103)-3660/2023 nömrəli qərarı ilə (hakimlər: X8 (məruzəçi), X4 və X5) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİR AZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62, 13.2.63, 50.2, 53.1, 56.1-ci maddələrinə, eləcə də İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 69.4-cü maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

19. İddiaçı malların topdansatış fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63-cü tələblərinə əməl etməmişdir. Belə ki, NKA hesabatından xeyli miqdarda malların ayrı-ayrı əməliyyatlar üzrə 1-5 dəqiqə fərqlə təqdim edilməsi müəyyən olunur ki, şəxsi tələbatını ödəmək məqsədi ilə külli miqdarda alkoqollu içkinin alınması üçün eyni anda bir çox şəxsin bir yerə toplanması qeyri-mümkündür. Bu isə onu göstərir ki, iddiaçı tərə findən nəzarət kassa aparatından malların topdansatış qaydasında təqdim edilməsini pərdələmək məqsədi ilə istifadə edilmişdir. Məhkəmə tərəfindən isə qeyd edilən hal araşdırılmamışdır. Bundan əlavə, Baş İdarəninxx.xx.2021-ci il tarixli, **********3689 saylı qərarı ilə İddiaçı MMC-də xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək xronometraj metodu ilə müşahidə həyata keçirilmişdir. Xronometraj metodu ilə müşahidə nəticəsində müəyyən edilən faktlardan biri də o olmuşdur ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək iddiaçı tərəfindən pərakəndə qaydada hər hansı satış həyata keçirilməmişdir. Bu da onu göstərir ki, iddiaçı yalnız topdansatış fəaliyyəti məşğul olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüq uqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahi bkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. X21 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İş materiallarından gör ünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********3688 nömrəli qərar əsasında xx.xx.2021-ci il tarixdən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində-(anbarında) Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinə riayət edilib edilməməsinə nəzarət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Tədbirin nəticəsində xx.xx.2021-ci il tarixli DVX seriyalı 001251 nömrəli akt tərtib olunmuş və 1.767.659,38 manat dəyərində malların elektron qaimə faktura təqdim edilmədən satılması əsası ilə iddiaçı barəsində xx.xx.2021-ci il tarixli inzibati aktla 176.765,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına gö rə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6254 nömrəli qərarla iddiaçı MMC-yə 176.765,94 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır.

29. Hazırda iddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan müvafiq qərarların qəbul edilməsinin əsası kimi istinad etdiyi halları sübut etmək öhdəliyi daşıyır.

31. Hazırki vəziyyətdə cavabdeh inzibati orqan müvafiq qərar qəbul edilərkən dəlili ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən mallar elektron qaimə-faktura verilmədən təqdim edilmədiyindən, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün mallar ın təsərrüfat subyektlərindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbləri pozulmuşdur.

32. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Həmçinin iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan aydın olur ki, İddiaçı MMC-nin hazırkı operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliyyət növləri “Alkoqollu və digər içkilərin topdan satışı”, “Alkoqolu içkilərin pərakəndə satışı”, “İxtisaslaşdı rılmış mağazalarda alkoqollu və digər içkilərin pərakəndə satışı”, “İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı”, “Saxlama və anbarlara yığma”, “Alkoqollu içkilərin ixtisaslaşdırılmış mağazalarda pərakəndə satışı”, “Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin topdan satışı” olmuşdur. Başqa sözlə iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır.

33. Bundan əlavə cavabdeh inzibati orqan iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını sübuta yetirə bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almamışdır. Belə ki, inzibati orqan kimi vergi or qanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

34. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, bu halı sübut ed əcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini təkzib edə biləcək bir sübut təqdim edə bilmirsə, mövcud vəziyyətdə yaranmış şübhələr aradan qa ldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir.

36. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən olunan əsaslardan birinin olması mütləq şərtdir. Lakin cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materialında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur.

37. Digər tərəfdən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli qərar əsasında xx.xx.2021-ci il tarixdən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində-(anbarında) Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinə riayət edilib-edilməməsinə nəzarət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Tədbirin nəticəsində xx.xx.2021-ci il tarixli DVX seriyalı 001251 nömrəli akt tərtib olunmuş və 1.767.659,38 manat dəyərində malların elektron qaimə faktura təqdim edilmədən satılması əsası ilə iddiaçı barəsində xx.xx.2021-ci il tarixli inzibati aktla 176.765,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ti carət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal etmişdir.

38. Həmçinin Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi zamanı müəyyən olunan pozuntu halında tətbiq olunur. Qeyd olu nan nəzarəti isə yalnız tədbir zamanı həyata keçirmək mümkündür. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub olunmaması müəyyən olunsun.

39. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri xx.xx.2021-ci il tarixdə həyata keçirilsə də, həmin vaxtda iddiaçı tərəfindən malların elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmayıb. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla xx.xx.2021-ci il tarixli DVX seriyalı 001251 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə m üəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2021-ci il tarixli inzibati akt qəbul olunmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 41. 83.3-cü maddəsinə əsasən, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə m üvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. 50.6-cı maddəsinə görə, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən normaların qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir.

43. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müdd əalardan hansıların həm də operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunduğunu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir. Belə ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur.

44. Cavabdeh isə iddiaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur.

45. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır.

46. Göründüyü kimi şəxsin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir.

47. Odur ki, vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən iddiaçı həmin qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

48. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasi ya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3660/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar