Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1073/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı 01 yanvar 1997-ci il tarixindən - 01 fevral 2006-cı il tarixinədək fərdi qaydada dərzi vəzifəsində olan iş fəaliyyətini n sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2780/2018 saylı iş üzrə 20.12.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1953-cü il tarixində Laçın rayonu Sus kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1953-cü il tarixində Laçın rayonu, Sus kəndində anadan olmuşdur. 1993-cü il tarixi ndən 01 yanvar 1997-ci il tarixinədək Suraxanı rayonunun Əhali Məişət Xidmət Kombinatının Hövsan qəsəbəsindəki idarəsində dərzi vəzifəsində, 01 yanvar 1997-ci il tarixindən bu günədək fərdi qaydada dərzilik fəaliyyəti ilə məşğul olur. 10.12.2016-cı il tarixində 63 yaşı tamam olduğundan qanunvericiliyin tələbinə uyğun olaraq DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin DSMF-nin Suraxanı rayon şöbəsi ona yaşa görə əmək pensiyası təyin edərkən 01.01.1997-ci il tarixdən – 01.02.2006-cı il tarixinədək olan iş stajını əsassız olaraq sosial sığorta stajına daxil etməmişdir. Daha sonra həmin dövrdə işlədiyini təsdiq etmək üçün müvafiq orqana müraciət edib arayış aldıqdan sonra ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması üçü n 2016-cı il tarixində vergi ödəyicisinin fəaliyyəti haqqında arayışı və zəruri digər sənədləri təqdim etməklə müvafiq olaraq DSMF-nin Suraxanı rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina emişdir. Belə ki, cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinin 21 dekabr 2016-cı il tarixli 18/04-5289 saylı cavab məktubunda imtinanı onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Onun 01.01.1997-01.02.2006-cı illər olan iş stajı əmək kitabçasında qeyd edilmədiyindən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir və inzibati orqanın bu hərəkətsizliyi ilə onun konstitusion hüququ pozulmuşdur. Ona görə də, pensiya hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Belə ki, fərdi qaydada dərzilik fəaliyyəti ilə məşğul olmağı barədə məlumat almaq üçün Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə baxılaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Deprtamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 28 oktyabr 2016-cı il tarixli **********010900 saylı vergi ödəyicisinin fəaliyyəti haqqında arayışı ilə İddiaçı 01.01.1997-ci il tarixdən 01.02.2006-cı il tarixəd ək şəxsi hesab vərəqəsindən çıxarış təqdim edilmişdir. Ödəyici İddiaçı məxsus həmin şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı, yəni o həqiqətən 01.01.1997-ci ildən 01.02.2006-cı ilədək fərdi xidmət göstərdiyi üçün vergi ödəmişdir. Bu da onun həqiqətən həmin dövrdə əmək fəaliyyətilə məşğul olduğunu sübuta yetirir. Həmin dövrdə məşğul olduğu əmək fəaliyyətinin əmək kitabçasına daxil edilməməsi onun pensiya hüququndan məhrum edilməsinə səbəb ola bilməz. Belə ki, vergi orqanlarından verilən arayış və hesab vərəqəsinin çıxarışından da göründüyü kimi o həqiqətən də həmin dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmuş və vaxtı-vaxtında vergi ödənişlərini də etmişdir. Buna görə də onun pensiya hüququnun təmin edilməsi üçün yuxarıda qeyd edilən dövrlərin də sığorta stajına daxil edilərək ona təyin e dilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması zərurəti vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır). “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzər ə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd olunan normalar ın məzmunundan da aydın olduğu kimi, iddia ərizəsinə əlavə etdiyi və eləcə də inzibati orqana təqdim etdiyi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin vergi ödəyicisinin fəaliyyəti haqqında arayışdan və şəxsi hesab vərəqəsindən onun həqiqətən də qeyd olunan dövrlərdə göstərilən əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. Qanunvericiliyin tələbinə uyğun olaraq da onun sosial təminat hüququ təmin edilməli və ona qanunveriliciliyin tələbinə uyğun olaraq 01.01.1997-01.02 2006-cı illərdə məşğul olduğu iş fəaliyyəti sosial sığorta stajına daxil edilərək, təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, A zərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 22-ci maddəsinə görə hər bir şəxs cəmiyyətin üzvü kimi sosial təminat hüququna və milli səylər və beynəlxalq əməkdaşlıq yolu ilə və hər bir dövlətin struk turu və ehtiyatlarına uyğun olaraq onun ləyaqətinin müdafiəsi və şəxsiyyətinin azad inkişafı üçün iqtisadi, sosial və mədəni sahələrdə hüquqlara malikdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququnu tanıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kondraşina Rusiya Federasiyasına qarşı” işində məhkəmə qeyd edir ki, ərizəçinin yaşa görə artırılmış məbləğdə pensiya almaq hüququ əmlak xarakteri daşıyır və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə mülki hüquqların müəyyən edilməsi ilə bağlıdır. Əmək pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Sözügedən Qanunun 37.7-ci ifadəsinə görə də keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Əmək pensiyaları haqqında Qanunun 30.2-ci maddəsinə görə əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati icraat haqqında Qanunun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 73.1ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda. Məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, be lə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı xxxcavabdeh Əməkvə ƏhalininSosialMüdafiəsiNazirliyiyanındaDövlətSosialMüdafiə FondununBakı şəhəriSuraxanı rayon Şöbəsinə qarşı 01.01.1997-ciiltarixindən- 01.02.2006-cı iltarixinədəkfərdiqaydadadərzivəzifəsində olaniş fəaliyyətininsosialsığortastajınadaxiledilərəkonayaşagörə əməkpensiyasınınyenidənhesablanması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 13.09.2018-ci il tarixli iş № 2-1(82)2752/2018, (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti ve rərək birinci instansiya məhkəməsinin 13.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, ərizənin rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 20.12.2018-ci il tarixli iş № 2-1(103)-2780/2018 (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Kəmalə Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 13.09.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək məhkəməyə müraciət etmiş və iş üzrə yuxarıda qeyd olunan məhkəmə qərarları qəbul edilmişdir. İddiaçı DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə pensiyasının qeyd edilən stajı da nəzərə alınmaqla yenidən hesablanması ilə əlaqədar müraciət etsə də, aparılmış araşdırma nəticəsində onun qeyd etdiyi dövrə aid sosial sığorta stajının olmadığı müəyyən olunmuşdur. İddiaçının 01.01.1997-ci il tarixindən – 01.02.2006-cı il tarixədək fərdi qaydada dərzi vəzifəsində olan iş fəaliyyəti əmək kitabçası əsasında təsdiqini tapmadığından həmin illərin onun sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2-1(103)-2780/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələ binin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İn zibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətind ə qeyd etmişdir ki,iddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək məhkəməyə müraciət etmiş və iş üzrə yuxarıda qeyd olunan məhkəmə qərarları qəbul edilmişdir. İddiaçı DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə pensiyasının qeyd edilən stajı da nəzərə alınmaqla yenidən hesablanması ilə əlaqədar müraciət etsə də, aparılmış araşdırma nəticəsində onun qeyd etdiyi dövrə aid sosial sığorta stajının olmadığı müəyyən olunmuşdur. İddiaçının 01.01.1997-ci il tarixindən – 01.02.2006-cı il tarixədək fərdi qaydada dərzi vəzifəsində olan iş fəaliyyəti əmək kitabçası əsasında təsdiqini tapmadığından həmin illərin onun sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olun muş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin ol unduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təş kilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarını n təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyə ti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur. Göründüyü kimi, qüvvədə olan qanunvericilikdə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətidə nəzərdə tutulur. Eyni zamanda qanunvericilikdə 01.01.2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda da əmək pensiyasının təyin edilməsi müəyyən edilmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 28.10.20 16-cı il tarixli **********010900 saylı məktubundan və 12.01.1998-ci il tarixli sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə əsasən İddiaçı fərdi sahibkar kimi 12.01.1998-ci ildə Suraxanı rayonu Dövlət vergi müfəttişliyi tərəfindən uçota alınmış və ona 01.02.2006-cı il tarixədək şəxsi hesab vərəqəsindən çıxarış təqdim edilmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 20.12.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20.12.2018-ci il tarixli 2-1(103)2780/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1073/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1073/2019
02.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver