Məhkəmə qərarları › İş №2-1(102)-1073/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1073/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1073/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinəqarşı iş üzrə QƏRAR Açar sözlər: (işlədiyi dövrləri sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən ra yon şöbəsinə qarşı işlədiyi dövrləri sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsitələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(105)-785/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinə qarşı cavabdehin ona əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin qeyri-qanuni hesab edilərək onun xx.xx.1975-ci il tarixdən xx.xx.2006- cı il tarixə kimi işlədiyi d övrləri sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsinin cavabdehə tapşırılmasınabarədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxx 2019-cu il tarixində (61 yaşından) yaşa görə əmək pensiyasına çıxmaq üçün sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinə təqdim etmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi xx.xx.2019-ci il tarixdə **********0 nömrəli məktubla bildirdilər ki, onun 25 il sosial sığorta stajı yoxdur. Bildirir ki, onun əmək kitabçasında 25 ildən artıq iş stajı var. Bunu ona verilən əmək kitabçası da təsdiq edərək müvafiq qeydlər aparılmışdır. Lakin DSMF-nin Siyəzən rayon şöbəsi onun iş stajlarını xx.xx.1999-cu il tarixə kimi nəzərə alıb. İddiaçının 61 yaşı 2019-cu ilin mart ayının 24-də tamam olduğu üçün və 25 ildən artıq iş stajına malik olduğu üçün ona yaşa görə əmək pensiyası düşür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1568/2019 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın təmin edilməsi, X2 xx.xx.1975-cı il tarixdən xx.xx.2006-cı il tarixə kimi işlədiyi dövrləri sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzə n rayon Şöbəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 87.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsaslanmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(105)-785/2019 nömrəli (hakimlər Nazim Nəsibov - sədrlik edə n və məruzəçi, Zaur Məmmədov və Vidadi Cəfərov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, «Əmək pensiyaları haqqında» Qanunun 7, 21.1, 21.2.1-ci maddələrinə, Əmək Məcəlləsinin 87.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 52, 73.1-ci maddələrinə əsaslanmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,2017-ci ilin 11 dekabr tarixinə qədər qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pe nsiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə – Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərı n, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur. Həmçinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından az olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Hazırkı mübahisə üzrə iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin baxışı zamanı həmin qeydlər öz təsdiqini tapmadığından cavabdeh orqan tərəfindən ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 21(105)-785/2019 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəki li Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-785/2019 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İn zibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri formal mülahizələrə istinad edildiyindən əsassızdır. Belə ki, cavabdehin 3 səhifədən ibarət olan kasasiya şikayətinin 1-ci səhifəsi iş üzrə qəbul edilmiş məhkəmə aktlarının qeyd edilməsindən, 2-ci səhifəsi maddi hüquq normalarının mətnin yazılmasından, 3-cü səhifəsi isə İnzibati Prosessual Məcəllənin 92.0.6, 96.6-cı maddələrinin məzmununun göstərilməsindən ibarətdir. Faktiki olaraq kasasiya şikayətində cavabdehin yazdığı yeganə dəlil budur ki, «iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin baxışı zamanı həmin qeydlər öz təsdiqini tapmadığından cavabdeh orqan tərəfindən ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir». Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu yeganə dəlili əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında işləməsi barədə müvafiq qeydlər olsa da, vətəndaşın hansı ilə kimi əmək haqqı alıb və əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat yoxdur. İddiaçıya məxsus əmək kitabçasında onun xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxx 2007-ci il tarixə kimi işlədiyi qeyd edilmişdir. Apelyasiy a instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X3 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx xxxx 2019-cu il tarixli, **********27 saylı arxiv arayışında qeyd edilir ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixli, 188 nömrəli əmr ilə həmin tarixdən 19 nömrəli mağazaya kiçik satıcı qəbul edilmişdir; xx xxxxxx 1979-cu il tarixli, 01 nömrəli əmri ilə həmin mağazada satıcı keçirilmişdir; xx xxxxxx 1992-ci il tarixli, 138 nömrəli əmri ilə xx xxxxxxx 1992-ci il tarixdən xx xxxxxx 1993-cü il tarixədək uşağının 2 yaşa çatana qədər analıq məzuniyyəti verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx xxxxx 1999-cu il tarixli, 230 nömrəli sərəncamı və xx xxxxx 1999-cu il tarixli, 23 nömrəli əmrinə əsasən Siyəzən şəhər QMT ləğv edilərək, onun arxiv sənədləri DƏK-in «İstehsalat və Təsərrüfat» İdarəsinə (İTİ) verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli, 229 nömrəli Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlak Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in xx xxxxxx 1999-cu il tarixli, 01 nömrəli əmri ilə İTİ ləğv edilərək xx xxxxxx 2000-ci il tarixli, 05 nömrəli əmri ilə onun bazasında Ticarət və Xidmət Müəssisə və Obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2001-ci il tarixli, 475 nömrəli Fərmanı ilə Mərkəzin təsisçisi – DƏN-in və bir sıra keçmiş dövlət təşkilatlarının bazasında İqtisadi İnkişaf Nazirliyi (İİN) yaradılmışdır. İİN-in xx xxxxxx 2004-cü il tarixli 03 nömrəli əmri ilə TXMOFƏM-nin bazas ında Ticarət, xidmət və istehsalat müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXİMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli, 313 nömrəli Fərmanı ilə yaradılmış X4 edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) tabeliyinə verilmiş TXİMOFƏM-nin xx xxxxxx 2005-ci il tarixli, 11 nömrəli əmri ilə adı dəyişdirilərək, İstehsalat və Xidmət X1muşdur. DƏİEDK-in İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx xxxxxx 2007-ci il tarixli 236M nömrəli əmri ilə Siyəzən şəhərində yerləşən 19 nömrəli mağazanın satıcısı həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «Ç» yarımbəndinə əsasən (mülkiyyətçisi dəyişdiyi üçün) işdən azad edilmişdir. DƏİEDK-in hüquqi varisi X3 Komitəsidir. Bununla ə laqədar apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Əmək pensiyalarının təyin edilməsi Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Qadınlara yaşa görə əmək pensiyası təyin etmək üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən aş ağıda qeyd olunan şərtlər olmalıdır:

1. Qadınlarda 61 yaş (müraciət tarixi: xx xxxx 2019-cu il).

2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yara tmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sosial sığorta stajına daxil edilir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, Qanunun müddəalarına əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sosial sığorta stajına daxil edilir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının inzibati orqana müraciət etdiyi dövrdə və yaşa görə pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə – Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunan ların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Beləliklə, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin iddiaçının əmək kitabçasında xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxx 2007-ci il tarixə işləməsi öz əksini tapsa da, iddiaçı həmin dövrlərin müəyyən hissəsinin sosial sığorta stajı kimi nəzərə alınmasından imtina etmişdi r. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X3 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx xxxx 2019-cu il tarixli, **********27 saylı arxiv arayışı ilə iddiaçının həmin müəssisədə işləməsi, müəssisənin adının müxtəlif dövrlərdə dəyişdirilməsi müəyyən olunur. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyi ni təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı dövlət müəssisəsində işlədiyindən, işlədiyi dövrlər əmək kitabçası və arxiv arayışı ilə təsdiq edildiyindən inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan xx xxxxxx 2006-cı il tarixə kimi işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadı nların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının 61 yaşı 2019-cu ilin mart ayının 24-də tamam olduğu və 25 ildən artıq iş stajı na malik olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2-1(105)-785/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar