Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1074/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və bu barədə ekvivalentlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-725/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin ə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Rusiya Federasiyasının “X3 və Xidmət Universiteti” tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş 105004 ******* (qeydiyyat nömrəsi 015020) nömrəli apostil olunmuş diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “Menecmentlik” hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəyib və yekun dövlət imtahanlarını müvəffəqiyyətlə keçib, dövlət imtahan komissiyasının qərarı ilə ona bakalavr dərəcəsi verilmişdir.
2. Rusiya Federasiyasının “X3 və Xidmət Universiteti” tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş diploma əlavəyə əsasən təhsil proqramının istiqaməti (profili) turizm və qonaqpərvərlik üzrə menecmentlik, təhsil forması qiyabidir. 3. 534 saylı xx.xx.2018-ci il tarixli X3 və Xidmət Universitetinin Mahaçqala filialının arayış-çağırışına əsasən verilir. Azərbaycan Beynəlxalq bankına, Rusiya Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən qiyabi formada 2-ci kursda təhsil alan İddiaçı attestasiyadan keçməsi üçün tələb olunan müddət xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 20 təqvim günü təşkil edir. 4. 601 saylı xx.xx.2019-cu il tarixli X3 və Xidmət Universitetinin Mahaçqala filialının arayış-çağırışına əsasən verilir Azərbaycan Beynəlxalq bankına, Rusiya Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən qiyabi formada 3-cü kursda təhsil alan İddiaçı attestasiyadan keçməsi üçün tələb olunan müddət xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 25 təqvim günü təşkil edir. 5. 674 saylı xx.xx.2019-cu il tarixli X3 və xidmət universitetinin Mahaçqala filialının arayış-çağırışına əsasən verilir Azərbaycan Beynəlxalq bankına, Rusiya Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən qiyabi formada 3-cü kursda təhsil alan İddiaçı attestasiyadan keçməsi üçün tələb olunan müddət xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 25 təqvim günü təşkil edir.
6. Azərbaycan Beynəlxalq Bankı Baş direktorun 916 m saylı xx.xx.2018-ci il tarixli təhsil məzuniyyəti barədə əmrə əsasən Quba filialının nəzarət şöbəsinin kredit inzibatçısı İddiaçı imtahan sessiyasında iştirak etmək üçün 15 oktyabr 2018-ci il tarixindən 19 oktyabr 2018-ci il tarixinədək əmək haqqı saxanılmaqla təhsil məzuniyyətinə buraxılması, 22 oktyabr 2018-ci il tarixindən işə başlanılması əmr edilmişdir. Əsas: X3 və Xidmət Universitetinin Mahaçqala filialın ın arayış-çağırışı və İddiaçı ərizəsi.
7. Azərbaycan Beynəlxalq Bankı Baş direktorun 293 m saylı xx.xx.2019-cu il tarixli təhsil məzuniyyəti barədə əmrə əsasən Quba filialının nəzarət şöbəsinin kredit inzibatçısı İddiaçı imtahan sessiyasında iştirak etmək üçün 27 mart 2019-cu il tarixindən 5 aprel 2019-cu il tarixinədək 10 təqvim günü müddətinə əmək haqqı saxlanılmaqla təhsil məzuniyyətinə buraxılması, 08 aprel 2019-cu il tarixindən işə başlanılması əmr edilmişdir. Əsas: X3 və xidmət universitetinin Mahaçqala filialının arayış-çağırışı və İddiaçı ərizəsi.
8. Azərbaycan Beynəlxalq Bankı Baş direktorun 2101 m saylı xx.xx.2019-cu il tarixli təhsil məzuniyyəti barədə əmrinə əsasən Quba filialının inzibatçılıq üzrə mütəxəssisi İddiaçı imtahan sessiyasında iştirak etmək üçün 21 noyabr 2019-cu il tarixindən 29 noyabr 2019-cu il tarixinədək 09 təqvim günü müddətinə əmək haqqı saxlanılmaqla təhsil məzuniyyətinə buraxılması, 02 dekabr 2019-cu il tarixindən işə başlanılması əmr edilmişdir. Əsas: X3 və Xidmət Universitetinin Mahaçqala filialının arayış-çağırışı və İddiaçı ərizəsi.
9. X3 və Xidmət Universitetinin Mahaçqala filialının 1370/5 saylı xx.xx.2016-cı il tarixli əmrdən çıxarışına əsasən İddiaçı X3 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 1-ci kursa qəbul edilməsi qərara alınmışdır.
10. X3 və Xidmət Universitetinin Mahaçqala filialının 1247/5 saylı xx.xx.2017-ci il tarixli əmrdən çıxarışa əsasən 2016/2017-ci tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə tələbə İddiaçı X3 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 2-ci kursa keçirilməsi qərara alınmışdır.
11. X3 və Xidmət Universitetinin Mahaçqala filialının 965/5 saylı xx.xx.2018-ci il tarixli əmrdən çıxarışına əsasən 2017/2018-ci tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə tələbə İddiaçı X3 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 3-cü kursa keçirilməsi qərara alınmışdır.
12. X3 və Xidmət Universitetinin Mahaçqala filialının 994/5 saylı xx.xx.2019-cu il tarixli əmrdən çıxarışa əsasən 2018/2019-cu tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə tələbə İddiaçı X3 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 4-cü kursa keçirilməsi qərara alınmışdır.
13. X3 və Xidmət Universitetinin Mahaçqala filialının 922/5 saylı xx.xx.2020-ci il tarixli əmrdən çıxarışa əsasən 2019/2020-ci tədris ili və tələb olunan tədris planının uğurla yerinə yetirilməsinə görə tələbə İddiaçı X3 və xidmət universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 5-ci kursa keçirilməsi qərara alınmışdır.
14. X3 və Xidmət Universitetinin Mahaçqala filialının 367/5 saylı xx.xx.2021-ci il tarixli əmrdən çıxarışına əsasən təhsil alması ilə əlaqədar tələbə İddiaçı X3 və Xidmət Universitetinin Mahaçqala filialının 38.03.02 menecment hazırlıq istiqaməti üzrə qiyabi təhsil forması üzrə 5-ci kursdan aza d edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Rusiya Federasiyasının “X3 və Xidmət Universiteti” tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş diplomunun tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1987-ci ildə anadan olmuşdur. 20162021-ci illərdə “X3 və Xidmət Universiteti”nin “Menecment” ixtisası üzrə Bakalavriat (qiyabi) dərəcəsi səviyyəsində təhsil almışdır. Bu barədə təhsil aldığı “X3 və Xidmət Universiteti” tərəfindən ona 18 may 2021-ci ildə 105004 ******* №-li (015020 qeydiyyat nömrəli) di plom verilmişdir. Diplom lazımi qaydada imzalanmış və möhürlə təsdiq edilmişdir. O, diplomun tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyası) müəyyən edilməsi barədə elektron ərizə göndərmiş, lakin cavabdeh tərəfindən müraciətindən 06 aprel 2022-ci il tarixli qərarla imtina edilmişdir. İmtina səbəbi kimi onun sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması göstərilmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, təhsil aldığı dövrdə (2016-2021-ci illərdə) 1-ci kurs bütün semestr dərslərdə iştirak etmişdir. Lakin 2-ci kursdan etibarən işlə, himayəsində azyaşlı övladının olm ası və bütün dünyanı bürüyən “COVİD-19” xəstəliyi ilə əlaqədar olaraq dərslərdə Universitetin razılığı ilə iştirak edə bilməmişdir. Universitet hər semestr öncəsi ona materiallar göndərmiş, o, yalnız imtahan və zaçotlarda gedib iştirak etmişdir. Bunu xx.xx.2022-ci ildə Universitet tərəfindən verilmiş arayış təsdiq edir. İmtahan və zaçotları yaxşı qiymətlərlə özü vermişdir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır.
17. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq ərizəçiyə onun təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində (İ il-20 gün, İİ il-13 gün, İİİ il-16 gün, İV il-9 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), V il-getməyib (pandemiya dövrü) tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003- cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlə t standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı təhsil normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (2016/2017-ci tədris ili üzrə - 20 gün, 2017/2018-ci tədris ili üzrə -13 gün, 2018/2019-cu tədris ili üzrə - 16 gün, 2019/2020-ci tədris ili üzrə - 9 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü)) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür.
18. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensi yanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər.
19. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşü lür.
20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7917/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) İddiaçı “X3 və Xidmət Universiteti” tərəfindən verilmiş 105004 ******* saylı (015020 qeydiyyat nömrəli) 18 may 2021-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
21. Məhkəmə qeyd etmişdir ki, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmiş, həmin ölkədə olmadığı dövrün üzrlü səbəbi barədə məhkəməyə sübut və əsaslar (himayəsində yetkinlik yaşına çatmayan övladı olması, övladını tək böyütməsi, iş yerindən ona tələb olunan müddət həddində təhsil məzuniyyəti verilməməsi, iddiaçının tək övlad b öyüdən valideyn kimi işini itirməmək qayğısı) təqdim etmiş, akademik borclarını ödəmiş, təhsil aldığı müəssisə onu hər il imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kurslara keçirmiş, iddiaçı imtahanlardan əla və yaxşı qiymətlər almış və tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu almışdır. İddiaçının tədris dili üzrə bilik səviyyəsi qənaətbəxş olmaqla müvafiq tədris olunan fənləri mənimsəməyə kifayət etmiş, cavabdeh iddiaçının dil biliyi ilə bağlı müsahibənin nəticəsini müsbət qiymətləndirmiş və bununla bağlı hər hansı mübahisə etməmişdir. Beləliklə, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan və işi faktiki hallarına əsasən hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyind ən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-725/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və iyul məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. Cavabdeh həmin qərardan kassasiya şikayəti ve rərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-2021-ci illərdə X3 və Xidmət Universitetində qiyabi formada (l il - 20 gün, il - 13 gün, Ul il - 16 gün, İV il — l semestr - 9 gün; İİ semestr — pandemiya dövrünə təsadüf edir, V il - pandemiya dövrünə təsadüf edir) təhsil almışdır. İddiaçı iddia ərizəsində və məhkəmə öz qərarında iddiaçının təhsil aldığı müddətin pandemiya dövrünə düşməsi ilə əlaqədar olaraq iddiaçının dərslərdə az müddətdə iştirak etməsini vurğulamışdır. Qeyd edilən məsələyə münasibətdə bildirmək istərdik ki, məhkəmə işin faktiki hallarını tam araşdı rmamış, iddiaçının təhsil aldığı müddətləri nəzərdən keçirməmişdir. Belə ki, iddiaçının təhsil aldığı müddətin yalnız son iki ili - 2019/2020 və 2020/2021-ci tədris illəri pandemiya dövrünə təsadüf edir. Lakin iddiaçı tədris aldığı 2017/2018 və 2018/2019-cu illərdə qiyabi tədris üçün tələb olunan müddətdə tədrisə cəlb olunmadığı üçün diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür.
27. Həmçinin apellyasiya instansiyası məhkəməsi öz qərarının 13-14-cü səhifələrində iddiaçının universitet tərəfindən 20-25 təqvim günü müddətinə dərslərdə iştirak üçün çağırıldığını qeyd etmiş, lakin iddiaçının bir sıra səbəblərə görə dərslərdə daha az müddətdə iştirakını təmin etdiyini vurğulamışdır. Məhkəmə sözügedən səbəblərin universitet tərəfindən üzrlü səbəblər kimi qəbul olundu ğunu qeyd etsə də, nəzərə almamışdır ki, cavabdeh iddiaçının əldə etdiyi sənədi deyil, kvalifikasiyanı mübahisələndirir.
28. Eyni zamanda məhkəmənin diqqətinə çatdırılır ki, Rusiya Federasiyasının “Təhsil haqqında” Qanununun 17-ci maddəsində təhsilalma formaları əyani, qiyabi və əyani-qiyabi olaraq təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci bəndinə əsasən bakalavriat səviyyəsində həftəlik auditoriya dərslərinin həcmi 30 saatdan, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Həmin Qərarın 8.7.2-ci yarımbəndinə əsasən bakalavriat səviyyəsində qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat, magistratur a səviyyəsində isə 120-160 saat nəzərdə tutulur. Bununla da, İddiaçı təhsil aldığı ölkədə qısa müddət (İ il - 20 gün, İİ il - 13 gün, İİl il - 16 gün, İV il - İ semestr - 9 gün; İİ semestr pandemiya dövrünə təsadüf edir; V il - pandemiya dövrünə təsadüf edir) ərzində olduğundan onun diploma əlavədə qeyd olunan tədris yükünü ali təhsil pilləsinin dövlət standartı və proqramına uyğun yerinə yetirməsi qeyri-mümkün hesab edilmişdir, İddiaçı 13 günə və ya 16 günə yuxarıda göstərilən tələblərə uyğun tədris yükünü yerinə yetirməsi mümkün deyildir.
29. Əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda alı təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın Vİ 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifi kasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olduğu təqdirdə tanınmadan imtina edilə bilər. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, şikayətin təmin edilməməsini, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən ed ilməsi (nostrifikasiya) Qaydaları”: - 1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalent lik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Res publikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxi l olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
32. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Madd ə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti va xtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. X4 Məhkəməsinin hüquqi mövqeyi nə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona gö rə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya Rusiya Federasiyasının “X3 və Xidmət Universiteti” tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş diplomunun tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, o na görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə Ali Məhkəmənin əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyində qeyd edilir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü-özlüyündə bir qədər qeyri - müəyyəndir. Sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən, xarici ölkədə alın an təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2046/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı).
40. Göründüyü kimi, cavabdeh orqan iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu əsas gətirərək müraciətdən imtina etmişdir.
41. İşin məhkəmə tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı təhsil aldığı Rusiya Federasiyasının ərazisində birinci il - 20 gün, ikinci il - 13 gün, üçüncü il - 16 gün, dördüncü il İ semestr 9 gün getmiş, İİ semestr-pandemiya və V il pandemiya dövrlərinə düşdüyünə görə getməmişdir. Onun qeyd olunan müddətlərdə təhsil aldığı Rusiya Federasiyasının ərazisində olması Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş arayışla təsdiq olunur.
42. Digər tərəfdən iddiaçı təhsil aldığı ölkədə az olmasının səbəbi kimi tək ana olmaqla, himayəsində azyaşlı övladının olması və səhhəti ilə əlaqədar övladına baxaca q şəxsin olmaması səbəbindən uzun müddət ondan ayrı qalmasının qeyri-mümkün olması, bank sistemində işləməklə işini itirməmək üçün yalnız işəgötürən tərəfindən verilmiş təhsil məzuniyyətləri dövründə imtahan sessiyasında iştirak etmək üçün həmin ölkəyə gedə bilməsi ilə əlaqələndirmiş, eyni zamanda pandemiya dövründə tədrisin online şəkildə internet üzərindən keçirildiyini bildirmişdir.
43. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmiş, həmin ölkədə olmadığı dövrün üzrlü səbəbi barədə isə məhkəməyə sübut təqdim etmiş, bundan əlavə, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi i lə razılaşaraq hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-725/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.