Məhkəmə qərarları › İş №2-1(102)-1075/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1075/2019

28.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1075/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2344/18 saylı 15 noyabr 2018- ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı Iddiaçı dövlət qulluqçusu kimi 2008-ci ildə cavabdeh tərəfindən əmək haqqının 55%-i miqdarında pensiya təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə ərizə ilə müraciət edərək “Əmək pensiyaları haqqında” 01 yanvar 2006-cı ildə qəbul olunmuş Qanunun 21-ci maddəsinə əsasən pensiyanın əmək haqqı məbləğinin 70% ilə müəyyən edilməsi və pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan 07.08.2017-ci il tarixli imtina məktubu ilə bi ldirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndi ilə 1 ildən 5 ilədək qulluq stajına 5 faiz, 5 ildən 10 ilədək qulluq stajına 10 faiz, 10 ildən 15 ilədək qulluq stajına 20 faiz, 15 ildən yuxarı qulluq stajına 30 faiz məbləğində müəyyən olunmuş əlavə haqqdan və məcburi dövlət sosial sığortaya cəlb olunan digər ödənişlərdə ibarətdir. Hərbi xidmət dövrünün dövlət qulluğu stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdeh 16 avqust 2017-ci il tarixli imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 nömrə li Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmaqla, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusunda həqiqi hərbi xidmət dövrü dövlət qulluğu stajına daxil edilməmişdir. Bundan sonra iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “iddiaçıya pensiya məbləğinin yenidən hesablanması, bununla da 2008-ci ilin yanvar ayınd an qərar icra olunana qədər yaranacaq fərqin birdəfəlik ödənilməsi və pensiyanın əmək haqqı məbləğinin 70% ilə müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5799/2017 saylı iş üzrə 04 dekabr 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı Iddiaçı na pensiya məbləğinin yenidən hesablanması, bununla da 2008-ci ilin yanvar ayından qərar icra olunana qədər yaranacaq fərqin birdəfəlik ödənilməsi və pensiyanın əmək haqqı məbləğinin 70% ilə müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərard an narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-5799/2017 saylı iş üzrə 04 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-664/18 saylı 20 aprel 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5799/2017 saylı iş üzrə 04 dekabr 2017ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-664/18 saylı 20 aprel 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1375/18 saylı 24 iyul 2018-ci il tarixli qərarı ilə cavabdehin k assasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-664/18 saylı 20 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2344/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5799/2017 saylı iş üzrə 04 dekabr 2017ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, qanunvericilik hərbi xidmət müddətinin ümumi sığorta stajına daxil edilməsini nəzərdə tutmuş, lakin hərbi xidmət dövrünün dövlət qulluğu stajına daxil edilməsinə dair nə pensiya qanunvericiliyində, nə d ə xüsusi qanunvericilikdə hər hansı müddəa yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2344/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, 2008-ci ilin yanvar ayında iddiaçıya təqaüd təyin edilərkən hərbidə olduğu üç il üç ay həqiqi hərbi xidmət müddəti sığorta stajına daxil edilməmiş və bununla da 1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3 və 21.2.11-ci maddələrinin tələbi pozulmuşdur. Cavabdeh tərəfindən qanun bu göstərişinə əməl edilməməsi nəticəsində ona 2008-ci ilin yanvar ayından hazırki günədək pensiya məbləği əmək haqqı məbləğinin 70%-i ilə ödənilməsi əvəzinə 55%-lə ödənilmişdir. Apellyasiya Məhkəməsi öz qərarında göstərmişdir ki, iddiaçı əmək pensiyası hesablanarkən onun dövlət qulluğuna 11 il stajı nəzərə alınmış, lakin hərbi xidmətdə olduğu 3 il 3 ay dövlət qulluğuna deyil ümumi əmək stajına hesablanmışdır. Kassator isə hesab edir ki, onun hərbi xidmət müddəti qəti olaraq əmək stajına hesablanmamış və buna ehtiyac da olmamışdır. Belə ki, əgər məhkəmə 2005-ci ildə iddiaçının cavabdehə təqdim etdiyi əmək stajına dair məlumatları araşdırsa idi və təqdim etdiyim əmək kitabçalarına baxsa idi bilərdi ki, cavabdehin belə bir məlumatı yanlış xarakter daşıyır. Bundan əlavə, hərbi xidmət dövrünün sığorta stajına daxil edilməsi məsələsini Fərmanın 7-ci bəndində göstərilən hallar ilə əlagələndirmək olmaz və məhkəmə nəzərə almamışdır ki, əgər fərmanlar hərbi xidmət dövrünün sığorta stajına daxil edilməməsini nəzərdə tutsa idi bu məsələ “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3, 21.2.11-ci maddələrində bir istisna hal kimi mötərizədə qeyd olunardı. Cavabdeh bir tərəfdən 2002-ci il tarixli 665 nömrəli Fərmanın 7-ci bəndində sadalanan hallardan başqa digər fəsillərin staja daxil edilməsinin nəzərdə tutulmasını, digər tərəfdən isə 3 il 3 ay hərbi xidmət müddətinin hələ 2005-ci ildə guya staja daxil edildiyini göstərir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, “Əmək pensiyaları haqqında” Qanun 01.01.2006-cı ildən qüvvəyə minmişdir. Cavabdehin və məhkəmənin istinad etdikləri Fərmanlar isə 2002 və 2005-ci illəri əhatə edir. Bununla da hərbi xidmət fasiləsinin sığorta stajına daxil edilməməsi mövcud olsa idi bu fakt “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsində öz əksini tapardı. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən ona qədər fəaliyyət növü göstərilmişdir ki, bu fəaliyyət növlərindəki fasilələr də fərmanda öz əksini tapmamışdır ki, bu fakta heç bir qiymət verilməmişdir. Buradan da görünür ki, həqiqi hərbi xidmət müddətində olan fasilənin sığorta stajına daxil edilməməsi məsələsi cavabdehin öz fikridir. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2344/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə i clasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2344/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2344/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı dövlət qulluqçusu kimi 2008-ci ildə cavabdeh inzibati orqan tərəfindən əmək haqqının 55%-i miqdarında pensiya təyin edilmiş, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək onun pensiya məbləğinin yenidən hesablanması, bununla da 2008-ci ilin yanvar ayından qərar icra olunana qədər yaranacaq fərqin birdəfəlik ödənilməsi və pensiyanın əmək haqqı məbləğinin 70% miqdarında müəyyən edilməklə ödənilməsini xahiş etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsi 16.08.2017-ci il tarixli məktubla imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq ed ilmiş “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmaqla, habelə “1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda həqiqi hərbi xidmət dövrü dövlət qulluğu stajına daxil edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi” Qaydalarının 7-ci bəndindən görünür ki, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır: dö vlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü; dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti; dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət; əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; ödənişli məzuniyyət dövrləri. Həmin bənddə həmçinin o da qeyd olunmuşdur ki, bu bənddə nəzərdə tutulmayan digər fasilələr dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Həmin Qaydaların 9-cu bəndindən görünür ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərk ən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Göründüyü kimi, qanunverici hərbi xidmət dövrünün dövlət qulluğu dövrünə aid edilməsini nəzərdə tutmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin hərbi qulluğçuların, eləcə də hü quqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edilən normaların tələblərinə əsasən apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qanunvericilik hərbi xidmət müddətinin ümumi sığorta stajına daxil edilməsini nəzərdə tutmuş, lakin hərbi xidmət dövrünün dövlət qulluğu stajına daxil edilməsinə dair nə pensiya qanunvericiliyində, nə də xüsusi qanunvericilikdə hər hansı müddəa yoxdur. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarl a əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyiş dirilmədən saxlanılmalıdır. Şərh Məcəlləsinin edilənlərə 96.8-ci əsasən və maddəsini Azərbaycan Respublikası İnzibati-Prosessual rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2344/18 saylı 15 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar