Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1075/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (müharibə veteranı vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, 10.06.2020 İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-461/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarınd an iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağır ış Üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və 1989-cu ilin dekabr ayınadək Rusiya Federasiyasının Ryazan vilayətində Sovet Ordusu sıralarında N saylı hərbi hissədə yefreytor kimi hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıdandan sonra Respublikada baş vermiş məlum hadisələr zamanı 1992-ci ilin may ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən AR Milli Ordusuna səfərbər olunaraq, Üçtəpə deyilən ərazidə bir müddət hərbi təlim keçdikdən sonra əvvəlcə Ağcabədi rayonuna, oradan da Milli Ordumuzun fəaliyyət göstərdiyi Füzuli bölgəsinə - N saylı Hərbi Hissənin tərkibinə göndərilmişdir. Füzuli rayonunun Yuxarı və Aşağı Veysəlli kəndləri uğrunda gedən ağır döyüşlər zamanı xx.xx.1992-ci il tarixdə yaralanmış, müalicə üçün xəstəxanaya Bakı şəhərinə gətirilmiş, xx.xx.1992ci il tarixdə həmin xəstəxanadan çıxmış və müalicəni davam etdirmək üçün xx.xx.1992-ci il tarixdə digər xəstəxanaya yatırılmışdır. xx.xx.1992-ci il tarixdə həmin xəstəxanadan çıxdıqdan sonra Füzuli rayonuna - cəbhə bölgəsinə qayıtmış, tərkibində vuruşduğu Hərbi Hissəni tapa bilməmiş və evə qayıtmışdır. Valideynlərinin tək övladı olduğuna görə sonradan onu Milli Orduya çağırmamışlar. Hərbi xidmətdə olduğuna görə ona sığorta ödənişi və xx.xx.1996-cı ildə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyindən 4909 saylı Vəsiqəsi verilmişdir. Lakin, müharibə veteranı olsa da, bu günə kimi ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Müharibə Veteranı adı və vəsiqəsi verilməmiş və təqa üd təyin edilməmişdir. Hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı kimi "Müharibə Veteranı" adı və vəsiqəsi almaq istəyir, lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilmiş 9/2-12538 saylı, xx.xx.2017-ci il tarixli Arxiv Arayışına əsasən N saylı Hərbi Hissə komandirinin 1992-ci il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində onun hərbi xidməti və yaralanmağı barədə məlumat aşkar olunmadığından həmin vəsiqəni ala bilmir. Ona verilmiş cavab mövcud qanunvericiliyə, məntiqə uyğun deyil və cavabdeh orqanın vəzifəli şəxsləri tərəfindən onun konstitusion hüquq və əsas azadlıqlarının pozulması deməkdir. Həmin cavab məktubunda göstərilmiş hallar ona müharibə veteranı statusunun verilməməsi üçün əsas ola bilməz. Çünki, həmin vəzifələr onun səlahiyyətinə aid olan hal deyil. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(085)-65/2019 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(105)-461/2019 nömrəli (hakimlər Nazim Nəsibov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Vidadi Cəfərov) qərarı ilə birinci instansiya məhkəmə sinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etməyini nəzərə alaraq ona "Müharibə Veteranı" adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. Bunu başqa yolla həll etmək mümkün olmadığına görə, məhkəməyə müraciət etmişdir və iş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 9/2-13382 saylı xx.xx.2017-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2017- ci il tarixli 9/2-12538 saylı məktubda icraçı Şəlalə Məcidova t ərəfindən səhlənkarlığa yol verilmiş və onun ərizəsi düzgün cavablandırılmamışdır. Belə ki, cavab məktubunda onun N saylı hərbi hissədə xidmət keçdiyi müddətdə yaralanmağı barədə məlumat dəqiq araşdırılmamışdır. Təkrar araşdırma zamanı məlum olmuşdur ki, "N saylı hərbi hissənin qayıtmaz itkinlərinin, itkin düşmüşlərinin və yaralananlarının adbaad siyahıları Hərbi hissənin tabeçiliyinə daxil olmuş yaralıların siyahıları." qovluğunda xx xxxx 1992-ci il tarixindən tibbi rotaya daxil olan yaralıların siyahısında İddiaçı adı qeyd edilmişdir. Həmin vaxt ona və digər hərbçilərə silah verib Respublikanın ərazi bütövlüyünü qorumaq üçün cəbhə bölgələrinə döyüşə göndərmişdilər, əlimizə qələm verib hərbi biletlərdə tərxis olunma barədə qeydiyyat aparmaq üçün göndərməmişdilər. Bu işlə başqaları məşğul idi. Odur ki, yuxarıda istinad olunmuş qanun normalarına və iş materiallarında olan sənədlərə əsasən, hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qərar qəbul edərkən məhkəmə araşdırmasını qeyri-obyektiv və birtərəfli aparmış, nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-461/2019 saylı qərarının ləğv edilməsini, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiya sı məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə l azımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etməyini nəzərə alaraq ona "Müharibə Veteranı" adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh in üzərinə qoyulması zərurəti yaranmışdır. Bunu başqa yolla həll etmək mümkün olmadığına görə, məhkəməyə müraciət etmişdir və iş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 9/2-13382 saylı xx.xx.2017-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2017- ci il tarixli 9/2-12538 saylı məktubda icraçı Şəlalə Məcidova tərəfindən səhlənkarlığa yol verilmiş və onun ərizəsi düzgün cavablandırılmamışdır. Belə ki, cavab məktubunda onun N saylı hərbi hissədə xidmət keçdiyi müddətdə yaralanmağı barədə məlumat dəqiq araşdırılmamışdır. Təkrar araşdırma zamanı məlum olmuşdur ki, "N saylı hərbi hissənin qayıtmaz itkinlərinin, itkin düşmüşlərinin və yaralananlarının adbaad siyahıları Hərbi hissənin tabeçiliyinə daxil olmuş y aralıların siyahıları." qovluğunda xx xxxx 1992-ci il tarixindən tibbi rotaya daxil olan yaralıların siyahısında İddiaçı adı qeyd edilmişdir. Həmin vaxt ona və digər hərbçilərə silah verib Respublikanın ərazi bütövlüyünü qorumaq üçün cəbhə bölgələrinə döyüşə göndərmişdilər, əlimizə qələm verib hərbi biletlərdə tərxis olunma barədə qeydiyyat aparmaq üçün göndərməmişdilər. Bu işlə başqaları məşğul idi. Odur ki, yuxarıda istinad olunmuş qanun normalarına və iş materiallarında olan sənədlərə əsasən, hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qərar qəbul edərkən məhkəmə araşdırmasını qeyri-obyektiv və birtərəfli aparmış, nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Veteranlar haqqında” Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. İş materiallarında olan sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hü quq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 21(105)-461/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1075/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1075/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver