Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1075/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, şikayətin vəkilsiz tərtib edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2022-ci il tar ixli, 21(103)-706/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya və Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında ASAN DOST Mərkəzinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsində cavabdeh kimi “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya və Azərbaycan Respublikası Müdafiə Nazir liyi yanında ASAN DOST Mərkəzi” göstərilməsini formal xəta kimi qiymətləndirilmiş və cavabdeh qismində “Azərbaycan Respublikası Müdafiə Nazirliyi” qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5820/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
4. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5820/2021 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 9 mart 2022-ci il tarixli, 21(103)-706/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5820/2021 nömrəli qərarı dəyişdirilmədən saxlan ılmışdır.
6. İddiaçı apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, lakin şikayət vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə
90. Kassasiya şikayəti vermək hüququ... 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə ic raatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
95. Kassasiya şikayəti daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsinin hərəkətləri 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 95.1.1. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; 95.1.2. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; 95.1.3. dövlət rüsumunun ödənilməsini; 95.1.4. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; 95.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulu ndan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir....
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.... Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfində n imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;... KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 9 mart 2022-ci il tarixli, 2-1(103)-706/2022 nömrəli qərarından kassasiya şikayəti tərtib etmiş, lakin kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin order i şikayətə əlavə 9. edilməmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən, bununla bağlı şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və bu məqsədlə kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması təyin edilmişdir.
11. Bu barədə kassasiya şikayətini tərtib etmiş iddiaçıya 19 may 2022-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, ona şikayətin vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı qeyd edilərək göstərilən nöqsanın aradan qaldırılması təklif edilmiş, əks halda kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.
12. Ali Məhkəmə tərəfindən iddiaçıya məlumat verilərək kassasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə ə məl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri iddiaçıya izah edilmişdir.
13. İddiaçının 20 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, o, kassasiya instansiya məhkəməsində hüquqi yardım göstərilməsi ilə bağlı vəkil X1 ilə müqavilə bağlamış və vəkil orderini məhkəməyə təqdim etmişdir.
14. Lakin iddiaçı məhkəmə bildirişində qeyd olunanların əksinə vəkil tərəfindən tərtib olunmuş kassasiya şikayətini məhkəməyə təqdim etməmişdir.
15. Belə ki, hazırkı qərardadın 8-ci bəndində qeyd olunan normaya əsasən kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya şikayəti onu verən şəxs və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır.
16. Qeyd olunanlar barədə kassa siya şikayətini tərtib etmiş iddiaçıya 19 may 2022ci il tarixli məhkəmə bildirişində məlumat verilməsinə baxmayaraq iddiaçı vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayətini təqdim etməmişdir.
17. Kassasiya şikayəti vəkil tərəfindən tərtib edilərək imza edilmədiyindən, həmçinin verilən müddətdə nöqsanlar aradan qaldırılmadığından kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
18. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2022-ci il tarixli, 2-1(103)-706/2022 nömrəli qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.