Məhkəmə qərarları › İş №2-1(102)-1075/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1075/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1075/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə B aş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********117600 saylı qərarla iddiaçıya 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış mənfəət vergisi məbləği 1.103,37 manat təşkil etmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Naz irliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********500700 saylı qərarla iddiaçıya 2020-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış mənfəət vergisi məbləği 47.851,59 manat təşkil etmişdir; İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********117600 saylı qərarının ləğv edilərək, həmin qərarla əlavə hesablanmış 1103,37 manat vergi məbləğinin İddiaçı MMCnin (VÖEN **********) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsini, həmçinin cava bdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********500700 saylı qərarının ləğv edilərək, həmin qərarla əlavə hesablanmış 47851,59 manat vergi məbləğinin İddiaçı MMC-nin (VÖEN **********) vergi orqanında şəxsi hesab vərəqəsindən silinməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********117600 saylı qərarı ilə 1103,37 manat və xx.xx.2021-ci il tarixli **********500700 saylı qərarı ilə 47851,59 manat İddiaçınə (VÖEN **********) əlavə mənfəət vergisi hesablanmışdır. Həmin qərarlar tamamilə əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən göndərilən 2019 və 2020-ci illər üzrə mənfəət bəyannamələrini nəzərə almadan müvafiq olaraq 2019-cu il üzrə 319851,22 manat zərərin azaldılaraq 1103,37 manat və 2020-ci il üzrə 750349,59 manat zərərin azaldılaraq 47851,59 manat əlavə mənfəət vergisinin hesablanması haqqında qərarlar verilmişdir. Bununla əlaqədar kameral vergi yoxlaması çərçivəsində gəlirdən çıxılan xərcləri təsdiq edici sənədləri – müvafiq gömrük bəyannamələrini cavabdehə təqdim etsələr də, cavabdeh onları əsassız olaraq nəzərə almamışdır.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumilikdə 110337,43 manat məbləğində xərclərin çəkildiyi müəy yən edilməsinə baxmayaraq, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********454100 nömrəli məktub göndərilərək 5 (beş) gün müddətində müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannaməni vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması zamanı gəlir və xərclərin uçotu aparılmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin ver gitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq vergilərin hesablanması əlaqəli məlumatlar əsasında həyata keçirilir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmadığı üçün, vergi ödəyicisinin mikrosahibkar olduğu nəzərə alınaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 1103,37 manat ((110337,43/5*6 - 110337,43)x5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hes ablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********117600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsindəki 1.3.2 kodlu “Mallar” adlı sətrində 990822,0 manat dəyərində müvafiq dövr ərzində mal qalığının silindiyi göstərilməsinə baxmayaraq, həmin bəyannamənin 221.4 kodlu “Malın dəyəri” adlı sətrində 1980429,54 manat xərc məbləğinin göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixl i **********162600 nömrəli məktub göndərilərək 5 (beş) gün müddətində müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannaməni vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 47851,59 manat əlavə vergi məbləği hesablanmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-1385/2022 nömrəli qərarı ilə (hakim H.A.Ağalarov) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt qanuni və əsaslı olmuş, qəbul edildiyi dövrdə qüvv ədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir.

8. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: R.Ə.Qurbanov və V.Ə.Baxışov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-1385/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, elektron qaimə-fakturalar üzrə ümumilikdə 110337,43 manat məbləğində xərclərin çəkildiyi müəyyən edilməsinə baxmayaraq, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir məbləği göstərilmədiyindən, cavabdeh inzibati orqan haqlı olaraq yuxarıda qeyd edilən Qaydalara əsasən şərti rentabellik norması tətbiq etməklə fəaliyyəti ilə əlaqədar xərcləri əsasında vergi ödəyicisinə 2019-cu ilin mənfəət vergisi üzrə 1103,37 manat ((110337,43/5*6-110337,43)x5%) əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********117600 saylı qərarı maddi-hüquqi baxımdan qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********500700 saylı q ərarına münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsindəki 1.3.2 kodlu “Mallar” adlı sətrində 990822,0 manat dəyərində müvafiq dövr ərzində mal qalığının silindiyi göstərilməsinə baxmayaraq, bəyannamədə (200.1 və 200.2-ci sətrlər) gəlir məbləği göstərilməmiş, bəyannamənin 221.4 kodlu “Malın dəyəri” adlı sətrində 1980429,54 manat xərc məbləği göstərilmişdir. Yəni, 989607,54 manat xərc məbləği artıq göstərilmişdir ki, vergi tutma məqsədləri üçün mənfəət 239257,95 (1698552,00 (2448901,59-989607,54) manat hesablanmalıdır. Belə olan halda Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə cavabdeh tərəfindən haqlı olaraq 47851, 59 (239257,95 * 20%) manat əlavə vergi məbləği hesablanmışdır. Eyni zamanda iddiaçı mübahisələndirdiyi qərarların əsassız olması ilə bağlı hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

11. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni deyildir. Belə ki, məhkəmə qərarında Azərbaycan Respublikasının Vergi Məcə lləsinin 37, 50, 67 və 83-cü maddələrinə istinad etmiş, lakin nəzərə almamışdır ki, cavabdeh qanunun tələblərinə düzgün olmayaraq əlavə vergi məbləği hesablamışdır. Bununla əlaqədar kameral vergi yoxlaması çərçivəsində gəlirdən çıxılan xərcləri təsdiq edici sənədləri - müvafiq gömrük bəyannamələri cavabdehə təqdim edilsə də sonuncu onları əsassız olaraq nəzərə almamışdır. Nəticədə cavabdeh heç bir izahı olmadan 2019cu il üzrə 319851.22 manat zərəri nəzərə almadan qanunsuz olaraq 1103.37 manat əlavə mənfəət vergisinin hesablanması haqqında, 2020-ci il üzrə isə 750349,59 manat zərəri nəzərə almadan qanunsuz olaraq 47851,59 manat əlavə mənfəət vergisinin hesablanması haqqında qərarlar qəbul etmişdir. Məhkəmə bu hallara qiymət verməyərək İddiaçı tərəfindən iddianın qanuni və əsaslı olmasını nə zərə almamışdır.

13. Kassator Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37, 50, 67 və 83-cü maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 12.1, 32, 70.1 maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə istinad edərək apelyasiya instansiyası məhkəməsinin qərarının əsassız olduğunu qeyd edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd edilir ki, aparılmış araşdırılma nəticəsində qəbul edilmiş qərarlar tam qanuni və əsaslı olmuşdur. Bu qərarlar Azərbaycan Respublikası Vergi Məcəlləsinin normalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 m art 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına uyğun olaraq qəbul edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: (mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olan redaksiyası) Maddə 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiy i vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1 Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3 Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 62.1 Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 62.2 Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu m üəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi v ə qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatl ar. Maddə 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları” Bənd

1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi m ənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) y eni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması

24. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, kameral vergi yoxlaması nəticəsində gəlirdən çıxılan xərclər üçün təsdiqedici sənədləri, müvafiq gömrük bəyannamələri cavabdehə təqdim etsələr də cavabdeh onları əsassız olaraq nəzərə almamışdır.

25. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********117600 saylı qərarına münasibətdə iddiaçının kassasiya ş ikayətində göstərdiyi dəlilləri əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, orada qeyd edilən məsələlərin hüquqi əsası yoxdur. Belə ki, həmin qərar maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Mənfəət vergisinin hesablanmasının hüquqi əsasları Azərbaycan Respublikası Vergi Məcəlləsinin 104.1, 105.1, 108, 129, 130.1 və 130.2-ci maddələrində, habelə iddiaçının müvafiq mühasibatlıq sənədlərinin uçotunun aparılması vəzifəsi 16.1.3, 16.1.7 və 16.1.9-cu maddələrində müəyyən edilmişdir.

26. Həmin müddəaların ümumiləşdirilmiş mənasına görə, vergi ödəyicisinin mənfəət vergisinin hesablanması üçün ilk olaraq onun mənfəəti müəyyən edilməlidir. Mənfəət isə gəlirdən çıxılan xərc arasındakı fərqdi r. Beləliklə, mənfəət vergisinin hesablanması üçün zəruri olan şərtlər kimi gəlirlər və xərclər dəqiq müəyyən edilməlidir. Bunun üçün isə vergi ödəyicisi müəyyən edilmiş qaydada mühasibatlıq sənədlərinin uçotunu düzgün aparmalıdır, çünki onlara əsasən əldə etdiyi gəlirlər və onların əldə edilməsi ilə bağlı çəkdiyi xərclər hesablanmalıdır. Gəlirlərlə xərclər arasında fərq müsbət olduqda, alınmış məbləğ vergi ödəyicisinin mənfəətini təşkil edir ki, ondan 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanmalıdır. İşin hallarına görə, cavabdeh tərəfindən əlavə mənfəət vergisinin hesablanması üçün əsas iddiaçı tərəfindən mənfəətinin düzgün əks etdirilməməsidir. Bu halda cavabdeh Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrin tələblərini tətbiq etməklə şərti rentabellik norması əsasında mənfəət vergisi ni hesablamışdır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir.

28. Elektron qaimə-fakturalar üzrə ümumilikdə 110337,43 manat məbləğində xərclərin çəkildiyi müəyyən edilməsinə baxmayaraq, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlir məbləği göstərilmədiyindən, cavabdeh inzibati orqan haqlı olaraq yuxarıda qeyd edilən Qaydalar a əsasən şərti rentabellik norması tətbiq etməklə fəaliyyəti ilə əlaqədar xərcləri əsasında vergi ödəyicisinə 2019-cu ilin mənfəət vergisi üzrə 1103,37 manat ((110337,43/5*6-110337,43)x5%) əlavə vergi məbləği hesablanmışdır.

29. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********500700 saylı qərarına münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, qərar maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, iddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsindəki 1.3.2 kodlu “Mallar” adlı sətrində 990822,0 manat dəyərində müvafiq dövr ərzində mal qalığının silindiyi göstərilməsinə baxmayaraq, bəyannamədə (200.1 və 200.2-ci sətrlər) gə lir məbləği göstərilməmiş, bəyannamənin 221.4 kodlu “Malın dəyəri” adlı sətrində 1980429,54 manat xərc məbləği göstərilmişdir. Yəni, 989607,54 manat xərc məbləği artıq göstərilmişdir ki, vergi tutma məqsədləri üçün mənfəət 239257,95 (1698552,00 - (2448901,59-989607,54) manat hesablanmalıdır. Belə olan halda Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə cavabdeh tərəfindən haqlı olaraq 47851,59 (239257,95 * 20%) manat əlavə vergi məbləği hesablanmışdır.

30. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun apelyasiya instansiyası instansiya məhkə məsində irəli sürdüyü dəlillərlə oxşardır və apelyasiya instansiyası məhkəməsi də öz növbəsində həmin dəlillərə əsaslı cavab vermişdir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

31. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2023 saylı iş üzrə 19 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar