Məhkəmə qərarları › İş №2-1(102)-1075/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1075/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1075/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X5 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünsüzlüyü; cavabdehin iddiaya cavab verməli inzibati orqan olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mər kəzi Filialına (üçüncü şəxs X3) qarşı “işçiyə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) ödənilmiş müavinət məbləğinin gələcək ödənişlərdə nəzərə alınaraq əvəzləşdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)3449/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X3 baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyy ən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) iddiaçının ödədiyi müavinət məbləğinin onun tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alınaraq əvəzləşdirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunlu əsaslandırılmışdır ki, iddiaçı ilə əmək müqaviləsi bağlamış işçiləri - quyuların əsaslı və yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı X4 və Texnoloji nəqliyyat sexinin qaldırıcı maşinisti X7 07 aprel 2023-cü il tarixdə 2137 saylı neft quyusuna gəlmişlər. Onlar quyuların əsaslı və yeraltı təmiri sexinin böyük ustası X1 təlimat aldıqdan sonra işə başlamışlar. H.Qardaşov onlara quyu ağzından UPA-60/80 markalı, H-025-753 nömrəli qaldırıcı qurğunun endiriləcək digər qaldırıcı qurğunu montaj etmək tapşırığını vermişdir. Əvvəlcə, qaldırıcı qurğunun üst qüllə sinin alt qüllənin içinə yığılmaqla endirilməsinə başlanılmışdır. Üst qüllə endirilərkən elektrik dalma nasosunun elektrik kabelini quyuya buraxan zaman həmin elektrik kabelini istiqamətləndirən istiqamətləndirici diyircəyin burazı (həmin buraz istiqamətləndirici diyircəyi qurğuya bağlayan metal tərtibatın bir hissəsidir) üst qüllə ilə alt qüllənin arasında pərçimlənmiş və bu səbəbdən üst qüllənin enməsi mümkünsüz olmuşdur. Qaldırıcı qurğunun endirilməsinin mümkün olmaması barədə böyük usta H.Qardaşova mobil telefonla məlumat verilmişdir. H.Qardaşov istiqamətləndirici diyircəyin burazı qaldırıcı qurğudan açdıqdan sonra qülləni endirmək barədə telefonla göstəriş vermişdir. Bu zaman, İ.Mahmudov qülləyə qalxaraq istiqamətləndirici diyircəyi qaldırıcı qurğuya bağlayan metal burazı pərçimlənib ilişdiyi hissədən fiziki güc tətbiq etməklə ayırmışdır. O, istiqamətləndirici diyircəyi qaldırıcı qurğunun talı vasitəsilə, həmçinin xüsusi tərtibatla qaldırıcı qurğudan ayırıb endirməyin təhlükəsiz üsulu olduğunu bildiyi halda, istiqamətləndirici diyircəyi qeyri-standart üsulla, yəni iş meydançasında olan kran-manipulyatorla (AROK nəqliyyat vasitəsi) ayırmağa cəhd göstərmişdir. Belə ki, sənaye üsulu ilə hazırlanmayan, əl ilə düzəldilmiş, təxminən 600 qram çəkisi olan 16 mm diametrli dəmirdən hazırlanmış metal qarmaq vasitəsilə istiqamətləndirici diyircəyi havadan asılı vəziyyətdə kran-manipulyatora (AROK nəqliyyat vasitəsi) bağlamaqla aşağı salmaq qərarına gəlmişdir. Havada asılı vəziyyətdə olan istiqamətləndirici diyircək yellənərək qarmaqdan çıxmış və yerə düşmüşdür. İstiqamətləndirici diyircəklə eyni anda yerə düşən metal qarmaq Texnoloji nəqliyyat sexinin qaldırıcı maşinisti Ş.Şükürovun başına düşərək onun başını yaralamışdır, zərbə nəticəsində Ş.Şükürov qaldırıcının üst qülləsini tərpənməz vəziyyətdə saxlayan əyləci buraxmış, bunun nəticəsində üst qüllə zərblə aşağı enərək alt qüllənin içinə yığılmışdır. Üst qüllədə olan quyuların əsaslı yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı İ.Mahmudov üst qüllənin qəfildən enməsi nəticəsində zədə almış, sol əlinin İİ və İİİ barmaqlarının uc hissələri və sol ayağının bütün barmaqları iki qüllənin arasında sıxışaraq travmatik amputasiya olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi və uçota alınma sı qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin müvafiq əmri əsasında yaradılmış Komissiya tərəfindən təhqiqat aparılarkən bədbəxt hadisə zamanı zərərçəkmiş İ.Mahmudov və Ş.Şükürovdan alınmış izahatlarında istiqamətləndirici diyircəyi tal və ya xüsusi tərtibat vasitəsi ilə aşağı salmalı olduqları halda, bunlardan istifadə etmədiklərini etiraf etmiş və bununla bağlı izahatları təhqiqat materiallarına əlavə edilmişdir. X6 Xidmətinin əmri əsasında yaradılmış Təhqiqat Komissiyasının tərtib etdiyi təhqiqat aktının 4-cü bəndində bədbəxt hadisənin səbəbləri qeyd edilmişdir. Təhqiqat aktına əsasən, bədbəxt hadisənin baş verməsinə səbəb, məhz zərərçəkən şəxslərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə vəzifə təlimatla rına əməl etməməsi qeyd olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işçisi, quyuların əsaslı və yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı X2 əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı qanunvericiliklə tələb edilən müavinətinin ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə 13 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-240001/2023 nömrəli məktubla müavinəti ödəməkdən imtina etmişdir. Cavabdehin X6 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən tərtib edilən Təhqiqat aktına və həmin akt əsasında yazılmış İZ aktına, eləcə də X6 Xidmətinin 06 oktyabr 2023-cü il tarixli məktubuna istinad edərək hadisənin iddiaçının (işəgötürənin) təqsiri səbəbindən baş verməsi kimi qiymətləndirməsi və bu səbəbdən müavinəti ödəməkdən imtina etməsi tam amilə qanunsuzdur. Nə Təhqiqat aktında, nə də İZ aktında İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbərinin bədbəxt hadisənin baş verməsində təqsiri sübut edilməmiş və belə bir təqsirin olması, ümumiyyətlə, qeyd edilməmişdir. Hadisənin baş verməsinin əsas səbəbi, məhz zərərçəkənlərin əmək müqaviləsinin və vəzifə təlimatlarının tələblərini yerinə yetirməməsi olmuşdur.

3. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 15 fevral 2024-cü il tarixli, e-21(112)-3797/2024 nömrəli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot ürzə Mə rkəzi Filialı ilə əvəz edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 05 mart 2024-cü il tarixli, e-21(112)-3797/2024 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 25 iyun 2024-cü il tarixli, e-21(112)-3797/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanı nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən, 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Hal-hazırkı baxılan inzibati iş üzrə cavabdah inzibati orqanın bununla bağlı səlahiyyəti yoxdur. Həmçinin, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır.

7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərar dadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-3449/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikay ətinin dəlilləri təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanı

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvə də saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İns an Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi X3 baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) iddi açının ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alınaraq əvəzləşdirilməsinə nail olmaqdan ibarətdir.

23. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

24. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

25. İddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olubolmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması və cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.

26. Göründüyü kimi, iddiaçının hazırkı iddiası üzrə cavabdeh qismində göstərdiyi Dövlət S osial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı həmin iddiaya cavab verməli inzibati orqan deyildir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən, 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim e dilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Hal-hazırkı baxılan inzibati iş üzrə cavabdah inzibati orqanın bununla bağlı səlahiyyəti yoxdur.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-3449/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar