Məhkəmə qərarları › İş №2-1(102)-1076/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1076/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1076/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayon Carlı kənd Xalq Deputatları Soveti İcraiy yə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il 1 ay 25 gün olan müddət dövlət qulluqçusunun iş stajı kimi nəzərə alınmaqla ona dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(106)21/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. 2. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müxtəlif yerlər də əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kürdəmir rayon Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kəndi üzrə nümayəndəsi, xx.xx.2012-ci tarixdən xx.xx.2021-ci il tarixədək Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdən əmək pensiyası təyin edilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Təqdim olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı dövlət qulluğu stajı 15 ildən az (13 il 8 ay 15 gün (xx.xx.1991-xx.xx.1996-cı il və xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəmə sinə müraciət edərək xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayon Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il 1 ay 25 gün olan müddət dövlət qulluqçusunun iş stajı kimi nəzərə alınmaqla ona dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində onun dövlət qulluğuna xitam verilmişdir. O, xx.xx.1977-ci ildə əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq xx.xx.2021-ci ilə kimi işləmiş, beş il ali məktəbdə təhsil almış, iki il hərbi xidmətdə olmuşdur. Ümumilikdə 50 ildən çox əmək stajı vardır. Həmin müddətin 20 il 4 ayını dövlət qulluqçusu kimi xidmət etmişdir. Belə ki, 20 il 4 ay dövlət qulluğu stajının 7 il 1 ay 25 gününü Kürdəmir rayon Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 4 il 4 ay 15 gününü Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kəndi üzrə nümayəndəsi və 8 il 9 ay 20 gününü isə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifələrində toplamışdır. O, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun dövlət qulluğu stajının 15 ildən az, yəni 13 il 8 ay 15 gün olduğunu əsas g ətirərək ona imtina cavabı vermişdir. Cavabdeh onun xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayon Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyi 7 il 1 ay 25 gün iş stajını dövlət qulluğuna aid etməmişdir. O, Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsini icra edərkən SSRİ ləğv olunmuş, Azərbaycan Respublikası müstəqil olmuş və bu zaman yerli icra orqanı kimi Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Carlı kənd üzrə nümayəndəliyi yaranmış və o, birbaşa yeni quruma keçirilərək nümayəndə təyin olunmuş və eyni vəzifə səlahiyyətlərini başqa adla icra etmişdir. Müvafiq qaydalara əsasən dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabr 18-dək sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

8. Cavabdeh iddiaya qarşı x x.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il 1 ay 25 gün olan müddət dövlət qulluğundakı əmək fəaliyyəti olaraq nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud da 18 oktyabr 1991-ci il tarixindən həmin Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanla rında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda iddiaçının xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Kürdəmir rayon Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsi və həmin Komitədə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Belə ki, Siyahının 1.17-ci bəndinə əsasən rayon (şəhər) Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin aparatında İcraiyyə Komitəsinin sədri vəzifəsi mövcuddur, lakin bu vəzifə yalnız rayon (şəhər) Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinə aiddir. İddiaçının dövlət qulluğu stajı 15 ildən az müddəti (13 il 8 ay 15 gün (xx.xx.1991-xx.xx.1996-cı il və xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) əhatə etdiyindən, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

9. İddiaçının xx.xx.1985-xx.xx.1992-ci illərdə işlədiyi Kürdəmir rayon C arlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinin dövlət qulluğu vəzifəsi olubolmaması barədə məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il o ktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılır. Qeyd edilən Siyahının 1.17-ci bəndində rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin aparatında, 2.13-cü bəndində isə rayon Xalq Deputatları Sovetinin (Məclisinin) İcraiyyə Komitəsinin, rayon, şəhər və şəhərdə rayon İcra Hakimiyyəti başçısının aparatında mövcud olan vəzifələr Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış, lakin kənd sovetlərində mövcud olan vəzifələrin uyğunlaşdırılması aparılmamışdır.

10. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 21 sentyabr 2022-ci il tarixli, 2-1( 120)-757/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayon Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyini və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olduğunu bildirsə də, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələ rinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na həmin vəzifə daxil olmadığı üçün həmin müddət dövlət qulluğu hesab edilmir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli, 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan R espublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Lakin iddiaçının xx.xx.1985-ci il xx.xx.1992-ci illərdə işlədiyi Kürdəmir rayon Carlı kənd Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinin dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması qeyd edilən qərarda nəzərdə tutulmamışdır.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zaur Allahyarov /sədrlik edən və məruzəçi/, Müşfiq Həsənov və Orxan İsmayılov) 24 yanvar 2023-cü il tarixli, 2-1(106)-21/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(120)-757/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarş ı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir. Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət;... 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin mə qsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 1.1.5. dövlət orqanlarının kateqoriyası (təsnifatı) – dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla təsnifləşdirilməsi;... 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqs ədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.8. inzibati və yardımçı vəzifələrin təsnifatı – dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin aid olduqları dövlət orqanlarının kateqoriyası nəzərə alınmaqla təsnifləşdirilməsi; 1.1.9. dövlət qulluğunun inzibati vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.10. dövlət qulluğunun yardımçı vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.11. inzibati və yardımçı vəzifələrin təsnifat toplusu – inzibati və yardımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahı;... 1.1.22. vəzifə təlimatı – dövlət qulluğu vəzifəsinin adının, qulluq funksiyalarının və həmin vəzifənin tutulması şərtlərinin əks olunduğu və dövlət orqanının rəhbəri tərəfindən təsdiq olunan sənəd;... Maddə

17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınm aqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.... Maddə

23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunu r.

19. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” 3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri b u Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şika yət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Al i Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırı lması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya in stansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvin i şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

27. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd onun xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kürdəmir rayon Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə al ınmasından və bunun üzərindən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının və qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsindən ibarətdir.

28. Məhkəmələr mübahisəyə dair qərar qəbul edərkən iddiaçının Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyi 7 il 1 ay 25 gün müddəti dövlət qulluğu stajı kimi nəzərə almamış və bu zaman həmin vəzifənin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığına, qeyd edilən Siyahının 1.17-ci bəndində yalnız rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin aparatında mövcud olmuş vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıldığına, kənd Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində mövcud olmuş vəzifələrə münasibətdə isə, ümumiyyətlə uyğunlaşdırılma aparılmadığına istinad etmişlər.

29. Bununla bağlı nəzərə almaq lazımdır ki, kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfi ndən uyğunlaşdırmanın aparılmaması kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı anlamına gəlmir və bu məzmunda qiymətləndirilə bilməz.

30. Bu mənada məhkəmələr nəzərə almalıdır ki, hazırkı mübahisənin həlli məhz iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi Kürdəmir rayon Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinin dövlət qulluğu vəzifəsinə aid olduğunun məhkəmə tərəfindən müəyyən edilməsinə bağlıdır.

31. Bu məqsədlə iddiaçının işlədiyi orqanın dövlət orqanları sistemində statusu və yeri müəyyən olunmalı, yalnız bundan sonra iddiaçının həmin orqanda tutduğu vəzifənin dövlət qulluğu vəzifəsi olub-olmamasına qiymət verilməlidir. Bu zaman kənd Xalq Deputatları Soveti İcraiyyə Komitələrinin mövcud olduğu və fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan, onların təşkilati-hüquqi və funksional statusunu müəyyən edən normativ əsaslardan çıxış etmək lazımdır. Nəzərə almaq lazımdır ki, həmin dövrün dövlət hüquq normalarına və idarəçilik sisteminin təşkili prinsiplərinə əsasən qeyd olunan qurumlar dövlət idarəçiliyi sahəsində dövlətin funksiyalarını və vəzifələrini həyata keçirən idarəçilik orqanlarının vahid sisteminə aid edilmiş və icra orqanı statusuna malik olmuşdur.

32. Mübahisəyə dair iş üzrə materiallardan da görünür ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, iddiaçı icra hakimiyyəti orqanı kimi yeni yaradılan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Carlı kəndi üzrə nümayəndəliyinə icra nümayəndəsi təyin olunmuşdur.

33. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi Kürdəmir rayon Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda öz əksini tapmadığına istinad etməklə kifayət lənmiş, həmin vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmadığının müəyyən edilməsi istiqamətində tələb olunan qaydada araşdırma aparmamışdır.

34. Halbuki, mübahisənin obyektiv həlli məqsədilə apellyasiya instansiyası məhkəməsi bu qərarın 31-ci maddəsində qeyd edilən qaydada kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin statusunu, eləcə də kənd Xalq Deputatları Soveti İcraiyyə Komitələrinin sədrinin səlahiyyətlərini, onların həyata keçirdiyi fəaliyyətin funksional məzmununu, eləcə hazırda mövcud olan və dövlət qulluğu vəzifəsi hesab edilən rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifəsini və hüquqi-funksional statusunu müəyyən edən müvafiq normativ hüquqi aktları, o cümlədən qanunları, əsasnamələri, vəzifə təlimatlarını əldə etməli və həmi n qanunvericilik aktlarının müddəalarının müqayisəli təhlili və təfsiri baxımından qeyd olunan vəzifələrin uyğunluğunu araşdırmalı, yalnız bundan sonra iddiaçının işlədiyi Kürdəmir rayon Carlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinin dövlət qulluğu vəzifəsi olubolmadığına qiymət verməli idi.

35. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qull uqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 3-cü bəndində 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələrinin bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğun olduğunun təsbit edildiyi də məhkəmələr tərəfindən qərar qəbul olunarkən nəzərə alınmamışdır.

36. Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma apa rılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. 37. “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

38. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

39. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə m əhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassa siya şikayəti qismən təmin edilir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(106)-21/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar