Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1076/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “məktubun qanunsuz hesab edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2023-cü il tarixli, 2-1(103)-2715 /2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 8 oktyabr 1992-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X22 xx.xx.1992-cii l tarixdə Rusiya Federasiyasının Voronej vilayətində doğulmuş, anası- X9, atası-X15r.
2. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 21 avqust 2015-ci il tarixli 2(008)8295/2015 saylı qətnaməsi ilə X3 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı (X22) doğması faktı müəyyən edilmişdir. 3. xx.xx.2015-ci il tarixli Doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur, anası Yaqubova Ərkinaz, atası X13r (Valideynlər arasında nikah olmadığına görə doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatl ar ananın göstərişinə əsasən yazılmışdır).
4. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanuna istinadən müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmişdir.
5. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə eyni məzmunlu ərizə ilə təkrar müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 12-ci maddəsinə istinadən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabde hin imtinasının qanunsuz hesab edilməsini və Azərbaycan Respublikasının vətəndaşı kimi tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinası onun konstitusion hüquqlarını pozur. Belə ki, o, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” 1998-ci il tarixli Qanunun 11-ci maddəsinə əsasən də Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Qanunun ilkin redaksiyasına əsasən, vətəndaşlığı təsdiq edən sənədlərdən biri doğum haqqında şəhadətnamədir. Göründüyü kimi, həmin Qanunun ilkin redaksiyasının müddəalarına və Konstitusiyaya əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi tanınmalıdır. Lakin, cavabdeh Qanuna xx.xx.2014-cü il tarixdə edilmiş dəyişikliklərə istinad etməklə onun vətəndaşlığını tanımaqdan imtina edir ki, bu da “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun müddəalarına, o cümlədən Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə ziddir.
8. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə görə, iddiaçı Azərbaycan Respublikası vətəndaşı kimi tanına bilməz. Belə ki, iddiaçının valideyni X1 vətəndaşıdır, digər valideyni X21 barəsində isə hər hansı məlumat aşkar edilməmişdir. Gürcüstan Respublikasının qanunvericiliyinə əsa sən uşağın valideynlərindən biri həmin ölkənin vətəndaşlığına malikdirsə, uşağın harada doğulmasından asılı olmayaraq o həmin ölkənin vətəndaşı sayılır. İddiaçı vətəndaşlıq məsələsinin həlli ilə bağlı Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciət etməli və həmin ölkənin vətəndaşlığını əldə etdikdən, həmçinin Azərbaycan Respublikasında 2 il müvəqqəti və 5 il daimi əsaslarla yaşadıqdan sonra vətəndaşlığa qəbul edilməklə bağlı təkrar müraciət edə bilər.
9. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-4478/2022 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir.
10. Məhkəmə “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 11-ci maddəsinə, 12.1-ci maddəsinin 1-ci hissəsinə istinad edərək hesab etmişdir ki, cavabdehin imtinası qanuni olmuşdur.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2370/2022 nömrəli qərarı ilə (hakimlər A.Ə.Hüseyn - sədrlik edən və məruzəçi, A.S.Hüseynov və S.İ.Bəktaşi) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən aparılan icraat zamanı iddiaçının hər iki valideyninin əcnəbi olması müəyyən edilmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023cü il tarixli, 2-1(102)-340/2023 nömrəli qərarı ilə (hakimlər S.Kərimov - sədrlik edən və məruzəçi, Z.Quliyev və R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki,....işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə iddiaçının anası X4 Gürcüstan Respublikasının vətəndaşı və vətəndaşı olduğu həmin ölkənin pasportuna sahib olduğu müəyyən edi lsə də, iddiaçının atası barədə hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə minənədək iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə də iş materiallarında hər hansı məlumat mövcud deyildir. Halbuki, qeyd edilən halların araşdırılması iddiaçının vətəndaşlıq mənsubiyyəti barədə qanunauyğun qərarın qəbul edilməsi üçün xüsusi əhəmiyyət daşıyır. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2023-cü il tarixli, 2-1(103)-2715/2023 nömrəli qərarı ilə (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, A.İmanov və M.Rüstəmli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq təkrar araşdırmasını iki istiqamətdə aparmışdır: iddiaçının atası barədə və iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə.
19. Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 18/2- 34085/23 nömrəli sorğuya cavab məktubundan müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir.
20. İddiaçının atası ilə bağlı məlumata gəldikdə isə, cavabdeh tərəfindən sonuncu məhkəmə iclasında təqdim edilmiş Bobrovskiy rayonunun DİN X12 tərəfindən verilmiş sənədin surətindən müəyyən edilmişdir ki, iddia çının atası X5 vətəndaşıdır, xx.xx.1992-ci il tarixdə Voronej vilayətinin Novopekostsi rayonunda qeydiyyatda olmuşdur. Həmçinin iş materiallarında olan iddiaçı tərəfindən doldurulmuş ərizə-anketin surətindən görünür ki, iddiaçı atası X14 doğulduğu yer olaraq Gürcüstan, Bolnisi, yaşadığı və vətəndaşı olduğu yer olaraq isə Rusiya Federasiyasını qeyd etmişdir. Eyni zamanda iddiaçı tərəfindən yazılmış tərcümeyi-halda iddiaçı atasının 30 ildən artıq Rusiya Federasiyasının vətəndaşı olduğunu qeyd etmişdir.
21. Apellyasiya məhkəməsi yuxarıdakı mövqeyini əsaslandırmaq üçün «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 11 və 12-ci maddələrinə istinad etmişdir.
22. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini x ahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsindəki torpaq və ya qan hüququ üzrə 2 seçimdən birinə malik olmaq imkanını heç bir qanun, o cümlədən Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun da məhdudlaşdıra bilməz. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinə görə qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar sırasında Konstitusiya 1-ci, qanunlar isə 3-cüdür, yəni bütün qanunlar hüquqi qüvvəsinə görə Konstitusiyadan aşağıdır. Ona görə də xx.xx.2023-cü il tarixli qərarda məhz Konstitusiyaya deyil, hüquqi qüvvəsinə görə daha aşağı olan Azərbaycan Respublikas ının vətəndaşlığı haqqında qanuna üstünlük verilərək, xxx tərəfindən qanunvericiliyə zidd olaraq baxılmış, bu iş üzrə İ instansiya və hər 2 apellyasiya instansiyaları tərəfindən qəbul edilən yekun qərarlar isə qanunsuz və əsassızdır.
24. İddiaçı həmçinin qeyd edir ki, o, xx.xx.1992-ci il təvəllüdlü olduğu üçün apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında istinad olunan Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 11-ci və 12-ci maddələrinə dəyişikliyin tarixi xx.xx.2014-cü ilə aid olduğu üçün onun hüquqi vəziyyətini ağırlaşdırdığına görə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 11-ci və 12-ci maddələri hazırkı işdə tətbiq oluna bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmiş dir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun (1998-ci il 30 sentyabr tarixdə qəbul edilmiş, 1998-ci il 7 oktyabr tarixdə qüvvəyə minmişdir): Maddə
1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır Maddə
5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşl arı sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mind iyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir Maddə
11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətənd aşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Maddə
12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqlarının vətəndaşlığı Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri i sə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə
13. Valideynləri naməlum uşaqların vətəndaşlığı Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşıdır. 27. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 №-li qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbayc an Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir.... 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respu blikasının vətəndaşıdırsa;...
4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağ ın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyə n şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
28. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası m əhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
29. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından idd iaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
36. Yuxarıda qeyd edildiyi kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Azərba ycan Respublikasının vətəndaşı kimi tanınmasına yönəlmişdir.
37. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(102)340/2023 nömrəli qərarında göstərilən hüquqi mövqeyə uyğun olaraq iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmış, Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişlərinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmış və qanunlara uyğun qərar qəbul etmişdir.
38. Belə ki, işin təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsi tərəfindən Bobrovskiy rayonunun DİN X8 sənədinə əsasən müəyyən edilmişdir ki, iddiaçının atası X5 vətəndaşıdır, xx.xx.1992-ci il tarixdə Voronej vilayətinin Novopekostsi rayonunda qeydiyyatda olmuşdur.
39. Eyni zamanda iş materiallarında əlavə edilmiş iddiaçı tərəfindən doldurulmuş ərizə-anketdən (İİ cild; səh. 122) və tərcümeyi-haldan (İİ cild; səh. 123) iddiaçının atasının doğulduğu yer Gürcüstan-Bolnisi, vətəndaşlığı və yaşadığı yer isə Rusiya qeyd olunması müəyyən olunmuşdur.
40. Bundan əlavə iş materiallarında olan doğum haqqında şəhadətnamədə qeyd edilmişdir ki (İİ cild: iş v.122) X22 xx.xx.1992-cii l tarixdə Rusiya Federasiyasının Voronej vilayətində doğulmuş, anası- X9, atası-X15r.
41. Həmçinin qeyd edilməlid ir ki, iddiaçının anası X2 Respublikasının vətəndaşıdır və vətəndaşı olduğu ölkənin pasportuna sahib olması işin mübahisəsiz halıdır.
42. Beləliklə, iddiaçının Azərbaycan Respublikasının vətəndaşından doğulması iş materialları ilə müəyyən edilmədiyindən və onun hər iki valideyni əcnəbi olduğundan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 12-ci maddəsindən əsasən onun Azərbaycan Respublikasının vətəndaşı hesab edilməməsi barədə cavabdeh düzgün nəticəyə gəlmişdir.
43. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı tələbinin təmin edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qər arını dəyişdirmədən saxlamışdır.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə hazırkı qərarın 26-28(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğundur. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2023-cü il tarixli, 21(103)-2715/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.