Məhkəmə qərarları › İş №2-1(102)-1077/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1077/2019

30.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1077/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (bundan sonra cavabdeh) qa rşı “2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2856/18 saylı, 21 dekabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxx xxxx-ci ildə ünvanrayonunda doğulmuşdur. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, 16 fevral 1977-ci ildən 1 aprel 1977-ci ilə qədər V.İ.Lenin adına sovxozun avtotraktor parkında çilingər vəzifəsində işləmiş, 8 may 1977-ci ildən 11 may 1979-cu ilə qədər Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 6 iyun 1979-cu ildən 3 sentyabr 1979-cu ilə qədər və 16 fevral 1981-ci ildən 6 sentyabr 1982-ci ilə qədər V.İ.Lenin adında sovxozda fəhlə, 1 may 1983-cü ildən 31 dekabr 1984-cü ilə qədər Xırmandalı kənd orta məktəbində ocaqçı, 18 oktyabr 1985-ci ildən 29 aprel 1986-ci ilə qədər və 17 sentyabr 1986-ci ildən 25 sentyabr 1987-ci ilə qədər V.İ.Lenin adında sovxozda fəhlə, 20 oktyabr 1987-ci ildən 15 yanvar 1990-cı ilə qədər “Xəzərdənizdəmirtikinti” tresti 1 saylı İTTİ-də əl ilə qaynaqda elektrik qaynaqçısı, 16 yanvar 1990-cı ildən 30 mart 1994-cü ilə qədər “Azərdənizneftinşaat” tresti 1 saylı İTTİ-də əl ilə qaynaqda elektrik qaynaqçısı, 3 avqust 1998-ci ildən 31 dekabr 1998-ci ilə qədər “Azərdənizneftinşaat” tr esti İDTİ-də əl ilə qaynaqda elektrik qaynaqçısı, 1 yanvar 2000-ci ildən 30 aprel 2001-ci ilə qədər “Azərdəniznefinşaat” tresti 3 saylı TQİ-də əl ilə qaynaqda elektrik qaynaqçısı, 1 may 2001-ci ildən 13 mart 2007-ci ilə qədər “Azərdənizneftinşaat” tresti 3 saylı İTQTF əl ilə qaynaqda elektrik qaynaqçısı, 14 mart 2007-ci ildən 12 noyabr 2014-ci ilə qədər “Neftqaztikinti” tresti 7 saylı TQİ-də əl ilə qaynaqda elektrik qaynaqçısı, 13 noyabr 2014-cü ildən 12 avqust 2015-ci ilə qədər “Neftqaztikinti” tresti 4 saylı TQİ-də əl ilə qaynaqda elektrik qaynaqçısı işləmiş, 13 avqust 2015-ci ildən hal-hazırkı vaxta qədər “Neftqaztikinti” tresti 4 saylı TQİ-də əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsində işləyir. “Neftqaztikinti” trestinin 18 mart 2014-cü il tarixli arayışına əsasən, iddiaçının işl ədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə yaşa, qocalığa güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXXİİİ bölməsinin 19906 şifrəsinə aiddir və iddiaçının zərərli olan işlərdə ümumi iş stajı 21 il 11 ay 24 gün təşkil edir. “Neftqaztikinti” trestinin 18 avqust 2017-ci il tarixli arayışına əsasən, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci maddəsinə əsasən zərərli şəraitində əl i lə qaynaqda elektrik qaynaqçısı peşəsi üzrə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir və onun zərərli əmək şəraiti üzrə iş stajı 25 il 6 ay təşkil edir. İddiaçı 21 sentyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşı tamam olduğu tarixdən, yəni 11 mart 2009-cu ildən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 27.1-ci maddəsi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13, 17, 71, 72-ci maddələrinə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia iddia onunla əsaslan dırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı Siyahı üzrə 20 il ümumi, 10 il zərərli iş stajını tamamlamışdır. Onun pensiya almaq hüququ 2009-cü ildə yarandığına görə pensiyası həmin tarixdə qüvvədə olan qanunvericilik əsasında hesablanmalı idi. Lakin cavabdeh ona pensiyanı həmin tarixdə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablamamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(081)-4223/2018 saylı iş) 12 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 11 mart 2009-cü ildən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 27.1-ci, “Vətəndaşla rın pensiya təminatı haqqında” Qanunun 13, 17, 71, 72-ci maddələrinə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X1 məruzəçi, X2 və X3, 2-1(103)-2856/18 saylı iş) 21 dekabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı 21 il 11 ay 24 gün sığorta stajına malik olmuş və həmin müddətin 10 ildən çoxu nu əmək şəraitinin xüsusilə zərərli və ağır olduğu işdə çalışmış, cavabdehin imtinası qəbul edilə bilməz. Cavabdeh 23 yanvar 2019-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə görə kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ay zərərli iş şəraitində çalışmışlarsa güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar. Zərərli iş şəraiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı, 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18.08.1993-cü il tarixli 6-2 saylı qərarı ilə təsdiq edilmi ş “Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının aparılması qaydaları haqqında” Təlimat, əmək şəraiti ağır və zərərli olan iş yerlərində tarif (vəzifə) maaşlarına artım əmsalları müəyyən olunan peşə və vəzifələrinin və xüsusi və ağır iş şəraitində işləyən işçilərin təsdiq olunmuş siyahıları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15.11.2004-cü il tarixli 07/1-1073 saylı, Maliyyə Nazirliyinin 05.11,2004-cü il tarixli 09/03879-6059 saylı və başqa qərar və təlimatlarla tənzimlənir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və.ya digər fəaliyyət dövrlərinin Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə və eləcə də müvafiq qanunvericiliklə sığort a stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin bu.qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyətləri müddətləri öz əksini tapmışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanuna edilən əlavə və dəyişikliklərə uyğun olaraq 2006-cı ilin 1 yanvaradək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından, həmin dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinad 2010-cu ilin yanvar ayının 1-dən aradan qaldırılmış, hesablamaların vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılması təmin edilmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul ed ilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçıya 57 yaşdan, 11 mart 2014-cü ildən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 1 №-li əlavədə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edildiyindən 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli, həmçinin 20042005-ci illərin əmək haqqı nəzərə alınmaqla “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uy ğun hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəri cilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Q anunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçıya onun tələb etdiyi kimi, 52 yaşdan (əslində 51 yaş 6 aydan) güzəştli şərtlə pensiya təyin edilməsi üçün ilk növbədə onun işləmiş olduğu peşə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə təsdiqini tapmalıdır. İşdə olan əmək kitabçasından və güzəştli şərtlərlə pensiya təyin edilməsi haqında tərtib edilən arayışlardan görünür ki, o, təmir tikinti idarəsində əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində işləmişdir. “Neftqaztiki nti” trestinin 7 saylı TQİ-nin 18 mart 2014-cü il tarixli arayışında iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilən 2 nömrəli Siyahısında (səh.4), “Neftqaztikinti” trestinin 18 avqust 2017-ci il tarixli arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarın “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nda (səh.13) əksini tapdığı qeyd edilmişdir. Hər iki arayışda iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilən 1 nömrəli Siyahıda göstərilən peşələrin hər hansı birində işlədiyi qeyd edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarında bildirmişdir ki, “Neftqaztikinti” trestinin 18 mart 2014-cü il tarixli arayışında idiaçının işlədiyi peşə 2 nömrəli Siyahıda qeyd olunsa da, arayışda qeyd olunan göstəricilər 1 nömrəli Siyahının XXİİİ bölməsinin 1210000019906-rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları peşəsinə aid edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 1 №-li əlavədə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda XXİİİ bölmədə 12100000-19906 kodu ilə rezervuarların, bakların, sisternlərin və gəmi bölm ələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları peşəsi göstərilmişdir. İPM-in 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının işləmiş olduğu peşənin 1 saylı Siyahıda göstərilən rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları peşəsinə aid olmasını faktiki hallar və sübutlarla əsaslandırmamışdır. İddiaçının rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçısı peşəsində işləməsi hər hansı sübutla təsdiq edilmir. İddiaçıya məxsus əmək kitabçasında, həmçinin işdə olan güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında arayışlarda onun işlədiyi peşəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilən 1 nömrəli Siyahıda müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəlmişdir. Bu səbəbdən iddia əsaslı sayıla bilməz. Apellyasiya məhkəməsi iddianı təmin edərkən hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısında əksini tapmadığından onun 52 yaşda n pensiya hüququ yaranmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2856/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar