Məhkəmə qərarları › İş №2-1(102)-1077/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1077/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1077/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar söz: əmrin ləğv edilməsi və işə bərpa) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili, cavabdehin nümayəndəsi və vəkili iştirakı ilə, İddiаçı I cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdehin *** nömrəli 20 noyabr 1018-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2019cu il tarixli 2-1(105)-727/2019 nömrəli qərarından cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.06.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Iddiaçı *** nömrəli hərbi hissənin komanda məntəqəsi rəisinin köməkçisi (avtomatlaşdırılmış idarəetmə sistemləri üzrə) vəzifəsində xidmət etmişdir. İddiaçı 19.11.2018-ci il tarixdə qohumunun mülki şəxslərlə mübahisəsi zamanı bıçaq zərbələri almışdır. Münaqişədə iştirak etdiyinə görə iddiaçı, *** saylı hərbi hissə komandirinin təqdimatı əsasında Müdafiə Nazirinin *** saylı 20.11.2018-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirli yinə qarşı iddia qaldıraraq, cavabdehin ***nömrəli, 20 noyabr 1018-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və 3000 manat mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin *** nömrəli, 20 noyabr 2018-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09.09.2019-cu il tarixli, 2-1(085)-967/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisələndirilən əmri qanuni əsaslarla qəbul edilmiş, həmin əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin m övcudluğu cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə sübut edilmiş, məhkəmə tədqiqatı zamanı qeyd edilən əmrin ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun, “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinin pozulması müəyyən edilməmiş, eyni zamanda iddiaçı, cavabdehin gətirdiyi dəlilləri təkzib edən və öz tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09.09.2019-cu il tarixli, 2-1(085)-967/2019 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.12.2019-cu il tarixli 2-1(105)-727/2019 nömrəli qərarı ilə, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnziba ti-İqtisadi Məhkəməsinin 09.09.2019-cu il tarixli, 2-1(085)-967/2019 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd olunan hadisə ilə bağlı istintaq orqanında araşdırma aparıldığı bir vaxtda cavabdeh inzibati orqan tərəfindən bu araşdırmanın nəticəsi gözlənilmədən mübahisələndirilən əmr verilmişdir, halbuki əmr verilən vaxt iddiaçının zabit adına yaraşmayan hərəkətə yol verməsi müəyyən olunmamışdı. İddiaçının baş vermiş hadisədə təqsirinin olması cinayət işinə baxan məhkəmə tərəfindən müəyyən olunmamış, əksinə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.12.2019-cu il tarixli 2-1(105)-727/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlillə ri: Kassasiya şikayətinin dəlillərinə görə, hadisənin baş verməsinin təşəbbüskarı X1 olmuş (iddiaçının xalası oğlu), iddiaçı isə ona qoşulmuşdur. İddiaçı X1 in yaranan mübahisəni öz bildiyi kimi həll etməsinin qarşısını almalı, ona rəvac verməməli idi. Lakin, iddiaçı baş verəcək hadisənin qarşısını almağa səy göstərməmiş, X1 öz fikrindən daşındırmağa çalışmamış, mübahisənin qanuni yolla həll edilməsi yolunu ona göstərməmişdir. Halbuki, onun qeyd edilənləri etməyə kifayət qədər vaxtı və imkanı olmuşdur. Belə ki, X1 in öz ifadəsindən də görünür ki, xalası oğlu X2 marketin qarşısına gətirmiş, Iddiaçı xeyli müddət keçdikdən sonra ailə üzvləri ilə birgə marketdən çıxmışdır. Kassator, 23.09.1994-cü il tarixli, 885 nömrəli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntiza m Nizamnaməsinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə istinad edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə əsaslanır. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Hərbi intizam hər bir hərbi qulluqçunu hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. Lakin, apellyasiya instansiya məhkəməsi qanunun göstərilən tələblərinə zidd qərar qəbul etmişdir. K assator, göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 27.12.2019-cu il tarixli 2-1(105)-727/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirakı edən iddiaçı və onun vəkili izahat verərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 27.12.2019-cu il tarixli 2-1(105)-727/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, Iddiaçı *** nömrəli hərbi hissənin komanda məntəqəsi rəisinin köməkçisi (avtomatlaşdırılmış idarəetmə sistemləri üzrə) vəzifəsində xidmət etmiş, 19.11.2018-ci il tarixdə qohumunun mülki şəxslərlə mübahisəsi zamanı bıçaq zərbələri almış, münaqişədə iştirak etdiyinə görə *** saylı hərbi hissə komandirinin təqd imatı əsasında Müdafiə Nazirinin *** saylı 20.11.2018-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.04.2019-cu il tarixli hökmünə əsasən, 19.11.2018-ci il tarixdə Ünvan ərazisində yerləşən “X” marketin yaxınlığında X3 üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən cib bıçağı ilə Iddiaçı bədəninin müxtəlif nahiyələrinə 3 dəfə bıçaq zərbəsi endirərək sağlamlığa yüngül zərər vurmuş, X1 oğlunun bədəninə isə 1 dəfə xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Cinayət məhkəmə icraatında iddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət icraatı zamanı verilən ifadələrdən məlum olur ki, X1 2018-ci ilin aprel-may aylarında özünün telefon nömrəsi yazılmış kağızı Iddiaçı arvadı X4 çatdırması üçün X5 bacısı X6 vermiş, bu barədə X5 öz yoldaşı Iddiaçı ə məlumat verdikdən sonra, Iddiaçı X1 zəng etmiş, X1 isə hadisəni boynuna almamışdır. Bundan sonra X1 19.11.2018-ci il tarixdə axşam saatı radələrində Ünvan X marketdə olarkən Iddiaçı lə rastlaşaraq sonuncuya “səninlə söhbətim var, bayırda səni gözləyirəm” deyib yanında adam olsun deyə gedib xalası X2 həmin marketin qarşısına gətirmişdir. Iddiaçı də qardaşı X3 xəbər verərək onu hadisə yerinə çağırmışdır. Tərəflər arasında baş verən söhbət X3 in X1 və iddiaçını bıçaqlaması ilə nəticələnmişdir. İşin göstərilən halları ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2-c i maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statsuundan irəli gələn vəzifələri daşıyırlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan başqa vəzifələri də yerinə yetirirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam Nizamnaməsi”nə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə əsaslanır. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Həmin Nizamnamənin 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”nə əsasən hərbi rütbəsi böyük olanlar hərbi rütbəs kiçik olanlara irad tu tmaq hüququna malik olub, onlardan hərbi intizama, ictimai qayda-qanuna riayət etmələrini tələb etmək hüququna malikdirlər. Hər bir hərbi qulluqçu öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Beləliklə, yuxarıda sadalanan hüquq normalarına əsasən, hazırkı iş üzrə iddiaçı hərbi qulluqçu olduğu üçün ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə borcludur. Lakin, iddiaçı baş verəcək hadisənin qarşısını almağa səy göstərməsinə, X1 öz fikrindən daşındırmağa çalışmasına, mübahisənin qanuni yolla həll edilməsi yolunu ona göstərməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, qeyd olunan hallar cinayət işi ilə bağlı qəbul edilmiş hökmdə də öz əksini tapmamış, işə baxan apellyasiya instansiya məhkəm əsi də bu istiqmətdə hər hansı qiymətləndirmə aparmamış, yalnız iddiaçının cinayət işi üzrə zərərçəkmiş olmasına istinad etmişdir. Halbuki, baş verəcək hadisənin qarşısını almağa çalışmaq iddiaçının xidməti vəzifəsindən irəli gəlir və onun qeyd edilənləri etməyə kifayət qədər vaxtı və imkanı olmuşdur. Belə ki, X1 in öz ifadəsindən də görünür ki, xalası oğlu X2 marketin qarşısına gətirmiş, Iddiaçı xeyli müddət keçdikdən sonra ailə üzvləri ilə birgə marketdən çıxmışdır. Apellyasiya instansiya məhkəməsi isə qanunvericiliyin göstərilən tələblərinə iddiaçının hərəkətlərinin uyğun olub-olmadığına qiymət verməli olduğu halda bunu etməmiş, qərarını bu istiqamətdə əsaslandırmamış və cavabdehin bu barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. Azərbaycan Respublikası İnzibati Prose ssual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcl udur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilən normaların tələbləri apellyasiya instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiya məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaçının hərəkətlərinin qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olub-olmadığına qiymət verməli və nəticə dən aslı olaraq əsaslı qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.12.2019-cu il tarixli 2-1(105)-727/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar