Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1077/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (artıq ödənilmiş vəsaitin geri qaytarılması, müvafiq rəyin tərtib edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********, xx.xx.2019-cu ildə təsis edilmişdir) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “artıq ödə nilmiş vəsaitin geri qaytarılması və müvafiq rəyin tərtib edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-498/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İş materiallarında olan satıcı «Yuma Medical» LP ilə alıcı İddiaçı MMC arasında bağlanmış 04KOMP/2019 nömrəli, 1 noyabr 2019-cu il tarixli müqavilədən və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, tərəflər arasında dəyəri 15.000,00 ABŞ dolları təşkil edən «Phillex» kosmetik vasitələrinin alqı-satqısına dair müqavilə bağlanılmış, 28 fevral 2020-ci il tarixli müqaviləyə əlavəyə əsasən isə müqavilənin ümumi dəyərinin 15.000,00 ABŞ doll arından 30.000,00 ABŞ dollarına artırılması nəzərdə tutulmuşdur. 2. 4 dekabr 2020-ci il tarixli ödəniş tapşırığına əsasən, iddiaçı tərəfindən “Yuma Medical” LP-nin bank hesabına 3100 ABŞ dolları ödəniş edilmişdir. 3. 11 noyabr 2020-ci il tarixli, **********6521 nömrəli gömrük bəyannaməsinə əsasən, «Yuma Medical» LP tərəfindən göndərilmiş mənşə ölkəsi Koreya Respublikası, göndərən ölkə Böyük Britaniya olan «Phillex» kosmetik və dəriyə qulluq vasitələri iddiaçı tərəfindən qəbul edilmiş və gömrük rəsmiləşdirilməsi ilə bağlı 11 oktyabr 2020-ci il tarixdə bəyannamə təqdim edilmişdir. İddiaçı tərəfindən gömrük bəyannaməsinin 33-cü qrafasında məhsulun mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 3100,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5270,00 manat, 46-cı qr afasında statistik dəyəri 3.100,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0/1 bəyan olunmuşdur. Bəyənnamənin B qrafasında hesablama detallarının cəmi olaraq gömrük ödənişi cəmi 1987,59 manat müəyyən edilmişdir. Həmin bəyənnamənin 50-ci qrafasından görünür ki, “Express customs Services" MMC ilə iddiaçı arasında bağlanan K/E saylı, 06 oktyabr 2020-ci il tarixli xidmət müqaviləsi əsasında GB-də göstərilən məlumatlar təsdiq olunmuş və bəyan edilmişdir.
4. Eyni təyinatlı 16 noyabr 2020-ci il tarixli digər gömrük bəyannaməsi üzrə 2.594,49 manat məbləğində, 25 noyabr 2020-ci il tarixli digər gömrük bəyannaməsi üzrə 4.525,39 manat məbləğində malların gömrük rəsmiləşdirilməsi aparılmışdır.
5. İddiaçı ilə Böyük Britaniyanın «Yuma Medical» LP arasında bağlanmı ş 01 noyabr 2019-cu il tarixli, 04KOMP/2019 nömrəli müqavilə əsasında idxal edilmiş «Phillex» kosmetik vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün 16 noyabr 2020-ci il tarixdə **********6521 nömrəli gömrük bəyannaməsi cavabdehə təqdim edilmişdir. Təqdim edilmiş gömrük bəyənnamələrinə əsasən gömrük rəsmiləşdirilməsi aparılmışdır. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra, iddiaçı cavabdehə təqdim olunmuş müqaviləyə və invoysa əsasən, onlar tərəfindən artıq ödəniş edildiyini bildirərək, artıq ödənilmiş məbləğin geri qaytarılması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçını n ünvanına daxil olmuş və onun tərəfindən 2020-ci ilin noyabr ayında GB**********6521 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsumu və ödənişləri dərhal tam olaraq ödənilmiş və 13 noyabr 2020-ci il tarixdə gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra buraxılışa verilmiş malların cavabdeh tərəfindən əsassız olaraq saxlanılmasının, bəyannamənin geri qaytarılmasının və heç bir qanuni əsası olmadan bəyannamənin dəyişdirildilməsinin, cavabdeh tərəfindən əlavə 2599.09 manatın gömrük rüsumu və ödənişləri kimi ona ödətdirilməsinin qanunsuz hesab edilməsi, cavabdehin 2020-ci ilin noyabr ayında iddiaçının gömrük orqanına təqdim etdiyi GBO**********521 nömrəli gömrük bəyannaməsində gömrük dəyərinə 2599.09 manat vəsaitin əlavə olunması barədə tələbinin qanunsuz hesab edilməsi, iddiaçı nın 2020-ci ilin noyabr ayında gömrük orqanına təqdim etdiyi GB**********6521 nömrəli gömrük bəyannaməsi üzrə aparılmış gömrük rəsmiləşdirilməsi zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçıdan əsassız olaraq tutulmuş cəmi 2599.09 manat vəsaitin iddiaçıya geri qaytarılması barədə müvafiq qərarın qəbul edilməsi, müvafiq rəyin tərtib edilməsi, həmin sənədlərin maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2019-cu ildə təsis edilmiş İddiaçı kosmetik və tibbi vasitələrin topdan satışı ilə məşğul olur. İddiaçı ilə Böyük Britaniyanın «Yuma Medical» LP-si arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli, 04KOMP/2019 nömrəli müqaviləyə əsasən iddiaçı «Yuma Medical» LP-dən «Ph illex» ticarət nişanlı kosmetik vasitələri satın almışdır. Həmin müqaviləyə əsasən, «Yuma Medical» LP Azərbaycan Respublikasına iddiaçının ünvanına 2020-ci ilin noyabr ayında YM281020KOM nömrəli invoysla 100 ədəd «X6» (1 ədədinin qiyməti 7 ABŞ dollan) və 300 ədəd “X8» (bir ədədinin qiyməti 8 ABŞ dolları) kosmetik vasitələri göndərmişdir. Göndərilən malların ümumi dəyəri (invoys dəyəri) 3100 ABŞ dolları olmuşdur. Satın alınmış həmin malların gömrük rəsmiləşdirilməsi üçün 11 noyabr 2020-ci il tarixdə iddiaçı cavabdehə GB**********6521 nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Eyni zamanda, həmin gün bank vasitəsi ilə tələb olunan 1987.59 AZN gömrük rüsumu, yığım və ödənişlər iddiaçı tərəfindən dərhal tam ödənilmişdir. Gömrük orqanının müvafiq elektron sistemindəki bildirişlərdən də görün düyü kimi, iddiaçının təqdim etdiyi həmin GBO**********521 nömrəli gömrük bəyannaməsi 13 noyabr 2020-ci il tarixdə saat 10:39-da gömrük orqanında qəbul olunmuş, həmin gün saat 11:33-də gömrük rəsmiləşdirilməsi başlanmış, gömrük bəyannaməsindəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Təqdim olunmuş bəyannamənin və sənədlərin düz olduğu, iddiaçı tərəfindən bank vasitəsi ilə ödənilmiş gömrük rüsumu və ödənişlərinin qəbul olunduğu da cavabdeh tərəfindən qeyd olunaraq, gömrük bəyannaməsi həmin gün saat 14:10-da malların buraxılışının təmin edilməsi üçün müvafiq gömrük postuna göndərilmişdir. Həmin gün saat 16:53-də gömrük postu gömrük bəyannaməsində göstərilən malların buraxılışına hazır olduğunu və Bakı Karqo Terminalı X5 Postuna müraciət edilməli olduğunu bildirmişdir. Yəni gömrük orqanı tərəfindən aparılan gömrük rəsmiləşdirilməsi başa çatmış və buraxılış üçün təqdim olunmuş malların götürülməsi üçün müvafiq ambara dəvət olunmuşlar. Lakin, həmin gömrük postuna müraciət etdikdə inspektor tərəfindən yük verilməmiş, əlavə pulun ödənilməsi və bəyannamənin qiymətinin artırılması tələb olunmuşdur. Əks halda, onlara malların buraxılmayacağı bildirilmişdir. Əlavə pulun tələb edilməsinin qanuni əsasını və sənədini heç bir gömrük əməkdaşı həmin vaxt izah edə bilməmişdir. Bu barədə iddiaçıya rəsmi yazılı bildiriş və ya məktub təqdim olunmamışdır. Təbii ki, gömrük orqanının bu qanunsuz tələbi tərəflərindən rədd edilmişdir. Buna görə gömrük orqanı yükü buraxmamış və qanunsuz olaraq saxlamışdır. Dəfələrlə etdikləri yazılı və şifahi şikayətlərə baxılmamı ş, 4 gün sonra iddiaçıya məlum olmuşdur ki, gömrük rəsmiləşdirilməsi başa çatmış və əsassız olaraq buraxılmamış mallara dair gömrük orqanına təqdim olunmuş bəyannamə 17 noyabr 2020-ci il tarixdə gömrük orqanı tərəfindən geri qaytarılmış və bu barədə müvafiq elektron bildiriş sistemində qeydlər edilmişdir. Gömrük orqanının bu addımı gömrük qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Gömrük orqanının əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq, gömrük rəsmiləşdirilməsi başa çatmış və buraxılışa verilmiş yükün bəyannaməsini əsassız olaraq geri qaytarmış, malları isə saxlamışlar. Gömrük bəyannnaməsinin geri qaytarılması ilə bağlı iddiaçıya kağız daşıyıcıda yazılı şəkildə əsaslandırılmış rəsmi bildiriş təqdim olunmamışdır. Bəyannamədə göstərilmiş gömrük dəyəri kortəbii təyin edilmişdi r. Cavabdeh gömrük dəyərinin tənzimlənməsinə dair gömrük orqanının qərarının olubolmaması ilə bağlı iddiaçıya məlumat verməmiş və belə bir sənəd iddiaçıya təqdim olunmamışdır. Yəni iddiaçının ünvanına daxil olmuş yükə dair gömrük orqanı tərəfindən yoxlanılmış və təsdiq olunmuş bəyannamə üzrə hər hansı bir gömrük borcu olmadığı, gömrük rüsumu və ödənişləri iddiaçı tərəfindən dərhal tam ödənildiyi halda, gömrük orqanı tərəfindən malların buraxılışının həyata keçirildiyi zaman həmin buraxılışın əsassız olaraq dayandırılması, malların saxlanılması, heç bir qanuni qərar olmadan əlavə pulun gömrük rüsumu kimi ödənilməsinin hədə-qorxu ilə tələb edilməsi və ödətdirilməsi qanunsuzdur. Malların gömrük orqanında qaldığı təqdirdə külli miqdarda dəyəcək ziyanın qarşısını almaq, həmçinin partnyorların q arşısında götürülən öhdəlikləri vaxtında icra etmək, onlann qarşısında nüfuzdan düşməmək məqsədi ilə, eyni zamanda gətirilən kosmetik vasitələrin istifadə müddətinin məhdud olmasını nəzərə alaraq, iddiaçı gömrük orqanının qanunsuz tələb etdiyi 660 manat pulu ödəməli olmuşdur. Yəni gömrük orqanının göstərişinə əsasən, əlavə olaraq 260 manat idxal gömrük rüsumu, 360 manat əlavə dəyər vergisi, 10 manat elektron gömrük xidməti üzrə ƏDV və 30 manat gömrük xidməti üzrə ƏDV, cəmi 660 manat pul bank vasitəsi ilə ödənilmişdir. Ödənişi etməzdən əvvəl, gömrük orqanına həmin ödənişi gömrük orqanının qanunsuz tələbinə əsasən məcburiyyət qarşısında ödədikləri, malları gömrükdən çıxardıqdan sonra, əlavə ödətdirilmiş həmin vəsaitin geri qaytarılmasını tələb edəcəkləri həm yazılı, həm də şifahi olaraq rəsm i şəkildə gömrük əməkdaşlarına bildirilmişdir. Lakin ödəniş edilməsinə baxmayaraq, mallar yenə də buraxılmamış və bu dəfə isə 1939.09 AZN artırma tələb edilmişdir. 1939.09 manat vəsait, yəni gömrük yığımları kimi 60 manat, ƏDV kimi 1093.59 manat və idxal gömrük rüsumu kimi 785,5 manat tərəflərindən 23 noyabr 2020-ci il tarixdə bank vasitəsi ilə ödənilmişdir. Yalnız bundan sonra, yəni 25 noyabr 2020-ci il tarixdə gömrük orqanı yükü buraxmış və əlavə olaraq, ambara da yüksək məbləğdə ambar pulu ödətdirdikdən sonra mallar təhvil verilmişdir. Həmin vaxtdan bu günədək dəfələrlə yazılı və şifahi tələblərə baxmayaraq, cavabdeh iddiaçıdan alınan artıq 2599.09 manat vəsaiti geri qaytarmamış, pulların geri qaytarılmasını təmin etmək üçün heç bir tədbir görməmiş, məktublara və şikayətlərə cavab vermə mişdir. Qeyd olunanlara əsasən, iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı “Kompliment’’ MMC tərəfindən Böyük Britaniyanın "Yuma Medical LP" şirkətinin sifarişi ilə Koreya Respublikasından **********6 nömrəli aviaqaimə ilə göndərilmiş “X3 Fıne Lips” və “X4 Deep Plus” markalı kosmetik gellərdən ibarət mallar idxal edilmişdir. Həmin malların 11 noyabr 2020-ci il tarixdə **********6521 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilməsi zamanı, risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə, qeyd olunan bəyannamə düzəliş üçün bəyannaməçiyə qaytarılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının adına idxal edilən yüklərin dəyər i, digər şirkətlər və fiziki şəxslər tərəfindən idxal edilən, eyni cinsli və eyni istiqamətdən gələn yüklərin dəyərindən kəskin fərqlənir. Bununla bağlı iddiaçının nümayəndəsi bir neçə dəfə Hava Nəqliyyatında Baş Gömrük idarəsinə dəvət olunaraq ona qüvvədə olan qanunvericiliyin və digər normativhüquqi aktların müddəaları (“Gömrük tarifi haqqında” 13 iyun 2013-cü il tarixli, 687-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən malların gömrük dəyərini Qanunun 13-cü maddəsində göstərilən qaydada müəyyənləşdirmək mümkün olmadığından, dəyərləndirilən mallarla eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədilə satılan eyni malların sövdələşmə qiyməti barədə statistik məlumatlar əsasında müəyyən edilməsi) izah edilmişdir. Yuxarıda qeyd edilən ******** **6521 nömrəli GB ilə bəyan edilən “X6" və “X7” brendi altında istehsal edilən kosmetik gellərdən ibarət yüklərin dəyərində müvafiq düzəlişlər edildikdən sonra, 25 noyabr 2020-ci il tarixdə sərbəst dövriyyə gömrük proseduru altında tam rəsmiləşdirilərək buraxılmışdır. Əlavə olaraq bildirilir ki, **********0 nömrəli aviaqaimə ilə idxal edilən və 03 may 2021-ci ıl tarixdə iddiaçı tərəfindən **********8692 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə rəsmiləşdirilən, eyni adlı “X3 Fine Lips”, “X3 Deep Plus” və “X3 Sub-Q Plus” adlı kosmetik vasitələrdən ibarət yüklərin dəyəri şübhə doğurduğundan gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin yüklərin dəyərinin iddiaçı tərəfindən düzgiın bəyan edilib-edilməməsinin dəqiqləşdirilməsi məqsədilə ixracatçı şirkətin Koreya Respublikasının gömrük orqan larına təqdim etdiyi gömrük bəyannaməsinin sürətlərinin göndərilməsi ilə bağlı 25 may 2021-ci il tarixdə 1900-012/0xx-xx/001656 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsilə ixracatçı ölkəyə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin 1000-160/1xxxx/010564 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən, Koreya Respublikasından alınmış sorğunun cavabında iddiaçı tərəfindən **********8692 nömrəli, 03 may 2021-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən malların ümumi dəyərinin 8300 ABŞ dolları deyil, 15012 ABŞ dolları olduğu, göndərilmə şərtinin isə “CİP” deyil, “FOB" olduğu müəyyən edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8167/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbi baxımından gömrük rəsmiləşdirilməsi zamanı gömrük nəzarəti üçün lazım olan sənədləri və məlumatları bu orqanlara təqdim etmək gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən, yaxud icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslərin, hazırki halda iddiaçının vəzifəsinə daxildir. Gömrük bəyannaməsini və gömrük orqanlarının qanunvericiliyin tələblərinə uyğun olaraq tələb etdiyi siyahı üzrə müəyyən edilmiş sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına cavabdehdir. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin, yəni iddi açının gömrük orqanına malların gömrük rəsmiləşdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə **********6521 sorğu nömrəli bəyannaməsini təqdim etdiyi vaxtdan başlamış, zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və qanunla nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. Həmin bəyənnamədə göstərilən məlumatların düzgünlüyü iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi İddiaçı MMC-nin təqdim etdiyi gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir.
11. Bundan başqa, qanunvericiliyin tələblərindən göründüyü kimi, malların gömrük dəyərinin təyin olunması məqsədilə mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdi rilməsi aparılarkən xüsusi biliklər tələb olunduğu hallarda gömrük ekspertizası aparıla bilər. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. Malın gömrük dəyərinin müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi gömrük ekspertizasının aparılması ilə bağlı məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Lakin bu müraciət gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra deyil, gömrük nəzarəti həyata keçirilərkən və gömrük rəsmiləşdirilməsi aparılarkən edilə bilər. İddiaçının göstərilən hüququ olduğu halda, vaxtında bundan istifadə etməmiş, təqdim etdiyi **********6521 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyü səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş və gömrük ödə nişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatdırılmış və idxal etdiyi kosmetik vasitələr iddiaçının sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 11 noyabr 2020-ci il tarixli, **********6521 sorğu nömrəli bəyannamə onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edildiyindən, gömrük ödənişləri ödənilərək, gömrük rəsmiləşdirilməsi başa çatdırıldığından, kosmetik vasitələr artıq iddiaçının sərəncamına verildiyindən, iddiaçının artıq alınmış 2599,09 manat vəsaitin ona geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və gömrük dəyərinin YM281020-KOM nömrəli invoys dəyərinə uyğunlaşdırılması barədə tələbi əsassızdır.
12. İddiaçı apellyasiya şikayəti verərək həmin qərar ın ləğv edilməsini və iddia tələbinin təmin olumasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-498/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər M.N.Tağızadə-sədrlik edən və məruzəçi, X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8167/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçıdan əlavə gömrük rüsum və ödənişləri tələb edilməsinə dair cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş, iddiaçıdan artıq tutulmuş 2599.09 manatın geri qaytarılması barədə müvafiq qərarın qəbul edilməsi, müvafiq rəyin tərtib edilməsi, həmin sənədlərin maliyyə orqanına göndərilməsi vəz ifəsi cavabdehə həvalə edilmişdir.
14. Məhkəmə kollegiyası iddia tələblərinin qeyri-müəyyənliyini və iddiaçının prosessual marağının cavabdehin hərəkətlərinin qanunsuz olmasının müəyyən edilməsi və artıq ödənilmiş gömrük haqqının qaytarılması ilə bağlı olduğunu nəzərə alaraq iddia tələbini aşağıdakı kimi qəbul etmişdir: “İddiaçın cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsininə qarşı “əlavə gömrük rüsumu və ödənişləri tələb edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, artıq tutulmuş 2599.09 manatın geri qaytarılması barədə müvafiq qərarın qəbul edilməsi, müvafiq rəyin tərtib edilməsi, həmin sənədlərin maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi qəbul etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, X2 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu” bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərindən də görünür ki, həmin yükə dair təqdim olunan GB**********6521 nömrəli bəyannamə xx.xx.2020-ci il tarixdə saat 10:39-da növbəyə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə saat 11:33-də gömrük rəsmiləşdirilməsi başlamış və GBdəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Həmin tarixdə saat 14:10-da isə ödəniş qəbul edilərək, malların buraxılması üçün gömrük postuna göndərilmişdir. xx.xx.2020-ci il tarixdə saat 16.53-də qeydə alınmış bildirişdən görünür ki, malların buraxılışa hazır olması qeyd edilmişdir.
16. Lakin, işdən görünür ki, xx.xx.2020-ci il tarixdə GB-dəki məlumatlar təqdim olunan sənədlərə uyğun olmadığı üçün bəyannamə geri qaytarılmış və hər hansı qanuni əsas göstərmədən əlavə 660 AZN ödənilməsi üçün malların buraxılmasından imtina edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 09.12-də ödəniləcək məbləğ 1987,59 AZN göstərilməklə rəsmiləşdirməyə təqdim edilən sənədlərin düzgünlüyü təsdiq edilmiş, əlavə haqq ödənilmiş, lakin xx.xx.2020-ci il tarixli saat 11.57 bildirişində ödənişin məbləği hər hansı əsas olmadan yenidən artıq qeyd edilməklə 4521,39 AZN göstərilmişdir. Yenidən əsassız tələb edilən məbləğ iddiaçı tərəfindən ödənildikdən sonra, xx.xx.2020-ci il tarixdə saat 14.19-da gömrük rəsmiləşdirilməsi başa çatmış, iddiaçının malları buraxılmışdır.
17. Göründüyü ki mi, cavabdehə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına və YM281020-KOM nömrəli invoysa uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli bəyannamədə malların statistik dəyəri 3100 ABŞ dolları göstərilsə də, cavabdeh orqan tərəfindən xx.xx.2020-ci il tarixdə malların statistik dəyərinin 4100 AZN, sonradan isə 7100 AZN olması qeyd edilərək iddiaçıdan müvafiq olaraq 660 AZN və 1939,09 AZN əlavə gömrük rüsumu tələb edilmiş, lakin qeyd edilən məbləğlərin hansı əsasla hesablanmasının izahı verilməmişdir.
18. Bundan başqa, iddiaçıya məxsus malların anbarda saxlanılmasına münasibətdə qeyd edir ki, iddiaçıya məxsus malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün mütləq qaydada mal sahibi və gömrük orqanı arasında müqavilə bağlanılmalıdır. Nəzərə alınmalıdır ki, cav abdeh tərəfindən mübahisə predmetini təşkil edən malların saxlancının həyata keçirilməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçı mal sahibi kimi daxil olan xarici malları müvəqqəti saxlanca verilməsini bəyan etməmiş, əksinə həmin malların ümumi dövriyyə buraxılmasını bəyan etmiş, o cümlədən də həmin malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün gömrük orqanı ilə hər hansı mülki-hüquqi müqavilə bağlamamışdır. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş iddiaçıya məxsus malların buraxılmaması, anbarda yerləşdirilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur.
19. Eyni zamanda, hazırki işin hallarından aydın olur ki, iddiaçı tərəfindən idxal edilən malın invoys dəyəri cavabdeh gömrük orqanı tərəfindən mübahisələndirilmiş, lakin ziddiyyətlərin aradan qaldırılması üçün qanunla nəzərdə tutulmuş ekspertiza hüququndan cavabdeh tərəfindən istifadə edilməmiş və əsassız olaraq gömrük ödənişinin məbləği süni artırılmışdır.
20. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində işin halları və iddia tələbinə qarşı etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki halları araşdırmadan, digər zəruri sübutları toplamadan və tələb etmədən, iddia ərizəsində qeyd edilən əsassız faktlara istinad edərək qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şik ayətinə qarşı iddia ərizəsinin dəlillərinə uyğun etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi... Maddə
150. Gömrük bəyannaməsinin məzmunu və onunla birgə təqdim olunan sənədlər... 150.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir.... Maddə
153. Gömrük bəyannaməsinə düzəlişlərin edilməsi və ya onun geri götürülməsi... 153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən m əlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Maddə
157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər.... 157.3. Yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə istifadə olunur.... Maddə
160. Gömrük bəyannaməsində göstərilən məlumatların, müvafiq sənədlərin və malların yoxlanılma müddətləri 160.1. Gömr ük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir.... 160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. Maddə
162. Malların buraxılışı 162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Maddə
221. Gömrük dəyərinə düzəlişlərin edilməsi 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Maddə
322. Gömrük ekspertizasının məqsədi və aparılması qaydaları 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsu si biliklər tələb olunduğu hallarda aparılır. 322.3. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayət i mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək iddia ərizəsinə etirazın məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, o nun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həcmdə təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından İddiaçı MMC-dən əlavə gömrük rüsumu və ödənişlərin tələb edilməsi, artıq ödənilmiş vəsaitin geri qaytarılması və bu barədə müvafiq rəyin tərtib edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur.
33. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, y axud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir.
34. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edili r. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
35. Bundan əlavə, həmçinin qeyd olunmalıdır ki, cavabdehin gömrük dəyərinin müəyyən edilməsi zamanı tətbiq etdiyi üsulla bağlı istinad etdiyi məktub və ixrac bəyannaməsi (cavabdehin özü tərəfindən təqdim edilmiş) xx.xx.2021-ci il tarixə, yəni hazırkı mübahisəyə münasibətdə gömrük rəsmiləşdirilməsinin aparıldığı 2020-ci ilin noyabrından sonrakı tarixə aiddir. Başqa sözlə, gömrük rəsmiləşdirilməsinin aparıldığı, əlavə rüsumun və ödənişlərin hesablandığı dövrdə həmin sənəd mövcud deyildi və bu baxımdan cavabdeh tərəfindən araşdırma predmeti ola bilməzdi. Bu mənada cavabdeh gömrük rəsmiləşdirilməsinin aparıldığı dövrdə mövcud olmayan sənədə istinad etməkdə və əsaslanmaqda haqlı sayıla bilməz.
36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-498/2022 nömrəli, 25 fevral 2022-ci il ta