Məhkəmə qərarları › İş №2-1(102)-1077/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1077/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1077/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək kitabçasında olan məlumatın mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödə nişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)3551/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə görə, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus diplomun surətinə əsasən, o, 30 mart 1985-ci ildə Bakı şəhəri 2 nömrəli X7 Məktəbinə daxil olmuş və 15 fevral 1986-cı ildə Sərnişin Qatarlarında vaqon Bələdçisi peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir.

3. İddiaçının əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən, iddiaçı xx.xx.1973-xx.xx.1973-cü il tarixlərdə Uşaq oyuncaqları fabrikində plastmas sexinə şagird kollektor, 1-ci dərəcə üzrə kollektor vəzifələrində, xx.xx.1973xx.xx.1975-ci il tarixlərdə Qeyri-standart avadanlığın hazırlanması və təmiri zavodunda çilingər vəzifəsində işləmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. xx.xx.1977-xx.xx.1983-cü il tarixlərdə Qeyri-standart avadanlığın hazırlanması və təmiri zavodunda çilingər, xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə TTİ Köməkçi Təsərrüfat İdarəsində çilingər işləmişdir. xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə Respublika Kolxoz Bazarların İdarəetmə İdarəsində təmir tikinti sahəsində 5-ci dərəcəli çilingər işləm iş, xx.xx.1985xx.xx.1986-cı il tarixlərdə 2 nömrəli X7 Məktəbində “Sərnişin vaqonlarının bələdçisi” ixtisası üzrə təlim keçmişdir. xx.xx.1986- xx.xx.1986-cı il tarixlərdə Azərbaycan Dəmir yolu vaqon deposunda sərnişin vaqonunun bələdçisi, xx.xx.1987-xx.xx.1988-ci il tarixlərdə Bakı şəhər XDS İK Baş istehsalat kommunal təsərrüfat idarəsinin İxtisaslaşmış təmir-tikinti idarəsində 5-ci dərəcəli çilingər, xx.xx.1989-xx.xx.1989-cu il tarixlərdə Xüsusiləşdirilmiş təmir-tikinti idarəsində 5-ci dərəcəli çilingər, xx.xx.1989xx.xx.1989-cu il tarixlərdə “Təmirçi” kooperativində elektrik qaynaqçısı, xx.xx.1989xx.xx.1992-ci il tarixlərdə Xüsusiləşdirilmiş təmir-tikinti idarəsi nəzdində “İcarəçi”də qaynaqçı, xx.xx.1992-xx.xx.1993-cü il tarixlərdə İxtisaslaşmış təmir-tikinti idarəsində 6-ci dərəcəli qayn aqçı vəzifəsində işləmişdir. xx.xx.1993- xx.xx.1993-cü il tarixlərdə “Oğuz” istehsal-kommersiya firmasında 5-ci dərəcəli elektrik qaynaqçı, xx.xx.1994xx.xx.1994-cü il tarixlərdə Abşeron rayonu 2 nömrəli Təmir-tikinti idarəsində 5-ci dərəcəli elektrik qaynaqçı, xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə Abşeron rayonu 2 nömrəli Təmir-tikinti idarəsində 6-cı dərəcəli elektrik qaynaqçı, xx.xx.1994xx.xx.2001-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir.

4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

5. Cavabdeh həmin müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş əmək kitabçasının, diplomun və hərbi biletin surətlərinə əsasən sığort a stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz və xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək təhsil aldığınız dövrlər də nəzərə alınmaqla) 18 il 10 ay 27 gün təşkil edir. Həmçinin bildirir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın araşdırmasının nəticəsinə əsasən əmək kitabçanızın surətində xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək qeyd edilmiş Təmir Tikinti idarəsinin faktiki və arxiv sənədlərinin saxlanıld ığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqdim etdiyi əmək kitabçasına əsasən onun 26 il 02 ay 21 gün iş stajı olduğunu nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 64.5 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1973-cü ildə əmək fəaliyyətinə başlamaqla xx.xx.1973-cü il tarixdə Uşaq oyuncaqları fabrikinə plastmas sexinə şagird kollektor qəbul olunmuş, xx.xx.1973-cü il tarixdə həmin sexdə 1-ci dərəcə üzrə kollektor keçirilmiş, xx.xx.1973-cü il tarixd ə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1973-cü il tarixdə Qeyri-standart avadanlığın hazırlanması və təmiri zavodunda metalkonstruksiya sexinə 1-ci dərəcəli çilingər işinə qəbul olunmuş, xx.xx.1973-cü il tarixdə 2-ci dərəcəli çilingər, xx.xx.1975-ci il tarixdə 3-cü dərəcəli çilingər işinə keçirilmişdir, xx.xx.1975-ci il tarixdə hərbi xidmətə getdiyinə görə işdən çıxmışdır. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər Sovet Ordusunda xidmət etmiş, xx.xx.1977-ci il tarixdə metalkonstruksiya sexinə 2-ci dərəcəli çilingər işinə qəbul olunmuş, xx.xx.1978-ci il tarixdə 3-cü dərəcəli çilingər, xx.xx.1981-ci il tarixdə 3-cü dərəcəli çilingər, xx.xx.1983-cü il tarixdə 5-ci dərəcəli çilingər verilmiş, xx.xx.1983-cü il tarixdə Azərbaycan SSR ƏHQM 36 m. 1b üzrə işdən azad olunmuşdur. xx.xx.1983cü il tarixdə TTİ köməkçi Təsərrüfat İdarəsində 3-cü dərəcəli çilingər işinə düzəlmiş, xx.xx.1984-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1984-cü il tarixdə yenidən 5-ci dərəcəli çilingər işinə bərpa olunmuşdur. xx.xx.1984-cü il tarixdə Respublika Kolxoz Bazarların İdarəetmə İdarəsinə təmir tikinti sahəsinə 5-ci dərəcəli çilingər işinə qəbul olunmuş, xx.xx.1985-ci il tarixdə öz xahişi ilə işdən azad olmuş, xx.xx.1985-ci il tarixdən SPTU 2 "Sərnişin vaqonların sürücüsü" ixtisası üzrə təlim qrupuna daxil olmuş, xx.xx.1986-cı il tarixdə təhsil müddətinin başa çatması ilə əlaqədar məktəbdən xaric olunmuşdur. xx.xx.1986-cı il tarixdə 2 saylı PTM bitirmiş, sərnişin vaqonların sürücüsü qəbul olunmuşdur. Vaqon deposunun Bakı rezervlə birləşməsi ilə bağlı 23.08.86-cı il t arixli 102/11 əmr və 15/08-86- cı il tarixli H-350 əmr əsasında Azərbaycan Dəmir yoluna bələdçi qəbul olunmuş, xx.xx.1986-cı il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1987-ci il tarixdə TTİ kommunal Təsərrüfat İdarəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə 5ci dərəcəli qaynaqçı işinə keçirilmiş, xx.xx.1987-ci il tarixdə idarənin adı Kommunal təsərrüfat idarəsi Baş idarəsinə dəyişilib. xx.xx.1988-ci il tarixdə 5-ci dərəcəli. qaynaqçı işinə bərpa olmuş, xx.xx.1988-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixdə BBİ XÜSUSİ TTİ-yə 5-ci dərəcəli qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1989-cu il tarixdə "Təmirçi" kooperativinə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixdə “Təmirçi” ko operativinə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1989-cu il tarixdə Xüsusi TTİnə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixdə 5-ci dərəcəli qaynaqçı qəbul olunmuş, xx.xx.1991-ci il tarixdə 6-cı dərəcəli qaynaqçı verilmiş, xx.xx.1992-ci il tarixdə Xüsusi TTİ-nə keçməklə ƏHQM 36 m. 5 b. üzrə işdən azad olunmuş, xx.xx.1992-ci il tarixdə keçmək yolu ilə 6-cı dərəcəli qaynaqçı qəbul olunmuş, xx.xx.1993-cü il tarixdə Azərb. SSR ƏHQM 37 m. üzrə (öz xahişi ilə) işdən azad olunmuşdur. xx.xx.1993-cü il tarixli əmrlə “Oğuz” istehsalat kommersiya firmasına 5-ci dərəcəli elektrik qaynaqçı işinə qəbul olunmuşdur. xx.xx.1994-cü il tarixdə TTİ- 2-yə 5-ci dərəcəli elektrik qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən aza d olunmuşdur. xx.xx.1994-cü il tarixdə 6-cı dərəcəli elektrik qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuş, xx.xx.1994-cü il tarixdə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə düzəlmiş, xx.xx.2001-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər hərbi xidmətdə olmağı və xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə qədər təhsil aldığı dövrlər nəzərə alınmaqla xx.xx.1973-cü il tarixdən xx.xx.2001-ci il tarixə qədər 26 il 02 ay 21 gün iş stajı olmuşdur. xx.xx.2020-ci il tarixdə 65 yaşı tamam olmuş, ona pensiya təyin olunmaq əvəzinə yaşa görə 130 manat sosial müavinət təyin edilmişdir. Cavabdehin imtinasını əsassızdır. Belə ki, əmək kitabçasında xx.xx.1973-cü il tarixdən xx.xx.2001-ci il tari xə qədər 26 il 02 ay 21 gün iş stajının olması işlədiyi idarələrin əmrləri ilə imzalarla təsdiqini tapır. Əgər xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövr üçün əmək kitabçasında işə düzəldiyi və işdən çıxdığı Təmir Tikinti idarəsinin (kooperativinin) möhürü və imzası varsa həmin idarənin arxiv sənədlərini araşdırmağa ehtiyac yoxdur.

9. Cavabdehin iddiaya dair etirazının əsasları imtina məktubunda göstərilənlərlə eynilik təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2280/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmiş, iddiaçıya 64 yaş 6 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Məhkəmə hesab etmişdir ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 1994- 2001-ci illərə aid sığorta stajını qəbul etməmişdir.

12. Məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən onun bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3551/2023 nömrəli, 7 noyabr 2023-cü il ta rixli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən xx.xx.1994-xx.xx.2001-ci il tarixlərdə iddiaçının işlədiyi "xxxx" X1 mövcud olması aidiyyəti dövlət orqanının məlumatı ilə təsdiq edilir, həmin sənədlərdəki müəssisənin möhürü əmək kitabçasındakı möhürlə eynilik təşkil edir.

18. Həmçinin, qərarda "xxxx" X1 xx.xx.1994- cü il tarixdə 17307 nömrəsi ilə dövlət qeydiyyatına alınması, X3 direktor təyin olunması qeyd olunmuşdur.

19. İlk olaraq bildiririk ki, iddiaçının xx.xx.1994-cü il tarixdə əmək fəaliyyətinə başladığım iddia etdiyi "xxxx" X2 xx.xx.1994- cü il tarixdə dövlət qeydiyyatına alınmaqla fəaliyyətə başlamışdır.

20. Buradan göründüyü kimi müəssisənin dövlət qeydiyyatına alınması və fəaliyyətə başlaması iddiaçının əmək fəaliyyətinə başladığı xx.xx.1994-cü il tarixdən sonraya təsadüf edir.

21. Eyni zamanda bildiririk ki, vətəndaşın təqdim etdiyi xx.xx.1973-cü il tarixli əmək kitabçasında xx.xx.2001-ci il tarixli qeyd qaralanmış, 2001-ci il tarixi 2003-cü il tarixi kimi göstərilmişdir.

22. Bu ndan başqa, əmək kitabçası kiril əlifbasından istifadə edilməklə doldurulmuşdur.

23. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1994- xx.xx.2001-ci İl olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış və bu səbəblərdən 7 il 3 ay 24 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir.

24. Məhkəmə qərarda bu fakta dair münasibət bildirməmişdir. Bu halda isə hesab edirik ki, məhkəmənin əsaslandırması işin faktiki hallarına münasibətdə tam, hər tərəfli və obyektiv deyildir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikay ətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə al ınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 27. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 67. 1-ci hissə. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 2-ci hissə. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 8-ci hissə. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 28. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (əvvəlki redaksiya): Maddə 2. sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Maddə

12. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqavilə si (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Maddə 14.1 məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.6. Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Ə sasnamə”: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qay dada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiym ətləndirməsi ilə də razılaşır.

36. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. Belə ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan zəruri pensiya kapitalı olmadığına və 25 il sosial sığorta stajı, yəni əmək kitabçasında xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək qeyd edilmiş Təmir Tikinti idarəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmadığına istinad edərək cavabdeh ona pensiya təyin olunmasından imtina etmişdir.

38. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pens iya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

39. Apelyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdıraraq, bu nəticəyə gəlmişdir ki, iddiaçının sosial sığorta stajı 25 ildən artıq olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməlidir.

40. Cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasını mübahisələndirib, qeyd edir ki, xx.xx.1973-cü il tarixli əmək kitabçasında xx.xx.2001-ci il tarixli qeyd qaralanmış, 2001-ci il tarixi 2003-cü il tarixi kimi göstərilmişdir. Bundan başqa, əmək kitabçası kiril əlifbasından istifadə edilməklə doldurulmuşdur. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixl i 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1994xx.xx.2001-ci İl olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış və bu səbəblərdən 7 il 3 ay 24 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir.

41. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”də əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunm ası üçün mötəbər sübut kimi qəbul edir. Odur ki, iddiaçıya məxsus əmək kitabçası onun əmək fəaliyyəti ilə məşğul olduğunu və 25 ildən artıq sığorta stajına malik olduğunu təsdiq edir.

42. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmalarını əsaslı hesab edərək qeyd edir ki, cavabdehin qəbul etmədiyi xx.xx.1994-xx.xx.2001ci illərdəki iş stajı əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müəssisəsinin möhrü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. İddiaçının sonuncu işlədiyi "xxxx" X1 mövcud olması aidiyyəti dövlət orqanının məlumat ilə təsdiq edilir, həmin sənədlərdən görünür ki, müəssisənin möhrü əmək kitabçasındakı möhürlə eynilik təşkil edir. Müəssisənin arxiv sənədlərinin mövcud olmaması isə iddiaçının ziyanına şərh oluna bilməz. Çünki arxiv sənədlərinin saxl anılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur.

43. Həmçinin qeyd edilməlidir ki, əmək kitabçasındakı qeydlərin kiril qrafikalı əlifba ilə yazılması həmin qeydlərin şübhəli olması üçün kifayət sayıla bilməz. Belə ki, Azərbaycan SSR zamanında uzun müddət kiril qrafikalı əlifbadan istifadə edildiyi və həmin dövrdə təhsil almış şəxslərin bu yazı vərdişlərini müstəqillik əldə edildikdən sonra da davam etdirməsi tez-tez rast gəlinən hal olmaqla, həyatın normal axarına uyğun olmuşdur. Eyni zamanda, əmək kitabçasında qeydlər işçi deyil, işəgötürən tərəfindən aparıldığından və onun məsuliyyətində olduğundan, bu hal iddiaçının hüquqlarından mərhum edilməsi üçün əsas təşkil edə bilməz.

44. Qeyd olunmalıdır ki, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən g ünədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz.

46. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3551/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar