Məhkəmə qərarları › İş №2-1(102)-1078/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1078/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1078/2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 06.03.2019 GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı Ünvan yerləşən 0.12 ha torpaq sahəsində inşa olunan fərdi yaşayış evinin tikintisi üçün hazırlanmış eskiz layihəsinin təsdiq edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2568/2018 saylı 21 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında b axaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhəri, Ünvan yerləşən 0.12 ha torpaq sahəsi Xx seriyalı *****saylı çıxarışla iddiaçı Iddiaçı xüsusi mülkiyyətindədir. Ünvan yerləşən 0.12 ha torpaq sahəsinin plan və ölçüsü AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 13.09.2013-cü il tarixdə təsdiq edilmişdir. Bakı şəhəri, Ünvan yerləşən 0.12 ha torpaq sahəsində mövcud fərdi yaşayış evinin Memarlıq-Planlaşdırma həlli “X” MMC tərəfindən layihələşdirilmişdir. İddiaçı Iddiaçı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsini xahiş etmiş, cavabdeh Səbail rayon İcra Hakimiyyətinin */**-x-***-*** saylı 28.12.20 17-ci il tarixli məktubu ilə bildirilmişdir ki, tikinti sahəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrinin müvafiq ərazisinin qüvvədə olan müfəssəl planı Səbail rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra iddiaçının müraciətinə yenidən baxıla bilər. İddiaçı Iddiaçı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Ünvan yerləşən 0.12 ha torpaq sahəsində inşa olunan fərdi yaşayış evinin tikintisi üçün hazırlanmış eskiz layihəsinin təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1207/2018 saylı 18 aprel 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisa di Məhkəməsinin 2-1(81)1207/2018 saylı 18 aprel 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2568/2018 saylı 21 noyabr 2018-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1207/2018 saylı 18 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, tikintiyə dair eskiz layihəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2568/2018 saylı 21 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kass asiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin tikintisi üçün eskiz layihəsi qanunveriicliyə əsasən layihəqabağı prosedur zamanı ərziyəə əlavə ediləcək sənədlərdən biridir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddəti əsassdız olaraq bərpa edərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, 99cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2568/2018 saylı 21 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq iddia tələbinin təmin edilməsi ba rədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2568/2018 saylı 21 noyabr 2018-ci il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Ünvan yerləşən 0.12 ha torpaq sahəsi Xx seriyalı *****saylı çıxarışla iddiaçı Idd iaçı xüsusi mülkiyyətindədir. Ünvan yerləşən 0.12 ha torpaq sahəsinin plan və ölçüsü AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 13.09.2013-cü il tarixdə təsdiq edilmişdir. Bakı şəhəri, Ünvan yerləşən 0.12 ha torpaq sahəsində mövcud fərdi yaşayış evinin Memarlıq-Planlaşdırma həlli “X” MMC tərəfindən ləyihələşdirilmişdir. İddiaçı Iddiaçı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsini xahiş etmiş, cavabdeh Səbail rayon İcra Hakimiyyətinin */**x-***-*** saylı 28.12.2017-ci il tarixli məktubu ilə bildirilmişdir ki, tikinti sahəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrinin müvafiq ərazi sinin qüvvədə olan müfəssəl planı Səbail rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra iddiaçının müraciətinə yenidən baxıla bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə on un əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Halbuki hazırkı iş üzrə cavabdehin imtinası iş materialları ilə öz təsdiqini tapmadığından iddianın mümkünlük şərtləri ödənilmir. Belə ki, cavabdeh Səbail rayon İcra Hakimiyyətinin */**x-***-*** saylı 28.12.2017-ci il tarixli məktubunda qeyd etmişdir ki, tikinti sahəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrinin müvafiq ərazisinin qüvvədə olan müfəssəl planı Səbail rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra iddiaçının müraciətinə yenidən baxıla bilər. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçın ın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2568/2018 saylı 21 noyabr 2018-ci il tarixli q ərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2568/2018 saylı 21 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar