Məhkəmə qərarları › İş №2-1(102)-1078/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1078/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1078/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Abşeron rayon Məmmədli Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmənin yardım etmək vəzifəsi, bələdiyyə torpağının ayrılması zamanı plan-ölçünün verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, İddiaçı və onun vəkili iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Məmmədli Bələdiyyəsinə qarşı “ayrılmış torpaq sahəsinin sxeminin təsdiq öhdəliyinin cavabdehin üzərinə qoyul ması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 08 yanvar tarixli 2-1(105)49/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsinin ***** saylı, xx xxxxxx 2004-cü il tarixli qərarından çıxarışa əsasən iddiaçıya fərdi evin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 2004-cü ildə Məhəmmədi kənd Bələdiyyəsi tərəfindən verilən torpağın sxeminin təsdiqlənməsini xahiş etmiş, cavabdeh xx xxxxx 2019-cu il tarixli məktubla bildirmişdir ki, Abşeron rayon Məmmədli kənd bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli qərarından çıxarış hal-hazırda hər hansı bir qərar qəbul edilməsi üçün yetərli deyildir, əlavə olaraq Dövlət Arxivindən Məmmədli Bələdiyyəsinin qərarından çıxarış, torpağın alqı-satqısına dair akt və ödəniş qəbzi təqdim edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx xxxx 2019-cu ildə ərizə ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona 2004-cü ildə cavabdeh tərəfindən verilən sxemin təsdiqlənməsinin məcbur edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə torpaq sahəsi almaq üçün Abşeron rayonu Məmmədli Bələdiyyəsinə müraciət etmiş və bələdiyyə tərəfindən ona fərdi evin tikintisi üçün 0,10 ha torpaq sahəsi verilmişdir. İddiaçıya bələdiyyə tərəfindən xx xxxxxx 2004-cü il tari xli qərardan və torpağın yerquruluşu planından çıxarış təqdim edilmiş və iddiaçı bələdiyyəyə köhnə manatla 86000 manat məbləğində pul ödəyərək ödəniş etməsini təsdiq edən sənəd verilməsini tələb etmiş, lakin sədr tərəfindən iddiaçıya bildirilmişdir ki, ona verilən qərardan çıxarış və torpağın planı torpaq sahəsinin ona satıldığını təsdiq edir, qəbzin verilməsinə ehtiyac yoxdur. İddiaçı istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsinə müraciət etmiş və həmin idarədən ona yazılı cavab verilmişdir ki, əvvəlcə İcra Hakimiyyətinin Memarlıq şöbəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyləri və torpağın sxeminin bələdiyyə tərəfindən təsdiq edilməsi zəruridir. İddiaçı ilkin olaraq Abşe ron rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə müraciət etmiş, lakin orada iddiaçıya bildirilmişdir ki, birinci olaraq bələdiyyə orqanı sxemi və qərarı möhürlə təsdiqlənməlidir ki, bundan sonra İcra Hakimiyyətinə müraciət edilsin. Bu məqsədlə iddiaçı Məmmədli Bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyədə iddiaçının sənədləri tapılmamışdır.

5. Cavabdeh iddiaya qarşı etirazında göstərmişdir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsinin səbəbi qərardan çıxarışın və dövlət arxivindən arayışın təqdim edilməməsidir.

6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1147/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim - V.Əzizova) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qəra rı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması, torpağın dəyərinin əvəlcədən ödənilməsi, yerli memarlıq və tikinti şöbəsinin və DTXK-nin rayon şöbələrinin rəyləri nəzərdə tutulmuşdur. Buna baxmayaraq, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin satılmasına dair qərar qəbul edilsə də, tərəflər arasında alqı-satqı aktı bağlanmamış, torpağın dəyərinin ödənilməsini təsdiq edən sənəd verilməmiş və yerli memarlıq və tikinti şöbəsinin və DTXK-nin rayon şöbələrinin rəyləri alınmamışdır.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(105)-49/2020 nömrəli 2020-ci il 08 yanvar tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – Z.Məmmədov, hakimlər N.Nəsibov və A.Abbasov) iddiaçının apelyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 2-1(85)-1147/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, bələdiyyə qərarı ilə o na ayrılmış sahə artıq 16 ildir ki onun istifadəsindədir, orada ev inşa etdirmiş və həmin evdə yaşayır. Bundan əlavə, sözügedən torpaq sahəsinə və evə heç kimin iddiası yoxdur. Cavabdeh tərəfindən torpaq sahəsinin plan və ölçüsü, o cümlədən bələdiyyə qərarından çıxarış ona təqdim edilmiş, lakin qəbz verilməmişdir. Lakin onun tərəfindən ödəniş edilməsəydi qərar da qəbul edilməzdi. Hazırkı mübahisənin yaranmasının yeganə əsası odur ki, iddiaçıya təqdim edilmiş sənədlər bələdiyyənin arxivində tapılmadığından bələdiyyə möhürü ilə təsdiqlənməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izah at verərək şikayətin təmin olunmasını xahiş etdilər.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ Azəbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alı nması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

16. Azəbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci bəndinin bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilirdi. Həmin maddəyə xx xxxxxx 2004-cü il tarixli 819-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən " razılığı" sözü "rəyi" sözü ilə əvəz edilmişdir. xx xxxxxxx 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 6.5ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir: torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdı rılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

17. Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası): Bənd

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bənd

4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasi təsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Bənd 11.Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; Bənd

13. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alqı-satqı qaydasında verilir; Bənd

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə a yrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; Bənd

17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; Bənd

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; Bənd

22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qər ar qəbul edir; Bənd

23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; Bənd

25. Bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; Bənd

26. Müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və mü vafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Həmin Əsasnamənin qüvvədə olan redaksiyasına əsasən: Bənd

17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; Bənd

18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; Bənd

19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti si layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır; Bənd

20. Yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır; Bənd

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir;

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçıla rının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13.1. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsin i zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) d a nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qay da olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayətləri vaxtında, yən i apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdiril məsi üçün əsaslar vardır.

22. İşin hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

23. Hazırkı iş üzrə iddiaçının tələbi ona 2004-cü ildə cavabdeh tərəfindən verilən sxemin təsdiqlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. İddia ərizəsindən və iddiaçının dəlillərindən aydın olur ki, onun hazırkı iddianı qaldırmaqda məqsədi ona cavabdeh tərəfindən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Belə ki, iddiaçı bildirmişdir ki, o, ayrılmış torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin onun müraciətindən imtina edilmiş və imtinanın səbəbi kimi torpağın sxeminin təsdiqlənməmiş olması göstəri lmişdir.

24. İddiaçı torpaq sahəsinin ona ayrılmasına dair məhkəməyə Məhəmmədi kənd Bələdiyyəsinin 2004-cü il tarixli qərarından çıxarışı təqdim etmişdir. Belə olan halda, işə baxan apelyasiya instansiya məhkəməsi ilk növbədə iddiaçıya bələdiyyə qərarı ilə həqiqətən torpaq sahəsi ayrılıb-ayrılmamasını müəyyən etməli, təqdim edilmiş bələdiyyə qərarının həqiqiliyinin yoxlanılması istiqamətində araşdırma aparmalı idi. Belə bir araşdırmanın aparılması həmçinin ona görə tələb olunur ki, cavabdeh özünün xx xxxx 2019-cu il tarixli məktubunda qərarla bağlı dövlət arxivindən arayışın verilməli olduğunu bildirmişdir. Əgər iddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə qərarının mötəbərliliyi təsdiq olunursa, bu zaman iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməyə subyektiv hüququnun da olması müəyyən olunur.

25. Bundan sonra iddiaçıya düzgün iddia tələbi ilə məhkəməyə müraciət etməli olması istiqamətində yardım edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, plan və ölçünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən görülməli işlər bələdiyyə torpağının ayrılması prosesinin tərkib hissəsi olan bir prosesdir və müstəsna olaraq bələdiyyənin özü tərəfindən məcburi qaydada həyata keçirilməlidir. Beləliklə, əgər torpaq sahəsi ayrılarkən proses sonadək qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmamışsa, iddiaçı torpaqayrıma prosesinin qanunvericiliklə müəyyən edilmiş qaydada sona çatdırılmasını tələb etmək hüququna malikdir.

26. Odur ki, təkrar apelyasiya baxışı zamanı iddiaçının hüquqi marağına xidmət edən düzgün iddia ilə çıxış etməsini təmin etmək üçün həm işin halları tərəflərlə hərtərəfli müzakirə olunmalı, həm də qanu nvericiliyin göstərilən normaları nəzərə alınmalıdır.

27. Hazırkı iş üzrə cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinasının əsasını torpağın alqı-satqı aktının, ödəniş qəbzinin, Məmmədli bələdiyyəsinin qərarından çıxarışa dair dövlət arxivindən arayışın təqdim edilməməsi təşkil edir. Halbuki, qeyd olunmalıdır ki, bələdiyyə inzibati orqan kimi torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraat aparmalı, həmin icraatın gedişində toplanılmış sənədləri özündə saxlamalıdır. Əgər cavabdeh iddiaçıya aid sənədləri tapmaqda çətinlik çəkirsə, bu zaman inzibati orqan kimi özü dövlət arxivinə müraciət etməli, sənədlərin olmamasının səbəblərini (məhv edilmə, korlanma və s.) araşdırmalı və onların bərpa edilməsi məsələsinə baxmalıdır. Belə bir yükün iddiaçının üzərinə qoyulması yolverilməzd ir. Çünki, iddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə qərarından çıxarışın həqiqi olmaması sübuta yetirilməyənədək həmin sənəd mötəbər hesab olunur və çoxun azı ehtiva etməsi prinsipinə uyğun olaraq ondan əlavə sənədlərin tələb edilməsinə zərurət qalmır.

28. Yuxarıda göstərilənlərə və İPM-in 96.5 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 08 yanvar tarixli 21(105)-49/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar