Məhkəmə qərarları › İş №2-1(102)-1078/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1078/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1078/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********, qeydiyyata alınma tarixi:xx.xx.2016) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-164/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində "xxxx" MMC, təchizatçı qismində “GHİ Solutions GMBH” arasında 09 aprel 2019-cu il tarixində LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsi bağlanmışdır.

2. İddiaçı tərəfindən gömrük orqanlarına təqdim edilmiş 17 avqust 2019-cu il tarixli, **********0493 saylı gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı təqdim edilən mal-müşayiət sənədlərinə (göndərən ölkənin ixrac gömrük bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların “X1 GMBH” şirkəti tərəfindən göndərilməs i müəyyən edilmişdir.

3. Cavabdeh orqanın 30 avqust 2019-cu il tarixli, 1000-160/1xx-xx/018869 nömrəli və 10 oktyabr 2019-cu il tarixli, 160/1xx-xx/021928 nömrəli məktublarında qeyd olunmuşdur ki, İddiaçı MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuş 17 avqust 2019-cu il tarixli **********0493 saylı gömrük bəyannaməsi ilə birgə LMAZ20l904, 02 nömrəli üçtərəfli lizinq müqaviləsi təqdim edilmişdir. Qeyd olunan müqavilədə lizinq verən – İddiaçı MMC, lizinq alan – "xxxx" MMC və mal satan – “GHİ Solutions GMBH” kimi təqdim edilmişdir. Lakin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 157-ci maddəsinə əsasən təqdim olunmuş gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı təqdim edilən mal-müşayiət sənədlərinə (göndərən ölkənin ixrac gömrük bəyannaməsi, mənşə sertifi katı, daşınma sənədləri) əsasən malların LMAZ201904, 02 nömrəli lizinq müqaviləsinin subyekti kimi çıxış etməyən “X1 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747-1-ci və 747-5-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla, Azərbaycan Respublikası Vergi və Mülki Məcəllələrinin tələblərinə əsasən qeyd olunan idxal əməliyyatı üzrə mallar lizinq müqaviləsinin obyekti hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması, iddiaçıya məxsus rəsmiləşməsi yekunlaşmayan yüklərin rəsmiləşməsinə icazə verilməsi, yüklərin ƏDV-nin ödənilməsin dən azad olunması səbəbilə ƏDV ödənilmədən buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulan 4.184,32 manat məbləğində ziyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində "xxxx" MMC, təchizatçı qismində “GHİ Solutions GMBH” arasında 09 aprel 2019-cu il tarixində LMAZ201904,02 saylı maliyyə lizinqi müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə 4 adda olan yük (1 ədəd SİRONA İNTEGO CS markalı, 1 ədəd SİRONA İNTEGO PRO markalı, 1 ədəd MCX5 markalı, 1 ədəd suction unit (230V) bormaşınlar və digər stomatoloji avadanlıq) 08 avqust 2019-cu il tarixdə Bakı şəhərinə İddiaçı MMC adına idxal edilmişdir. Yük təyinatı üzrə Bakı Baş Gömrük İdarəsi nə verilmişdir. İddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsinə başlanılmış və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, tələb olunan bütün lazimi sənədlər təqdim olunmuş və ödənişlər aparılmasına baxmayaraq, yükün buraxılmasına icazə verilməmişdir. Cavabdeh tərəfindən yükün buraxılmamasına səbəb kimi, iddiaçıdan əsassız və qanunazidd şəkildə ƏDV ödənilməsi tələb olunmuşdur. Halbuki Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı ƏDV ödənilməsindən azaddır. Hazırkı vəziyyətdə yük, lizinq müqaviləsindən də göründüyü kimi, lizinq predmetidir, buna görə də ƏDV-yə cəlb olunmamalıdır. Gömrük rəsmiləşdirilməsi aparıla bilmədiyi üçün yüklər müvəqqəti saxlanca verilmişdir və gömrük orqanına bildirilmişdir ki, qurumun bu hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya külli miqdarda ziyan dəyməkdədir və bu ziyanın da həcmi yüklər rəsmiləşənədək gündən günə artacaqdır və ziyan gömrük orqanından tələb ediləcəkdir. xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən 1508/2019 saylı məktubla cavabdehə məhkəməyəqədər son müraciəti edilmiş və yükün buraxılması xahiş olunmuş, MMC-nın günbəgün ziyanla üzləşməsi onların nəzərinə çatdırılmışdır. Həmin məktuba cavab vermək əvəzinə cəmiyyətə xx.xx.2019-cu il tarixində eyni məzmunlu elektron müraciətə cavab olaraq bildirilmişdir ki, guya idxal edilmiş mallar lizinq müqaviləsinin obyekti deyildir. Bu səbəbdən iddiaçı ƏDV ödəməlidir.

6. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək cavabdehin **********0949 saylı gömrük bəyannaməsi üzrə iddiaçıdan 25.068,85 manat məbləğində ƏDV-nin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi, 25.068,85 manat məbləğində ƏDV artıq ödəmə hesab edilməklə, həmin məbləğin geri qaytarılmasına dair cavabdehin təsdiq edilmiş rəyinin Maliyyə Nazirliyinə təqdim edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının üzləşdiyi 4.184,32 manat demuraj (yəni 9 gün ərzində boş dayanma) məbləğinin, 510 manat hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən məbləğin, 276,58 manat terminal saxlanc xidmətlərinə görə ödənilən məbləğin, 778,80 manat saxlanc bəyannaməsinə görə ödənilən məbləğin, iddiaçı tərəfindən 4.178,33 manat "xxxx" MMCyə ödənilən kompensasiya məbləğinin, 63.923,40 manat iddiaçının əldən çıxmış faydasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qo yulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək qeyd etmişdir ki, LMAZ201904.02 nömrəli xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində "xxxx" MMC, təchizatçı qismində “GHİ Solutions GMBH” şirkətidir. İddiaçı tərəfindən gömrük orqanlarına təqdim edilmiş xx.xx.2019-cu il tarixli **********0493 saylı gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı təqdim edilən mal-müşayiət sənədlərinə (göndərən ölkənin ixrac gömrük bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların LMAZ201904.02 nömrəli lizinq müqaviləsinin subyekti kimi çıxış etməyən “X1 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilmişdir. İddiaçının ƏDV ödənilmədən gömrük rəsmiləşdirilməsi ni arzuladığı əmlak müqavilə subyekti olmayan şəxs tərəfindən göndərilmiş əmlak olduğundan, həmin əmlakın lizinq müqaviləsinin obyekti olan əmlak kimi qəbul edilməsi istisna edilməlidir. İddia tələbinin zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, tələbin qeyd edilən hissəsi əsas tələb olunan rəsmiləşdirilməsi yekunlaşmayan yüklərin rəsmiləşdirilməsinə icazə verilməklə yüklərin ƏDV ödənilməsindən azad olunması səbəbi ilə ƏDV ödənilmədən buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsindən bilavasitə asılı olduğundan və həmin hissə qeyd edilənlərdən göründüyü kimi əsassız olduğundan iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Həmçinin Gömrük Məcəlləsinin 157-ci maddəsinə əsasən təqdim olunmuş gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zaman ı təqdim edilən mal-müşayiət sənədlərinə (göndərən ölkənin ixrac gömrük bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların LMAZ201904.02 nömrəli lizinq müqaviləsinin subyekti kimi çıxış etməyən “X1 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edildiyindən, Mülki Məcəllənin 747-1 və 747-5-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən də Vergi Məcəlləsinin və Mülki Məcəllənin tələblərinə əsasən qeyd olunan idxal əməliyyatı üzrə mallar lizinq müqaviləsinin obyekti hesab olunmur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 09 aprel 2019-cu il tarixində bağlanmış LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsində Lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində "xxxx" MMC, təchizatçı qismində “GHİ Solutions GMBH” göstərildiyi halda, iddiaçı tərəfindən gömrük orqanlarına təqdim edilmiş xx.xx.2019-cu il tarixli, **********0493 saylı gömrük bəyannaməsində göstərilən məlumatlara əsasən, həmin müqavilədə göstərilən malların müqavilə tərəfi olmayan digər bir hüquqi şəxs “X1 GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilmişdir. Belə olan halda da həmin əmlaklar gömrük rəsmiləşdirilməsində 09 aprel 2019-cu il tarixində bağlanmış LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsi üzrə lizinq predme ti kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən, Dövlət Gömrük Komitəsinin **********0949 saylı gömrük bəyannaməsi üzrə İddiaçı MMC-dən 25.068,85 manat məbləğində ƏDV-nin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və 25.068,85 manat məbləğində ƏDV artıq ödəmə hesab edilməklə həmin məbləğin geri qaytarılmasına dair DGK-nin təsdiq edilmiş rəyinin Maliyyə Nazirliyinə təqdim olunması barədə iddiaçının tələbi təmin oluna bilməz. İddiaçının iddia tələbinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində cəmiyyətin üzləşdiyi ziyana görə kompensasiyanın, yəni 4.184,32 manat demuraj məbləğinin, 510 manat hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən məbləğin, 276,58 manat terminal saxlanc xidmətlərinə görə ödənilən məbləğin, 778,80 manat saxlanc bəyannaməsinə görə ödənilən məbləğin, 4.1 78,33 manat İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilən kompensasiya məbləğinin, əldən çıxmış faydaya görə 63.923,40 manat məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-164/202 2 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)1059/2021 saylı qərarının ləğv olunması, iş üzrə yeni qərar qəbul olunaraq iddiaçının iddiasının qismən təmin edilməsi, Dövlət Gömrük Komitəsinin **********0949 saylı gömrük bəyannaməsi üzrə iddiaçıdan 25.068,85 manat məbləğində ƏDV-nin tutulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi, 25.068,85 manat məbləğində ƏDV artıq ödəmə hesab edilməklə, həmin məbləğin geri qaytarılmasına dair cavabdehin təsdiq edilmiş rəyinin Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə q oyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının üzləşdiyi 5.749,70 manat zərərə görə kompensasiya (4.184,32 manat demuraj (yəni 9 gün ərzində boş dayanma)) məbləği; 510 manat hüquqi xidmətlərin göstərilməsi üçün ödənilən məbləğ; 276,58 manat terminal saxlanc xidmətlərinə görə; 778,80 manat saxlanc bəyannaməsi haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı lizinq müqaviləsinin predmetinin təmin olunması məqsədilə “GHİ Solutions GMBH” ilə qanunvericiliyə zidd olmayan müqavilə bağlamışdır. Müqaviləyə əsasən “X1 GMBH” şirkətinin istehsalı olan malın beynəlxalq qaydada qəbul olunmuş İNCOTERMS CİP qaydalarına uyğun olaraq ona çatdırılmasını tələb etmişdir. Malın ödənişi də məhz “GHİ Solutions GMBH”-ə olunmuşdur. “GHİ Solutions GMBH” müqavilənin təmin olunması məqsədilə əməkdaşlıq etdiyi (aralarında bağlanmış müqaviləyə əsasən) “X1 GMBH”-dən malın alıcıya çatdırılmasını tələb etmişdir. Mal qanunvericiliyə uyğun şəkildə satıcı tərəfindən iddiaçıya çatdırılmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş qaydada bəyan edilməsinə baxmayaraq, cavabdeh qanunsuz olaraq ondan **********0949 saylı gömrük bəyannaməsi üzrə 25.068,85 manat məbləğində ƏDVnin tutulmasına dair qərar qəbul etmişdir. Ona görə də Dövlət Gömrük Komitəsinin **********0949 saylı gömrük bəyannaməsi üzrə iddiaçıdan 25.068,85 manat məbləğində ƏDV-nin tutulmasına dair hərəkətləri qanunsuz hesab edilməlidir. Eyni zamanda, cavabdehin qanunsuz hər əkətləri nəticəsində iddiaçı tərəfindən sübut olunmuş aşağıdakı zərərlər onun xeyrinə cavabdehdən tutulmaldır: 4.184,32 AZN demuraj məbləği (belə ki, “GHİ Solutions” şirkəti tərəfindən demuraj, yəni 9 gün müddətində boşdayanma ilə bağlı yaranmış zərər məbləğinin - 2.250,00 AVRO = 4.184,32 AZN (xx.xx.2019-cu il tarixinə məzənnə 1 AVRO = 1.8597 AZN) ödənilməsinə dair hesab-faktura təqdim etmişdir), 276,58 AZN Terminal saxlanc xidmətlərinə görə ("xxxx" MMC tərəfindən qəbz mövcuddur), 778,80 AZN Saxlanc bəyannaməsinə görə (yəni malların saxlancda saxlanması və saxlanca buraxılması üçün ayrıca bəyannamə tərtib olunur, həmin bəyannamənin kodu 61 adı altında kodlaşdırılır), 510 AZN Hüquqi xidmətlərin göstərilməsi (19 saylı vəkil bürosu ilə İddiaçı MMC arasında hazırki inzibati iş üzrə məhkəmədə h üquqi yardım göstərilməsi üçün 631 saylı müqavilə imzalanmış və qeyd edilən məbləğ ödənilmişdir (təsdiqedici sənəd elektron qaimə) üçün ödənilən məbləğlər. Lakin iddiaçı tərəfindən aşağıda qeyd olunmuş zərərlərin ona vurulması iş materiallarına əsasən sübut olunmadığından iddia həmin hissədə təmin olunmamalıdır: 4.178,33 AZN İddiaçı MMC tərəfindən "xxxx" MMCyə ödənilən kompensasiya məbləği (müqavilə öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə cərimə məbləği, yəni İddiaçı MMC müqavilə üzrə öhdəlik götürmüşdür ki, malları xx.xx.2019-cu il tarixində təhvil verəcək, lakin bu mümkün olmadığından faktiki təhvil tarixi xx.xx.2019-cu il tarixində-yəni malların gömrük rəsmiləşməsi ilə həyata keçirilmişdir. Beləliklə, "xxxx" bu avadanlıqlardan vaxtında istifadə edərək bəhər gö türə bilmədiyi üçün itirdiyi məbləği İddiaçı MMC ona cərimə kimi qarşılamışdır), 63.923.40 AZN İddiaçı MMC-nin əldən çıxmış faydası (sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir hüquqi şəxs kimi İddiaçı MMC digər sahibkarlıq subyektinə oxşar şərtlərlə lizinq müqaviləsi bağlanması barədə ofertanı rədd etmişdir. Səbəb gömrük komitəsinin bu qeyri-müəyyən mövqeyi olmuşdur. Yəni normal mülki dövriyyədə müqavilə bağlanmaqla qeyd edilən məbləğdə gəlir əldə etmək imkanı olacaqdı, lakin cavabdehin bu cür qanunsuz hərəkətləri iddiaçını digər müqaviləni imzalamaqdan imtina etməyə vadar etmişdir).

14. İddiaçı və cavabdeh qərardan kassasiya şikayəti vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Cavabdehin kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti işin faktiki halları və cavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə qarşı etiraz məktubu ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini təmin edərkən mövcud qanunvericiliyin lizinq müqaviləsini başqa, iki şəxsin arasında bağlanmış alqı-satqı müqaviləsinin isə başqa formada tənzimlənməsini nəzərə almamışdır.

16. Məhkəmə kollegiyası prosessual normaların tələblərini nəzərə almamışdır. Müqavilənin tərəfi olmayan “X1 GMBH” şirkətinə sorğu göndərdiyi halda sorğuya verilmiş cavabın iddianın təmin olunması ilə əlaqəsini əsaslandırmamışdır.

17. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddiaçının iddiasını təmin etdiyi halda cavabdehin hansı qanun normasını pozmasından da bəhs etməmişdir. İddiaçı nın kassasiya şikayətinin dəlilləri

18. İddiaçı Mülki Məcəllənin 21, 1115, 1096, 1097-ci maddələrinə istinad edərək iş üzrə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçının kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən təqdim olunmuş etirazda işin faktiki halları qeyd olunmuş və Gömrük Məcəlləsinin 157.1, 157.2-ci, Mülki Məcəllənin 747-1.1, 747-1.5-ci, Vergi Məcəlləsinin 164.1.25-ci maddələrinə istinad edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Maddə

157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəy an edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 157.2. Gömrük bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir. 157.3. Yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə istifadə olunur.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.3. Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər. 748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onu n sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır....

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

164. Vergi ödəməkdən azad edilmə 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aş ağıdakı növlərindən ƏDV tutulmur:... 164.1.25. lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı;...

23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdı rılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAX İŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vaci b hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddiaçının və cavabdehin müvafiq olaraq apellyasiya şikayətinin və iddiaya dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təm in edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, müqaviləyə əsasən təchizatçı qismində “GHİ Solutions GMBH” göstərildiyi halda, iddiaçı tərəfindən gömrük orqanlarına təqdim edilmiş 17 avqust 2019-cu il tarixli, **********0493 saylı gömrük bəyannaməsində göstərilən məlumatlara əsasən həmin müqavilədə göstərilən malların müqavilə tərəfi olmayan “X1 GMBH” şirkəti tərəfindən göndərilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya mə hkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 yanvar 2017-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, mövcud qanunvericilik lizinq müqaviləsinin üçtərəfli saziş olmasını nəzərdə tutur. Lizinq sövdələşməsinin iştirakçıları lizinq verən (lizinq şirkəti), lizinq alan və lizinqə veriləcək avadanlığın satıcısıdır. Lizinq sövdələşməsində ən azı iki müqavilənin bağlanması və ya bir üçtərəfli müqavilənin bağlanması nəzərdə tutulur: lizinq verən (lizinq şirkəti) və lizinq alan arasında (müştəri) lizinq müqaviləsinin bağlanması - lizinq alanın müraciəti təsdiq edildikdən sonra lizinq verən və lizinq alan arasında lizinq müqaviləsi bağlanır; alqı-satqı müqaviləsinin bağlanması - lizinq verən və avadanlığın satıcısı (mal verən) arasında alqı-satqı müqaviləsi bağlanır. Lizinq verən satıcı ilə alqı-satqı müqaviləsini lizinq alanın marağına əsasən bağlayır. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Eyni zamanda, lizinq əməliyyatı özündə həm də satış elementini daşıyır. Bundan başqa, lizinq verən lizinq müqaviləsi bağlamazdan əvvəl lizinq məqsədi üçün lizinq obyekt ini əldə edə və ya hazırlaya bilər.

32. Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalından ƏDV tutulmur.

33. Hazırkı iş üzrə 09 aprel 2019-cu il tarixində bağlanmış LMAZ201904.02 saylı maliyyə lizinqi müqaviləsində lizinq verən qismində İddiaçı MMC, lizinq alan qismində "xxxx" MMC, təchizatçı qismində “GHİ Solutions GMBH” olması işin mübahisələndirilməyən halıdır.

34. Mübahisə, müqaviləyə əsasən təchizatçı qismində “GHİ Solutions GMBH” göstərildiyi halda, iddiaçı tərəfindən gömrük orqanlarına təqdim edilmiş 17 avqust 2019-cu il tarixli, **********0493 saylı gömrük bəyannaməsində göstərilən məlumatlara əsasən həmin müqavilədə göstərilən malların müqavilə tərəfi olmayan digər bir hüquqi şəxs, “X1 GMBH” şirkəti tərəfindən göndərilməs i ilə bağlıdır.

35. İş üzrə aşağı instansiya məhkəmələri tərəfindən aparılmış icraat zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən “GHİ Solutions GMBH”-dən müqavilə üzrə alınması nəzərdə tutulmuş mallar, 09 aprel 2019-cu il tarixli, ******* saylı müqavilənin təmin olunması üçün həmin malların istehsalçısı “X1 GMBH” şirkəti tərəfindən “GHİ Solutions GMBH”-in sifarişinə əsasən lizinq verənə, yəni iddiaçıya göndərilmişdir.

36. İş materiallarına əlavə edilmiş SWİFT sənədinə əsasən lizinq obyektini təşkil edən malların 72.759,00 AVRO məbləğində dəyərinin İddiaçı MMC tərəfindən “GHİ Solutions GMBH” şirkətinə ödənildiyi müəyyən olunmuşdur.

37. İddiaçı lizinq müqaviləsinin predmetinin təmin olunması məqsədilə “GHİ Solutions GMBH” ilə qanunvericiliyə zidd olmayan müqavilə bağlamış, müqaviləyə əsasən “X1 GMBH” şirkətinin istehsalı olan malın beynəlxalq qaydada qəbul olunmuş İNCOTERMS CİP qaydalarına uyğun olaraq ona çatdırılmasını tələb etmişdir. Malın dəyəri də iddiaçı tərəfindən məhz “GHİ Solutions GMBH”-ə ödənilmişdir. “GHİ Solutions GMBH” müqavilənin təmin olunması məqsədilə əməkdaşlıq etdiyi (aralarında bağlanmış müqaviləyə əsasən) “X1 GMBH”-dən lizinq obyekti olan malın alıcıya çatdırılmasını tələb etmişdir. Qeyd olunan malların qanunvericiliyə uyğun şəkildə iddiaçıya çatdırılması satıcı tərəfindən təmin edilmişdir.

38. Məhkəmə kollegiyası həmçinin cavabdehin kassasiya şikayətinin iddianı təmin edən apelyasiya məhkəməsinin cavabdehin hansı normanı pozmasından bəhs etməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh bu Qərarın 20-ci bəndində istinad olunan normal arın (Mülki Məcəllənin 748-1-ci maddəsinin) təfsirində və lizinq müqaviləsinin təmin olunması məqsədi ilə satıcının sifarişi əsasında istehsalçı şirkət tərəfindən müqavilə obyektinin lizinq verənə göndərilməsinin mümkünlüyünün qiymətləndirilməsində və nəticə etibarı ilə bu Qərarın 31-ci bəndində istinad edilən normanın (Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalından ƏDV tutulmur) tətbiqində səhvə yol vermişdir. Nəzərə almaq lazımdır ki, istinad olunan normalar lizinq müqaviləsinin tərəfi olan satıcının (hazırkı mübahisəyə münasibətdə təchizatçı “GHİ Solutions GMBH”) sifarişi (müqavilə və ya əməkdaşlıq) əsasında həmin müqavilənin obyekti olan malın istehsalçı tərəfindən birbaşa lizinq verənə (hazırkı mübahisəyə münasibətdə İddi açı MMC) göndərilməsi imkanını istisna etmir. Bu qaydada göndərilən mallar da lizinq müqaviləsinin tərəfi olan satıcı tərəfindən təqdim olunmuş mallar kimi qiymətləndirilməli və həmin mallara münasibətdə də lizinq müqaviləsinin obyekti hesab olunan mallara tətbiq olunan normalar tətbiq edilməlidir.

39. Həmçinin məhkəmə kollegiyasi hesab edir ki, iddiaçı tərəfindən "xxxx" MMCyə 4.178,33 manat məbləğində kompensasiyanın ödənilməsi, İddiaçı MMC-yə əldən çıxmış fayda kimi 63.923.40 manat məbləğində zərərin vurulması iş üzrə materiallarla sübut olunmadığından, iddianın həmin hissədə təmin olunmaması ilə bağlı apelyasiya məhkəməsinin qərarı əsaslıdır. Nəzərə almaq lazımdır ki, həmin halların sübut olunması iddiaçının məsuliyyət sferasına aiddir və iddiaçı həmin halları təsdiq edən sənədləri təqd im etməyə və əvəzini tələb etdiyi zərərin vurulmasını sübut etməyə borcludur. İddiaçı tərəfindən qeyd edilən halların sübut olunduğu iş materialları ilə təsdiq olunmur.

40. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

42. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instan siyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-164/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar