Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1078/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: faiz borcunun silinməsi) 25.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “faiz borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2-1(103)-1994/2023 nömrəli qərarından iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən, onun xx.xx.2021ci il tarixə 87537,70 manat məbləğində faiz borcu (Torpaq vergisi üzrə xx.xx.2016-cı il tarixə 113,43 manat, xx.xx.2016-cı il tarixə 113,43 manat, xx.xx.2017-ci il tarixə 90,12 manat, xx.xx.2017-ci il tarixə 61,53 manat, xx.xx.2018-ci il tarixə 113,42 manat, xx.xx.2018-ci il tarixə 113,41 manat, xx.xx.2019-cu il tarixə 113,73 manat, xx.xx.2019-cu il tarixə 95,09 manat; bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə xx.xx.2017-ci il tarixə 19232,53 manat, xx.xx.2017-ci il tarixə 16344,06 manat, xx.xx.2017-ci il tarixə 10384,06 manat, xx.xx.2018-ci il t arixə 10994,61 manat, xx.xx.2018ci il tarixə 3366,36 manat, xx.xx.2018-ci il tarixə 26401,91 manat, cəmi 87537,70 manat) mövcuddur.
2. İddiaçı mövcud borcun araşdırılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, hesablanmış faizlər Vergi Məcəlləsinin 59.1-ci və 88-ci maddələrinin tələblərinə uyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 87537,70 manat faiz borcunun silinməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə müəssisənin 141298,58 manat əsas borcu, 81834,97 manat faiz borcu mövcud olmuşdur. xx.xx.2018-ci il tarixdə 109985 manat vergi borcu (28150,03 manat əsas borc, 81834,97 manat faiz borcu) ödənilmiş və həmin tarixə müəssisənin 113642,40 manat əsas borcu qalmış, faiz borcu isə qalmamışdır. Buna baxmayaraq, xx.xx.2018-ci il tarixdə müəssisəyə 117391,42 manat məbləğində əsas borc, 52220,71 manat məbləğində isə faiz borcu hesablanmışdır. Şəxsi hesab vərəqəsində həmin borcun xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsinə əsasən hesablandığı qeyd olunsa da, müəssisə ilə bağlı həmin tarixdə heç bir məhkəmə qətnaməsi olmamışdır. xx.xx.2018-ci il tarixdə müəssisə tərəfindən 59940 manat məbləğində vergi borcu ödənilmiş, əsas borc üzrə 50492,86 manat qalmış, lakin xx.xx.2018-ci il tarixdə hesablanmış 52220,71 manat faiz borcu 5 ay 10 gün ərzində artaraq 73756,41 manat olmuşdur. xx.xx.2019-cu il tarixdə əsas borc sabi t qalaraq 50492,86 manat olsa da, faiz borcu artaraq 81864,94 manat olmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçıya 87537,70 manat faiz borcu hesablaması tamamilə qanunsuz və əsassızdır.
5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixə 87537,70 manat məbləğində faiz borcu mövcuddur. İddiaçı xx.xx.2018-ci il tarixdə faiz borcunun tam ödənildiyini, həmin dövr üzrə 113642,40 manat əsas borcunun qaldığını iddia etsə də, qeyd edilməlidir ki, əsas borc tam ödənilmədikdə faiz borcunun ödənilməsi mümkün deyil. Digər tərəfdən, xx.xx.2018-ci il tarixdə həyata keçirilən 109985 manat məbləğində ödəniş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış 66634,08 manat əsas verginin məbləğinə aid edilmiş, qalan 43350,92 manat vəsait isə həmin tarixdə mövcud olan 102313,98 manat faiz borcuna qismən yönəldilməklə, həmin dövrə 58963,06 manat faiz borcu qalmışdır. Qeyd edilənlər şəxsi hesab vərəqəsi ilə də öz təsdiqini tapır. Beləliklə, hesablanmış faiz borcunun silinməsi üçün hər hansı əsas mövcud deyil.
6. İddiaçının müvafiq vergi borcları üzrə məbləğlərə, o cümlədən xx.xx.2018-ci il tarixədək yaranmış vergi borcuna görə sonrakı ödəmələr də nəzərə alınmaqla, vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsində əks olunmuş faiz borcunun düzgün hesablanmasının müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ə dliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/7657 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iddiaçının müvafiq vergi borcları üzrə məbləğlərə, o cümlədən xx.xx.2018-ci il tarixədək yaranmış vergi borcuna görə sonrakı ödəmələr də nəzərə alınmaqla, vergi ödəyicisi kimi şəxsi hesab vərəqəsində əks olunmuş faiz borclarının düzgün hesablanmaması müəyyən olunur. Həmçinin, iddiaçının şəxsi hesab vərəqəsinin son yazılış tarixinə, yəni xx.xx.2021-ci il tarixə faiz borcu 30018,09 manat müəyyən edilir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 14 mart 2022-ci il tarixli, 21(112)-910/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya hesablanmış 57519,61 manat faiz borcunun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli ekspert rəyinin nəticəsi ilə razılaşaraq hesab etmişdir ki, iddia qismən əsaslıdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Mirzə Tağızadə) 08 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2231/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /məruzəçi/, Nigar Rəsulbəyova və İlqar Hüseynov) 03 fevral 2023-cü il tarixli, 2-1(102)-156/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən – iddia tələbinin təmin edilən (57519,61 manat faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) hissəsində ləğv edilmiş və eyni hissədə təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hi ssədə təmin edilməmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə qərar qəbul edən və iddianı qismən təmin edən aşağı instansiya məhkəmələri ekspert rəyinə istinad etmişlər. İstinad olunan ekspert rəyində isə mövcud əsas vergi borcu və faiz borcunun məbləği müəyyən edilərkən Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbləri nəzərə alınmamış, aparılmış ödənişlər birbaşa faiz borcuna aid edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən, vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, iddiaçının faiz borcunun mə bləği aşağı instansiya məhkəmələri tərəfindən hərtərəfli araşdırılmamış, mötəbər olmayan ekspert rəyi əsas götürülməklə qərar qəbul edilmişdir. Odur ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi xx.xx.2021-ci il tarixə mövcud olan 87537,70 manat faiz borcunun tərkibini araşdırmalı, aparılan ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq silinməli olmasını nəzərə almaqla, faiz borcunun əsaslılığına qiymət verməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. İş üzrə təkrar apellyasiya icraatı zamanı yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/5427 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan şəxsi hesab və faiz hesablanmasının açıqlaması vərəqələrində xx.xx.2021-ci il tarixinə göstərilmiş 87537,70 manat məbləğində faiz borcunun tərkibi həmin vərəqələrdən göründüyü kimi, BTFSV, torpaq vergisi və xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi (yəni xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə azaldılmış məbləğə sonradan yenidən hesablama verilmişdir) ilə hesablanmış məbləğlərdən ibarət olmuşdur. Lakin iş materiallarında həmin məhkəmə qətnaməsi mövcud deyildir. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan şəxsi hesab vərəqəsi və faiz hesablanmasının açıqlaması vərəqələrində xx.xx.2018-ci il tarixinə faiz borcu fərqli olmuşdur. Belə ki, iş materialında öz əksini tapmış şəxsi hesab vərəqəsində xx.xx.2018-ci il tarixinə faiz borcunun olmadığı, faiz hesablanmasının açıqla ması vərəqəsində isə həmin tarixə faiz borcunun 60800,76 manat olduğu göstərilmişdir. Həmçinin qeyd edilir ki, xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi iş materiallarında mövcud deyildir. Bu səbəblərdən də iddiaçının Vergi Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuş ödəmə ardıcıllığı nəzərə alınmaqla və şəxsi hesab vərəqəsi və faizlər üzrə hesablama cədvəlinin müqayisəli tədqiqi aparılmaqla xx.xx.2018-ci il tarixə faiz borcunun nə qədər təşkil etməsinin dəqiq məbləğini müəyyən etmək mümkün olmadı.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 14 noyabr 2023-cü il tarixli, 2-1(103)-1994/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd olunmuş, birinci instansiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyini tədqiq edərək qeyd etmişdir ki, ekspert 87537,70 manat məbləğində faiz borcunun tərkibinin BTFSV, torpaq vergisi və xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi (yəni xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə azaldılmış məbləğə sonradan yenidən hesablama verilmişdir) ilə hesablanmış məbləğlərdən ibarət olması nəticəsinə gəlmişdir. Lakin ekspert iş materialları əsasında dəqiq faiz məbləğini müəyyən edə bilməmişdir. Bu mənada məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşmır.
19. Məhkəmə kollegiyası nəz ərə alır ki, iş materiallarının 1-ci cildinin 89-94-cü vərəqlərində olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 21(81)-4314/2016 nömrəli qərarı xx.xx.2017-ci il tarixdə iddiaçının şəxsi vərəqəsinə işlənildiyindən xx.xx.2017-ci il tarixli qətnamə kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Vergilər nazirinin xx.xx.2018-ci il tarixli, **********501600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları”nın 3.8-ci bəndində şəxsi hesab vərəqəsinin növü kimi “faiz hesablanması məqsədləri üçün” istifadə edilən vərəqə öz əksini tapmışdır və faiz hesablamaların açıqlaması həmin vərəqədə öz əksini tapır.
20. İddiaçının “faiz hesablanması məqsədləri üçün” vərəq əsinin iş materiallarında olmasına baxmayaraq, ekspert tərəfindən həmin vərəqə ümumiyyətlə nəzərə alınmamışdır. Belə ki, həmin vərəqəyə əsasən xx.xx.2018-ci il tarixinə (109985 manatın ödənildiyi tarixə) vergi ödəyicisinin 66634,08 manat ödəmə müddəti çatmış əsas borcu və 102313,98 manat faiz borcu mövcud olmuşdur. xx.xx.2018-ci il tarixdə həyata keçirilən 109985 manat məbləğində ödəniş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə hesablanmış 66634,08 manat əsas verginin məbləğinə aid edilmiş, qalan 43350,92 manat vəsait isə həmin tarixə mövcud olan 102313,98 manat faiz borcuna qismən yönəldilməklə, həmin dövrə 58963,06 manat faiz borcu qalmışdır (66634,08+43350,92=109985).
21. Eyni zamanda, ödənişin faiz borcuna qismən aid edilməsi ndən sonra qalan 58963,06 manat faiz borcunun üzərinə 2016-cı ilin 1-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi (BTFSV) üzrə bəyan edilmiş 134580,6 manat verginin 65630 manat hissəsinin ödənişinin 28 gün ərzində gecikdirilməsinə görə əlavə olaraq 1837,7 manat faiz borcu hesablanmış, xx.xx.2018-ci il tarixinə vergi ödəyicisinin faiz borcu 60800,76 manat təşkil etmişdir. Qeyd edilən tarixdə 2016-cı il üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin 110432,86 manat hissəsinin ödəniş müddəti çatmış, vergi borcu ödənilmədiyinə görə faizlərin hesablanması davam etdirilmişdir.
22. Vergi ödəyicisinin vergiləri torpaq vergisi və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2016-cı il üzrə sadələşdirilmiş ve rgidən (BTFSV) ibarət olmuşdur. Həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edir, həmin maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir. Vergi ödəyicisinin vergilər üzrə vərəqəsinə nəzər yetirdikdə (yazılış tarixi xx.xx.2016-cı il) BTFSV 2016-cı il üzrə müvafiq hesablamaların aparıldığı görsənir və həmin tarixə vergi ödəyicisinin “qalıq” qrafasında 1218812,87 manat borc əks edilmişdir. Lakin “ödəmə tarixi” qrafasında həmin verginin rüblər üzrə son ödəniş tarixi əks olunur ki, faizlərin hesablanması da məhz ödəmə tarixi əsas götürülərək həyata keçirilir.
23. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “vergilər üzrə” və “faiz hesablanması məqsədləri üçün” istifadə edilən vərəqələr arasında fərq də məhz bu səbəbdən yaranmışdır: vergilər üzrə vərəqədə hesablanmış bütün vergi yazılış tarixi ilə şəxsi hesab vərəqəsinə daxil edilmiş, “qalıq” qrafasında əks olunan borcların tərkibində həm ödəmə müddəti çatmış, həm də ödəmə müddəti çatmamış borclar əks olunmuşdur. Faiz hesablanması məqsədləri üçün isə yalnız ödəmə müddəti çatmış ödənilməyən vergi borcları əsas götürülür. Qeyd edilənlərlə yanaşı nəzərə alınmaya bilməz ki, Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının açıq hərracda satılması ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərar vergi orqanına xx.xx.2017-ci ildə daxil olduqdan sonra “Vergilər üzrə vərəqə”də 39610,84 manat azaldılaraq (“Vergilər üzrə vərəqə”nin 3-cü səhifəsi, yazılış tarixi xx.xx.2017), “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”yə daxil edilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən borc ödənildiyinə görə əmlakın satılması zərurəti aradan qalxmış, həmin məbləğ “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”dən “Vergilər üzrə vərəqə”yə daxil edilmiş və silinmişdir və vergi ödəyicisinin vergi öhdəliyinin artmasına sə bəb olmamışdır.
24. Azərbaycan Respublikası Vergilər nazirinin xx.xx.2018-ci il tarixli, **********501600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları”nın 3.5.2.3-cü bəndinə əsasən “Əmlaka yönəldilən borclar üzrə vərəqə” “Faiz hesablanmayan” vərəqə kateqoriyasına aiddir ki, vergi məbləğinin həmin vərəqəyə köçürülməsi də məhz faiz hesablanmasının qarşısını almaqdan ibarətdir. Məhkəmə kollegiyası işin yuxarıda araşdırılan hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, inzibati orqan iddiaçının tələbini təkzib edəcək faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir.
25. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarına uyğun qərar qə bul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
26. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
29. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş ma liyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi or qanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Maddə 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündə n tətbiq edilir. Maddə 88.0. Vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.0.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.0.2. hesablanmış faizlərin məbləği; 88.0.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANS İYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbu l hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya hesablanmış 57519,61 manat faiz borcunun onun şəxsi hesab vərəqəsindən silinməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərə findən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
39. Mübahisənin mahiyyəti 87537,7 manat (hazırkı kassasiya şikayətinin pr edmeti baxımından 57519,61 manat) məbləğində faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlıdır.
40. İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olmuşdur və ilk öncə xx.xx.2016-ci il tarixdə 2016-cı ilin 1-ci rübü üzrə 134580,6 x 10 rüb = ******* manat vergi məbləği bəyan etmişdir. Sonradan aparılan ödəmələrdə gecikmələr olduğundan iddiaçının şəxsi hesab vərəqəsinə faizlər hesablanmışdır. 41. xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən aparılan 109985 manat ödənişlə əsas vergi borcu bağlanılmış və ödənilməyən faizlərdən 60800,76 manat məbləğində borc qalmışdır. Sonradan həmin borc məbləğinin üzərinə əlavə faizlər gəlmiş və yekunda iddiaçının 87537,7 manat faiz borcu yaranmışdır.
42. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi yeni apellyasiya baxışı zamanı iş üzrə verilmiş yeni – xx.xx.2023-cü il tarixli ekspert rəyində ekspert tərəfindən “faiz hesablanması məqsədləri üçün” istifadə olunan şəxsi hesab vərəqəsinin araşdırılmadığını, Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbinə əsasən vergilər üzrə borcun ödənilməsi ardıcıllığının nəzərə alınmadığını və ödənişlərin birbaşa faizlərə aid edilməklə göstərilən normanın tələblərinin pozulduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini qanunauyğun hesab edir.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əslində iddiaçı hüquqi marağı və nail olmaq istədiyi məqsəd baxımından ona hesablanmış vergi və faiz borcunu mübahisələndirməli, onların qanunsuz və əsassız hesablandığının müəyyən edilməsinə nail olmalı idi. Lakin iş üzrə materiallardan iddiaçının həmin m əbləğlərin hesablanması ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirdiyi görünmür. Nəzərə almaq lazımdır ki, şəxsin vergi öhdəliyinə dair məlumatlar şəxsi hesab vərəqəsinə məhz həmin hesablamalar əsasında daxil edilir.
44. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2-1(103)-1994/2023 nömrəli qərarı dəyişdirilmədən saxl