Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1078/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 15.05.2025 Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3941/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 04 mart 2005-ci il tarixli Bakıxan ov Bələdiyyəsi ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış müqaviləyə əsasən Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 həyətində yerləşən daş qaraj 02 yanvar 2005-ci ildən İddiaçı müddətsiz istifadəsinə verilmişdir.
2. Bakı şəhəri Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5 ünvanında yerləşən qaraj sökülmüşdür.
3. İddiaçı həmin qarajın sökülməsinə görə kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir.
4. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi, 5 saylı binanın qarşısında mövcud olan qarajların yerləşdiyi torpaq sahəsi bina sakinlərinin ümumi istifadəsindədir. Əlavə bildirirmişdir ki, iddiaçı ilə Bakıxano v bələdiyyəsi arasında bağlanmış 04 mart 2005-ci il tarixli, 4/38 saylı müqavilənin 5-ci bəndində torpaq sahəsinin birinci tələbdən boşaldılması ilə bağlı müddəa öz əksini tapmışdır”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sökülmüş daş qarajın əvəzinə 35000 (otuz beş min) manat pul kompensasiya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında daimi yaşayır. Yaşadığı binanın həyətində istifadəsində daş qarajı var idi. Həmin daş qarajı uzun illər ərzində onun istifadəsində olmuşdur və o, qaraj üçün hər il Bakıxanov Bələdiyyəsinə torpaq vergisi ödəmişdir. Lakin 2023-cü ilin yay aylarında heç bir xəbəri və icazəsi olmadan Bakı şəhəri Cavabdeh göstərişi ilə uzun illər ərzində istifadəsində olan daş qarajını qanunsuz olaraq söküblər. Hesab edir ki, cavabdeh tərəfindən sökülmüş qaraj 2005-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi tərəfindən onunla aşağıdakı məzmunda müqavilə bağlanılmışdır: Mövcud qurğunun daş qarajın yerləşdiyi yer Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 həyətində əsasən kommunikasiya xəttləri istismarına xəta toxunmadan və yanğın mühafizə qaydalarını qorumağı nəzərə alaraq 02 yanvar 2005-ci ildən torpaq sahəsi müddətsiz onun istifadəsinə verilir. Eyni zamanda müqavilənin 3-cü bəndinə əsasən qurğunun tutduğu sahə 25 kv.m təşkil edir və hər kv.m-nin qiyməti 800 manatdır, bunu nəzə rə alaraq sahənin ümumi məbləği 20.000 manat təşkil edir. Buna uyğun olaraq o, hər il istifadəsində olan daş qarajın altında olan torpaq sahəsi üçün müəyyən məbləğdə torpaq vergisi ödəmişdir. Bununla təsdiq olunur ki, ona müddətsiz icarəyə verilən torpaq sahəsinin üzərində olan daş qarajı ona məxsus idi.
7. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, bələdiyyə torpaqları mülkiyyət və icarə əsasında verilə bilər. İcarə əsasında verilən torpaq sahələri bələdiyyənin ümumi yığıncağının qərarı və iclas protokolunda öz əksini tapmalıdır. İşdə olan sənədlərdən görünür ki, həmin torpağı özbaşına zəbt edib və qanunsuz istifadə etmişdir. Vətəndaşın torpaq sahəsindən istifadəsi o halda qanuni sayılır ki, dövlət torpağı istərsə də, bələdiyyə torpağı dövlət qeydiyyatına alınm ış olsun (11 aydan artıq verilmiş torpaqlar). Sənədlərdən görünür ki, iddiaçının qanuni istifadəsində torpaq sahəsi olmamış və zəbt edilmiş torpaq sahəsində tikinti işləri aparılmışdır. İddia edilən torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsində əsaslı tikinti işləri aparıla bilməz. Təqdim edilmiş vergiyə cəlb olunma ilə bağlı sənədlər qanunsuzdur. Belə ki, zəbt edilmiş torpaq sahəsi vergiyə cəlb oluna bilməz. Torpaq sahəsi boşaldılmalıdır, əks halda məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3cü maddəsinə əsasən Cavabdeh müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dö vlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək sahəsində səlahiyyətlidir. Torpaq sahəsi əsassız olaraq iddiaçı tərəfindən zəbt edildiyindən eyni zamanda Bakıxanov bələdiyyəsi ilə aralarında bağlanmış vergiyə cəlb olunma ilə bağlı müqavilənin 5-ci bəndinə əsasən birinci tələbdən torpaq sahəsi boşaldılmalı olduğundan hesab edirlər ki, iddiaçıya kompensasiya ödənilməməlidir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2680/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən sökülmüş daş qarajın əvəzinə İddiaçı 19500,00 (on doqquz min beş yüz manat 00 qəpik) manat kompensasiya ödənilməsi öhdəliyi Cavabdehnə həvalə edilmiş, iddia qalan hissədə təmin edi lməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, sökülən qarajın sökülənə kimi iddiaçının sahiblik və istifadəsində olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh abadlıq işləri çərçivəsində həmin qarajın söküldüyünü bildirir. Lakin özbaşına da olsa belə, nə imtina məktubunda, nə iddia ərizəsinə verdiyi etiraz məktubunda, nədəki məhkəmə iclasında nümayəndəsinin izahatında cavabdeh qanunsuz tikilinin sökülməsi ilə bağlı səlahiyyətli olmasını əsaslandıra bilməmişdir. Həmçinin yuxarıda qeyd edildiyi kimi, torpaq sahəsinin özbaşına zəbt olunduğu halda belə, cavabdeh bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görə bilərdi (məhkəmədə iddia qaldırmaq, müvafiq aidiyyəti qurumlara xidməti məktublar göndərmək və s.). İddiaçı ilə Bələdiyyə arasında bağlanmış müqavilənin 5-ci bəndi ndə torpaq sahəsinin birinci tələbdən boşaldılması ilə bağlı müddəa qeyd edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu müddəa, cavabdehə səlahiyyəti olmadığı halda həmin qarajın sökülməsi hüququ vermir. Bu müddəa iddiaçı ilə Bələdiyyə arasında bağlanmış müqavilənin şərtidir və belə bir tələblə yalnız Bələdiyyə çıxış edə bilərdi. Məhkəmə kompensasiyanın məbləği ilə bağlı qeyd etmişdir ki, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekpertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2024-cü il tarixli 9/918-10/965 №-li rəyində qeyd edilmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 ünvanında yerləşən, ümumi sahəsi 25 m2 olan qaraja yaxın əraz ilərdə yerləşən analoji qarajın mövcud orta bazar dəyəri təqribən 19500,00 (25 x 780,00 man) manat müəyyən edilir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın dəyişdirilərəkünvan 1 ünvanında yerləşən sökülmüş daş qarajın əvəzinə İddiaçı indiki bazar qiyməti - 35000 (otuz beş min) manat kompensasiya ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3941/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.Əliyev - sədrlik edən və məruzəçi, R.Səmədov və X.Cəmilo va) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafi ə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəx s ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkan ıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə
159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdə n məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tiki lmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
18. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə
95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 9 2.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar isti sna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müə yyən edilir.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstəril məlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şika yət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldı rılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı ilə Bakıxanov Bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 həyətində yerləşən daş qaraj 02 yanvar 2005-ci ildən iddiaçının müddətsiz istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən aparılmış abadlıq işləri çərçivəsində həmin qaraj sökülmüşdür.
27. Bununla da, iddiaçı qarajın sökülməsinə görə, cavabdehdən 35000 manat kompensasiya tələb etmiş, cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, aparılan abadlıq işləri çərçivəsində həyətdə yerləşən qanunsuz tikililər, dəmir və daş qarajlar sökülmüşdür. İddiaçı ilə Bakıx anov bələdiyyəsi arasında bağlanmış müqavilənin 5-ci bəndində torpaq sahəsinin birinci tələbdən boşaldılması ilə bağlı müddəa qeyd edilib. Həmçinin bələdiyyə torpaqları mülkiyyət və icarə əsasında verilə bilər. İcarə əsasında verilən torpaq sahələri bələdiyyənin ümumi yığıncağının qərarı və iclas protokolunda öz əksini tapmalıdır. İşdə olan sənədlərdən görünür ki, həmin torpağı özbaşına zəbt edib və qanunsuz istifadə etmişdir. Vətəndaşın torpaq sahəsindən istifadəsi o halda qanuni sayılır ki, dövlət torpağı istərsə də, bələdiyyə torpağı dövlət qeydiyyatına alınmış olsun.
28. Məhkəmə kollegiyası bildirir ki, sökülən qarajın sökülənə kimi iddiaçının sahiblik və istifadəsində olması işin mübahisəsiz halıdır.
29. Yuxarıda istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülki yyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
30. Avropa İnsan hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
31. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində, həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.
32. H əmçinin nəzərə alınmalıdır ki, şəxs ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək üçün ən azından belə tələb hüququna malik olmalıdır. Şəxsin qeyd olunan tələb hüququ qanuna və yaxud başqa normativ hüquqi və ya inzibati akta və ya müqaviləyə əsaslanmalı, onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində həmin hüququn pozulmasına görə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, yuxarıda istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəli rlər (əldən çıxmış fayda) başa düşülür.
33. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2024-cü il tarixli, 9/918-10/965 №-li rəyində qeyd edilmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 ünvanında yerləşən, ümumi sahəsi 25 m2 olan qaraja yaxın ərazilərdə yerləşən analoji qarajın mövcud orta bazar dəyəri təqribən 19500,00 (25 x 780,00 man) manat müəyyən edilir.
34. Kollegiya, apellyasiya məhkəməsinin qənaətini düzgün hesab edərək qeyd edir ki, iddiaçıya məxsus daş qaraj cavabdeh inzibati orqan tərəfindən söküldüyündən, iddiaçı hazırda sahibliyində olmuş daş qarajın sökülməsi nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etdiyindən və həmin ziyan ödənilmədi yindən ona 3-16-16/2-9/918-10/965/2024 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyi nəzərə alınmaqla iddia tələbindən kənara çıxmamaqla 19.500 (on doqquz min beş yüz) manat məbləğində kompensasiya ödənilməsi təmin olunmalıdır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3941/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qəra