Məhkəmə qərarları › İş №2-1(102)-1079/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1079/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1079/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Ceyhun Cəfərovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu, Pa lçıq-oba bələdiyyəsi ərazisində yerləşən 2.57 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, mülkiyyət hüququna dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-7/2021 nömrəli iş üzrə 18.02.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 iyun 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq 16 iyun 2021-ci il tarixdə aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarə sinə qarşı Xaçmaz rayonu, Palçıq-oba bələdiyyəsi ərazisində yerləşən 2.57 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, mülkiyyət hüququna dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xaçmaz rayonu Palçıqoba bələdiyyəsinin 24 may 2001-ci il tarixli, 18 saylı Qərarına uyğun olaraq həmin bələdiyyə ilə bağlanılan 29.12.2002-ci il tarixli torpaqların alqı-satqısına dair Akt əsasında Xaçmaz rayonu Palçıq-oba bələdiyyəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2,57 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün satın almış və dəyərini tam olaraq ödəmişdir. Həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları 12 may 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın, eləcə də torpaq sahəsinin plan və ölçüsünün alınması üçün AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh təşkilatın 19.03.2018-ci il tarixli, **********92 saylı məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, dövlət aktında göstərilən torpaq sahəsinin cizgiləri idarənin elektron məlu mat bazasında öz əksini tapmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 14.06.2019-cu il tarixli, 2-1(085)-472/2019 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın təmin edilməsi, Xaçmaz rayonu, Palçıq-oba bələdiyyəsi ərazisində yerləşən 2.57 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, mülkiyyət hüququna dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələr kən Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 4.1 və 8.0.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbinin qanuni və əsaslıdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 14.06.2019-cu il tarixli, 2-1(085)-472/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 18.02.2021-ci il tarixli, 2-1(105)-7/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 14.06.2019-cu il tarixli 21(085)-472/2019 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 43-cü maddəsinə, Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0 və 8.0.1-ci maddələrinə, Azərbaycan Respublikasının “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında” Qanununun 22-ci maddəsinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. Cavabdehin kasasiya şikayəti onunl a əsaslandırılmışdır ki, iddiaçı Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisində yerləşən 2.57 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi barəsinə 13.02.2018-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş JN-0347 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş qeydiyyat kitablarında qeydə alınsa da, dövlət aktında göstərilən torpaq sahəsinin cizgiləri 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış, müayinə zamanı, faktiki göstərilən torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən dövlət mülkiyyəti kimi işlənildiyi məlum olmuşdur.

9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 18.02.2021-ci il tarixli, 2-1(105)-7/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Tərəflərin izahatı:

11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayət ində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18.02.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili C.Cəfərov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 18.02.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin ed ilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18.02.2021-ci il tarixli qərarnın isə dəyişdirilmədən qüvvədə saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki halla rının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 18.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

18. Cavabdeh kasasiya şikayətində öz mövqeyinin əsas dəlili olaraq qeyd etmişdir ki, ərizəyə əlavə edilmiş JN-0347 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş qeydiyyat kitablarında qeydə alınsa da, dövlət aktında göstərilən torpaq sahəsinin cizgiləri 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış, müayinə zaman ı, faktiki göstərilən torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən dövlət mülkiyyəti kimi işlənildiyi məlum olmuşdur.

19. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnaməsinə 4, 10 və 11-ci bəndlərinə əsasən torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerq uruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər.

20. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər.

21. Göründüyü kimi, münasibətlərin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri baxımından torpaq üzərində hüquqlara dair şəhadətnamələrin hazırlanması, verilməsi və qeydiyyatı keçmiş DTXK-in tərəfindən həyata keçirilirdi ki, bu halda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, hər hanası bir əmlak hüquqların Dövlət qeydiyyatına alınması ilə bağlı qeydə alınmalı olan məlumatların, sənədlərin, qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması halı, heç bir halda əmlak hüquqlarının Dövlət qeydiyyatına alınması üçün müraciət etmiş və hüququnu qeydə almış şəxsin üzərinə qoyula bilməz.

22. Məhkəmə kollegiyası cavabdehin sözügedən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub yaralı olması ilə bağlı xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, işdə olan (iş səh.10) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin 18.05.2001-ci il tarixli, 183/1 saylı rəyində göstərilir ki, şəhə r sakini İddiaçı sahibkarlıq fəaliyyəti məqsədi ilə satılması nəzərdə tutulmuş 2,57 ha torpaq sahəsi Palçıq-oba Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi Palçıq-oba Bələdiyyəsinin ehtiyat fondunun azyararlı torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir.

23. Həmçinin qeyd edilməlidir ki, işdə olan (səh.4-7) Torpağa mülkiyyət hüququna dair Dövlət aktından (JN-0347, kod ********) görünür ki, sözügedən 2,57 hektar torpaq sahəsi Xaçmaz rayon Palçıq-oba Bələdiyyəsinin 24 may 2001-ci il tarixli, 18 saylı qərarı ilə Palçıq-oba kənd ərazisindən İddiaçı sahibkarlıq məqsədi ilə satılmış, həmin Dövlət Aktı qeydiyyat kitabında 505 nömrə ilə, 12 may 2006-cı il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

24. Bu nunla yanaşı iş materiallarından görünür ki, işə baxılan zaman apelyasiya instansiyası məhkəməsi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verilmişdir, həmin sorğuya əsasən mübahisəsi gedən torpaq sahəsinin hüquqi statusuna görə (dövlət, bələdiyyə, xüsusi mülkiyyətdə olması) hansı növ torpaqlara aid olması barədə iş üzrə rəy verilməsi üçün xidməti tapşırıq verilmişdir.

25. Həmin rəyə əsasən isə müəyyən olunmuşdur ki, Xaçmaz rayonu, Palçıqoba bələdiyyəsi ərazisində yerləşən İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi (mübahisə predmeti olan) vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir.

26. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin dövlətə məxsus olması ilə bağlı dəlilini əsassız sayır.

27. Azərbaycan Respublikası “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0. və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

28. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 18.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.02.2021-ci il tarixli, 21(105)-7/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar