Məhkəmə qərarları › İş №2-1(102)-1079/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1079/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1079/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ver gi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 21(103)-890/2022 qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 26 oktyabr 2020-ci il tarixli, **********0167 saylı qərarı ilə İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev 101 ünvanında yerləşən xəstəxana fəaliyyət növü ilə məşğul olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə 26 oktyabr 2020-ci il tarixdən 9 noyabr 2020-ci il tarixədək o perativ vergi nəzarətinin həyata keçirilməsinə dair qərar verilmişdir.

2. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında 28 oktyabr 2020-ci il tarixli, DVX 002107 nömrəli akta qeyd olunmuşdur ki, 28 oktyabr 2020-ci il tarixdə saat 14:40-da Operativ vergi nəzarəti zamanı İddiaçı MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev 101 ünvanında yerləşən Bakı klinikasında müştəri tərəfindən 1 ədəd “maska (tibb)” alındı və 0,40 manat ödəniş edildi. Ödənilmiş məbləğ müqabilində NKA çeki təqdim edilmədi. Araşdırma zamanı ödənilmiş məbləğin NKA-ya mədaxil edilmədiyi müəyyən olundu. Yayındırılmış məbləğ saat 14:48- də NKA-ya bərpa edildi. Nəticə olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kab inetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələbləri pozulmuş və buna görə də İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7.2ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Akt vergi ödəyicisinin nümayəndəsi (rəhbəri) tərəfindən imzalanmamışdır. 3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11 dekabr 2020-ci il tarixli, **********4107 saylı qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə vergi məsuliyyətinə cəlb edilməsi, 21 dekabr 2020-ci il ta rixədək 3000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11 dekabr 2020-ci il tarixli, **********4107 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı hüquqi şəxs kimi dövlət qeydiyyatına alındıqdan sonra, əsas fəaliyyəti tibb sahəsində xidmətlərin göstərilməsi və pərakəndə dərman satışı olmuş, fəaliyyət göstərdiyi müddətdə vergi mükəlləfiyyətlərini və digər borclarını vaxtı-vaxtında yerinə yetirmişdir. Vergi orqanının 2 nəfər əməkdaşı 28 oktyabr 2020-ci ildə iddiaçıya məxsus obyektə gələrək obyektdən kənarda olan 1 nəfər şəxsin 1 ədəd maska aldığını bildirmiş, bununla bağlı yoxlama aparıldığını demişlər. Satıcı yaxın müddətdə heç kimə maska satılmadığını bildirsə də, vergi əməkdaşı özbaşına kassa aparatına müdaxilə edərək 0,40 manatı əlavə etmişdir. Bununla bağlı iddiaçı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və yuxarı vergi orqanına müraciət edilmiş, mübahisəyə vergi orqanında baxılsa da, yekunda “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11 dekabr 2020-ci il tarixli, **********4107 saylı qərar əsasında MMC-ni 3.000 manat vergi məsuliyyətinə cəlb etmişdir. Qeyd olunan qərar əsassız və qanunsuz olmaqla ləğv edilməli və iddiaçının sahibkarlıq fəaliyyətinə müdaxiləyə yo l verilməməlidir. Vergi orqanı qanunvericiliyin tələblərinə ümumiyyətlə əməl etməmiş, sadalanan hallar barədə hər hansı sübutunu iddiaçının səlahiyyətli şəxslərinə təqdim etməmişlər. Cavabdehin tərtib etdiyi 28 oktyabr 2020-ci il tarixli yoxlama aktı da qüsurludur. Belə ki, həmin aktda alış-veriş etmiş şəxsin adı və soyadı göstərilməmiş, onlar sadəcə olaraq mücərrəd “müştəri” adı ilə sözügedən aktlarda qeyd olunmuşdur ki, bu da həmin aktın mötəbərliyini şübhə altına almağa əsas verir. Cavabdehin tərtib etdiyi 28 oktyabr 2020-ci il tarixdə iddiaçıya məxsus obyektdə alınması qeyd olunan 1 ədəd maskaya görə müştəriyə qəbz verilmədiyi göstərilmiş, lakin həmin müştərinin şəxsiyyəti müəyyən edilməmiş, aktın tərtibində yalnız 2 nəfər vergi ödəyicisi iştirak etmiş, aktın tərtibində iddiaçının səla hiyyətli şəxsinin iştirakı təmin edilməmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdehin 26 oktyabr 2020-ci il tarixli **********0167 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən 26 oktyabr 2020-ci il tarixdən 9 noyabr 2020-ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev 101 ünvanında yerləşən iddiaçıya məxsus Bakı Klinikasında “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri)” üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. 28 oktyabr 2020-ci il tarixdə müştəri tərəfindən alınmış “tibbi maska”ya görə ödənilmiş 0,40 manat məbləğin NKA-a vurulmadığı və müştəriyə çek verilmədiyi aşkar edilmiş və nəticəsi 28 oktyabr 2020-ci il tarixli DVX № 0021 07 nömrəli “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib olunmuş akt müəssisənin rəhbəri tərəfindən heç bir üzrlü səbəb göstərmədən tanış olmaqdan və imza etməkdən imtina edilmişdir. 28 oktyabr 2020-ci il tarixli akt əsasında Baş İdarə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11 dekabr 2020-ci il tarixli, **********4107 nömrəli qərar ilə vergi ödəyicisi iddiaçıya 3.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd edilən hala ikinci dəfə yol verildiyi üçün 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3266/2021 nömrəli qərarı (hakim: X2) ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 11 dekabr 2020-ci il tarixli, **********4107 saylı qərarı ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi orqanı tərəfindən iddiaçı barəsində 3000 manat maliyyə sanksiyasının hesablanması barədə qəbul edilən qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılması zamanı tibbi maska alan şəxsə çek verilməməsi təşkil edir ki, bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, “alıcı” qismində çıxış edən şəxsin kim olduğu akta qeyd olunmadığı üçün şəxsi məlumatlarının əldə edilməsi və müvafiq qaydada məhkəmə iclasına şahid kimi dəvət olunması mümkün olmamışdır. Nəticədə vergi orqanı nın aktında qeyd olunan hallar sübuta yetirilməməsi aktın mötəbərliliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 2-1(103)-890/2022 qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X5) ilə Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, vergi ödəyicisinin maddi hüquq normalarının tələbinə görə müvafiq vəzifəsinin qüvvəyə minməsi üçün nağd pul hesablaşmasının aparılması baş verməlidir. Hazırkı işdə vergi orqanı tərtib etdiyi aktda 28 oktyabr 2020-ci il tarixdə saat 14:40-da operativ vergi nəzarəti zamanı iddiaçının Bakı klinikasında müştəri tərəfindən 1 ədəd “maska (tibb)” alınmasını və 0.40 manat ödəniş edildiyinə baxmayaraq ödənilmiş məbləğ müqabilində NKA çekinin m üştəriyə təqdim edilmədiyini və ödənilmiş məbləğin NKA-ya mədaxil edilmədiyini göstərsə də, həmin akt onun tərtibində yalnız iştirak edən vergi müfəttişləri tərəfindən təsdiq olunmuşdur. Halbuki, vergi qanunvericiliyinin tələbinə görə bu cür yoxlama həyata keçirilərkən vergi müfəttişlərindən başqa müşahidəçinin də iştirakı təmin olunmalı idi ki, bu qaydaya da riayət olunmamışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə tərəfindən prosessual hüquq norm alarının tələbləri zidd olaraq iş üzrə tam və hərtərəfli araşdırma aparılmamış, habelə istinad olunan sübutlar ədalətli araşdırma aparılmadan qiymətləndirilmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş əczaçı X1 ifadəsinə görə həmin vaxt (yoxlama aparılan zaman) o, aptekdə olmamış, aptekdə ondan başqa əczaçı da olmamış, aptekdə yalnız günorta 3-4 radələrində satışlar olmuşdur ki, həmin satışlar da kassaya daxil edilmişdir. Birincisi, məhkəmə qeyd olunan ifadənin məzmunun həqiqətə uyğun olub-olmadığını araşdırmadan sübut kimi qəbul etmişdir. Halbuki məhkəmədə operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi əməkdaşlarının da izahatı alınmış amma satıcının ifadəsi əsassız olaraq üstün sübut hesab edilmişdir. Eyni zamanda, satıcını n izahatı ciddi ziddiyyət doğurur. Onun qeyd etdiyinə görə satış zamanı aptekdə olmamışdır. O zaman satıcı olmadığı halda maska necə satıla bilər. Göründüyü kimi, satıcının izahatı həqiqətə uyğun deyil və məsuliyyətdən yayınma məqsədi daşıyır. Digər tərəfdən, məhkəmə aptekdən video çəkiliş məlumatlarını tələb etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahəl əri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbi q edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarətkassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.

16. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayət inin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə vergi orqanının qərarının ləğv edilməsi ilə bağlı apellyasiya məhkəməsi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apelly asiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 21(103)-890/2022 qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar