Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1079/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxa rışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1038/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti X2 və İstismarı Birliyi tərəfindən 20.9.2006-cı il tarixli, 38642 saylı icarə müqavilə ilə Bakı şəhəri, Görədil ərazisindəki 0.06 ha olan 1696g nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Görədil ərazisindəki 0.06 ha olan 1696g nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
3. Cavabdeh 19 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh qeyd etmişdir ki, bağ sahəsinə dair arxiv cizgisində istinad nöqtələri göstərilmədiyinə və bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığına görə ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı Şəhər İcra Hakimiyyəti başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanılmış 38842 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə ilə Binəqədi rayonu, Görədil bağ massivində 0,06 hektar sahədən ibarət 1696g nömrəli bağ sahəsinə dair hüquqların İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışı n verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 274 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamı ilə X2 və İstismarı Birliyinin 116 nömrəli, xx.xx.2006-cı il tarixli protokolu təsdiq edilmişdir və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən Görədildəki 1696g nömrəli bağ sahəsi ona təhkim edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 38842 saylı, xx.xx.2006-cı il tarixli müqavilə ilə 1696g nömrəli bağın istifadəyə verilməsi razılaşdırılmışdır və Binəqədi rayonu Görədil ərazisində 0.06 ha torpaq sahəsi istifadəyə veri lmişdir. Həmin vaxt da torpaq sahəsi sərhədləri müəyyən edilməklə naturadan ayrılaraq onun istifadəsinə verilmişdir, torpaq sahəsinin hasarının tikilməsi üçün inşaat materialları da alınaraq torpaq sahəsinə aparılmışdır. Müəyyən səbəblərdən bağ sahəsində tikinti işləri apara bilməmişdir. Binəqədi rayonu Görədil bağ massivində yerləşən 1696g saylı bağ sahəsinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir, lakin heç bir tədbir görülməmişdir və verilmiş cavabda arxivdə mövcud olan bağ sahəsinə dair cizgidə dəqiq istinad və məsafələr qeyd edilmədiyindən və bağların bölgüsünə dair məlumatlarda bağ sahəsinin nömrəsinin aşkar olunmadığı səbəbindən qeyd edilən bağ sahəsinin yerini müəyyən etməyin mü mkün olmadığı qeyd edilmişdir. Həmin torpaq sahəsi iddiaçının istifadəsinə qanuna müvafiq qaydada ayrılmış, sərhədləri naturada müəyyən edilərək onun istifadəsinə verilmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı bağ sahəsinin yerini tanımır və idarə tərəfindən müəyyənləşdirilməsini istəyir. Bununla əlaqədar, bağ sahəsinə dair arxiv cizgisində istinad nöqtələri göstərilmədiyindən və bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından bağ sahəsinin yerini müəyyənləşdirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(112)-5681 /2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 38842 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə ilə Binəqədi rayonu, Görədil bağ massivində 0,06 hektar sahədən ibarət 1696g nömrəli bağ sahəsinə dair hüquqların İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,, bağ sahəsinə dair arxiv cizgisində istinad nöqtələrinin göstərilməməsi və bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması iddiaçının təqsiri deyil və qeyd edilən hal torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. İddiaçı 1696g nömrəli bağ sahəsinə onun qanuni istifadəçi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ əldə etdiyindən, həmçinin cavabdeh orqanda mübahisə predmeti olan bağ sahəsinə dair arxiv qovluğu aşkar edildiyindən, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(103)-1038/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)5681/2021 nömrəli 10 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaçının müraciətinə verilən imtinada və iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı verərək şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(103)1038/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 1
5. İnzibati Prosessual Məcəllə (İPM):: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyə ti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlu matlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi nin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
20. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirir ki, bağ sahəsinə dair arxiv cizgisində istinad nöqtələri göstərilmədiyinə və bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslılığı ilə bağlı nəticəyə gələrkən iddiaçıya Bakı şəhəri, Görədil ərazisindəki 0.06 ha olan 1696g nömrəli bağ sahəsinin Bakı ŞİH-in sərəncamı əsasında verilmiş X2 və İstismarı Birliyinin 38642 nömrəli müqaviləsi ilə ayrıldığından və həmin müqavilənin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, sözügedən müqaviləni mötəbər sübut kimi qiymətləndirmiş, iddiaçını həmin bağ sahəsinin qanuni istifadəçisi hesab etmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir.
23. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı təsdiq etmişdir ki, o, X2 və İstismarı Birliyi ilə müqavilə bağladıqdan sonra onun istifadəsinə verilmiş torpaq sahəsini hasara almışdır. Daha sonra həmin torpaq sahəsi iddiaçıdan alınmış, hasar sökülmüş və onun başqa torpaq sahəsində yerləşdiriləcəyi ilə bağlı vəd verilmişdir. Lakin ona başqa yerdən torpaq sahəsi vermədilər. Buna görə də ona həmin nömrə ilə başqa torpaq sahəsinin verilməsini tələb edir (iş v. 89, 94, 98, 103).
24. Cavabdeh də iddiaya etirazında qeyd edir ki, iddiaçı bağ sahəsinin yerini tanımır və idarə tərəfindən müəyyənləşdirilməs ini istəyir (iş v.15).
25. İddiaçının həmin məzmunda tələbi və bununla bağlı cavabdehin etirazında göstərilənlər məhkəmə araşdırmasının predmeti olmamış, həmin tələb və etiraza hər hansı münasibət bildirilməmişdir.
26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bi lməz
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1038/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.