Məhkəmə qərarları › İş №2-1(102)-108/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-108/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-108/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon.öbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-108/2020 Bakı şəhəri xx xxxx 2020-ci il Açar sözlər: prokurorluq orqanları əməkdaşlarına pensiya hesablanarkən ödənilən əlavələrin nəzərə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinin nümayəndəsi Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1438/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon Şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, onun pensiyasının hesablanması zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9, 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın, eyni zamanda sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbu l olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə prokurorluq işçilərinin əmək haqqları onların vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və digər ödənişlərdən ibarətdir. Qanunvericiklə prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayan maddi yardımın, hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin nəzərdə tutulmasına baxmayaraq, cavabdeh iddiaçının əmək pensiyasını hesablayarkən göstərilən əlavələri nəzərə almamışdır. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti təmin olunmamışdır. Cavabdeh iddia ərizə sinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)1538/2019 saylı qərarı ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar onlara ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının və əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardımın verilməsini nəzərdə tutmuşdur. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş həmin əlavələri almasa belə, həmin normalar iddiaçının hüquqi vəziyyətini yaxşılarşdırdığından ona münasibətdə tətbiq olunmalıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərə k onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1438/2019 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik əmək haqqına olan sonrakı artım və alavələrin əmək pensiyasının hesablanması zamanı nəzərə alınmasını əmək pensiyası hesablanan şəxsin həmin əlavələri alması ilə şərtləndirməmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş əlavələri alması barədə arayışın təqdim edilməməsi və həmin əlavələrdən sosial sığorta haqqlarının tutulmaması əsası ilə iddiaçının əmək pensiyasının həmin əlavələr nəzərə alınmaqla hesablanmasından imtina etmişdir. Halbuki, iddiaçının rəsmi arayışları mövcud olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9, 21.4, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 29.3, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19, 24, 30.5, 32.2-1, maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cava b verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə sosial sığorta hadisəsi baş verdiyi zaman, bütün şəxslər deyil, yalnız sığortaolunan şəxslərin sığorta ödəməsi almaq hüququ yaranır. İddiaçı isə, qanunvericiliklə nəzərdə tutulmuş əlavələri almadığından və həmin əlavələrdən sosial sığorta haqqı tutulmadığından pensiyanın hesablanmasında həmin əlavələr nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi isə, iddiaçının həmin əlavələri yalnız 2-3 il ərzində almasına istinad etməklə, qeyd olunan əlavələrin iddiaçı tərəfindən işlədiyi bütün illər ərzində almasına dair düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Prokurorluq orqanlarında qulluqkeçmə haqqınd a” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9, 21.4, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 1, 4-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxx 1958-ci il tarixdə doğulmuşdur. İddiaçı xx xxxxxxxx 1975-ci ildən xx xxxx 2010-cu ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən xx xxx 1993-cü ildən xx xxxxxx 1994-cü ilə qədər Lənkəran rayon prokurorunun köməkçisi, xx xxxxxx 1994-cü ildən xx xxxx 2001-ci ilə qədər Qazax rayon prokurorunun köməkçisi, xx xxxx 2001-ci ildən xx xxxxxx 2005-ci ilə qədər Yevlax rayonu prokurorunun böyük köməkçisi, xx xxxxxx 2005-ci ildən xx xxxxx 2010-cu ilə qədər İsmayıllı rayon prokurorunun köməkçisi, xx xxxxx 2010-cu ildən xx xxxx 2010-cu ilə qədər Goranboy rayonu prokurorunun müavini vəziifələrində işləmişdir. 2008-ci ildən 2010-cu ilə qədər hər il 3 dəfə o lmaqla (2010-cu il istisna olmaqla) əmək haqqının 100%-i həcmində maddi yardım, 2010-cu ildə xəstəliyə görə əmək haqqının 200%-i həcmində müavinət, 2008 və 2009-cu illərdə məzuniyyətə çıxarkən 2 qat əmək haqqı həcmində müavinət, 1996-cı ildən 2001-ci ilə qədər Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işləyərkən 200% əmək haqqı almışdır, xx xxxx 2010cu il tarixdən ümumi xəstəlik səbəbindən İİ qrup əlildir, xx xxxx 2010-cu il tarixdən ona əlilliyə görə prokuror kimi əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyasının hesablanması zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olun maları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, eyni zamanda sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi ilə cavabdehə ərizə ilə müraciət etmiş, sonuncu xx xxxxxx 2018-ci il tarixli, **********1 nömrəli məktubla qeyd olunan mükafat və yardımların alınması barədə Baş prokurorluq tərəfindən verilmiş arayışlar təqdim olunmadığı üçün ərizəni təmin etməkdən imtina etmişdir. İşdə iddiaçının 2008-ci ildən 2010-cu ilədək hər il 3 dəfə olmaqla əmək haqqının 100%-i həcm ində maddi yardım, 2010-cu ildə xəstəliyə görə əmək haqqının 200%-i həcmində müavinət, 2008 və 2009-cu illərdə məzuniyyətə çıxarkən 2 qat əmək haqqı həcmində müavinət, 1996-cı ildən 2001-ci ilədək Qazax rayon prokurorunun köməkçisi vəzifəsində işləyərkən 200% əmək haqqı alması barədə rəsmi arayışlar mövcuddur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın qanuni əsaslarını qismən düzgün müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının pensiyasının yenidən hesablanması barədə tələbi o səbəbdən əsaslı hesab edilməlidir ki, onun istinad etdiyi hüquq qanunvericilikdə müəyyən edilmişdir. Cavabdehin dəlilinə görə, apellyasiya məhkəməsi qərarı qəbul edərkən işin hərtərfəli araşdırmamışdır. İddiaçının məzuniyyətə getməsi və müalicə olunması ilə əlaqədar hər biri ikiqat əməkhaqqı həcmində olmaqla ödənilən müavinət və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın alınması barədə arayışı cavabdeh inzibati orqana təqdim etməmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İddia tələbindən göründüyü kimi, iddiaçı aşağıdakı əlavələrin pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmasını xahiş etmişdir: - prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı; - prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti; - prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım. Bu vəsaitlərin verilməsi “Prokurorluq orqanlarında qull uq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı kimi tənzimələnmişdir: - 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; - 20.9-cu maddəsinə əsasən, (...) prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; - 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Maddələrin tələblərindən göründüyü kimi, prokurorluq işçilərinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına müəyyən əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Bunlara məzuniyyətlə bağlı müavinət, müalicə olunmaları lə bağlı müavinət və maddi yar dım aiddir. Göstərilmiş məbləğlərin pensiyanın hesablanması zamanı nəzərə alınmasına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşin hallarına görə iddiaçının əlilliyə götə pensiya hüququ xx xxxx 2010-cü ildə yaranmışdır. Həmin dövrə münasibətdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun redaksiyasında aşağıdakılar nəzərdə tutulmuşdur: - 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı sığorta olunanlara təyin edilir: 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri; - 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı v ə ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə — orta aylıq əmək haqqının 45 faizi miqdarında; prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə — orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə — orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta a ylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir; - 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.19-cu maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. M addələrin mətninə görə, sabiq prokurorluq işçilərinə, o cümlədən əlil olmuş prokurorluq işçilərinə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin dövrdə qüvvədə olmuş qanunvericilikdə sabiq prokurorluq işçilərinin qulluq stajına görə əlavənin alınması prokurorluq orqanlarda ən azı 5 il qulluq etməsi müddəti ilə şərtləndirilmiş və əlavənin məbləği qulluq illərinin sayına uyğun olaraq faiz nisbi ilə müəyyən olunmuşdur. Habelə, əlavənin məbləğinin əmək haqqının məbləğindən asılılığı nəzərdə tutulmuşdur ki, onun yenidən hesablanması əmək haqqında baş verilmiş dəyişiklik olduğuqda müəyyən edilmişdir. Müvafiq məbləğin alınması keçmiş müddətlə məhdudlaşıdırlmamışdır. İşin hallarından göründüyü kimi, iddiaçı prokurorluq işçisi kimi əlilliyə görə pensiya hü ququ ilə təmin edilmiş və məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının tələblərini bu və yuxarıda əks olunmuş maddələrə uyğun olaraq əsaslı hesab etməkdə düzgün nəticəyə gəlmiişdir. Müvafiq məbləğlərin alınması ilə bağlı arayışın təqdim edilməməsinə dair cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, maddənin təsvir edilmiş mətnindən də göründüyü kimi, istinad edilən əlavələrin hesablanması əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla aparılmalıdır. “Əmək haqqı” anlayışı isə prokurorluq işçilərinə münasibətdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.-ci maddəsində aşağıdakı kimi müəyyən edilmişdir: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Bu və yuxarıda əks olunmuş maddələrin tətbiqi o anlamı yardır ki, pensiya çıxmış şəxsin vaxtı ilə tutduğu vəzifədə hazırda işləmiş şəxsin əmək haqqısına uyğun olaraq pensiyanın hesablanması aparılmalıdır. Yəni hazırda işləyən şəxsin əmək haqqısına həmçinin iddia tələbinə əsasən ödənilməli olan məbləğlər daxil edildiyindən, həmin məbləğlər əmək pensiyasına əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilməklə iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bununla da belə nəticə əldə olunur ki, iddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavə hesablanarkən prokurorluq işçilərinin aldığı əmək haqqına daxil olan bütün növ ödənişlərin nəzərə alınması qanuni qaydada müəyyən edilmişdir. İddia tələbi ilə həmçin in sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqının pensiyanın yenidən hesablanarkən nəzərə alınması da xahiş edilmişdir. Bu tələbi təmin edərkən apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmamış, hər hansı bir faktiki və hüquqi əsaslar barədə bildiməmişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyə əsaslanmaqla qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında (əsaslandırma hissəsində) məhz məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları mütləq qaydada göstərilməlidir. Yalnız bundan sonra məhkəmə tərəfindən bu və ya digər hallara uyğun tətbiq etdiyi maddi hüquq normalar müəyyən edilməli və mübahisənin həlli barədə nəticə əldə olunmalıdır. Habelə, kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə artıq apellyasiya məhkəməsi tərə findən müəyyən edilmiş faktiki hallara tətbiq edilmiş maddi hüquq normaların yoxlanılması aid olduğu üçün, ilk olaraq hansı halların müəyyən edilməsi qərardan bəlli olmalıdır. Bu olmadıqda, tətbiq edilmiş və ya tətbiq edilməli olan maddihüquq normaların yoxlanılmasında da çətinlik yaranır və mahiyyət etibarı ilə kassasiya instansiya məhkəməsi bu halların müəyyən edilməsinə ehtimalla, mülahizə ilə yanaşaraq mübahisəyə qiymət vermək məcburiyyətində qalır. Halbuki, Azərbaycan Respublikası İPM: - 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. (...) Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir; - 92.0.6-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq əsaslandırılm ası zəruri olan qərar əsaslandırılmadıqda, məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı bu hissədə ləğv olunmalıdır. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş ü çün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi qeyd edilmiş iddia tələbi ilə bağlı faktiki hallara dair araşdırma aparmalı və tələbin təmin edilməsinin hüquqi əsaslarını müəyyən etməklə, ona qiymət verməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon Şöbəsinin nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1438/2019 saylı qərarı qismən – iddiaçının sərhədyanı və cəbhə bölgəsində işlədiyi müddətdə ödənilmiş iki qat əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbinin təmin olunmuş hissəsində ləğv edilsin və həmin hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar