Məhkəmə qərarları › İş №2-1(102)-108/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-108/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-108/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “məlumatın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 21(103)-2820/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli, 1121 nömrəli “"xxxx" QSC-nin yaradılması haqqında” Sərəncamının 4.3cü bəndinin cavablandırılması ilə bağlı Azərbaycan Respublikası Cavabdehnə müraciət etmişdir.

2. İddiaçının informasiya sorğusu Azərbaycan Respublikası Cavabdeh tərəfindən baxılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilmişdir.

3. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikasının Cavabdeh tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış bərə və yük terminallarının "xxxx" QSC-nin balansına verilməsi tarixi barədə vətəndaş İddiaçı in formasiya sorğusu “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə "xxxx" QSC-yə göndərilmiş, informasiya sorğusuna baxılmasının nəticəsi barədə vətəndaşa məlumat verilməsi xahiş olunmuşdur. 4. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda onun Azərbaycan Respublikası Cavabdehnə ünvanlanan və aidiyyəti üzrə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinə yönləndirilmiş müraciətinə baxıldığı bildirilmiş və qeyd olunmuşdur ki, onun müraciətində istinad etdiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli, 1121 nömrəli Sərəncamının 4.3-cü bəndinin icras ı digər aidiyyəti dövlət qurumuna tapşırılmışdır və müraciət üzrə məlumatların təqdim edilməsi Cəmiyyətin səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli, 1121 nömrəli sərəncamının 4.3-cü (bərə və əsas yük terminalının "xxxx" QSC-nin balansına nə vaxt verilməsi ) və 5-ci bəndlərinə (Tariflərə axırıncı dəfə nə vaxt baxıldığını) cavab verilməsi öhdəliyinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Azərb aycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli,1121 nömrəli "xxxx" QSC-nin yaradılması haqqında Sərəncamının 4.3-cü bəndinin cavablandırılması ilə bağlı Azərbaycan Respublikası Cavabdehnə müraciət etsə də, cavabdeh informasiya sorğusunun cavablandırılmasını öz üzərindən ataraq sorğunu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərmişdir. Nazirlik isə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsaslanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Beynəlxalq Dəniz Ticarəti Limanına ünvanlamışdır. Sərəncamda çox aydın şəkildə qeyd olunmuşdur ki, məhz Azərbaycan Respublikası Cavabdeh kompleksin tikintisi məqsədi ilə ayrılmış 400 hektar torpaq sahəsinin bir ay müddətində Cəmiyyətin daimi istifadəsinə, habelə kompleksi n tikintisinin hər mərhələsi başa çatdıqdan sonra həmin kompleksin hazır hissələrinin bir ay müddətində Cəmiyyətin balansına verilməsini təmin etsin. Sərəncamın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təkliflərini nəzərə almaqla Cəmiyyətin fəaliyyətinə aid olan tariflərə yenidən baxaraq onları bir ay ərzində təsdiq etməli idi. Azərbaycan Respublikası Cavabdeh 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq olunmuş təsnifatda Cavabdeh inzibati orqan kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 2016-cı il 1 sentyabr tarixli, 338 nömrəli digər qərarı ilə Liman müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisi kimi ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəx slər siyahısına aid edilmişdir. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, vətəndaş dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin onun hüquq və azadlıqlarını pozan, hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərindən (hərəkətsizliyindən), habelə belə qərarların və hərəkətlərin qəbul edilməsi üçün əsas olmuş rəsmi informasiyadan məhkəməyə şikayət etmək hüququna malikdir. Vətəndaşın hüquq və azadlıqlarına bilavasitə təsir edən sənəd və materiallarda olan informasiya üçün qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulmamışdırsa, onun belə sə nəd və materiallarla tanış olmaq hüququnu təmin etmək üçün vəzifəli şəxslər həmin sənəd və materialları vətəndaşa təqdim etməyə borcludurlar. Rəsmi informasiya yazılı və ya şifahi formada olan, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə təsir edən və həmin informasiyanın müəyyənləşdirilmiş müəllifi kimi hərəkətlər edən (qərarlar qəbul edən) dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin ünvanına təqdim olunan elə məlumatlardır ki, onlar məhkəmə tərəfindən hərəkətlərin edilməsi (qərarların qəbul olunması) üçün əsas sayılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 4.0.01, 4.0.05, 4.0.06-cı maddələrinə əsasən müraciətlərin baxılmasının əsas prinsipləri qanunçulu q və heç bir ayrıseçkiliyə və süründürməçiliyə yol verilməməsidir və müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsidir. “Təbii inhisar haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 1.7-ci bəndinə görə liman təbii inhisar subyektidir. Həmin qanunun 6-cı maddəsinin 2.1-ci bəndinə əsasən və “Dəniz Limanları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən - limanda xidmətlərin göstərilməsi qaydası Azərbaycan Respublikası Cavabdeh tərəfindən müəyyən olunmalı və liman xidmətlərinə, liman qurğularının istismarı, yükdaşıma və dəniz üzgüçülüyünün təhlükəsiz fəaliyyəti ilə bağlı xidmətlərə görə qiymətlər Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilməlidir. Həmin qanunun 15.4cü maddəsinə əsasən Limanda göstərilən və təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid olmayan xidmətlərə görə qiymətlər müqavilə əsasında müəyyən edilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.2-6.1.7ci maddələrinə əsasən, informasiyanın əldə olunmasının prinsiplərdən biri onun qanuniliyi və dövlət tərəfindən qorunmasıdır və o cümlədən məhkəmə yolu ilə müdafiəsidir. Əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və təbii inhisara malik olan hüquqi şəxslərin göstərdikləri xidmətlərin tarifləri məhz yuxarıda qeyd olunan sərəncamın 5-ci bəndində öz əksini tapmışdır və məlumatın vacibliyinin alınması zərurəti yaranmışdır.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(112)-8185/2022 nömrəli qərardadı (hakim X2) ilə i ddia mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bərə və əsas yük terminalının "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə verilməsi ilə bağlı iddiaçının Azərbaycan Respublikasının Cavabdehnə informasiya sorğusu baxılması üçün aidiyyəti üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilmişdir. Odur ki, həmin sorğuya cavab verməli qurum aidiyyəti üzrə müvafiq nazirlikdir. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin fəaliyyətinə aid olan tariflərlə bağlı informasiya sorğusuna münasibətdə qeyd edilən sərəncama əsasən tariflərin Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq olunması müəyyən edilmişdir. Bu səbəbdən də tariflərlə (onların dəyişdirilməsi ilə) bağlı birbaşa informasiya sahibi Azərbaycan Respublikası Cavabdeh deyildir. O dur ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, informasiya sorğusunda göstərilən məlumatların təqdim edilməsi üçün iddiaçının müraciəti aidiyyəti üzrə göndərilmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2820/2022 nömrəli qərardadı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X1 və X7) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən sübutları araşdırmamışdır və bu səbəbdən gəldiyi nəticə əsassız və qanunsuz sayılmalıdır. 3 sorğuya cavab verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixində Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etdiyi halda, məhkəmə yalnız iki sorğuya münasibət bildirmiş, lakin mühüm əhəmiyyət kə sb edən və sorğunun əsasını təşkil edən xx.xx.2020-ci tarixli, 06/397 nömrəli 3-cü sorğunun üstündən sükutla keçərək onun tələbini təhrif etmiş və ümumiyyətlə mövqe bildirməmişdir ki, bu da mahiyyəti üzrə qərara təsir etmişdir.

15. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli, 1121 nömrəli Sərəncamının 4.3, 4.6-cı (normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması) bəndlərində cavabdehə aid məsələlər öz əksini tapmışdır. Nəqliyyat Nazirliyinə aid məsələlər isə Sərəncamın 3.3 bəndinə aiddir və hansı ki, orada əks olunanların tələb olunan məlumatla heç bir əlaqəsi belə yoxdur. Eyni zamanda məhkəmə “cavabdeh sorğuya cavab verməli deyil” nəticəsini əsaslandıra bilməmişdir, cavabdehin funksiyası Dövlətin iqtisadi maraqlarının formalaşmasını təmin etməkdir, bu hal Konst itusiyada da öz əksini tapmışdır. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikay ət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayəti n təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələ ri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya məhkəməsi məlumatın verilməsi barədə iddia tələbinin mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Hazırkı işdə iddiaçı Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli, 1121 nömrəli sərəncamının 4.3-cü (bərə və əsas yük terminalının "xxxx" QSCnin balansına nə vaxt verilməsi ilə bağlı) və 5-ci bəndlərinin (Tariflərə axırıncı dəfə nə vaxt baxılması ilə bağlı) icrası ilə bağlı məlumatların ona verilməsini tələb edir.

26. Bununla bağlı nəzərə almaq lazımdır ki, tələb olunan məlumatın verilməsinə dair sorğunun məqsədi, sorğu edilən məlumatın mahiyyəti, məlumatın əldə edilməsində sorğu edən şəxsin hüquqi marağı sorğuda əsaslandırılmalıdır. Başqa sözlə, iddiaçı sorğu vasitəsi ilə tələb etdiyi məlumatları əldə etməkdə müəyyən legitim və əsaslı məqsəd güdməli, həmin məlumatların təqdim olunması onun hüquqi marağı baxımından zəruri olmalı, müəyyən xidməti və ya ictimai ehtiyacların təmin olunması maraqlarından (məsələn, Limanın fəaliyyəti ilə bağlı hər hansı tədqiqat layihəsi üçün lazım olması və həmin tədqiqat haqqında məlumatı ictimaiyyətə çatdırmaq mə qsədilə sorğu edilməsinə dair maraqlardan) irəli gəlməlidir. Hazırkı mübahisəyə münasibətdə həmin məlumatların əldə olunmasında iddiaçı öz dəqiq məqsədi, tələb edilən məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində kəsb etdiyi əhəmiyyəti, hüquqi marağı baxımından məlumatların əldə olunmasının zəruriliyi barədə nə inzibati orqana, nə də məhkəməyə açıqlama verməmiş və bunu dəqiqliklə ifadə etməmişdir.

27. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ümumi şəffaflıq və informasiya əldə etmək hüququna istinad olunması həmin məlumatların tələb edilməsi üçün yetərli sayıla bilməz. Bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır ki, məlumat əldə etmək hüququ heç bir ehtiyac və zərurət olmadan, şəxsin hüquqi maraqlarının təmin olunması məqsədi güdmədən hər bir halda informasiya tələb etm ək anlamında qiymətləndirilə bilməz.

28. Məhkəmənin bu yanaşması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ağalıyev Azərbaycana qarşı” 8135/12 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Avropa Məhkəməsinin həmin hüquqi mövqeyinə görə, “Məhkəmə “axtarılan məlumatın mahiyyəti” ilə bağlı əlavə müvafiq kontekstual təfərrüatlar olmadan ərizəçinin tələb etdiyi bütün məlumatların, məsələn, AzTV-nin yanacaq və təmir xərcləri və vebsaytın saxlanması xərcləri ilə bağlı məlumatların mütləq ictimai maraq doğuran məsələlər olmaları barədə ərizəçinin iddialarını qəbul edə bilməz. Eynilə, ərizəçinin verdiyi sualların xüsusiyyətlərini və təfərrüatlı xarakterini nəzərə alaraq, məlumatların “mövcud və əlçatan” olub-olmaması sualı yaranır. Sonuncu meyarla əlaqəd ar olaraq, Məhkəmə təkrar edir ki, Konvensiya ərizəçinin sorğusu üzrə məlumat toplamaq və onu ərizəçinin istədiyi xüsusi formada təqdim etmək öhdəliyi qoymur. Bununla belə, Məhkəmə yuxarıda qeyd edilən iki meyarın yerinə yetirilib-yetirilmədiyini təfərrüatlı formada araşdırmağı zəruri hesab etmir, belə ki, hazırkı işin halları ilə sıx əlaqəli olan məlumat əldə edilməsinə dair sorğunun məqsədi və ərizəçinin roluna dair vacib meyarların təmin olunması iş materialları ilə sübut olunmur.

29. Məlumat əldə edilməsinə dair sorğuların məqsədinə gəldikdə, Məhkəmə bir daha bildirir ki, bu meyarın təmin olunmuş hesab edilməsi üçün ərizəçinin Məhkəmə qarşısındakı icraatda mübahisəli sorğunun verilməsinə dair öz məqsədini ilk dəfə izah etməsi kifayət deyildir. Sorğunu verən şəxs ilk növbədə, müvafiq daxili orqanlar qarşısında, digər məsələlərlə yanaşı, informasiyanın əldə olunması və ictimaiyyətə çatdırılmasında onun xüsusi rolunun sorğu edilən məlumatın mahiyyəti ilə hansı dərəcədə uyğunluğunu göstərməklə sorğunun dəqiq məqsədini və hansı səbəblə onun ifadə azadlığı hüququnun həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyini kifayət qədər izah etməlidir. Ərizəçinin ümumi şəffaflıq prinsipinə əsasən müəyyən məlumatların əlçatan olması barədə mücərrəd fikirləri kifayət deyildir. Bundan əlavə, məlumatın “əldə edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu verən şəxsin rolu xüsusi əhəmiyyət kəsb edir. Əsas məqam, sözügedən məlumatı əldə etmək istəyən şəxsin ictimai “gözətçi” kimi bunu jurnalistləri, QHT-ləri, akademik tədqiqatçıları, ictimai maraq doğuran məsələlərə dair ədəbiyyat müəlliflərini və müəyyən hallarda bloggerləri əhatə edən, lakin bununla məhdudlaşmayan ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə edib-etməməsidir.

30. İş materiallarından ərizəçinin əldə etmək istədiyi məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində nə üçün mühüm rol oynadığı müəyyən edilmir və buna görə də ona bu məlumatların verilməsindən imtina edilməsi 10-cu maddəyə əsasən ərizəçinin ifadə azadlığı hüququna müdaxilə təşkil etmir.

31. Konvensiyanın 10-cu maddəsi şəxslərə dövlət orqanında olan məlumatları əldə etmək hüququnu vermir və dövləti həmin şəxsə belə məlumatları verməyə məcbur etmir. Bununla belə, birincisi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə belə məlumatların açıqlanması tələb olunduqda və ikincisi, informasiyanın əldə edilməsi fərdin ifadə azadlığı hüququ nu həyata keçirməsi üçün bir vasitə olduğu halda, belə bir hüquq və ya öhdəlik yarana bilər. Məlumat verilməsindən imtina edilməsinin ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olub-olmaması və ya hansı dərəcədə müdaxilə təşkil etməsi hər bir fərdi işə əsasən və həmin işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Konvensiyanın 10-cu maddəsinin dövlət orqanlarının məlumatı açıqlamaqdan imtinasına şamil edilib-edilmədiyini müəyyən etmək üçün aşağıdakı meyarlar müəyyənləşdirilmişdir: (a) məlumatın verilməsinə dair sorğunun məqsədi; (b) sorğu edilən məlumatın mahiyyəti; (c) məlumatın “qəbul edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu edən şəxsin xüsusi rolu və (d) sorğu olunan məlumatın mövcudluğu və əlçatanlığı.”

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2820/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar