Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1080/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhər İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə borcun şəxsi vərəqədən silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və vəkili X4, üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhər İdarəsi) qarşı “məcburi dövlət sosial sığorta haqları üzrə borcun şəxsi vərəqədən silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-88/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2-(81)294/2010 saylı qətnaməsi ilə iddiaçı DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentinin cavabdeh “xxxx” MMC-yə (indiki adı “xxxx” MMC) qarşı xx xxxxxx 2009-cu il tarixinə yaranmış 115.768,61 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun cavabdehin əmlakı hesabına tutulması barədə iddiası rədd edilmişdir.
2. Cəmiyyətin hesablaşma hesabına DSMF-nin İri Sığortaedənlərlə İş üzrə İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixində 188/**********0 saylı sərəncam, sonradan isə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 2019-cu il 22 aprel tarixində **********5 nömrəli sərəncam qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 1 saylı B akı İnzibati-İqtisadi Məhkəməsinə cavabdeh DSMF-nin İri Sığortaedənlərlə iş üzrə İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “hesablaşma hesabına qoyulmuş 2018-ci il 15 avqust tarixli 188/**********0 saylı sərəncamın ləğv edilməsi və hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 29396,09 manat məbləğində borcun şəxsi vərəqədən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sonradan cavabdeh Azərbaycan Respublikası DSMF-nin İri Sığortaedənlərlə iş üzrə İdarəsi əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmiş, məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin 3-cü şəxs qismində işə cəlb edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır k i, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2-(81)-294/2010 saylı qətnaməsi ilə iddiaçı DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentinin cavabdeh “xxxx” MMC-yə qarşı xx xxxxxx 2009-cu il tarixinə yaranmış 115768,61 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun cavabdehin əmlakı hesabına tutulması barədə iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən məcburi sosial sığorta ödəmələri üzrə 86372,52 manat, penya üzrə 2888,11 manat olmaqla cəmi 93420,87 manat silinmişdir. Bakı İnzibat- İqtisadi Məhkəməsinin 2(81)-294/2010 saylı, xx.xx.2010-cu il tarixli qərarı ilə rədd edilmi məbləğin 22347,74 manatı borc şəklində qalmışdır. Beləliklə, tələb olunan borc xx.xx.2006-ci il tarixə olan qalıq borcu olmuşdur. Qətnamənin qüvvədə olmağına baxmayaraq, Cəmiyyətin hesablaşma hesabına DSMF-nin İri Sığortaedənlərlə İş üzrə İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixində 188/**********0 saylı sərəncam, sonradan isə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 2019cu il 22 aprel tarixində **********5 nömrəli Sərəncam qoyulmuşdur. Halbuki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci bəndinə əsasən həmin borclar silinməlidir.
6. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamenti iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsindən silinməsini tələb etdiyi 29396,09 manat məcburu dövlət sosial sığorta borcu yoxdur, bu barədə iddiaçının şəxsi hesab vərəqindən çıxarış məhkəməyə təqdim ed ilmişdir. İddiaçı məhz 29396,09 manat borcunun olduğunu iddia etmiş və həmin borcun 2009-cu il tarixədək yarandığını bildirmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Hal-hazırkı tarixədək iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair cavabdehə hər hansı məlumat daxil olmadığından, iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edlməlidir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-766/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən hazırda silinməsi tələb edilən borcun xx.xx.2006-cı ilə qədər cəmiyyətə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 22347.74 manat borcun olması həmin üzləşmə aktı tərtib edilən zaman göstərilməmişdir. Təqdim edilmiş məhkəmə aktlarında tutulması rədd edilən məbləğlərin tərkibinə iddiaçının hazırda silinməsini tələb etdiyi 22347.74 manat məbləğin də daxil olması inzibati icraat materialları ilə müəyyən edilmir.
9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-88/2020 nömrəli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Baxışova) iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-766/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinə görə, iddianın rədd edilməsi prosessual baxımdan qanunsuzdur. DSMF bildirmişdir ki, iddiaçının borcu var, lakin borcu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz 14.Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazında bildirmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsindən silinməsini tələb etdiyi 29.396,09 manat borcu yoxdur, bu barədə iddiaçının şəxsi hesab vərəqindən çıxarış məhkəməyə təqdim edilmişdir. İddiaçı məhz 29.396,09 manat borcunun olduğunu iddia etmiş və həmin borcun 2009-cu il tarixədək yarandığını bildirmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Hal-hazırkı tarixədək iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair cavabdehə hər hansı məlumat daxil olmadığından, iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edlməlidir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh və vəkili kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
16. İddaçı və vək ili məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Sosial sığorta haqqında” Qanun Maddə
11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Maddə
18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə
21. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər.
18. Vergi Məcəlləsi Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqa nları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. 19. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzim lənməsi haqqında” Qanun Maddə
1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə
2. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Maddə 3.0. Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: Maddə 3.0.1. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; Maddə 3.0.2. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; Maddə 3.0.3. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmı ş penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Maddə
4. Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağ lı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)294/2010 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsinə əsasən DSMF-nin İri Sığo rtaedənlərlə iş üzrə Departamentinin cavabdeh “xxxx” MMC-yə (indiki adı “xxxx” MMC) qarşı xx xxxxxx 2009-cu il tarixinə yaranmış 115.768,61 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun cavabdehin əmlakı hesabına tutulması barədə iddiası rədd edilmişdir. İddiaçının vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən, iddiaçının xx.xx.2018-ci il tarixinə 22.347,74 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmuşdur. “Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-ci ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş borcun silinməsi barədə üzləşmə aktına əsasən xx.xx.2006-cı il tarixinədək sığortaedənin təqdim etdiyi ən son hesabata (xx.xx.2005-ci il) görə hesabatla əhatə olunan dövrün sonuna məcburi dövlət sosial sığorta haqlar ı (əsas məbləğ) üzrə sığortaedənin borcu 86.372,52 manat, 2018-ci ilin birinci rübü üçün təqdim edilən hesabata görə (xx.xx.2018-ci il) 108.720,26 manat təşkil etmişdir. Beləliklə, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC-nin xx.xx.2006-ci il tarixə 86372,52 manat borcu olmuş və həmin borc DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən silinmişdir. Hazırda iddiaçı daha 22.347,74 manat məbləğində borcun 2006-ci il tarixinə olmasını göstərərək həmin borcun da cavabdeh tərəfindən silinməli olmasına istinad etməklə borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. 24.1. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, borcun silinməsi yalnız öhdəliyə icra edilməsi nəticəsində xitam verdiyi halda həyata keçirilir. Hazırkı mübahisə üzrə iddiaçı nın silinməsini tələb etdiyi borc məbləği məhkəmə tərəfindən iddia müddəti tətbiq edildiyi üçün sosial sığorta orqanının xeyrinə tutulmamışdır. Sosial sığorta qanunvericiliyində isə həmin borcun silinməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. İddia müddətinin tətbiq edildiyi hazırkı borcun tutulması ilə bağlı sosial sığorta orqanının (hazırkı halda vergi orqanının) tələb etmə hüququ istisna edilsə də, həmin borcun silinməsi üçün də qanuni əsaslar mövcud deyildir. Odur ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi üçün əsas təşkil etmir.
25. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşmır. Belə ki, həmin əsaslandırma ziddiyyətl olmaqla, İPM-nin 12-ci maddəsində müəyyən ed ilmiş işin hallarının araşdırılması prinsipinə, habelə sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi qaydasına cavab vermir.
26. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının sosial aığorta ödəmələri üzrə inzibati orqan tərəfindən tərtib etdiyi hesabat məlumatları, iddiaçı üçün əhəhmiyyətsiz deyildir. İddiaçı bununla bağlı hüquqi müəyyənlik marağına malikdir və inzibati orqan “İnzibati icraat haqqında” qanunun 11 və 13-cü maddələrində müəyyən olunmuş qanunçuluq və qarşılıqlı etimad prinsiplərindən irəli gələn vəzifələrinə uyğun olaraq bu müəyyənliyi təmin etməyə borcludur.
27. Məhkəmənin ziddiyyətli araşdırması ondan ibarətdir ki, işə əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçının xx.xx.20 06-cı il tarixinə 115.768,61 manat sosial sığorta haqqı üzrə borcu olduğu müəyyən edilmişdir və məhkəmənin həmin qətnaməsi ilə iddiaçıya qarşı 115.768,61 manat sosial sığorta haqqı üzrə borc tələbi təmin edilməmişdir. Məhkəmələr isə hazırki işə baxarkən müəyyən etmişdir ki, iddiaçının xx.xx.2006-ci il tarixə 86372,52 manat borcu olmuş və həmin borc DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən silinmişdir.
28. Bu halda məhkəmələr hazırki iddia tələbini həll edərkən ilk növbədə xx.xx.2011-ci il tarixli qətnamə ilə təmin olunmamış 115.768,61 manat borcun iddiaçının şəxsi hesabından silindiyini müəyyən etməlidir. Bu həm də ona görə zəruridir ki, “İnzibati icraat haqqında” qanunun “çoxun azı ehtiva etməsi prinsipi” adlanan 18-ci maddəsinə görə, inzibati orqan orqan mənasına görə fiziki v ə ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz.
29. Lakin iş materiallarına bu barədə qəti nəticəyə gəlməyə əsas verən sübutlar əlavə olunmamışdır.
30. Bundan başqa, iş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2inz(81)-1600/2014 saylı qərarından görünür ki, “xxxx” MMC-nin cavabdeh DSMF-nin İri Sığorta Edənlərlə İş üzrə Departamentinə qarşı 274.989,30 manat sosial sığorta borcunun silinməsi tələbinə dair iddiası da təmin olunmuş, 2010-cu ildə məcburi dövlət sığorta haqları üzrə hesablanmış 274.989,30 manat sosial sığorta borcunun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. İş material ları ilə bu məbləğin də silindiyi müəyyən olunmur.
31. Yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-88/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.