Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1080/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun vahid daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri P HŞ 1 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun vahid daşınmaz əmlak obyekti kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(103)-919/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 795 saylı, 13 iyun 2000-ci il tarixli sərəncamı ilə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Ş.X.Cəfərova fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.metr torpaq sahəsi ayrılmışdır. S.X.Cəfərovun iddiaçı ilə qarşılıqlı razılığı əsasında həmin torpaq sahəsi nin iddiaçının adına keçirilməsi barədə müraciəti nəzərə alınaraq rayon icra hakimiyyəti başçısının 763 saylı 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına keçirilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ əsasında çıxarışın verilməsinin təmin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 8 yanvar 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Həmçinin bildirilmişdir ki, Binəqədi rayon İHB-nın 763 saylı, 5 oktyabr 2001-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı təqd im edilmişdir. Belə ki, 2001-ci il tarixli yanvarın 1-dən sonra vətəndaşların mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Bununla yanaşı, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsi JN11342 saylı şəhadətnamədə göstərilən torpaq sahəsi i lə üst-üstə düşür və yerləşmə cizgisində uyğunsuzluq aşkar olunmuşdur. Təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında fərq mövcuddur, ayrılmış torpaq sahəsi sənəd üzrə 600.0 kv.m, faktiki olaraq 485.0 kv.m təşkil etdiyindən azalma ilə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməsi məqsədəmüvafiqdir və qaz kəmərinin mühafizə zolağında yerləşir. Bununla yanaşı, Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-1168/2015 saylı 10 avqust 2015-ci il tarixli qərardadı idarəyə daxil olmuş, lakin qanuni qüvvəyə minməsi barədə məlumat daxil olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. 4. “Azəriqaz” İB-nin 25 avqust 2020-ci il tarixli, SOCAR**********30560046X04268 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbəyov küçəsində yerləşən 4 saylı yaşayış binası ilə üzbəüz sahədə yerləşən torpaq sahəsindən (koordinatlar 40.**********86) qaz xətti keçmir. 5. "xxxx" MMC tərəfindən 97 saylı, 10 noyabr 2020-ci il tarixli mütəxəssis rəyində mütəxəssis qarşısında qoyulmuş suallar üzrə aparılmış araşdırmanın nəticəsi olaraq aşağıdakılar qeyd edilmişdir: a. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunun adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla faktiki ölçüsü 485 kv.metr təşkil edir. b. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunun adına keçirilmiş M.Ə.Rəsul zadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsinin ərazisi JN11342D seriyalı, kod 00100003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,6 ha torpaq sahəsinin ərazisi ilə üst-üstə düşmür, 2835 metr kənarda yerləşir. c. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunun adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşmir.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 13 fevral 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tə ləbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədində) yerləşən Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 763 saylı 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600 kv.m. torpaq sahəsindən faktiki istifadəsində olan 485 kv.m. torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin onun adına xüsusi mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 795 saylı, 13 iyun 2000-ci il tarixli sərəncamdan irəli gəl ən göstərişlərə riayət etməklə torpaq sahəsində fərdi yaşayış evini tikməklə ailə üzvləri ilə birlikdə orada yaşayır. Cavabdehin imtina məktubunda qeyd etdiyi hallar iddiaçının əmlakının adına qeydiyyata alınmasından imtina üçün əsas deyildir. Belə ki, sərəncamdan da göründüyü kimi həmin torpaq sahəsi Binəqədi RİHB-nın 795 saylı, 13 iyun 2000-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün digər vətəndaşa ayrılmış və həmin vətəndaşın müraciəti əsasında iddiaçının adına keçirilmişdir. Həmin vaxt torpaq sahəsinin bələdiyyəyə aidiyyəti olmamışdır. Elektron kadastr baza məlumatı ilə iddiaçının adına keçirilmiş torpaq sahəsinin bir hissəsinin qonşunun torpaq sahəsi ilə üst-üstə düşərək onun sahəsinin azalması iddiaçı tərəfindən mübahisələndirilmir. Qonşunun tikilisi anlaşılmazlı qdan iddiaçının torpaq sahəsinin bir hissəsinə düşməsi nəticəsində onun torpaq sahəsinin ölçüsü azalmışdır. Artıq qonşu da orada tikinti apardığından iddiaçı həmin hissəni ondan tələb etmir və cavabdehdən sərəncamda qeyd edilən 600.0 kv.m. torpaq sahəsinin yox, hazırda faktiki onun istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin adına qeydiyyatdan keçməsini istəyir. İstifadədə olan torpaq sahəsinin hazırda qaz kəmərinin mühafizə zolağına da heç bir aidiyyəti yoxdur. Çünki “Azəriqaz” İB tərəfindən orada olan qaz kəmərinin yeri dəyişdirilərək başqa yerdən çəkilmişdir, turbaların bir hissəsi isə kəsilərək götürülmüş, qalan turbalar isə yararsızdır. Bu faktı təsdiq edən “Azəriqaz" İstehsalat Birliyi Bakı X15 Departamentinin məktubu və aktı iddia ərizəsinə əlavə edilmişdir. Qeyd edilənlərlə y anaşı iddiaçının istifadəsində olan torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi böyük bir küçənin mərkəzində yerləşməklə hər tərəfdən qonşularla əhatə olunmuşdur və iddiaçı ilə divar qonşularının istifadəsində olan torpaq sahələri və tikintilərə dair cavabdeh orqan tərəfindən qeydə alınmaqla çıxarışlar verilmişdir. Ərazidə ancaq iddiaçının istifadəsində olan torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına düşməsi isə qeyri-mümkündür. Artıq qaz idarəsi özü də bu halı inkar edir. Cavabdeh, həmçinin iddiaçının müraciətinin bir hissəsinə imtina vermişdir. İddiaçı cavabdehə həm torpaq sahəsinin, həm də torpaq üzərində inşa edilmiş fərdi yaşayış evinə çıxarışın verilməsi barədə müraciət etdiyi halda imtinanı ancaq torpağa aid hissədə vermişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı eti raz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-1(112)-3289/2020 nömrəli qərarı (hakim: X3) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədində) yerləşən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının adına xüsusi mülkiyyət hüququ üzrə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi cavabde hə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədində) yerləşən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə adına keçirilmiş 600.0 kv.metr torpaq sahəsindən faktiki istifadəsində olan 485.0 kv.metr torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının adına vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməs ini məhdudlaşdırmışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyul 2021-ci il tarixli, 2-1(103)-959/2021 nömrəli qərarı ilə (hakimlər: X5 /sədrlik edən və məruzəçi/, X6 və X4) Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) biri kimi Binəqədi rayon İcra Hakimiyyəti başçısının 5 oktyabr 2001-ci il t arixli, 763 nömrəli sərəncamına istinad edir. Lakin qeyd olunan sərəncam belə bir mötəbərliyə malik deyil. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin 3-cü hissəsinin mənasına görə, 2001-ci il yanvarın 1-dən sonra yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır. Mübahisəli torpaq sahəsi iddiaçıya verilərkən torpaqayırma və yerquruluşu işlərinin aparılması qaydalarına da əməl olunmamışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2-1(102)-1899/2021 nömrəli qərarı ilə (hakimlər: X10 /məruzəçi/, X11 və X14) ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyul 2021-ci tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin başqa torpaq sahəsi ilə üst-üstə düşməsi və qaz kəmərinin mühafizə zolağında yerləşdiyini bildirmiş, birinci instansiya məhkəməsi həmin dəlillərin təsdiq edilmədiyini qərarında əsaslandırmış, lakin apellyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələblərinə əməl etməyərək qərarında apellyasiya şikayətinin dəlillərinə ( birinci instansiya məhkəməsinin əsaslandırmasına) münasibət bildirməmişdir. Həmçinin Binəqədi rayonunun Hacıbəyov küçəsində yerləşən 4 nömrəli yaşayış binası ilə üzbəüz olan sahədə iddiaçı tərəfindən inşası nəzərdə tutulan fərdi yaşayış evinin eskiz layihəsi 9 oktyabr 2011-ci il tarixdə memar Ş.Allahverdiyevin imzası ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi yaşayış evinin eskiz layihəsinə münasibət bildirməmiş, yaşayış evinin Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2013-cü ilə qədər, yoxsa ondan sonra inşa edilməsini müəyyən etməmiş, yaşayış evinin tikildiyi ildən asılı olaraq onun hüquqi qeydiyyatının aparılması üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və 8.0.10-cu maddələrinin tələblərinin təmin edilməsi üçün əsas olan halları müəyyən etməmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2020-ci il tarixli, 2-1(103)-919/2022 nömrəli qərarı ilə (hakimlər: X2 /sədrlik edən və məruzəçi/, X8 və X21) Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki: - torpaq sahəsinin birinci dəfə rayon icra hakimiyyəti başçısının 13 iyun 2000-ci il tarixli sərəncamı ilə ayrılması və icra hakimiyyəti başçısının bu zaman səlahiyyətli olması baxılan iş üzrə mübahisə olunmayan haldır. Rayon icra hakimiyyəti başçısının 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə iddiaçıya başq a torpaq sahəsi ayrılmamışdır. Məhz həmin torpaq sahəsi Ş.X.Cəfərovun razılığı əsasında iddiaçının adına keçirilmişdir. Beləliklə, rayon icra hakimiyyəti başçısı səlahiyyətli olduğu məsələ ilə bağlı sərəncam vermişdir; - birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın nəticəsi olaraq məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə İddiaçı adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsinin ərazisi JN-11342D seriyalı, kod 00100003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 mülkiyyətinə verilmiş Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,6 h a torpaq sahəsinin ərazisi ilə üst-üstə düşmür, 2.835 metr kənarda yerləşir; - məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 763 saylı, 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə İddiaçı Adil oğlunun adına keçirilmiş M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində (6-cı mikrorayonun sərhədi) yerləşən torpaq sahəsi qaz kəmərinin mühafizə zolağında yerləşmir; - Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Baxılan iş üzrə torpaq sahəsinin ayrılması barədə sərəncama əsasən eskiz layihəsinin təsdiq olunması məsələsi təsərrüfat şöbəsinə (memara) həvalə olunmuşdur. Qanunun tələbinə və sərəncamda müəyyən edilmiş qaydada tikilinin layihəsi Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi tərəfindən razılaşdırıldığından iddia tələbi həmin hissədə də əsaslıdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia təl əbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Da şınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi ü zərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;...
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə is tinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Apellyasiya instansiyası məhkəməsi torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qan unun tələbləri və Ali Məhkəmənin göstərişləri ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli olmasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edi r ki, İPM-in 28.1 və 28.2-ci maddələrinin tələbinə görə, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktlarının Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin qanunla qorunan maraqlarına toxunduğu, yaxud inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndir ən hallar müəyyən edilmir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 21(103)-919/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.