Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1080/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-1080/2024) (Açar sözlər: əlillik dərəcəsinin elektron informasiya sisteminin Əlillik altsisteminə yerləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X6 və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “əlillik dərəcəsinin elektron informasiya sisteminin Əlillik altsisteminə yerləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3188/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 176 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən bildirilmişdir ki, 1966cı il təvəllüdlü İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək N saylı hərbi hissənin tərkibində xidmət edərkən 30 km əhatə dairəsində Çernobıl AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir.
2. Ona 1993-cü ildə müddətsiz ikinci qrup əlilliyi müəyyən edilmişdir.
3. Hal-hazı rda 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlildir.
4. İddiaçının Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsinə, 2-ci dərəcə müddətsiz Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar Prezident təqaüdünün təyin edilməsini xahiş etmişdir.
5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “Müharibə ilə əlaqədar əli lliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması haqqında” məktubuna əsasən bildirilmişdir ki, əlilliyə görə əmək pensiyası tibbisosial ekspert komissiyasının xx.xx.2002-ci il tarixli 405901 nömrəli müayinə aktından çıxarışa əsasən əlillik səbəbi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olduğuna və Nazirliyin “Əlillik” altsistemində əlilliyə dair hər hansı bir məlumat aşkar edilmədiyinə görə sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyə uyğun deyildir.
6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-174/2-P04365/2023 saylı məktubu ilə bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” a ltsistemində ona dair məlumat və ya göndəriş aşkarlanmamışdır.
7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 18 aprel 2023-cü il tarixli, 3-17-7/2-P-16968/2023 saylı arayışına əsasən göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı İİ dərəcə əlilliyə görə 327,21 manat (üç yüz iyirmi yeddi manat 21 qəpik) əmək pensiyası alır; təyinatın bitmə tarixi müddətsizdir.
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi F ilialının İddiaçı ünvanladığı 05 may 2023-cü il tarixli, 3-17-1/2-P-99644/2023 nömrəli “Əlilliyə görə əmək pensiyası haqqında” məktubuna əsasən bildirilmişdir ki, iddiaçıya xx.xx.1993-cü il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ilk artım tempinə uyğun olaraq müvafiq icra hakim iyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 327,21 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
9. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMNnin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.1993-cü il tarixdən 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yetirməklə əlilliyinin Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması:
10. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı iki il sovet ordusunda hərbi xidmət etmiş, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək N nömrəli hərbi hissədə Çernobl AES baş vermiş qəzanın nəticələrinin aradan qaldrıılmasında 30 km zonada iştirak etmişdir. Hal-hazırda 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlildir. xx.xx.2002-ci il tarixdən 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlilliyinin Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilməsinə ehtiyac vardır. Bununla bağlı cavabdeh inzibati orqana dəfələrlə müraciət edilsə də, bir nəticəsi olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:
11. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir. birinci instansiya m əhkəməsinin gəldiyi nəticə:
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3871/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçının xx.xx.1993-cü il tarixdən 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlilliyinə dair məlumatın Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 1993-cü ildə müddətsiz ikinci qrup əlilliyi müəyyən edilmişdir. Bu haqda məlumat X4 Sistemində (müvafiq “Əlillik ”altsistemində) öz əksini tapmışdır. İddiaçı ona əmək pensiyasının hesablanması zamanı elektron altsistemində əlavə məlumatın mövcud olması zəruri olduğundan, onun Çernobıl AES-də hərbi xidm ət vəzifələrini yerinə yetirmə səbəbi qeydinin “Əlillik” altsisteminə daxil edilməsini tələb edir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə görə iddiaçının əlilliyə görə pensiya hüququ xx.xx.1993-cü ildə yaranmışdır. Sözügedən sistemin “Pensiya” altsisteminə əsasən iddiaçı Dövlət Sosial Müdafiə Fondundan 327.21 manat məbləğində əmək pensiyasını Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı İİ dərəcə əlilliyə görə alır.
15. Məhkəmə hesab edir ki, cavabdeh “Əlillik” altsisteminə iddiaçının istədiyi məlumatın daxil edilməsi üçün zəruri informasiyanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə etməli və ya iddiaçının təqdim etdiyi müvaf iq arayışları nəzərə almalı idi. Lakin cavabdeh dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi barədə qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçıya münasibətdə əsassız hərəkətsizliyə yol vermişdir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3188/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3871/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkə məsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
20. Əlillik təyini ilə bağlı iddiaçının müraciəti ilə bağlı araşdırma aparılarkən müəyyən olunmuşdur ki, onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə iddiaçıya dair göndəriş daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrini n göndərişləri əsasında qiymətləndirilir. Bununla əlaqədar hərbi həkim komissiyasının xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə qərarı əsasında dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdirildiyi təqdirdə onun əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Əlillik təyinatı məhz adsızlaşdırılmış tibbi göndərişlərin əlillik alt sisteminə göndərilməsi, həmin göndərişlərə Tibbi sosialekspert komissiyası tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi və qəbul edilmiş qərarın komissiya üzvlərinin yalnız gücləndirilmiş imzası ilə sistem üzərindən imzalanması və qərarın əlillik alt sistemində yerləşdirilməsi ilə başa çatır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfində n hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.
21. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyiəlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılma sı, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.
22. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi sosial ekspertiza müayinəsi tibbi etika və deon tologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir.
23. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Etirazda qeyd edilmişdir ki, kassasiya şikayəti əsassız, qanunsuz və formal xarakterli olduğu üçün təmin edilməməlidir, belə ki, iddiaçı xx.xx.1993-cü il tarixdən 2-ci dərəcə müddətsiz Çernobıl AES-də hə rbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlildir, əlillik altsistemdə əlilliyi haqqında məlumat olmadığı barədə cavabdehə müraciətim müsbət həllini tapmamışdır, belə ki, iddiaçının 1993-cü ildən müddətsiz əlil olmağı inkar edilmişdir, hərbi xidmətlə bağlı Çernobıl AES-də müddətsiz əlil olmağı əlillik arayışından və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən verilmiş arayışdan təsdiqini tapmışdır və əlavə olaraq Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən ətraflı icraat aparılaraq iddia tələbim təmin edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Həmin Qanunun 3-cü maddəsi isə aşağıdakıları nəzərədə tutur: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
26. Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”si: 2.1.5-ci bəndinə əsasən, MEİS-in strukturuna o cümlədən “Əlillik” (TSERAS) altsistemi daxildir. Həmin Əsasnamənin 2.3.-cü bəndinə əsasən, MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:... 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi ol an şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması.... 4.1-ci bəndinə əsasən, nazirliyin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir.
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin veril məsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2-ci qrup müddətsiz əlilliyi mövcud olduğu halda, cavabdeh tərəfindən bir daha onun əlillik vəziyyətinə dair tibbi göndəriş Agentliyə daxil olmadığını bildirərək, onun əlillyinə dair mövcud məlumatın Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (“MEİS”) “Əlillik” alt sisteminə yerləşdirilməsindən imtina etməsi qanunsuzdur.
33. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.21-ci bəndinə əsasən müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək Agentliyin vəzifələrinə aid edilmişdir.
34. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə Agentliyin diskresion səlahiyyətlərini mənimsəmiş və ona müdaxilə etmişdir.
35. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbində n inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 36. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
37. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3188/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.