Məhkəmə qərarları › İş №2-1(102)-1081/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1081/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1081/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “Müharibə veteranı adı və vəsiqə sinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-128/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 25 may N-ci ildə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq xidmətini AR MN-nin N saylı hərbi hissəsində keçirmişdir.

2. İddiaçının hərbi biletində onun rabitənin təşkili üçün N avqust N-ci ildən 20 noyabr N-cü ilədək döyüşlərdə iştirak etməsi barədə qeyd vardır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 31 yanvar 2018-ci il tarixli məktubunda qeyd edilmi şdir ki, N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 11 nömrəli, N iyul N96-cı il tarixli 207 nömrəli, avqust-dekabr N-ci il, yanvaraprel, iyun-noyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti və döyüş əməliyyatların bölgələrinə ezam olunması barədə məlumat aşkar olunmamışdır.

4. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 26.05.2018-ci il tarixli məktubu ilə N nömrəli hərbi hissə komandirinin avqust N-ci il və iyun-noyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının döyüş bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar olunmaması əsası ilə iddiaçının ərizəsinin icrasından imtina etmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 25 oktyabr 20N-cu il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr N-ci il tarixli 93 nömrəli əmrində sıravi Muradovun Ağcabədi rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N oktyabr N-ci il tarixli 128 nömrəli əmrində aşbaz İddiaçı Ağcabədi rayonundan ezamiyyətdən qayıtması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 131 nömrəli əmrində sıravi iddiaçının Pereküşkül qəsəbəsinə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin avqust N-ci il və iyun-noyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının döyüş bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindək i icraat

6. İddiaçı 27.11.20N-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 25 may N-ci ildə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq xidmətini AR MN-nin N saylı hərbi hissəsində keçirmişdir. N iyul N96-cı il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Xidmət dövründə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı rabitəçi olmuşdur, ona görə də rabitə xidmətinin təmini ilə bağlı müxtəlif istiqamətlərə göndərilmişdir. Xidmət dövründə Ağdam rayonunun Quzanlı, Sarıcalı kəndlərinə, Füzuli rayonun Kərimbəyl i kəndinə ezam olunmuşdur. Veteran adı və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi iddiaçının 25.08.N-ci -20.11.N-cü il tarixlərdə döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş əməliyyatları aparılan rayonlara və hərbi hissələrə ezam olunması ilə bağlı N saylı hərbi hissə komandirinin əmrlərində məlumat olmadığı qeyd olunmuşdur. Döyüş əməliyyatlarında iştirak faktının məhkəmə qaydasında müəyyən olunması üçün Xaçmaz rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, Müdafiə Nazirliyi həmin məhkəməyə göndərdiyi məktubda döyüş əməliyyatlarında iştirak faktının məhkəmə qaydasında müəyyən olunmasına etiraz etmədiyini bild irmişdir. Xaçmaz rayon Məhkəməsi 22.04.20N-cu il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

8. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 2N sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək e rməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı il ə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin niza mi hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. İddiaçının hərbi biletində onun rabitənin təşkili üçün 25.08.N-ci ildən 20.11.N- cü ilədək döyüşlərdə iştirak etməsi barədə qeyd vardır. Lakin Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin məktubunda göstərilir ki, N nömrəli hərbi hissə komandirinin əmrlərində iddiaçının dö yüş əməliyyatları bölgəsinə ezam olunması barədə məlumat aşkar olunmamışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İsmayıl Quliyev, 2-1(118)-382/2020 saylı iş), 12 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. Lakin iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissədən döyüş əməliyyatları bölgələrinə ezam edilmişdir. İddiaçının hərbi biletində onun rabitənin təşkili üçün 25.08.N-ci ildən 20.11.N-cü ilədək döyüşlərdə iştirak etməsi barədə qeydlər vardır. Eyni zamanda N nömrəli hərbi hissənin 0N sentyabr N-ci il tarixli əmr i ilə iddiaçının döyüş əməliyyatları bölgəsinə ezam olunması və N oktyabr N-ci il tarixli 128 saylı əmrlə ezamiyyətdən qayıtması barədə məlumatlar vardır. Bu məlumatların olması iddianın təmin edilməsi üçün kifayət edir, iddiaçının döyüş bölgəsinə ezam edilən vaxtı əlavə məlumatların saxlanılmaması iddiaçının məsuliyyətinə səbəb olmamalıdır.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7 məruzəçi, X5 və X3, 2-1(105)-128/2021 saylı iş) 22 fevral 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş materialları ilə iddiaçının 12 may N94-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi, 12 may N94cü ildən atəşkəs elan olunduqdan sonra isə döyüş zonasında hərbi xidmət keçərkən xəsarət alması müəyyən edilmir. İddiaçının hərbi biletində onun rabitənin təşkili üçün N avqust N-ci ildən 20 noyabr N-cü ilədək döyüşlərdə iştirak etməsi barədə qeydin olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qeyd iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçu olduğunu təsdiq etmir. Belə ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. İddiaçı döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibi ndə hərbi xidmət keçməmiş, döyüş əməliyyatları aparan hərbi hissələrə və orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmamışdır. Bundan əlavə, Ağcabədi şəhəri döyüş əməliyyatlarının getdiyi yer olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N sentyabr N95-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” X2 Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Q azax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarından söhbət gedir. İddiaçının döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması iş materialları ilə təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz.

14. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli qərarından 27 aprel 2021-ci il tarixdə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişd ir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

15. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmamışdır. Lakin iddiaçı xidmət etdiyi N nömrəli hərbi hissədən döyüş əməliyyatları bölgələrinə ezam edilmişdir. İddiaçının hərbi biletində onun rabitənin təşkili üçün 25.08.N-ci ildən 20.11.N-cü ilədək döyüşlərdə iştirak etməsi barədə qeydlər vardır. Eyni zamanda N nömrəli hərbi hissənin 0N sentyabr N-ci il tarixli əmri ilə iddiaçının döyüş əməliyyatları bölgəsinə ezam olunması və N oktyabr N-ci il tarixli 128 saylı əmrlə ezamiyyətdən qayıtması barədə məlumatlar vardır. Bu məlumatların olması iddianın təmin edilməsi üçün kifayət edir, iddiaçının döyüş bölgəsinə ezam edilən vaxtı ə lavə məlumatların saxlanılmaması iddiaçının məsuliyyətinə səbəb olmamalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını ləğv etsə də, bunu əsaslandıra bilməmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə birgə xidmət edənlərə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etdilər.

18. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq 18. 25 dekabr N91-ci ildə qəbul edilmiş “Hə rbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 19. “Veteranlar haqqında” Qanun: Maddə

3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. uğrunda döyüş

20. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 2N sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilmə si ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmad an xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzul i, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəx slər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən on ların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya in stansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

22. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul olun a bilən hesab edilir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İddiaçının dəlillərinə görə 25 may N-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılaraq xidmətini N saylı hərbi hissəsində keçirmiş, xidmət dövründə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Xidmət dövründə Ağdam rayonunun Quzanlı, Sarıcalı kəndlərinə, Füzuli rayonun Kərimbəyli kəndinə ezam olunmuşdur. N96-cı il tarixdə ordu sıralarından tərxis olunmuşdur.

26. Cavabdeh hesab etmişdir ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçməmiş, Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarında döyüş əməliyyatlarında olan hərbi hissələrə ezam olunmamışdır.

27. İddiaçı kasasi ya şikayətində bildirmişdir ki, hərbi xidmət zamanı dəfələrlə müxtəlif döyüş bölgələrinə (Ağdam rayonunun Quzanlı Sarıcalı kəndlərinə, Fizuli rayonunun Kərimbəyli kəndinə) ezam olunmuş, xidmət etdiyi N saylı hərbi hissədən döyüş əməliyyatları bölgələrinə ezam olunması barədə N saylı hərbi hissə komandirinin əmrləri olmuşdur.

28. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

29. İddiaçının hərbi biletində N saylı hərbi hissədə N avqust N-ci ildən 20 noyabr N-cü ilədək döyüşlərdə iştirak etməsi barədə məlumat vardır.

30. N avqust N-ci il tarixdən N oktyabr N-ci ilədək olan dövr istisna olmaqla iddiaçının N avqust N-ci ildən 20 noyabr N-cü ilədək N saylı hərbi hissədə xidmət etməsi işdə olan hərbi hissə komandirinin əmrləri ilə təsdiq olunur.

31. Lakin cavabdehin məlumatlarından görünür ki, N saylı hərbi hissə döyüş əməliyyatları aparmamış, həmçinin iddiaçının N avqust N-ci ildən 20 noyabr N-cü ilədək döyüşlərdə iştirak etməsi barədə hərbi hissə komandirinin əmrləri və arxiv sənədləri mövcud olmamışdır.

32. İşdə olan N saylı hərbi hissə komandirinin N avqust N-ci il tarixli və N oktyabr N-ci il tarixli əmrlərindən görünür ki, iddiaçı N avqust N-ci il tarixli əmrlə Ağcabədi şəhərinə döyüş əməliyyatlarına göndərilmiş, N oktyabr N-ci il tarixli əmrlə oradan ezamiyyətdən qayıtması qeyd edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respubli kası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələ rin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.

34. İddiaçının ezam olunduğu ərazi Ağcabədi şəhəri qeyd edilmişdir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 2N sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları gedən ərazilər konkret olaraq göstərilmiş, Ağcabədi şəhəri həmin ərazilərin sırasında göstərilməmişdir.

36. Odur ki, iddiaçının Ağcabədi şəhərinə döyüş bölgəsinə göndərilməsi barədə əmr ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün əsas ola bilməz.

37. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 2N sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında dö yüş əməliyyatları aparan hərbi hissəyə ezam olunması şərtdir.

38. İşdəki sənədlərə görə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə ezam olunması yuxarıda qeyd edilən Əsasnamədə sadalanan sübutlara təsdiq olunmamışdır.

39. İddiaçı şikayətində Ağdam və Fizuli rayonlarının kəndlərinə döyüş bölgəsinə ezam olunduğunu bildirmiş, lakin bu hal işdə olan hər hansı sənədlə sübuta yetməmişdir.

40. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

41. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edil məsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-128/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar