Məhkəmə qərarları › İş №2-1(102)-1081/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1081/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1081/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi ilə bağlı kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə q arşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1125/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 may 2017-ci il tarixdən ümumi xəstəliyə görə təyin edilmiş ikinci dərəcəli əlilliyin elektron sistemdə bərpa olunması, habelə 25 may 2017-ci il tarixdən 25 may 2022-ci il tarixədək təyin edilmiş əmək pensiyasının onun ödənilməsinin dayandırıldığı 01 iyul 2019-cu il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-678/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilərək, iddiaçıya təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilmişdir.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh orqana daxil olan müraciətlərin çox olması və məktub Agentliyə gec daxil olduğu üçün sözügedən qərarın qeydiyyatınım 18 may 2021-ci il tarixdə deyil, 19 may 2021-ci il tarixdə aparılması, həmçinin 19 iyun 2021-ci il tarix inin qeyri-iş günü olması səbəbindən apellyasiya şikayəti 21 iyun 2021-ci il tarixdə verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2022/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərardadı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev, A.S.Hüseynov) cavabdehin ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətin qəbulundan imtina edilmişdir.

6. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2022/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 678/2021 saylı, 26 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şik ayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin iş materialları ilə birlikdə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2220/2021 saylı, 30 noyabr 2021-ci il qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov, K.N.Bədəlov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2022/2021 nömrəli, xx.xx.2021ci il tarixli qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1125/2022 nömrəli, 15 mart 2022-ci il ta rixli qərardadı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov, A.Ə.Hüseyn) cavabdehin ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətin qəbulundan imtina edilmişdir.

9. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvan ı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. (-) Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, aşağ ıdakı səbəblərdən kassasiya mümkün sayılmamalıdır.

12. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

13. İş materiallarından görünür ki, mübahisələndirilən məhkəmə qərardadı cavabdehə 4 aprel 2022-ci il tarixdə təqdim edilmiş, cavabdeh isə həmin qərardaddan 14 aprel 2022-ci il tarixdə kassasiya şikayəti vermişdir.

14. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmiş ərizədə də mübahisələndirilən məhkəmə qərardadının cavabdehə 4 aprel 2022-ci il tarixdə təqdim edilməsi, həmin qərardaddan kassasiya şikayətinin isə 14 aprel 2022-ci il tarixdə verilməsi cavabdehin özü tərəfindən bildirilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1125/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə cavabdehə 4 aprel 2022-ci il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti 1 4 aprel 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 gün müddət keçdikdən sonra poçt rabitə xidmətinə təqdim olunmuşdur. Beləliklə də, qanunvericilikdə məhkəmə qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət otürülmüş və bu barədə tərəflərə 19 may 2022-ci il tarixli bildiriş göndərilmişdir. Bildirişdə məhkəmə iclasının təyin olunduğu vaxtadək yuxarıda göstərilən nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməyi təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.

16. Lakin buna baxmayaraq müddətin ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim edilməmişdir.

17. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalı, kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1125/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar