Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1081/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evi və altındakı torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və altındakı torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(103)-2957/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair “Şəxsi mülkiyyət hüququ i lə evlərin texniki inventarizasiya ilə qiymətləndirilməsinə aid” ЖЭУ 27 saylı 1983cü il tarixdə tərtib edilmiş texniki pasporta əsasən, iddiaçıya məxsus fərdi yaşayış evi 1975-ci ildə tikilmişdir, bir mənzil və bir mərtəbədən ibarətdir. Yaşayış sahəsi 57.5 kv.m, həyətin sahəsi 655.1 kv.m təşkil edir. Bütün tikintinin sahəsi 66.1 kv.m, bütün torpaq sahəsinin ölçüsü isə 721.2 kv.metrdən ibarətdir.
2. İddiaçı sözügedən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********97 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, təqdim edilmiş texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilməmişdir. Fərdi yaşayış evi və yerləşd iyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmalıdır. Həmçinin, təqdim edilmiş texniki pasportda İddiaçı ata adında fərq mövcuddur, belə ki, texniki pasportda ata adı “Hümbət” kimi göstərilmişdir.
4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-986/2022 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya ilə qiymətləndi rilməsinə aid” ЖЭУ 27 saylı pasportun İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1975-ci ildən istifadəsində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və altındakı torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1975-ci ildən istifadəsində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. O, cavabdehə müraciət edərək, istif adəsində olan fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, təqdim etdiyi texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilməmiş, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər topl usu təqdim olunmamışdır, həmçinin təqdim edilmiş texniki pasportda İddiaçı ata adında fərq mövcuddur (ata adı “Hümbət” kimi göstərilmişdir). Cavabdehin imtinası əsassız hesab edir.
7. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktublarının məzmunu ilə eynilik təşkil edir.
8. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “X2 və Ekspertiza Mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 130 nömrəli məktubla verilmiş mütəxəssis rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və altındakı torpaq sahəsinin işdə olan texniki pasport üzrə konfiqurasiyası faktiki vəziyyətdə olandan fərqlidir, faktiki və texniki pasport üzrə olan torpaq sahəsinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Torpaq sahəsi yaş ayış məntəqəsinin torpaqlarına aiddir. İddiaçı əlavə torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 1023.33 kv.m torpaq sahəsindən istifadə edir. Həmçinin, ona texniki pasport üzrə ayrılmış torpaq sahəsinin 83 kv.metrindən istifadə etmir.
9. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)-2399/2022 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia təmin edilmiş, iddiaçının istifadəsində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və altındakı torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci ma ddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanının 2.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, iddia olunan fərdi yaşayış evi və altındakı torpaq sahəsinə dair iddiaçının adına Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1983-cü il tarixdə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya ilə qiymətləndirilməsinə aid” ЖЭУ 27 saylı texniki pasport tərtib olunmuşdur. İddiaçı ev və altındakı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər ha nsı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçıya məxsus sənədlər sübut kimi mötəbər qiymətləndirilir və həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olduğunu təsdiq edir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, E.C.Kazımov və A.S.Hüseynov) 20 dekabr 2022-ci il tarixli, 21(103)-2957/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)-2399/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq cavabdehin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı təqdim edilmiş Xətai rayonu, Naximov küçəsi, 10/4 ünvanına dair fotoplana əsasən iddiaçının fərdi yaşayış evinin qonşuluğunda qeydiyyatdan keçmiş fərdi yaşayış evləri mövcuddur. Həmçinin, mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və altındakı torpaq sahəsi yaşayış məntəqəsinin torpaqlarına aiddir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh qeyd edir ki, iddiaçı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd olaraq Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya ilə qiymətləndirilməsinə aid” ЖЭУ 27 saylı 1983-cü il tarixdə tərtib edilmiş texniki pasport təqdim etmişdir. Müvafiq qurum tərəfindən tərtib edilmiş heç bir sənəd Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak ob yektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında qeyd olunmamışdır. Buna görə də iddiaçının təqdim etdiyi texniki pasport hüquqmüəyyənedici sənəd hesab edilmir. Belə ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmalıdır.
16. Həmçinin, fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd üzrə 57.5 kv.m, faktiki 151.2 kv.m təşkil edir, torpaq sahəsi isə hüquqmüəyyənedici sənəd üzrə 655.1 kv.m, faktiki isə 989.2 kv.m təşkil edir. Fərdi yaşayış evinə əlavə bitişik otaqlar və köməkçi sahə inşa edilmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqləri mövcuddur. Bundan əlavə, torpaq sahəsinin 140 kv.m hissəsi 2 nömrəli X1 ərazisində yerləşir. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşir.
17. Göründüyü kimi, məhkəmə tərəfindən hazırkı iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İşin hallarının dəqiq və düzgün araşdırılması məqsədi ilə müvafiq ünvanda ekspertiza keçirilməli, Azərbaycan Respu blikası Dövlət Neft Şirkəti məhkəmə icraatına cəlb edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(103)-2957/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanlmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başq asına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfi ndən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınma lı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddin də baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazı lı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şik ayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
24. Belə ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair “Şəxsi mülkiyyət h üququ ilə evlərin texniki inventarizasiya ilə qiymətləndirilməsinə aid” ЖЭУ 27 saylı 1983-cü il tarixdə tərtib edilmiş texniki pasport əsasında fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş edir.
25. Qeyd edilməlidir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən s ənədlərin Siyahısında təsbit edilmişdir.
26. İşə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən Siyahının 2.4-cü bəndinə istinadən iddiaçının tələbinin əsaslı olması qənaətinə gəlmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd edir ki, istinad olunan norma hazırkı işə tətbiq edilə bilməz.
28. Belə ki, Siyahının 2.4-cü bəndinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir.
29. Normanın məzmunundan görünür ki, texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport əsasında o torpaq sahələri üzərində hüquqlar qeydə alına bilər ki: 1) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin yerləşdiyi torpaq sahəsi olsun; 2) həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmiş olsun.
30. Hazırkı halda, ikinci şərt yerinə yetirilsə də, sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alınmadığından, Siyahının 2.4-cü bəndi iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
31. Qeyd edilənlərə əsasən, iddiaçının Siyahının 2.4-cü bəndinə istinadən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yoxdur.
32. Odur ki, cavabdehin “iddiaçı tərəfindən təqdim edilmiş texniki pasportun Azərbaycan Respublikası Prezidenti nin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında qeyd olunmaması” ilə bağlı dəlili əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 21(103)-2957/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
33. İşə təkrar baxan məhkəmə iddiaçının tələbinin əsaslılığını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş digər əsasların mövcudluğu istiqamətində yoxlamalı və qiym ət verməlidir.
34. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 21(103)-2957/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.