Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1082/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin kateqoriyası və təyinatının müəyyən edilməsi zamanı səlahiyyətli orqana müraciət, işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, iddiaçının vəkili Vəkil3 Əlı qızının və cavab dehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçüncü şəxs olmaqla) “DT və XK-si tərəfindən verilmiş 26.05.2006-cı il tarixli JN 2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-141/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayonu 2-ci Nügədi bələdiyyəsinin 30.12.2005-ci il tarixli 19 saylı qərarı ilə 5.00 hektar torpaq sahəsi sahibkarlıq məqsədi ilə iddiaçıya satılmışdır.
2. Həmin qərar əsasında 11.02.2006-cı il tarixdə iddiaçı ilə Quba rayonu 2-ci Nügədi bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair Akt bağlanmışdır.
3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 26.05.2006-cı il tarixli, JN 2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir.
4. İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 26.05.2006-cı il tarixli, JN 2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən öz adına çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. İş üzrə qə bul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DT və XKsi tərəfindən verilmiş 26.05.2006-cı il tarixli JN 2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 dekabr 2005-ci il tarixində onunla Quba rayonu 2-ci Nügədi bələdiyyəsi arasında Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən 5.00 hektar torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Daha sonra, həmin torpaq sahəsinə dair onun adına 26 may 2006-cı il tarixli JN 2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı veri lmişdir. 27 noyabr 2019-cü il tarixində həmin torpaq sahəsinə dair çıxarışın alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin inzibati orqan əsassız olaraq imtina etmişdir.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya məxsus JN2813 xxxx saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının arxiv nüsxəsi aşkar edilməmişdir. Belə ki, həmin Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmamışdır. Bundan əlavə, JN-2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan x əritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.5 ha hissəsinin isə meşə zolağı olduğu müəyyən edilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 2-1(118)-468/2020 saylı qərardadı ilə (hakim: İ.R.Quliyev) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(118)-468/2020 saylı qərarı ilə (hakim: İ.R.Quliyev) iddia rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, Quba rayonu 2-ci Nugədi bələdiyyəsinin 30.12.2005ci il tarixli qərarında iddiaçıya satılan 5.00 hektar torpaq sahəsinin kənd təsərrüfatına yararlı olduğunun göstərilməsi, JN-2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlə t Aktının arxiv nüsxəsinin aşkar edilməməsi, həmin Dövlət Aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmaması, JN-2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.5 ha hissəsinin isə meşə zolağı olduğu müəyyən edilməsi inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir.
11. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın tə min edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-141/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və H.Ç.Babayeva) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(118)-468/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 26.05.2006-cı il tarixli JN 2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən iddiaçının adına çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
13. Apelyasiya instansiya məh kəməsi qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərarı qüvvədə olduğundan, ləğv və etibarsız hesab edilmədiyindən və bu qərara əsasən iddiaçıya 26.05.2006-cı il tarixdə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verildiyindən, cavabdeh qüvvədə olan həmin akta əsasən çıxarışın verilməsindən imtina etməkdə haqlı olmamışdır.
14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək onun təmin edilməsini, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-141/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştir akçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, mübahisələndirilən JN 2813 xxxx saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır, o cümlədən aktda göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.5 ha hissəsinin isə meşə zolağı olduğu müəyyən edilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat icraat zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üçüncü şəxs qismində işə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq bu barədə vəsatət verilmiş, lakin həmin qurumlar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işə cəb olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
18. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;...
22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq rey estrinin tərtib edilməsini və aparılmasını həyata keçirir; 2.0.7. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradır;
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxı r və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Hazırkı iş üzrə işin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun olmasına dair hüquq müəyyənedici sənədləri (torpağın ayrılmasına dair bələdiyyə qərarı, torpaqlaırın alqı-satqısına dair akt, “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktı) təqdim etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya verilmiş 26.05.2006-cı il tarixli, JN 2813 xxxx n ömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən çıxarışın verilməsindən cavabdehin imtinasının əsasını həmin Dövlət Aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında öz əksini tapmaması və JN-2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.5 ha hissəsinin isə meşə zolağı sahəsi olması təşkil etmişdir.
28. İddia tələbinin əsaslı olması nəticəsinə gələn apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, t orpağa mülkiyyət hüququna dair həmin dövlət aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş qeydiyyat kitablarında öz əksini tapmaması iddiaçının təqsirindən baş verməmişdir. Dövlət aktının baza məlumatlarında və qeydiyyat kitabında qeyd edilməsi müvafiq orqanın vəzifəsidir. 29.Torpağın təyinatı ilə bağlı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X1 Təsərrüfatı Mərkəzinin 345 nömrəli, 14 iyul 2020-ci il tarixli məktubuna və birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iza hatına istinad edən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istifadəsində olan 5.0 ha torpaq sahəsinin 1.5 ha hissəsinin meşə zolağı kimi torpaq sahəsi olmadığı öz təsdiqini tapmışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cavabdehin imtina dəlillərinə qismən qiymət vermişdir. Belə ki, cavabdeh iddiaçıya ünvanlandığı imtina məktubunda həm də JN-2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən, 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində 5.0 ha torpaq sahəsinin 3.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olduğunu qeyd etmiş, lakin iddiaçıya ayrılmış torpaq sahəsinin kateqoriyası məsələsi apellyasiya icraatında məhkəmə araşdırmasının predmet i olmamış, bununla da işin hallarının araşdırılması prinsipi pozulmuşdur.
31. Belə ki, hazırkı iş üzrə iş materiallarında olan Quba rayonu 2-ci Nügədi bələdiyyəsinin 30.12.2005-ci il tarixli 19 saylı qərarında iddiaçıya 5.0 ha kənd təsərrüfatına yararlı torpaq sahəsinin sahibkarlıq məqsədləri üçün ayrılması qeyd olunmuşdur. Lakin torpaq sahəsinin qaiməsində ayrılmış torpaq sahəsi “və sair sahələr”ə aid edilmiş, JN2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktında isə bu barədə hər hansı bir məlumat qeyd olunmamışdır. Cavabdeh də hal-hazırda iddiaçıya JN-2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktı ilə ayrılmış sahənin bir hissəsinin (3.5ha) kənd təsərrüfatı təyinatlı olduğunu bildirməklə bu halı mübahisələndirir. Lakin işə baxan apellyasiya məhkəməsi iş mat eriallarında olan bu ziddiyyətli halları aradan qaldırmaq istiqamətində və iş üzrə obyektiv həqiqətin əldə olunması üçün bütün addımları atmamışdır.
32. Halbuki, məhkəmə araşdırmasının predmetini, həmçinin JN-2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktında qeyd olunmuş koordinatlara əsasən ayrılan torpaq sahəsinin təyinatı (o cümlədən, torpağın kənd təsərrüfatına yararlılığı) təşkil etməli idi. Belə ki, iş materiallarındakı sənədlərdə uyğunsuzluq var və ayrılmış torpaq sahəsinin təyinatı barədə mötəbər sübut yoxdur, bu məsələnin aydınlaşdırılması isə iddia tələbinin təmin edilməsi məsələsində həlledici rol oynayır.
33. Belə olan halda, JN-2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktı ilə ayrılmış torpaq sahəsinin kateqoriyası və təyinatı ilə bağlı səlahiy yətli orqana Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ilə müraciət etməklə, ayrılmış torpağın kateqoriyası, həmçinin kənd təsərrüfatına yararlılığı məsələsi aydınlaşdırıla bilər. Belə ki, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsi və aparılması həmin orqanın xidməti vəzifəsinə aiddir.
34. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya JN-2813 xxxx nömrəli “Torpağa mülkiyyət hüququn dair” Dövlət Aktında göstərilən koordinatlara əsasən ayrılmış torpağın kateqoriyası və təyinatı, torpağın kənd təsərrüfatı torpaqlarına aid olduğu halda, həmin torpağın kənd təsərrüfatına yararlılığı (az yararlı və ya yararsız olub-olmaması) ilə bağlı səlahi yyətli orqana - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ilə müraciət etməli, həmin sorğuya aldığı cavab əsasında işin hallarına müvafiq hüquq normaları baxımından qiymət verməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmamış, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
36. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-141/20 21 saylı, 10 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.