Məhkəmə qərarları › İş №2-1(102)-1082/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1082/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1082/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X1” TASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sosial sığorta haqqlarının silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı “X1” TASC-nin (qeydiyyata alındığı tarix: xx.xx.2001, VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı ( üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(103)-62/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 Departamenti tərəfindən iddiaçıya 2013-cü ilin 3-cü rübünün sonu üzrə 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə əsas borc hesablanmışdır. 2. 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 10 sentyabr 2009-cu il tarixli 2(82)835/2009 nömrəli qətn aməsi ilə iddiaçının 1 iyul 2009-cu il tarixə yaranmış 388.099,08 manat məbləğində borcu, 2 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin 12 noyabr 2009-cu il tarixli 2-(82)-897/2009 saylı qətnaməsi ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2009-cu il tarixə yaranmış 144.342,24 manat borcu, 2 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin 13 avqust 2010-cu il tarixli 2(82)-718/2010 saylı qiyabi qətnaməsi ilə 1 yanvar 2009-cu il tarixdən 1 oktyabr 2009-cu il tarixədək yaranmış 40.068,98 manat borcu, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli 2iq(82)333/2012 saylı qiyabi qətnaməsi ilə 1 oktyabr 2009-cu il tarixdən 1 aprel 2010-cu il tarixədək olan 63.135,56 manat məbləğində borcu, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 noyabr 2012-ci il tarixli 2iq(82)-1974/2012 saylı qətnaməsi ilə 1 aprel 2011-ci il tarixdən 1 yanvar 2012-ci il tarixədək yaranmış 108.192,70 manat borcu, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 noyabr 2017-ci il tarixli 2-1(82)-4559/2017 saylı qərarı ilə 1 iyul 2014-cü il tarixdən 1 yanvar 2017-ci il tarixə qədər 13.817,73 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun əmlak hesabına tutulması qət edilmişdir.

3. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 Departamentinə müraciət edərək ona 2013-cü ilədək hesablanmış cəmi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsini xahiş etmiş, lakin müraciətə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 1 oktyabr 2013-cü il tarixinədək hesablanmış cəmi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 Departamentinin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ay rı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il keçdikdən sonra qüvvəsini itirir. Bəzi tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Mülki Məcəllənin 554-cü maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə bi rlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığortaçının vəzifəsidir. Bununla da, sosial sığorta haqlarının ödənilməsi vaxtla məhdudlaşdırılmış və inzibati orqan isə neçə illər keçməsinə baxmayaraq iddiaçıya qarşı məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməmiş, həmin pulları iddiaçıdan tutmamışdır.

6. DSMF-nin Bakı şəhəri üzrə X2 Departamenti iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız və qanun suzdur. Çünki “X1” TASC-nin 1 oktyabr 2013-cü il tarixinə 618.067,71 manat (əsas borc 491.364,48 manat, penya 126.703,23 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə Bakı şəhəri üzrə X2 İdarəsinə borcu yaranmışdır. İddiaçı DSMF-nin Bakı şəhəri üzrə X2 Departamentinin cavabdeh “X1” TASC-nə qarşı 1 yanvar 2009-cu il tarixinə yaranmış 266.816,64 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin 12 noyabr 2009-cu il tarixli 2-(82)-897/2009 saylı qətnaməsi, 1 yanvar 2009-cu il tarixdən 1 oktyabr 2009-cu il tarixədək yaranmış 40.068,98 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin 13 avqust 2010-cu il tarixli 2(82)-718/2010 saylı qətnaməsi, 1 oktyabr 2009-cu il tarixdən 1 aprel 2010-cu il tarixədək olan 63.135,56 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli 2iq(82)- 333/2012 saylı qətnaməsi, 1 aprel 2010-cu il tarixdən 1 yanvar 2012-ci il tarixə 108.192,70 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 noyabr 2012-ci il tarixli 2iq(82)-1974/2012 saylı qətnaməsi, 1 yanvar 2012-ci il tarixdən 1 yanvar 2012-ci il tarixə 67.799 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 iyul 2014-cü il tarixli 2(82)-1690/2014 saylı qətnaməsi, 1 yanvar 2013-cü il tarixdən 1 iyul 2013-cü il tarixə 47.653,44 manat borca dair Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 dekabr 2014-cü il tarixli 2(82)-1308/14 saylı qətnaməsi və 1 iyul 2014-cü il tarixdən 1 yanvar 2017-ci il tarixə 13.817,73 manat borc üzrə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 noyabr 2017-ci il tarixli 2-1(82)-4559/2017 saylı qərarı ilə məcburi dövlət sosial sığorta haqları üzrə borcun əmlak hesabına tutulması qət edilmişdir. İddiaçı “X1” TASC-nin 1 oktyabr 2013-cü il tarixə hesablanmış 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh DSMF Bakı HŞİD-nin üzərinə qoyulması barədə iddia tələbi Azərbaycan Respublikası 2 saylı Bakı Yerli İqtisadi Məhkəməsində və Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış və qətnamə (qərar) qəbul edilmişdi r. Buna baxmayaraq iddiaçı X1 TASC təkrar olaraq yenidən həmin dövrü məhkəmədə mübahisələndirir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4805/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim E.Q.Məmmədov) iddia tələbinin təmin edilməsi, iddiaçıya 1 oktyabr 2013-cü ilədək hesablanmış cəmi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh DSMF Bakı HŞİD-nə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 1 yanvar 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək olan müəyyən dövrləri əhatə edən borcun tutulması ilə bağlı məhkəməyə müraciət o lunmuşdur. Bununla bağlı məhkəmə qətnamələri olsa da, həmin borcların iddiaçıya hesablanmış hazırkı iddia tələbinin predmeti olan 1 oktyabr 2013-cü ilədək hesablanmış borcu əhatə etməsi sübut edilmir. İddiaçıya 1 oktyabr 2013-cü il tarixinədək hesablanmış 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borc tələbetmə müddəti keçdiyi üçün silinməlidir. Belə ki, cavabdeh ötən 5 il müddət ərzində 2013-cü ilədək hesablanmış borcu iddiaçıdan tələb etməmiş, bununla da qanunvericiliklə nəzərdə tutulmuş tələb etmə müddətini ötürmüşdür.

9. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4805/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin t əmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, eyni zamanda, ərizə təqdim edərək apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 4 aprel 2019-cu il tarixli 2-1(103)-939/2019 nömrəli qərardadına əsasən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 Departamenti, əsl cavabdeh olan Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti ilə əvəz edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli 2-1(81)-4805/2018 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilmiş, buraxılmış prosessual müddət bərpa edilmiş, şikayət üzrə apellyasiya icraatı mümkün sayılmışdır.

11. Cavabdeh vəsatət təqdim edərək hazırkı iş üzrə icraatın, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Mülki Məcəllənin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilənədək dayandırılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli 2-1(103)-939/2019 nömrəli qərardadı ilə hazırkı iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi ba xımından şərh verilməsinə dair” müraciəti üzrə Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək dayandırılmış, məhkəmənin 4 iyun 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyul 2019-cu il tarixli 2-1(103)-939/2019 nömrəli qərarına əsasən (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2-1(81)-4805/2018 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 1 yanvar 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək olan dövrlər üzrə yaranmış məcburi dövlət sosial sığorta haqlarına görə yaranmış borcların tutulması ilə bağlı məhkəməyə müraciətlər olunmuş və bununla əlaqədar sözügedən borcların iddiaçıdan tutulması barədə məhkəmə qətnamələri qəbul edilmişdir. Mülki Məcəllənin 551.2.4-cü maddəsi ilə isə müəyyən edilmişdir ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Vergi Məcəlləsinin 85.4 və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər isə həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli, 2-1(102)-2928/2019 nömr əli qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova, Z.M.Quliyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyul 2019-cu il tarixli 2-1(103)-939/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minmiş, iddiaçı isə hazırkı tələblə məhkəməyə 2018ci ilin noyabrında müraciət etmişdir. Vergi orqanının məcburi dövlət sığorta haqqının 85.4cü maddədə nəzərdə tutulmuş müddətlərdən sonra da tələb etmək imkanının saxlanması iddiaçının hazırkı məzmunda tələb irəli sürmək imkanını (hüququnu) məhdudlaşdırmır. Tərəflər arasındakı münasibətləri tənzimləyən qanunvericilik aktlarında iddiaçının hazırkı məzmun da tələb irəli sürmək hüququnu aradan qaldıran və ya onu məhdudlaşdıran norma yoxdur. Cavabdeh bu qətnamələrin məhz iddiaçının silinməsini tələb etdiyi borc olmasını sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarını araşdırmamış, onlara qiymət verməmişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyun 2020-ci il tarixli 21(103)-317/2020 nömrəli qərarına əsasən (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva, V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4805/2018 nömrəli 10 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 1 yanvar 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək olan dövrlər üzrə yaranmış məcburi dövlət sosial sığorta haqlarına görə yaranmış borcların tutulması ilə bağlı məhkəməyə müraciətləri olmuş və bununla əlaqədar sözügedən borcların iddiaçıdan tutulması barədə məhkəmə qətnamələri qəbul edilmişdir. Mülki Məcəllənin 551.2.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilməsinə dair” 24 aprel 2019-cu il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəaları tətbiq edilmir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir.

19. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. d. Kassasiya instansiyası məhkəməsində ikinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2-1(102)-1753/2020 nömrəli qərarına əsasən (sədrlik edən İ.Ə.Şəfiyev, hakimlər R.S.Nəbizadə və B.M.Məmm ədli) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-317/2020 nömrəli 2 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən kassasiya məhkəməsinin bu iş üzrə 23 oktyabr 2019-cu il tarixli qərarında əksini tapmış hüquqi mövqeləri nəzərə almamışdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi, iddiaçının bu iddia ərizəsində silinməsini tələb etdiyi 491.364,48 manat pulun, yuxarıda göstərilən qətnamələrlə ondan tutulmalı olan məbləğlərə aid olubolmamasını araşdırmalıdır. Bu cür araşdırmaya zərurət həm də ondan irəli gəlir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borclar ın tənzimlənməsi haqqında” Qanun, ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Lakin apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar araşdırma aparmamış, cavabdehdən bu barədə sübut tələb etməmişdir. Halbuki, iddiaçının silinməsini tələb etdiyi məbləğə məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcun olub-olmaması müəyyən olunmalı idi. Çünki “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 2-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş mə cburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. e. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

22. Cavabdeh vəsatət təqdim edərək Dövlət Sosial Müdafiə Fondunun iş üzrə üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmiş, 30 sentyabr 2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında vəsatət təmin edilmiş, Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

23. Üçüncü şəxs iddiaya münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə inzibati işə Mülki Məcəllənin maddələrini tətbiq etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərarını Mülki Məcəllənin 527.1, 550, 551.2.1, 552, 553.1.1 və 554.2-ci maddələrinə istinad etməklə əsaslandırmış, lakin ha zırkı mübahisə predmetinin ümumi hüquq sahəsinə aid olmasını və mülki hüquq normalarının tətbiq edilməsinin mümkünlüyünü araşdırmamışdır. Sosial sığorta sahəsində yaranmış münasibətlər inzibati hüquq sahəsinə aid olduğundan, sığortaçı, sığortaolunan və sığortaedən arasında yaranan münasibətlərə mülki hüquq normalarının tətbiq edilməsi qanunamüvafiq deyildir. İddiaçının 2013-cü ilin 3-cü rübün sonuna təqdim etdiyi hesabata əsasən ümumilikdə 618.067,71 manat borcu olmuşdur. 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş əsas borc üzrə 94.659,95 manat 28 iyul 2018-ci il tarixində, 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş penya və maliyyə sanksiyası üzrə 163.566,29 manat, həmçinin 1 aprel 2018-ci il tarixinə mal iyyə sanksiyası üzrə qismən (90%) 51.439,95 manat borcu Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 5 iyun 2018-ci il tarixində silinmişdir. 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş penya və maliyyə sanksiyası üzrə 163.566,29 manat məbləğində borc silinmiş və nəticədə 2013-cü ilin 3-cü rübünün sonuna məcburi dövlət sosial sığorta haqqı üzrə 491.364,48 manat məbləğində əsas borc qalmışdır, yəni iddiaçının silinməsini tələb etdiyi 491.364,48 manat məbləğ əsas borca aiddir.

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli 21(103)-62/2022 nömrəli qərarına əsasən (sədrlik edən A.Ə.Hüseyn, hakimlər S.İ.Bəktaşi, A.S.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2-1(81)-4805/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi rədd edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Vergi Məcəlləsinin 85.51-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Üçüncü şəxsin mək tubundan da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borc məhkəmə aktları ilə iddiaçıdan əmlakı hesabına tutulub cavabdehin xeyrinə ödənilməsi qət edilmiş borc məbləğinə aiddir. Belə ki, 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş əsas borc üzrə 94.659,95 manat 28 iyul 2018-ci il tarixdə, 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş penya və maliyyə sanksiyası üzrə 163.566,29 manat, həmçinin 1 aprel 2018-ci il tarixinə maliyyə sanksiyası üzrə qismən (90%) 51.439,95 manat borcu Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 5 iyun 2018-ci il tarixdə silinmişdir. 1 yanvar 2015-ci il tari xinədək yaranmış və 1 aprel 2018ci il tarixinədək ödənilməmiş penya və maliyyə sanksiyası üzrə 163.566,29 manat məbləğində borc silinmiş və nəticədə 2013-cü ilin 3-cü rübünün sonuna məcburi dövlət sosial sığorta haqqı üzrə 491.364,48 manat məbləğində əsas borc qalmışdır. 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş əsas borc üzrə 94.659,95 manat 28 iyul 2018-ci il tarixdə, 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş penya və maliyyə sanksiyası üzrə 163.566,29 manat, həmçinin 1 aprel 2018-ci il tarixinə maliyyə sanksiyası üzrə qismən (90%) 51.439,95 manat borcu Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 5 iyun 2018-ci il tarixdə silinmişdir.

26. İddiaçı kassasiya şikay əti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli 2-1(103)-62/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin göstərişlərinə əməl edilməmişdir. Belə ki, vergi borcunun tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsi vergi borcunun silinməz borc olduğuna dəlalət etmir. Həmin qətnamələr ləğv olunmadan vergi orqanları tərəfindən vergi borcları silinməlidir. Hazırkı iş üzrə fakt ondan ibarətdir ki, vergi borcunun tutu lmasına dair məhkəmə qətnamələri qəbul edilsəydi belə, hazırkı dövrədək həmin borclar vergi orqanı tərəfindən vergi ödəyicisindən tutulmamışdır. Cavabdeh tərəfindən müəyyən dövrləri əhatə edən borcun tutulması ilə bağlı məhkəməyə müraciət olunaraq bununla bağlı məhkəmə qətnamələri olsa da, həmin borclar hazırkı iddia tələbinin predmeti olan 1 oktyabr 2013-cü ilədək hesablanmış borcu əhatə etmir. Cavabdeh bu qətnamələrin məhz iddiaçının silinməsini tələb etdiyi borc olmasını sübut edə bilməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 85.5-1-ci maddəsini hazırkı işə tətbiq etsə də, nəzərə alınmalıdır ki, həmin maddə 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Məcəlləyə əlavə edilmişdir. İddiaçı “X1” TASC isə məhkəməyə müraciət edər ək, 1 oktyabr 2013-cü ilədək, yəni 30 noyabr 2018-ci ildən 5 il əvvəl hesablanmış 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsini xahiş etmişdir. Bu səbəbdən həmin maddə hazırkı iş üzrə tətbiq edilməli deyil.

29. Qanunvericilikdə vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq üsullarından biridir. Əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərarın mövcudluğu Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətin əsassız olaraq 30 illik müddətlə əvəz edilməsi ilə nəticələnməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir.

30. Vergi Məcəlləsinin 93-cü maddəsində olduğu kimi qanuni hesablanmış borcların silinməsi sosial sığorta qanunvericiliyində nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, vergi borcları və sosial sığorta haqları hüquqi təbiətinə görə eynidirlər, yəni hər ikisi dövlət büdcəsinə olu nan ödənişlərdir. Vergi borclarının vaxtı keçmiş borc hesab olunaraq silinməsinə dair müddəa Azərbaycan Respublikası Vergi Məcəlləsində əks olunsa da, sosial sığorta münasibətlərini tənzimləyən Məcəllə olmadığına görə həmin borcların silinməsi məsələsi açıq qalmışdır. Halbuki, qanunvericilik bütün hüquq münasibətlərini müddətlə tənzimləyir və hüquq münasibətlərində müddətin əhəmiyyətini dönə - dönə qeyd edir.

31. Konstitusiya Məhkəməsi Plenumunun qərarı “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətləri” əhatə edir. Yəni, həmin qərar iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi” tələbinə dair məhkəmə mübahisələrinə münasibətdə tətbiq edilə bilərdi. Hazırda iddiaçının iddia tələbi isə bununla bağlı deyil. Hazırkı iş üzrə sözügedən qərar tətbiq edilməməli olduğu halda, tətbiq edilmişdir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2019-cu il tarixli istinad olunan qərarında qeyd olunmuşdur ki, qərar dərc edildiyi gündən (25 may 2019-cu il tarixində “Respublika” Qəzetində dərc edilmişdir) qüvvəyə minir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi məcburi dövlət sosial sığorta haqları 1 oktyabr 2013-cü ilədək hesablanmış borclardır. Həmin borcların silinməsinə dair iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılan zaman və həmin borclar hesablanan zaman (1 oktyabr 2013cü ilədək) Konstitusiya Məhkəməsi Plenumu tərəfindən sözügedən qərar qəbul edilməmiş, qüvvəyə minməmişdir. Bununla da, Konstitusiya Məhkəməsi Plenumunun sözüged ən qərarında göstərilənlər hazırkı iş üzrə tətbiq edilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdeh və üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Etirazın ortaq dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının silinməsini tələb etdiyi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqqları üzrə əsas borc məhkəmə aktları ilə iddiaçıdan əmlakı hesabına tutulub cavabdehin xeyrinə ödənilməsi qət edilmiş borc məbləğinə aiddir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqqlarının tutularaq dövlət büdcəsinə ödənilməsi üçün məhdudiyyətlər müəyyən edilməmiş, müddətin keçməsi əsası ilə məcburi dövlət sosial sığorta haqqları üzrə mövcud borcların silinməsi imkan ı nəzərdə tutulmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Vergi Məcəlləsi: 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən verg i bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93. 1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

34. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (ta m və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ə rizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının silinməsini tələb etdiyi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borc iddiaçının bildirdiyinin əksinə olaraq məhkəmə aktları ilə iddiaçıdan əmlakı hesabına tutulub cavabdehin xeyrinə ödənilməsi qət edilmiş borc məbləğinə aiddir. İddiaçı tərəfindən mübahisələndirilən məbləğin əsassız olaraq hesablanmasına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir.

41. Apellyasiya məhkəməsinin hüququn tətbiqi ilə bağlı gəldiyi nəticə də düzgün olmuşdur. Belə ki, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə məcburi dövlət sosial sığorta haqqları üzrə borcun müddətin keçməsi əsası ilə silinməsi istina olunur. İddiaçının Vergi Məcəlləsində edilmiş dəyişikliklərin 01 yanvar 2019-cu il tarixdən qüvvəyə mindiyi və həmin normaların sözügedən tarixdən əvvəlki münasibətlərə şamil edilməsinin yol verilməz olduğu ilə bağlı dəlilini də kollegiya əsassız hesab edir. Belə ki, məcburi dövlət sosial sığorta haqqlarının tutulmasını tənzimləyən əvvəlki qanunvericilikdə də hər hansı konkret müddətin keçməsi əsası ilə borcların silinməsinin mümkünlüyünü təsbit edən norma mövcud olmamışdır. Müddət in keçməsi əsası ilə borcun silinməsini tənzimləyən mülki hüquqi normalar isə publik hüquq münasibətlərinə tətbiq edilə və müvafiq olaraq hazırkı iddianın təmin edilməsinin əsasını təşkil edə bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı “X1” TASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli 21(103)-62/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar