Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1082/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşı nmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(107)-43/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 nömrəli binanın 22 nömrəli mənzilinə dair tərtib edilmiş xx.xx.2010-cu il tarixli, 73 nömrəli order iddiaçıya İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 126 nömrəli sərəncamı əsasında verilmişdir. Orderdə ailə tərkibi 5 nəfərdən ibarət olaraq göstərilmişdir.
2. X 1 filialının xx.xx.2022-ci il tarixli, 60 nömrəli məktubuna əlavə olunmuş Yevlax ŞİH başçısının “Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikintisi başa çatmış Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 nömrəli binanın Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin arasında bölünməsi barədə” xx.xx.2010-cu il tarixli, 126 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla binanın 1-ci girişində, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 82,4 kv.m., yaşayış sahəsi 42,4 kv.m. olan 2 otaqlı 22 nömrəli mənzil ailə tərkibi 5 nəfərdən ibarət olan, İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı Sətif oğluna verilmişdir. Sərəncamda iddiaçının atasının adı “Sətif” yazılmışdır.
3. İddiaçı C.Mustafayev küçəsi, 106 nömrəli evin 22 nömrəli mənzili üzərində Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 73 nömrəli order əsasında mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmişdir.
4. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. İddiaçıya xx.xx.2010-cu il tarixli, 73 nömrəli order Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamı əsasında verilmişdir. xx.xx.200 9-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilən səbəblərdən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Yevlax şəhəri C.Mustafayev küçəsi 106, mənzil 22 üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda g edən ağır döyüşlərdə bir çox sayda ağır bədən xəsarətləri alaraq yaralanmışdır. Qarabağ müharibəsi əlili kimi qeydiyyata alınmış və sosial durumunun yaxşılaşdırılması məqsədi ilə Yevlax şəhəri, C.Mustafayev küçəsində inşa olunan çoxmənzilli yaşayış binasından Yevlax rayon İcra hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə Yevlax şəhəri, C.Mustafayev küçəsi 106, mənzil 22 iddiaçının mülkiyyətinə verilmişdir. Bu barədə xx.xx.2010-cu il tarixli, 73 nömrəli order tərtib edilmişdir. İddiaçı sözügedən mənzilin Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
7. Cavabdehin iddiaya qarşı etirazı imtina məktubuna uyğun tərtib edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116 )-1837/2022 nömrəli (hakim F.H.Hacızadə) qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfi yev və G.İ.Cavadova) 26 yanvar 2023-cü il tarixli, 21(107)-43/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1837/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları "Azərbaycan Respublikasında mənzil fo ndunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunu müəyyən edir.
15. Qanunun əsas prinsiplərindən biri də mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması və yaşadıqları mənzilin həmin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüquqlarının təmin olunmasından ibarətdir. Qanun müəyyən edir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) həmin Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 16. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci, 9-cu maddələrinə istinad edilərək qeyd edilmişdir ki, q anunun qeyd olunan maddələrində mənzilin kirayəçisinin mənzili əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququnun olduğu göstərilmiş, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh tərəfindən formal əsaslarla mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina olunmuşdur. Qanunda mənzilin özəlləşdirilməsindən imtina olunmasının əsası kimi yalnız vətəndaşın saxta sənədlər təqdim etməsi, yaxud onun yaşadığı mənzilin (evin) mübahisəli olması göstərilmişdir. Hazırkı halda bu barədə hər hansı sübut təqdim edilməmişdir.
17. Bundan başqa, həmin Qanunun 6-cı maddəsində yazılmışdır ki, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə y ol verilmir. 18. ünvan 2 ünvanında yerləşən bütün mənzillərin 90 faizi özəlləşdirilmişdir. Hazırda qanuni istifadəsində olan Yevlax şəhəri, C.Mustafayev küçəsi ev 106, mənzil 22 ünvanında yerləşən mənzilin özəlləşdirilməsindən cavabdehin imtinasını iddiaçı qanunsuz və əsassız olmaqla yanaşı, həm də ədalətsiz hesab edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzi lləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə
7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və y a ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poç t ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası mə hkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhk əməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
27. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalıdır.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğ vini və iddia tələbinin təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 126 nömrəli sərəncamı ilə ona ayrılmış Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 nömrəli evin 22 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir.
30. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Yevlax şəhər İcra Hakimiyyəti başçısının “Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikintisi başa çatmış Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 nömrəli binanın mənzillərinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünməsi barədə” xx.xx.2010-cu il tarixli, 126 nömrəli sərəncamı ilə sözügedən mənzil 5 nəfər ailə üzvü olmaqla iddiaçıya verilmişdir. Həmin sərəncama əsasən iddiaçının adına xx.xx.2010-cu il tarixli, 73 nömrəli order tərtib edilmişdir.
31. Cavabdeh, mübahisəyə baxan məhkəmələr tərəfindən, mənzilin iddiaçıya Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 126 nömrəli sərəncamı ilə verildiyinə, həmin mənzilə dair 73 nömrəli, 1.11.2010-cu il tarixli orderin qeyd olunan sərəncam əsasında tərtib olunduğuna, həmin sənədlərin Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyinə və tərəflər arasında sosial kirayə müqaviləsinin bağlanılmadığına istinad olunaraq iddiaçının tələbi təmin edilməmişdir. Bununla bağlı məhkəmələr tərəfindən qeyd olunmuşdur ki, həmin order tələb hüququnun əsası qismində çıxış edə bilməz, eyni zamanda sərən camda da mənzillərin mülkiyyətə verilməsi barədə hər hansı göstəriş nəzərdə tutulmamışdır.
32. Həmin mövqe ilə bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcraiyyə komitəsi tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
33. Nəzərə almaq lazımdır ki, nəinki iddiaçıya, ümumiyyətlə şəxsə icra hakimiyyəti orqanı tərəfindən mənzilin ayrılması və bununla bağlı müvafiq sənədləşdirmənin aparılması həmin orqanın səlahiyyət sferasına aiddir. Sənədləşmə ilə bağlı qüsurlar, sənədləşdirmə zamanı yo l verilən prosedur pozuntular şəxsin təqsirkar davranışından irəli gəlmədiyi hallarda onun ziyanına təfsir oluna bilməz.
34. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, mənzil şəraitinin yaxşılaşdırılmasına daha ciddi ehtiyacı olan Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin vəziyyətinin nəzərə alınması ilə bağlı İcra Hakimiyyəti başçısının əvvəlki sərəncamlarının müddəaları nəzərə alınaraq, Yevlax şəhər İcra Hakimiyyəti başçısı yanında İctimai mənzil komissiyası tərəfindən Yevlax şəhəri, C.Mustafayev küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli binanın 15 mənzilinin 03 may 2010-cu il tarixli dürüstləşdirilmiş mənzil növbəliliyi siyahısına əsasən ayrılması qərara alınmışdır.
35. Yevlax Şəhər icra Hakimiyyəti yanında İctimai mənzil kom issiyasının 25 oktyabr 2010-cu il tarixli, 05 saylı qərarı nəzərə alınaraq, Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 126 nömrəli sərəncamı ilə sözügedən mənzil iddiaçıya ayrılmış və bu barədə müvafiq orderin verilməsi nəzərdə tutulmuşdur.
36. Yevlax şəhər İcra Hakimiyyəti başçısının sərəncamından iddiaçıya mənzilin ayrılmasının hər hansı tələblə və ya müqavilənin bağlanılması ilə, eləcə də hər hansı öhdəliklə şərtləndirildiyi görünmür. Başqa sözlə, iddiaçıya mənzil qeyd-şərtsiz ayrılmış və bu baxımdan iddiaçıda mənzilin onun mülkiyyətinə verilməsinə dair qanuni gözləntilər yaranmışdır. Belə hallarda iddiaçının etimad hüququ nəzərə alınmalı və qorunmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir.
37. Belə ki, hüquqi müəyyənlik prinsip inin tələbləri baxımından, icra hakimiyyəti orqanının mənzilin iddiaçının mülkiyyətinə deyil, daimi istifadəsinə ayırmaq niyyətinin olduğu hallarda, həmin orqan bu niyyəti barədə ən azından iddiaçıya məlumat verməli və bununla bağlı iradəsini mənzilin ayrılması barədə inzibati aktda əks etdirməli, sərəncamda qanunvericiliyin tələblərindən irəli gələn müvafiq müddəalar, o cümlədən mülkiyyətçi ilə sosial kirayə müqaviləsinin bağlanılması barədə müddəa nəzərdə tutulmalı idi.
38. Hazırkı mübahisəyə münasibətdə hüquqi müəyyənlik prinsipindən irəli gələn həmin tələblərə əməl olunduğu müəyyən olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.
39. Nəzərə alınmalıdır ki, iddiaçıya ayrılmış mənzilin də yerləşdiyi bina Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil ehtiyaclarının və mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmişdir və onların sosial müdafiəsinin gücləndirilməsi tədbiri kimi qiymətləndirilməlidir. Belə ki, Qarabağ müharibəsi əlili kimi qeydiyyatda olmuş iddiaçının da aid olduğu vətəndaşların sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin öncül prinsiplərindəndir və Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 126 nömrəli sərəncamı da məhz həmin məqsədlərə xidmət edir.
40. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu mü ddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz.
41. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. Bu baxımdan həmin mənzilin qeydiyyata alınmasına münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi tətbiq olunmalı və Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 126 nömrəli sərəncamı istinad olunmuş maddədə nəzərdə tutulmuş əsas qismində qəbul edilməlidir.
42. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, kassasiya şikayətinin dəl illəri əsaslı olduğu üçün şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 21(107)-43/2023 saylı qərarı ləğv edilir. Yeni qərar qəbul edilir. İddia təmin edilir. İddiaçı “Yevlax şəhəri C.Mustafayev küçəsi 106, mənzil 22 üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax ərazi idarəsinə həvalə edilir. Qərar qətidir