Məhkəmə qərarları › İş №2-1(102)-1083/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1083/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1083/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin vəkili V əkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs olmaqla) pensiya fərqinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2995/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1934-cü ildə İmişli şəhərində anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 00** **** saylı şəxsiyyət vəsiqəsi) İddiaçı pensiya fərqinin ödənilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh 14 avqust 2018-ci il tarixli, 03/89/02-584 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş məlumat vərəqinə əsasən ona 01.11 2009-cu il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 29.03.2018-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onun adına yeni məlumat vərəqi daxil olmuş və pensiyası 01.04.2015-ci il tarixdən yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-cı maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanuna dəyişiklik 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. İddiaçı pensiyası qanuna müvafiq olaraq 01.04.2015-ci il tarixdən yenidən hesablanmışdır və pensiya fərqi hər ay pensiyasının üzərinə əlavə olunmaqla 01.04.2018-ci il tarixdən ödənilir. Həmin imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.11.2009-cu il tarixdən 01.04.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 dekabr 1995-ci il tarixdən 01.11.2009-cu ilə tarixə qədər Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Mərkəzi Məhkəmə Tibbi Eksperti vəzifəsində xidmət etmişdir.01.11.2009-cu il tarixdə həmin vəzifədən yaşa görə ehtiyata buraxılmış və Müdafiə Nazirliyi tərəfindən cavabdehə ünvanlanmış “məlumat vərəqinə” əsasən həmin tarixdən ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təyin edilmiş pensiyanın çox az olmasından şübhələndiyi üçün 2018-ci ilin mart ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə müraciət edərək, təyin edilm iş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, “məlumat vərəqində” xüsusi xidmət şəraitinə görə vəzifə maaşının 15% miqdarında əlavə, yaşa görə ehtiyata buraxıldığına görə 5% əlavə göstərilməmiş, həmçinin vəzifə maaşı düzgün hesablanmamışdır. Və nəticədə almalı olduğundan 172 manat az pensiya almışdır. Bundan sonra, Müdafiə Nazirliyi tərəfindən yuxarıda adı çəkilən əlavələr göstərilməklə 29.03.2018-ci il tarixdə yeni “məlumat vərəqi” cavabdehə göndərilmiş, iddiaçının pensiyası yenidən hesablanaraq 29.03.2018-ci il tarixdən 172 manat miqdarında artırılmışdır. Lakin 01.11.2009-cu il tarixdən təyin edilmiş pensiya ilə 29.03.2018-ci il tarixdən yenidən hesablanmış pensiya arasındakı fərq yalnız axırıncı 3 il üçün, 01.04.2015-ci il tarixdən 01.04.2018-ci ilədək olan müddət üçün cavabdeh tərəfindən hesablanmışdır və halhazırda həmin məbləğ hissə-hissə ödənilir. İddiaçı hesab edir ki, cavabdeh pensiya məbləğindəki fərqi son 3 il üçün deyil, 01.11.2009-cu il tarixdən hesablamalı idi. Bu fərqin ona ödənilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddianın əsassız olduğunu, iddiaçının pensiyasının fərq məbləğinin son 3 il üçün hesablanmasını düzgün hesab etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4079/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya 01.11.2009-cu il tarixdən 01.04.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin birdəfəlik ödənilməsi vəzifəsi ca vabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2995/2018 saylı iş üzrə 25 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4079/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən, hərbi qulluqçuların və xüsusi r ütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1. 0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. İddiaçıya ilkin olaraq DSMF-nin Nəsimi rayon şöbəsindən əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət etdikdən sonra ona “məlumat vərəqi”nə əsasən pensiya təyin edilmiş və DSMF-nin Nəsimi rayon şöbəsinə sorğu göndərilərək aldığı pensiyanın dayandırılması barədə məlumat verilməsi xahiş edilmişdir. DSMF-nin Nəsimi rayon şöbəsi iddiaçının pensiya işini bağlayaraq cavabdehə göndərmiş və iddiaçıya hər bi qulluqçu statusu ilə əmək pensiyası təyin edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı işin hallarını tam və hərtərəfli araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Kassator eyni zamanda bildirmişdir ki, iddia tələbi həmçinin pensiya məbləği fərqinin hesablanıb birdəfəlik qaydada ödənilməsi ilə bağlıdır ki, bu da qanunvericilikdə nəzərdə tutulmamışdır. Əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxilolmalar hesabına həyata keçirilir ki, bu da hər ay üçün sığortaedənlər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əl avə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsindən birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Lakin keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2614/2018 saylı iş üzrə 28 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Res publikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıd akı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əm əkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra - sı ğorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. İşdən görünür ki, iddiaçıya 01.11.2009-cu il tarixdən pensiya təyin edilmiş, sonradan pensiya məbləğinin düzgün hesablanmadığı, yəni pensiya hesablanarkən müvafiq əlavələr nəzərə alınmadığından pensiya məbləğinin 172 manat az hesablandığı müəyyən edilmiş və bu barədə 29.03.2018-ci il tarixdə cavabdehə yeni məlumat vərəqəsi göndərilmiş, cavabdeh həmin məlumat vərəqəsinin verildiyi vaxtdan əvvəlki 3 il üçün, yəni 01.04.2015ci il tarixdən 01.04.2018-ci ilədək olan müddət üçün alınmamış pensiya məbləğindəki 172 manat fərqin hesa blanıb ona ödənilməsini qərara almışdır. Beləliklə də, cavabdeh iddiaçıya pensiya məbləğinin 172 manat fərqlə az hesablanmasını mübahisə etməmişdir. Lakin cavabdeh yeni məlumat vərəqəsinin 29.03.2018-ci il tarixdə verilməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən alınmamış pensiya məbləğindəki fərq «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan müddəalarına əsasən yalnız əvvəlki 3 il üçün ödənilməlidir. İddiaçı isə iddia edir ki, ona ödənilməmiş pensiya məbləğindəki fərq son 3 il üçün deyil, pensiyaya çıxdığı vaxtdan hesablanmalıdır. Beləliklə də hazırkı mübahisə iddiaçıya ödənilməmiş pensiya məbləğindəki fərqin hansı müddət üçün hesablanması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi haqlıdır və ona görə də aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə düzgündür. 10.03.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 543-VQD №-li Qanun qəbul edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanun 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 37.2-ci maddəsinə əsasən, əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 37.3.5-ci maddəsinə əsasən, bu Qanunun 20.1.11-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir.( bu maddə 01.07.2017-ci il tarixədək qüvvədə olmuşdur) Bu Qanunun 37.7-ci maddəsinə (01.07.2017-ci il tari xdə dəyişiklik edilənədək) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 01.07.2017-ci il tarixdə həmin maddədə dəyişiklik edilmiş, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi müddəti ilə bağlı məhdudiyyət müəyyən edilmişdir. Belə ki, həmin maddənin 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 32.1-1-ci maddənin birinci cümləsinə görə isə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Məhkəmə k ollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ 01.11.2009-cu ildə yarandığından hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanununun həmin vaxt qüvvədə olan normaları tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan müddəalarında, keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin müddətindən asılı olmayaraq ödənilməsi təsbit edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunda, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi müddəti ilə bağlı məhdudiyyət nəzərdə tutan yeni dəyişikliklər 01.07.2017-ci ildən qüvvəyə mindiyindən, iddiaçının pensiya hüququ isə bu dəyişikliklər qüvvəyə minənədək yarandığından hazırkı mübahisəyə dəyişikliyə qədər qüvvədə olan normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68. 2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2995/2018 saylı iş üzrə 25 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar