Məhkəmə qərarları › İş №2-1(102)-1083/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1083/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1083/2020 11.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: pensiya tələbi; apellyasiya şikayəti tələbləri həddindən kənara çıxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Həbibova Könül Əbülfəz qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu n Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2933/2019 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 1993-2000-ci illərdə birinci instansiya məhkəməsi kimi fəaliyyət göstərmiş Ağdam Hərbi Məhkəməsində hakim işləmiş və 2000-ci ilin sentyabr ayından iddiaçının səlahiyyət müddəti başa çatdığına görə vəzifədən azad edilmiş və ona pensiya təyin edilmişdir.

2. İddiaçı əmək pensiyasının yenidən hesablanması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçıya heç bir cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106cı maddəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə hər ay vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın ödənilməsi, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinətin ödənilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanıb xx.xx.2003-cü ildən hal-hazıra kimi yaranmış fərqin birdəfəlik ödənilməsi, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə əsasən hakimlərin müalicə ol unmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının ödənilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanıb xx.xx.2003-cü ildən hal-hazıra kimi yaranmış fərqin birdəfəlik ödənilməsinin, “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci və 29.3-cü maddələrinin tələblərinə uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106cı maddəsinə xx.xx.2018-ci ildə edilmiş dəyişikliklərə əsasən hakimlərin vəzifə maaşındakı artımların yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”na əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsini belə əsaslandırmışdır ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2003-cü il tarixli Qanuna əsasən hərbi hakimlərin pensiyaları yenidən hesablanarkən iddiaçının pensiyası düzgün hesablanmamışdır. Belə ki, 9 il hakimlik stajının olmasına baxmayaraq ona hakimlik stajının hər 5 ilinə görə hər ay vəzifə maaşının 15% həcmində pul təminatı hesablamada nəzərə alınmamışdır. Bundan başqa, ona pensiya təyin edilərkən qanunvericiliyin digər tələblərinə də riayət olunmamış, iddia ərizəsində tələb etdiyi müavinətlərə görə də pensiya hesablanmamışdır. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2840/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə hər ay vəzifə maaşının 15 faizi həcmində haqqın nəzərə alınmaqla, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinətin ödənilməsi nəzərə alınmaqla, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə əsasən hakimlərin müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının ödənilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesab lanması, “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci və 29.3-cü maddələrinin tələblərinə uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə xx.xx.2018-ci ildə edilmiş dəyişikliklərə əsasən hakimlərin vəzifə maaşındakı artımların yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”na əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanıb yaranmış fə rqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuş, iddia tələbi “yaranmış fərqin birdəfəlik ödənilməsi” hissəsində təmin edilməmişdir.

6. Məhkəmə hesab etmişdir ki, yaranmış fərqin birdəfəlik ödənilməsi hissəsi istisna edilməklə iddiaçı iddia tələbində haqlıdır. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir.

7. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın qismən, yəni təmin edilməyən pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini x ahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2933/2019 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2840/2019 saylı qərarı qismən – iddiaçının “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrində nəzərdə tutulmuş əlavələr əsasında əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin xx.xx.2003-cü ildən ödənilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrində nəzərdə tutulmuş, hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və hakimlərin müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla iddiaçının əmək pensiyasının xx.xx.2006-cı ildən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, qərar yoxlanılan, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanun hər bir halda pensiyanın xx.xx.2006-cı ildən əvvəlki tarixə təyin edilməsini istisna edir. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Odur ki, iddiaçı “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrində nəzərdə tutulmuş əlavələr əsasında iddiaçının pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin xx.xx.2003-cü ildən ödənilməsini xahiş etsə də, “Əmək pensiyaları haqqında” Qanunun istinad olunan normalarının tələblərinə əsasən sözügedən fərq məbləği xx.xx.2006-cı ildən hesablanmaqla ödənilməlidir. Bundan başqa, əmək pensiyasının baza, sığorta və yığım hissələri bir qayda olaraq büdcəyə tədrici ödənişlər hesabına toplanan məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Ona görə də, iddiaçının keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği tədricən və aldığı pensiyaya hissəhissə əlavə edilməklə ödənilməlidir.

10. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində, cavabdeh isə xx.xx.2020-ci il tarixində rəsmi qaydada almışdır.

11. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2933/2019 nömrəli qərarının qismən – apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Həmin qərardan cavabdeh də kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2933/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) İddiaçının kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə istinad etsə də, həmin Qanun 2017-ci ilin iyulun 1-dək qulluq stajına görə əmək pensiyası almaq hüququ yaranmış hərbi qulluqçular barəsində qüvvədən düşmüş 37.3.5-ci maddənin tətbiq edilməsini ədalətli hesab etmişdir. Belə olan halda 2017-ci ilin 1 iyulunadək qulluq stajına görə əmək pensiyası almaq hüququ yaranmış hərbi qulluqçular barəsində həmin Qanunun 32.1-1-ci maddəsi tətbiq edilə bilməz.

14. Digər tərəfdən məhkəmə birdəfəlik ödənilmə hissəsini də təmin etməmişdir. Lakin, iddiaçının yaşı 60-dan yuxarı olduğundan ona uzunmüddətli ödənişlərlə pensiya verilməsi ədalətsizdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilən məlumat vərəqəsindən göründüyü kimi, iddiaçı məhz hərbi qullu qçu kimi əmək pensiyasına çıxmış və uzun müddət də məhz hərbi qulluqçu kimi əmək pensiyası almış hakim kimi pensiyaya çıxmamışdır.

16. Lakin, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi bunu nəzərə almamış, iddiaçıya ümumi məhkəmələrin hakimlərinə şamil edilən əlavələrin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişlər.

17. İddiaçı öz mövqeyinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9-cu, 20.1.11-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 90-cı, 92-ci, 94-cü maddələrinə istinad etmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətlərinə etiraz təqdim edilməmişdir. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil k assasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırıl ması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

23. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirmiş, iddiaçı isə qismən, “yaranmış fərqin birdəfəlik ödənilməsi” hissəsində mübahisələndirmişdir.

24. Odur ki, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

26. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(81)-2840/2019 saylı qərarından cavabdeh apellyasiya şikayəti verməmiş, iddiaçı isə həmin qərardan apellyasiya şikayəti verərkən qərarı bütövlükdə mübahisələnirməmiş, iddia tələbinin “yaranmış fərqin birdəfəlik ödənilməsi” hissəsi təmin olunmadığından həmin hissədə qərarın ləğv edilərək tələbinin tam təmin edilməsini xahiş etmişdir.

27. Odur ki, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin yalnız “yaranmış fərqin birdəfəlik ödənilməsi” hissəsində mübahisələndirildiyindən, qalan hissədə isə həmin qərardan şikayət verilmədiyindən sözügedən qərar qalan hissədə həm iddiaçıya, həm də cavabdehə münasibətdə qüvvəyə minmişdir. 28. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2840/2019 saylı qərarından iddiaçı iddianın təmin olunmayan hissəsi üzrə apellyasiya şikayəti verdiyindən apellyasiya instansiyası məhkəməsi də hazırkı qərarın 25-ci maddəsində qeyd olunan normanın tələbi baxımından işə yalnız şikayət verilən hissədə, yəni birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbinin təmin olunmayan hissəsində (“yaranmış fərqin birdəfəlik ödənilməsi” hissəsi) baxmalı idi.

29. Lakin, apellyasiya instansiyası məhkəməsi şikayət həddindən kənara çıxaraq birinci instansiya məhkəməsinin qərarını şikayət verilməyən və artıq qüvvəyə minmiş hissədə də ləğv edərək yeni qərar qəbul etmiş, bununla da göstərilən prosessual normaların tələbini pozmuşdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində prosessual normaların pozulması ilə baxıldığından iddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

31. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qərarı şikayət həddində araşdıraraq ədalətli və qanuni qərar qəbul etməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 96-cı maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının və cavabdehin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2933/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının və cavabdehin kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar