Məhkəmə qərarları › İş №2-1(102)-1083/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1083/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1083/2021 08.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası X1rşı iş üzrə (Açar sözlər: dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X4 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə “dövlət ehtiyacları üçün alınmış xüsusi mülkiyyətində olan torpaq sahəsinin əvəzinə 60000 manat, tikiliyə xərclənən 1 000 manat və 60000 manat məbləğində kompensasiyanın 20 faiz miqdarında satınalma qiyməinə əlavə olaraq 12000 manat, cəmi 73000 manat məbləğində pulun ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(105)-11/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ünvan1 yerləşən 0,06 ha. torpaq sahəsi 17.09.2013-cü il tarixindən iddiaçı X3 xüsusi mülkiyyətindədir.

2. Həmin torpaq sahəsinə cavabdeh Azərbaycan X5 Agentliyi tərəfindən BakıŞamaxı magistral avtomobil yolunun genişləndirilməsi layihəsi həyata keçirilən zaman müdaxilə edilmişdir.

3. İddiaçı 12.06.2018-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona vurulmuş ziyana görə kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh 09.07.2018-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərdə qeyd olunan koordinatlara əsasən iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidə yol-infrastruktur layihəsi başa çatdığından, sözügedən torpaq sahələrinə görə kompensasiya ödənişi məsələsinə baxılması qeyri-mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət ehtiyacları üçün alınmış xüsusi mülkiyyətində olan Ünvan1 yerləşən 0,06 ha. torpaq sahəsinin əvəzinə 60.000 manat, 0,06 ha. torpaq sahəsində tikiliyə xərclənən 1000 manat v ə 60.000 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə olaraq 12.000 manat, cəmi 73.000 manat məbləğində pulun ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, Ünvan1 yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bakı-Şamaxı magistral yolunun genişləndirilməsi nəticəsində iddiaçıya məxsus torpaq sahəsindən yol çəkilərək ona 60000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin sahədə iddiaçı hündürlüyü 1 metr olmaqla, 5 metr enində, 30 metr uzunluğunda yarımçıq tikili tikmişdir. Həmin tikiliyə 1000 manat xərc çəkmişdir. İddiaçı ona vurulmuş ziyanın ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bildirmişdir ki, həmin layihə üzrə işlər başa çatdığından sözügedən torpaq sahələrinə görə kompensasiya ödənilməsi məsələsinə baxılması qeyri-mümkündür. Halbuki, Konstitusiyanın 13 və 29-cu, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1, 54.1-ci maddələrinin tələbinə görə ona kompensasiya ödənilməli idi. Odur ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2018-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17.10.2019-cu il tarixli, 2-1(085)150/2019 nömrəli qərarına əsasən (hakim – Vəfa Əzizova) iddianın qismən təmin edilməsi, iddiaçının mülkiyyətində olan Ünvan1 yerləşən 0,06 ha. torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əla qədar 2450 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 490 manat əlavə haqq, cəmi 2890 manat pul kompensasiyasının iddiaçıya dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olsa da, iş üzrə verilmiş ekspert və mütəxəssis rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsinin cəmi 35 kv.m. hissəsinə müdaxilə edildiyi və nəticədə iddiaçıya cəmi 2450 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir.

9. Həmin qərardan həm iddiaçı, həm cavabdeh, həm də üçüncü şəxs apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(105)-11/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Zaur Məmmədov, hakimlər – Fuad Məmmədov və Məhəmmədəli Rzayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17.10.2019-cu il tarixli, 2-1(085)-150/2019 nömrəli qərarı dəyişdirilmiş, iddiaçıya mülkiyyətində olan Ünvan1 yerləşən 0,06 ha. torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 21.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi torpaq sahəsinin zəbt edilmiş his səsindən əlavə hissəsinin də magistral yolun qırmızı xəttinə düşdüyü üçün istifadəyə yararsız olmasını nəzərə almamışdır. Beləliklə, iddiaçıya məxsus torpaq sahəsinin tam yararsız olduğu nəzərə alınmaqla həmin torpaq sahəsinin bazar dəyəri (17.500 manat) və bazar dəyərinin 20 faizi əlavə edilməklə 21.000 manat məbləğində iddiaçıya kompensasiya ödənilməlidir.

12. Məhkəmə qərarının hansı tarixdə cavabdehə təqdim edilməsini göstərən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

13. Cavabdeh 26.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(105)-11/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcə pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin qərarının əsaslandırıcı hissəsini dəyişməklə kifayətlənmişdir.

15. Belə ki, iddiaçının kompensasiya ödənilməsini tələb etdiyi torpaq sahəsi yolun mühafizə zonasına düşən hissəsində yerləşir, həmin torpaq sahəsindən iddiaçının sərbəst surətdə sahiblik və istifadə etməsinə hər hansı bir maneənin olması müəyyən edilməyərək, əksinə həmin torpaq sahəsinin iddiaçının tərəfindən hasarlandığı və həmin hasarın daxilində yerləşdiyi müəyyən edilir ki, b u da torpaq sahəsinin hər hansı məhdudiyyətə məruz qalmasını inkar etməklə iddiaçı tərəfindən sərbəst surətdə sahiblik və istifadə edilməsi qənaətini qaçılmaz edir. Kompensasiya isə o zaman ödənilə bilər ki, torpaq sahəsindən istifadəyə maneə yaradılsın və bunun əvəzi pul, əmlaklar və sair formada ödənilməklə qarşılanmalıdır. Lakin qeyd edilən xüsusat iş üzrə tədqiq edilmiş əsaslı şübhə yaratmayan sübutlarla təkzib olunur.

16. Bundan əlavə, torpağın dövlət ehtiyacları üçün əldə edilməsi zamanı o zaman kompensasiya verilməsi qanunvericilikdə təsbit edilmişdir ki, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilsin. Bundan sonra həmin torpaq sahəsinin alınmanın təsirinə məruz qalan torpaq olubolmaması aydınlaşdırılır v ə müəyyən edilərsə, torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən pul, əmlak və digər formada ifadə olunan kompensasiya verilir. Lakin hazırda mübahisələndirilən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması müəyyən edilməmişdir.

17. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat ver ərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

23. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

24. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikas ının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

25. Həmin Məcəllənin 1.1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün alınma dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməkl ə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması;

26. Həmin Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyaclarına aiddir.

27. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.

28. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 29. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplə ri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

30. Avropa Məhkəməsi Stolyarova Rusiya Federasiyasına qarşı işdə (15711/13) qeyd etmişdir ki, “Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququna müdaxilə zamanı mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunması təmin edilməlidir. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir.

31. Həmçinin Avropa Məhkəməsi Kozaçıoğlu Türkiyəyə qarşı işdə (2334/03) qeyd etmişdir ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqların ın müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyrimütənasib müdaxilədir. Kompensasiyanın müəyyən edilməsi zamanı qiymətləndirmə sistemi ədalətli olmalıdır.

32. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçin in tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin hazırkı qərarın 15-ci bəndində göstərilən dəlilini əsassız hesab edən məhkəmə kollegiyası həmin də lilə münasibətdə aşağıdakıları qeyd edir.

38. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçıya məxsus torpaq sahəsinin yolun tikintisi altına düşüb-düşmədiyini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, məhkəmə mühəndis-texniki ekspertizasının 27.05.2019-cu il tarixli 1891 nömrəli rəyinə əsasən iddiaçının mülkiyyətində olan 0,06 ha. torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarına və “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (müahfizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2015-ci il tarixli 298 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən aparılan magistral yolun genişləndirilməsi layihəs i həyata keçirilən zaman iddiaçının mülkiyyətində olan torpaq sahəsinin təqribi 35 kv.m. hissəsinə müdaxilə olunmuşdur.

39. Odur ki, iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə edilməməsinə dair cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır.

40. Cavabdehin kassasiya şikayətinin hazırkı qərarın 16-cı bəndində göstərilən digər dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinə məhz cavabdeh tərəfindən aparılan magistral yolun genişləndirilməsi ilə bağlı müdaxilə edilmişdir və bu hal işə aşağı instansiya məhkəmələri tərəfindən baxılarkən öz təsdiqini tapmışdır.

41. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sah əsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“BilgəhSumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir.

42. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, “cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09.07.2018-ci il tarixli cavab məktubunda iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidə yol-infrastruktur layihəsi başa çatdığından, sözügedən torpaq sahələrinə görə kompensasiya ödənişi məsələsinə baxılması qeyri-mümkün olduğu bildirilmişdir. Deməli, cavabdeh təsdiq edir ki, BakıŞamaxı avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçməklə inşası nəzərd ə tutulmuş, bu səbəbdən cavabdeh təşkilat tərəfindən torpağa müdaxilə edilərək qazma işləri aparılmışdır. 02.09.2019-cu il tarixli mütəxəssis rəyi ilə, həmçinin 19.11.2020-ci il tarixli rəylə də torpaq sahəsinin istifadə üçün tam yararsızlığı təsdiqlənmişdir. Beləliklə də cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilsə də, iddiaçıya məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0,06 ha torpaq sahəsinin məhz təsdiq edilmiş layihəyə əsasən, yolun tikinti altına düşməsi və bu səbəbdən torpaq sahəsində qazma işlərinin aparılması iş materialları ilə sübuta yetirilir”.

43. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 22-23-cü bəndlərində göstərilən konsti tusion hüquq normaları, eləcə də 29-31-ci bəndlərində göstərilən Konvensiyanın tələbləri və AİHM-nin hüquqi mövqeyinə əsasən də mülkiyyət toxunulmazdır, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması qeyri-mütənasib müdaxilədir, kompensasiyanın müəyyən edilməsi zamanı qiymətləndirmə sistemi ədalətli olmalıdır. Apellyasiya instansiyası məhkəməsi də göstərilən tələblərə uyğun hazırkı işin hallarına qiymət vermiş və torpaq sahəsinə müdaxilə edilməsinə görə ağlabatan kompensasiya məbləği müəyyən etmişdir.

44. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(105)-11/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli, 2-1(105)-11/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar