Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1083/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yükün buraxılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı MMC-nin ( xx.xx.2019 - qeydiyyata alınıb; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı yükün buraxılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-700/2022 nömrəli iş üzrə 9 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İş materiallarına əsasən xx.xx.2021-ci il tarixli **********8692 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, mal göndərən/ ixracatçı “Yuma Medical LP” Böyük Britaniya mal qəbul edən/idxalatçı İddiaçı MMC olmaqla cəmi 1000 ədəd kosmetik vasitələri (X6200 ədəd, X7 -300 ədəd, Phillex Sub-Q Plus-500 ədəd) invoys dəyəri 8300 ABŞ dolları, gömrük dəyəri 14110.00 manat, hesablanmış gömrük ödənişi 5214.27 manat qeyd edilmişdir.
2. Yuma Medical LP YM210421-KOM nömrəli xx.xx.2021 tarixli invoysda 1000 ədəd kosmetik vasitəyə görə 8300 ABŞ dollar ödənişin edilməsi qeyd edilmişdir. 3. 107OCT421158002Z nömrəli, xx.xx.2021-ci il tari xli ödəniş tapşırığından görünür ki, Kompliment MMC tərəfindən Yuma Medical LP-nin xeyrinə xx.xx.2021-ci il tarixli 12KOMP/2021 saylı müqavilə və YM210421-KOM nömrəli xx.xx.2021 tarixli invoysa əsasən 8300 ABŞ dolları məbləğində köçürmə həyata keçirilmişdir.
4. İdxal olun malların aviaqaiməsindən görünür ki, Yuma Medical LP tərəfindən Kompliment MMC-yə göndərilən kosmetik məhsulların HS kodu:3304.99- 9000 invoys nömrəsi YM210421-KOM kimi qeyd edilmişdir.
5. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, cəmi 5285.07 manat məbləğində gömrük rüsumu, ödənişləri və yığımları büdcəyə ödənilmişdir. xx.xx.2021-ci il tarixdə ********* və ********* nömrəli mədaxil qəbzləri ilə əlavə 30 manat və 5,40 manat ödəniş həyata keçirilmi şdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət saxlanılmasının qanunsuz hesab edilməsi; İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci il may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarə si tərəfində buraxılması; cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin qanunsuz əməlləri nəticəsində İddiaçı MMC-yə vurulmuş 100.000 manat məbləğində maddi ziyanın əvəzinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə təsis edilmiş İddiaçı MMC kosmetik və tibbi vasitələrin topdan satışı ilə məşğul olur. Həmin müxtəlif markalı kosmetik və tibbi vasitələr əsasən Cənubi Koreyadan və İspaniyadan idxal edilir. 2021-ci ilin may ayında İddiaçı MMC-nin ünvanına Böyük Britaniyanın «Yuma Medikal» LP-si tərəfindən Cənub i Koreyadan «Phillex» ticarət nişanlı kosmetik vasitələri göndərilmiş, Azərbaycan Respublikasına daxil olan kimi yükün gömrük rəsmiləşdirilməsi aparılmış, lakin mallar buraxılmamış və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən əsassız olaraq saxlanılmışdır. Məlumat üçün bildirilir ki, İddiaçı MMC ilə Böyük Britaniyanın «Yima Medikal» LP-si arasında bağlanmış 09 mart 2021-ci il tarixli, 012KOMP/2021 nömrəli müqaviləyə əsasən həmin LP MMC-yə CİP Bakı şərti ilə «Phillex» ticarət nişanlı kosmetik vasitələrini satır. "Yuma Medikal" LP-si göndərilən «Phillex» ticarət nişanına sahibdir və «Phillex» kosmetik məhsullarının istehsalçısı və qlobal distributorudur. Həmin məhsullar Cənubi Koreyada müasir texnoloji avadanlıqlarda istehsal olunur. Qiymət siyasətini və qiymət strategi yasını "Yuma Medikal" LP özü müəyyənləşdirir. İstehsal və göndərilmə yerindən asılı olmayaraq həmin şirkətlə "xxxx" MMC arasında «Phillex» kosmetik vasitələrinin sövdələşmə qiyməti (invoys qiyməti) «X6»7.0 (yeddi) ABŞ dolları, «X7»-8.0 (səkkiz) ABŞ dolları və «Phillex Sub-Q Plus»-9.0 (doqquz) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Müqaviləyə əsasən «Yuma Medikal» LP-si Cənubi Koreyada istehsal etdiyi «Phillex» kosmetik vasitələrini İddiaçı MMC-yə həm Koreyadakı, həmçinin digər ölkələrdəki anbarlarından, istənilən nəqliyyat vasitəsi ilə Bakı şəhərinə göndərə bilər və bu amillərin malların keyfiyyət və qiymətinə təsiri ola bilməz. 2019-2020-ci illər ərzində həmin məhsullar iddiaçının ünvana 8 dəfə göndərilmiş və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində heç bir problem yaratmadan gömrük r əsmiləşdirilməsi aparılmışdır. Lakin 2020-ci ilin sentyabr ayından MMC-yə qarşı gömrük əməkdaşları tərəfindən qərəzli münasibət göstərilir, daxil olan yüklər əsassız olaraq uzun müddət ərzində kənar şəxsin anbarında saxlanıldıqdan və bununla bağlı yuxarı orqanlara şikayətlər etdikdən sonra buraxılır. Məqsədyönlü şəkildə küllü miqdarda zərər vurulur, yüksək məbləğlərdə anbar pulları ödətdirilir. 2021-ci ilin 03 may tarixində YM210421-KOM nömrəli invoysla daxil olmuş «Phillex» kosmetik vasitələri dərhal GB**********8692 nömrəli bəyannamə ilə bəyan edilmiş, tələb olunan gömrük rüsum və ödənişləri dərhal tam ödənilmişdir. X3 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrini n gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu” bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərindən də görünür ki, həmin yükə dair təqdim olunan GB**********8692 nömrəli bəyannamə 03 may 2021-ci il tarixdə saat 20:43-də növbəyə qəbul olunmuş, 04 may 2021-ci il tarixdə saat 09:06-da gömrük rəsmiləşdirilməsi başlamış və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Həmin tarixdə saat 09:47-də isə rəsmiləşməyə təqdim olunan sənədlərin düz olması və 5214,27 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Göstərilən məbləğin tərəflərindən bank vasitəsi ilə dərhal tam ödənilməsinə baxmayaraq, bu günədək malları buraxılmamış və əsassız olaraq gömrük orqanı tərəfindən saxlanılmışdır. Bildirilir ki, GB**********8692 nömrəli bəyannamədə göstərilən qiymətlər müv afiq müqavilədə və invoysda göstərilən həqiqi sövdələşmə qiymətlərinə uyğundur. Həmçinin bəyannamə ilə birlikdə gömrük orqanına təqdim olunan sənədlər də düzdür. Bu gömrük orqanının müvafiq elektron bildiriş sistemindəki 04 may 2021-ci il tarixli saat 09:47- də qeydlərdə də öz əksini tapmışdır. Belə ki, həmin qeydlərə əsasən rəsmiləşdirməyə təqdim olunan sənədlər düzdür. Tələb olunan gömrük rüsumu və ödənişləri isə dərhal ödənilmişdir. Buna görə də malların buraxılmaması və gömrük orqanı tərəfindən bu günədək "xxxx" MMC-nin «GHC» filialındakı anbarda saxlanılması qərəzlidir, əsassız və qanunsuzdur. Bəyannamə təqdim edildiyindən 13 gün sonra, yəni 17 may 2021-ci il tarixdə müvafiq elektron bildiriş sistemində gömrük orqanı tərəfindən GB-dəki məlumatlar ilə təqdim olunan sənədlər uyğun olmad ığı üçün geri qaytarıldığı qeyd olunmuşdur. Lakin qeyd olunan uyğunsuzluğun nədən ibarət olması həmin sistemdə göstərilməmişdir. Bununla bağlı şifahi və yazılı sorğulara da cavab verilməmişdir. 17-25 may 2021-ci il tarixləri arasında dəfələrlə rəsmi qaydada yazılı və Komitənin qaynar xəttinə telefon vasitəsi ilə edilən şikayət zənglərindən sonra Komitə əməkdaşları telefonla rastlaşdığı problemin gömrük orqanı tərəfindən aradan qaldırıldığını bildirilmiş və malların buraxılması üçün bəyannamənin yenidən təqdim edilməsi barədə göstəriş verilmişdir. Həmin bəyannamə 25 may 2021-ci il tarixdə yenidən gömrük orqanına təqdim edilmişdir. Həmin tarixdə saat 14:07-də bəyannamə gömrük orqanında növbəyə qəbul olunmuş, həmin tarixdə saat 14:25-də rəsmiləşdirməyə təqdim olunan sənədlərin düz olması və 5249,67 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Göstərilən məbləğin tərəflərindən bank vasitəsi ilə ödənilməsinə baxmayaraq malları yenə də buraxılmamış, səbəbi nə rəsmi olaraq, nə də ki, şifahi qaydada izah edilməmiş, saat 15:18-də isə müvafiq elektron bildiriş sistemində gömrük orqanı tərəfindən GB-dəki məlumatlar ilə təqdim olunan sənədlər uyğun olmadığı üçün geri qaytarıldığı qeyd olunmuşdur. Lakin qeyd olunan uyğunsuzluğun nədən ibarət olması yenə də həmin sistemdə göstərilməmişdir. 25 may 2021-ci il tarixdə gömrük bəyannaməsini yenidən gömrük orqanına təqdim etmişlər, həmin tarixdə saat 16:34-də bəyannamə gömrük orqanında növbəyə qəbul olunmuş, həmin tarixdə saat 16:39-da elektron bildiriş sistemində rəsmiləşdirməyə təqdim olunan sənədlərin düz olması və 5285,07 AZN məbləğin ödəni lməsi tələb olunmuşdur. Göstərilən məbləğin tərəflərindən bank vasitəsi ilə ödənilməsinə baxmayaraq mallar yenə də buraxılmamış, səbəbi nə rəsmi olaraq, nə də ki, şifahi qaydada izah edilməmişdir. Qeyd olunan bəyannamə gömrük orqanı tərəfindən rəsmi olaraq bu günədək geri qaytarılmamışdır. Malların buraxılmamasının səbəbi isə bu günədək açıqlanmamışdır. Gömrük orqanının müvafiq elektron bildiriş sistemindəki 04 may 2021-ci il tarixdə mallar rəsmiləşdirilməsinin başlanılması və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılması, rəsmiləşməyə təqdim olunan sənədlərin düz olması və 5214,27 AZN məbləğin ödənilməsinin tələb olunmasına dair qeydlər təsdiq edir ki, gömrük orqanına təqdim olunmuş sənədlərdə heç bir problem olmamış, gömrük dəyəri isə düzgün müəyyən olu nmuşdur (malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğun olması təsdiq olunmuşdur). Tələb olunan gömrük rüsum və ödənişləri tərəflərindən dərhal bank vasitəsi ilə tam ödənilmişdir. Bununla da gömrük rəsmiləşdirilməsi başa çatmışdır. Gömrük orqanı isə mallarını buraxılmasından qanunsuz olaraq imtina etmiş, səbəbini isə izah etməmişdir. 25 may 2021- ci il tarixdə isə gömrük orqanı özünün müvafiq elektron bildiriş sistemində bəyannamənin təqdim olunan sənədlərlə düz olmasını bir daha təsdiq etmişdir. Eyni zamanda tələb olunan gömrük rüsum və ödənişlərin də tam şəkildə ödənildiyi bir daha təsdiq olunmuşdur.
8. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Dövl ət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, **********0 nömrəli aviaqaimə ilə Koreya Respublikasından göndərilən, İddiaçı MMC-nin Böyük Britaniyanın “Yuma Medical LP” şirkəti ilə imzaladığı xx.xx.2021-ci il tarixli 12KOMP/2021 saylı müqaviləyə və xx.xx.2021-ci il tarixli YM210421-KOM saylı invoysa əsasən dəyəri 8300 ABŞ dolları göstərilən, mənşə ölkəsi Koreya Respublikası olan 1000 ədəd kosmetik vasitələrin (200 ədəd “X8”, 300 ədəd “X7”, 500 ədəd “Philleks Sub-Q Plus”) gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2021-ci il tarixdə **********8692 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə qeyd olunan bəyannamə bəyannaməçiyə qaytarılmışdır. Həmin malların dəyər inin İddiaçı MMC tərəfindən düzgün bəyan edilib-edilməməsinin dəqiqləşdirilməsi məqsədilə ixracatçı şirkətin Koreya Respublikasının gömrük orqanlarına təqdim etdiyi gömrük bəyannaməsinin surətlərinin göndərilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə 1000-200/0xx-xx/009028 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsindən ixracatçı ölkəyə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2ması və Audit Baş İdarəsinin 1000- 160/1xx-xx/010564 nömrəli xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən, Koreya Respublikasından alınmış sorğunun cavabında İddiaçı MMC tərəfindən **********8692 nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən malların ümumi dəyəri 8300 ABŞ dolları deyil, 15012 ABŞ dolları olduğu, göndərilmə şərtinin isə “CİP” deyil, “FOB” olduğu müəyyən edilmişdir. İddiaçı MMC-nin gömrük dəyərində müvafiq düzəlişlərin aparılması üçün deklaranta qaytarıldıqdan sonra həmin tələb yerinə yetirilməmiş və müvafiq gömrük ödənişləri ödənilmədiyinə görə yük sərbəst dövriyyə üçün buraxılmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7631/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddiası “maddi ziyanın ödənilməsi” hissəsində mümkün sayılmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7631/2021 nömrəli (sədrlik edən Aytən Oruczadə) qərarı ilə iddia təmin edilərək iddiaçının ünvanına daxil olan və iddiaçı tərəfindən 2021-ci ilin may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh tərəfindən əsassız olaraq uzun müddət saxlanılmasının qanunsuz hesab edilməsi, iddiaçının ünvanına daxil olan və iddiaçı tərəfindən 2021-ci il may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yük cavabdeh tərəfindən buraxılması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunvericilik tələblərinə uyğun olmamışdır. Belə olan halda İddiaçı MMC tərəfindən 2021-ci ilin may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cav abdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət saxlanılması qanunsuz hesab edilməli, yük cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən buraxılmalıdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2022-ci il tarixli, 21(103)-700/2022 nömrəli (hakimlər Səadət Bəktaşi-sədrlik edən və məruzəçi, Azər Hüseynov və Aida Hüseyn) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci insta nsiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, **********0 nömrəli aviaqaimə ilə Koreya Respublikasından göndərilən, İddiaçı MMC-nin Böyük Britaniyanın “Yum a Medical LP” şirkəti ilə imzaladığı xx.xx.2021-ci il tarixli 12KOMP/2021 saylı müqaviləyə və xx.xx.2021 -ci il tarixli YM210421-KOM saylı invoysa əsasən dəyəri 8300 ABŞ dolları göstərilən, mənşə ölkəsi Koreya Respublikası olan 1000 ədəd kosmetik vasitələrin (200 ədəd “X8”, 300 ədəd “X9”, 500 ədəd “Philleks Sub-Q Plus”) gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2021-ci il tarixdə **********8692 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə qeyd olunan bəyannamə bəyannaməçiyə qaytarılmışdır. İddiaçı MMC gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı invoysun əsas götürülməsinə istinad etmiş, malların gömrük dəyərinin müəyyən edilməsinin üsulu kimi sövdələşmə qiymətini rəhbər tutmuşdur. Belə ki, İddiaçı MMC əslində mala çəkilən xə rcin 8300 ABŞ dolları olduğunu, gömrük orqanına təqdim olunan invoysun nəzərə alınmalı olduğunu iddia edir. Bildiririk ki, qeyd olunan malların dəyərinin İddiaçı MMC tərəfindən düzgün bəyan edilib-edilməməsinin dəqiqləşdirilməsi məqsədilə ixracatçı şirkətin Koreya Respublikasının gömrük orqanlarına təqdim etdiyi gömrük bəyannaməsinin surətlərinin göndərilməsi ilə bağlı xx.xx.2021- ci il tarixli 1900012/0xx-xx/001656 nömrəli məktubla Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə müraciət olunmuş və həmin İdarənin xx.xx.2021-ci il tarixli 1000-200/0xxxx/009028 nömrəli məktubu ilə ixracatçı ölkəyə sorğu göndərilmişdir.
17. Dövlət Gömrük Komitəsinin X2ması və Audit Baş İdarəsinin xx.xx.2021- ci il tarixli 1000-160/1xx-xx/011018 nömrəli məktubuna əlavə olunan Koreya Respublikasını n Gömrük Xidmətindən alınmış sorğunun cavabında İddiaçı MMC tərəfindən **********8692 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən malların ümumi dəyəri 8300 ABŞ dolları deyil, 15012 ABŞ dolları olduğu, göndərilmə şərtinin isə “CİP” deyil “FOB” olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının Metodologiyası”nın təsdiqi haqqında xx.xx.2015-ci il tarixli 100/026 nömrəli sərəncamında "FOB” göndərilmə şərtinin anlayışı verilmişdir. Belə ki, həmin sərəncamın 10.2-ci bəndinə əsasən FOB qiymətlərlə dəyərə malın dəyəri və malı ixrac edən ölkənin sərhədinə çatdırılması üçün çəkilən xərclər (daşınma və sığorta xərcləri) daxil edilir. Lakin, İddiaçı MMC-nin təqdim etdiyi gömrük b əyannaməsində malın dəyəri 8300 ABŞ dolları göstərilmiş və həmin dəyər əsasında cəmi 5249,67 manat gömrük ödənişləri hesablanmışdır. Koreya Gömrük Xidməti tərəfindən malın faktiki dəyərinin Koreya ixrac bəyannaməsində yuxarı göstərildiyi təsdiqlənmişdir. Bu səbəbdən gömrük orqanı haqlı olaraq, dəyərləndirmənin düzgün olmadığı barədə qənaətə gəlmiş və bəyannaməçidən gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi tələb edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 102.1 -ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır.
18. Belə ki, Gömrük Məcəlləsinin 302.2-ci maddəsinə əsasən malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu mallar ın satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır.
19. Göründüyü kimi, İddiaçı MMC-nin **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan malın gömrük dəyərində gömrük orqanının vəzifəli şəxsində şübhə yaranmış və Koreya Gömrük Xidmətinə sorğu verilmişdir. Koreya Gömrük Xidmətindən daxil olmuş 25 iyun 2021 -ci il tarixli elektron məktubda qeyd olunmuşdur ki, Koreya Gömrük Xidməti gömrük rəsmiləşdirilməsi prosesində kağızsız sistemdən istifadə etdiyindən idxal/ixrac bəyannaməsi üçün kommersiya invoysu və digər sənədlərin təqdim olunması zəruri deyil. Sorğunun icra olunması üçün Koreya Gömrük Xidmətinə Excel cədvəli şəklində Azərbaycanda olan idxal bəyannaməsinə dair məl umatlar istənilmişdir. Həmin məlumatlar göndəriləndən sonra Koreya Gömrük Xidmətindən daxil olmuş RP-AZ2021-002-1 nömrəli 29 iyun 2021-ci tarixli məktubda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli **********057X nömrəli Koreya ixrac bəyannaməsində dəyər Azərbaycan tərəfindən təqdim olunan ($ 8,300) məbləğdən yuxarıdır. Belə ki, Koreya ixrac bəyannaməsinin 46 və 49-cu qrafasında ödəniş məbləği FOB-USD15,012.00 qeyd olunmuşdur və İddiaçı MMC-nin təqdim etdiyi invoys sənədlərində göstərilən 7-8 ABŞ dollarından fərqli olaraq, kosmetik vasitələrin 1 ədədinin həqiqi qiyməti 18 ABŞ dollarıdır. İddiaçı MMC tərəfindən gömrük rəsmiləşdirilməsinə təqdim olunan **********8692 sorğu nömrəli gömrük bəyannaməsində gömrük dəyəri aşağı göstərildiyinə görə gömrük borcu yaranmış və bu borcun ödəniləcəyinə təminat verilmədiyinə görə yük sərbəst dövriyyə üçün buraxılmamışdır.
20. Eyni zamanda xüsusi olaraq bildirilir ki, dəfələrlə **********8692 sorğu nömrəli gömrük bəyannaməsindəki gömrük dəyərinin düzgün olmadığı İddiaçı MMC-nin direktoru Aytən Ələkbərovanın nəzərinə çatdırılmış, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən bəyannaməçidən müvafiq düzəlişlərin aparılması tələb edilmişdir. Lakin bir daha qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı MMC-nin direktoru Aytən Ələkbərova müxtəlif instansiyalara çoxsaylı, həqiqəti əks etdirməyən yalan və böhtan xarakterli ifadələrlə dolu olan məktublar yazmaqla direktoru olduğu İddiaçı MMC-nin idxal etdiyi kosmetik vasitələrin dəyərini azaltmaqla gömrük ödənişlərinin ödənilməsindən yayınmaqda davam edir.
21. Bildirilir ki, İddiaçı MMC gətirdiyi malları öz anbarında müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmək istəyir. İddiaçı MMC özü anbar sahibi olduğu halda gömrük orqanı ilə mülki-hüquqi müqavilə bağlaması hüquqi cəhətdən mümkün deyil. Bu da qərarda qeyd olunan “iddiaçı mal sahibi kimi həmin malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün gömrük orqanı ilə hər hansı mülki-hüquqi müqavilə bağlamamışdır” ifadəsinin əsassız olduğunu təsdiq edir.
22. Xüsusi olaraq bildirilir ki, **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan malların gömrük dəyərinə düzəliş edilməsinə dair **********78 nömrəli bildirişin olması gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Gömrük Məcəlləsinin 70-cİ maddəsinin tələblərinin pozulmadığını bir daha sübut edir. Gömrük orqanının və zifəli şəxsləri tərəfindən **********78 nömrəli bildiriş iddiaçıya təqdim olunmuş, eyni zamanda həmin bildiriş və X3 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin İnternet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu” bölməsində yerləşdirilmiş sözügedən çıxarış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına sübut olaraq təqdim olunur (əlavə olunur). b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, Gömrük orqanı malların saxlanılmasının səbəbinə dair iddiaçıya hər hansı bir rəsmi məlumat verməmiş, ünvanlarına qərar, bildiriş, məktub, pretenziya göndərməmişdir. Belə sənədləri və ya bu tip sənə dlərin iddiaçıya göndərilməsini təsdiq edən poçt qəbzlərini məhkəməyə də təqdim etməmişdir. Çünki, belə sənədlər yoxdur. Həmçinin poçt göndərişləri və qəbzləri də mövcud deyildir. Bildirdiyi kimi, mövcud qanunvericiliyin tələblərinə əsasən gömrük yoxlamaları və auditi yalnız gömrük bəyannaməsi təsdiq olunduqdan və malların buraxılışından sonra həyata keçirilə bilər. Bu Gömrük Məcəlləsinin 1.0.10, 74-cü və 98-ci maddələrində öz əksini tapmışdır. İddiaçı isə malını gömrükdən götürə bilməmişdir. Belə ki, malları gömrük əməkdaşları tərəfindən qərəzli olaraq buraxılmamış və daşınıb aparılaraq kənar şəxsin şəraitsiz anbarında qanunsuz olaraq saxlanılır.
24. Qeyd edir ki, gömrük orqanı malları buraxmalı və bundan sonra müvafiq vəzifəli şəxsin qərarına əsasən, sahibkarlıq sahəsində aparılan yoxlam aların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl iddiaçıya təqdim edilməklə, kommersiya fəaliyyətlərinə mane olmadan, gömrük auditini aparmalı idi. Gömrük orqanının nümayəndəsi qanun çərçivəsində istədiyi an iddiaçının anbarında mallara dair yoxlama və ya audit apara bilər. Lakin gömrük orqanı bunu etmək əvəzinə qanunsuz olaraq onların mallarını sərbəst dövriyyə buraxmamış, bunun səbəblərini bizə izah etməmiş və "xxxx" MMC-nin «GHC» filialının bahalı anbarında iddiaçıya məlum olmayan şəraitdə qəsdən saxlamışdır. Cavabdeh gömrük orqanı onların mallarını qəsdən, əsassız və qanunsuz olaraq buraxmamışdır.
25. İddiaçı MMC-si tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunduğu kimi, iddiaçının ca vabdeh gömrük orqanına təqdim etdiyi bəyannamə həmin orqan tərəfindən qəbul olunmuş, təsdiq olunmuş, yoxlanılmış və təqdim etdiyi sənədlər də düzdür. Həmin bəyannamə müvafiq idarələrarası elektron hökümət portalında da görünür. Buna görə də onlar həmin bəyannaməyə əsasən malların dəyərini, yəni 8300 ABŞ dollarını bank vasitəsi ilə xarici ölkəyə mal satan "xxxx" MMC-nin hesabına köçürə bilmişdir. Belə ki, Gömrük Məcəlləsi, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında” və digər Qanunların tələbləri, həmçinin Azərbaycan Respublikası Mərkəzi X5 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı və həmin Qərarla təsdiq olunmuş müvafiq Qaydalara əsasən, yalnız təsdiq olunmuş və müvafiq sistemdə görünən bəyannamələr üzrə xarici ölkəyə idxal edilmiş mallara görə valyuta köçürə bilər. Azərbaycan Res publikasında idxal- ixrac əməliyyatlarının tənzimlənməsinə dair qanunvericilikdə isə idxal edilən malların hesablaşmalar hissəsinə Mərkəzi Bankın və Dövlət Gömrük Komitəsinin birgə nəzarət etməsi və bu sahədə əməkdaşlıq etmələri öz əksini tapmışdır (malların dəyərinin xarici ölkəyə ödənilməsini təsdiq edən bank sənədi tərəflərindən məhkəməyə təqdim olunmuşdur).
26. İddiaçı MMC-si tərəfindən bəyan etmə Gömrük Məcəlləsinin 146, 148, 149 və 150-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hazırlanmış və 2014-cü il 22 iyul tarixli 263 saylı qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"na uyğun həyata keçirilmişdir. Həmçinin, Gömrük Məcəlləsinin 148-ci (Bəyannaməçi) maddəsi ilə bəyannaməçi kimi üzə rinə düşən bütün vəzifələr tərəfindən tam icra edilmişdir. Bununlada iddiaçı kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Gömrük məcəlləsi: Maddə
102. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Maddə 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Maddə 104.2. Malların müvafiq gömrük pros eduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Maddə 121.1. Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Maddə 146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Maddə 146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə h əyata keçirilir. Maddə 148.
3. Malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. 28. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Maddə 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Maddə 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Maddə 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə. Maddə 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük də yərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Maddə 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Maddə 18.2. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti əsasında müəyyən edilə bilməz.
29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəm ə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hədd ə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSNİN MÖVQEYİ
32. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, iddiaçı cavabdehə qarşı “yükün buraxılmasına dair” iddia tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıy ır, iddia tələbində qeyd olunanlar əsassızdır. Gömrük orqanının vəzifəli şəxsinin apardığı araşdırma bitməmiş və ixracatçı ölkəyə göndərilən sorğuya cavab verilənədək, təqdim olunan **********8692 sorğu nömrəli gömrük bəyannaməsində gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi əvəzinə iddiaçı tərəfindən heç bir əsas olmadan yükün buraxılması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qə rar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır, həmçinin (İPM-nin 1.2-ci maddəsinə istinadən) MPM-in 4-cü maddəsində bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olması təsbit edilmişdir (MPM-in 4.1-ci maddəsi).
34. Hətta MPM-in 4.2-ci maddəsinə görə məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
35. Belə olan halda iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi hüququndan istifadə etməsi qanuna uyğun olmuşdur.
36. Qaldı ki, cavabdehin qənaətincə, iddiaçını n məhkəməyə “heç bir əsas olmadan” iddia ilə müraciət etməsi, sözügedən məsələyə, yəni iddianın əsaslı olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətlərinə daxildir.
37. Cavabdeh kassasiya şikayətində həmçinin göstərmişdir ki, Dövlət Gömrük Komitəsinin “Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının metodologiyasının təsdiqi haqqında 13 fevral 2015-ci il tarixli 100/026 nömrəli sərəncamında “FOB” göndərilmə şərtinin anlayışı verilmişdir. Belə ki, həmin sərəncamın 10.2-ci bəndinə əsasən “FOB” qiymətlərlə malın dəyəri və malı ixrac edən ölkənin sərhədinə çatdırılması üçün çəkilən xərclər (daşınma və sığorta xərcləri) daxil edilir. Lakin iddiaçının təqdim etdiyi gömrük bəyannaməsində malın dəyəri 8.300 ABŞ dolları göstərilmiş və həmin dəyər əsasında cəmi 5249,67 manat gömrük ödənişləri hesablanmışdır. Koreya gömrük xidməti tərəfindən malın faktiki dəyərinin Koreya ixrac bəyannaməsində yuxarı göstərildiyi təsdiqlənmişdir. Bu səbəbdən gömrük orqanı haqlı olaraq, dəyərləndirmənin düzgün olmadığı barədə qənaətə gəlmiş və bəyannaməsindən gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi tələb edilmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, 2021-ci ilin 3 may tarixində iddiaçının ünvanına YM210421-KOM nömrəli invoysla daxil olmuş ümumi dəyəri 8300 ABS dolları olan yük iddiaçı tərəfindən GB **********8692 nömrəli bəyannamə ilə sərbəst dövriyyə buraxılması üçün bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmişdir. Gömrük orqanı müvafiq elektron s istemindəki bildirişləri ilə də rəsmiləşməyə iddiaçının təqdim etdiyi sənədlərin düz olmasını və iddiaçı tərəfindən ödənilmiş gömrük rüsum və ödənişlərini qəbul etdiyini bildirmişdir.
39. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. Halbuki İddiaçı MMC-in gömrük orqanına təqdim etdiyi bəyannamə və sənədlər gömrük orqanı tərəfindən yoxlanılmış və onların düz olması müəyyən olunmuşdur. Belə ki, yuxarıda artıq göstərildiyi kimi YM210421-KOM nömrəli invoysla daxil olmuş «Phillex» kosmetik vasitə ləri dərhal iddiaçı tərəfindən GB**********8692 nömrəli bəyannamə ilə bəyan edilmiş, tələb olunan gömrük rüsum və ödənişləri ödənilmişdir. X3 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu” bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərindən də görünür ki, həmin yükə dair təqdim olunan GB**********8692 nömrəli bəyannamə 03 may 2021-ci il tarixdə saat 20:43-də növbəyə qəbul olunmuş, 04 may 2021-ci il tarixdə saat 09:06-da gömrük rəsmiləşdirilməsi başlamış və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Həmin tarixdə saat 09:47-də isə rəsmiləşməyə təqdim olunan sənədlərin düz ol ması və 5214,27 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Daha sonra gb-dəki məlumatlar ilə təqdim olunan sənədlər uyğun olmadığı üçün geri qaytarılmışdır. İddiaçı şirkət tərəfindən həmin məbləğ tam şəkildə ödənilmişdir.
40. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, gömrük orqanı tərəfindən ilk olaraq Gb qəbul olunmuş, hətta gömrük ödənişlərinin həyata keçirilməsi tələb olunmuş, lakin sonradan əsassız səbəbə görə malin buraxılmasına icazə verilməmişdir.
41. Bununla yanaşı cavabdeh kassasiya şikayətində göstərmişdir ki, şikayətində malların dəyərinin İddiaçı MMC tərəfindən düzgün bəyan edilməməsini və gömrük dəyərinə düzəliş olunmasını bildirsə də hər hansı çatışmazlıq və ya uyğunsuzluğun olduğu hallarda bu barədə iddiaçıya bildiriş vermək, bununla bağlı onu ya zılı və şifahi qaydada məlumatlandırmaq Gömrük Məcəlləsinin 70.1-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifələrinə aid edilmişdir.
42. Lakin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin bu məzmunda iddiaçıya hər hansı bildiriş verməsi, bununla bağlı onu hər hansı formada məlumatlandırması, ümumiyyətlə gömrük rəsmiləşdirilməsinin hansı səbəbdən baş verməməsi barədə hər hansı informasiya verməsi, yəni məsələ ilə əlaqədar iddiaçını gömrük orqanına gəlməsi barədə dəvət etməsi, lakin iddiaçının gəlməməsi, iddiaçının təqsirli hərəkətsizliyindən – gömrük rəsmiləşdirilməsinin gecikdiyi müəyyən olunmamışdır, nə də gömrük orqanı bu halları təsdiq edəcək məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, malların ölkəyə idxal olunduğu barədə məlumatlandırıldıqdan sonra iddiaç ı ardıcıl surətdə, israrlı şəkildə, ləngimələrə yol vermədən öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırılması ilə cavabdeh orqan tərəfindən bəyannamənin qaytarılmasına səbəb olan hallar öz təsdiqi tapmadığından iddiaçı tərəfindən qanuni əsaslarla gətirilən malları əsassız saxlamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
44. Bundan əlavə cavabdeh kassasiya şikayətində göstərmişdir ki, həmin qərarda (burada apellyasiya məhkəməsinin qərarı nəzərdə tutulur-qeyd Ali Məhkəmənindir) qeyd olunan “Koreya Gömrük Xidmətinin RP-AZ-2021-002-1 nömrəli, 29iyun 2021-ci il tarixli məktubunun sübut qismində sayılması və cavabdeh inzibati orqanın xeyrinə təsir göstərməsi mümkün deyildir” anlayışı ilə bağlı bildiririk ki, Azərbaycan Resp ublikası Gömrük Məcəlləsinin 101.3-cü maddəsinə əsasən risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar. Baxmayaraq ki, Koreya Gömrük Xidmətinin RP-AZ-2021-002-1 nömrəli, 29 iyun 2021-ci il tarixli məktubunun tərcümə olunmuş nüsxəsində “bu məlumat üçüncü tərəfə açıqlanmamalı və sübut kimi istifadə edilməməlidir” bildirilsə də, Koreya Gömrük Xidməti tərəfindən malın faktiki dəyərinin Koreya İxrac bəyannaməsində yuxarı göstərildiyi təsdiqlənmişdir. Bu səbəbdən gömrük orqanı haqlı olaraq, dəyərləndirmənin düzgün olmadığı barədə qənaətə gəlmiş və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 162.2ci maddəsinə əsasən bəyannaməçidən gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi tələb edilmişdir. Göründüyü kimi gömrük orqanı gömrük dəyərinin azaldılması ilə bağlı şübhələrində haqlı olmuş, Koreya Gömrük Xidmətinin RP-AZ-2021-002-1 nömrəli, 29 iyun 2021-ci il tarixli məktubu da bunun sübutudur.
45. Məhkəmə kollegiyası cavabdehin dəlilini də əsasız hesab edir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış sorğu əsasında Dövlət Gömrük Komitəsi ilə Koreya Gömrük Xidməti arasında aparılan yazışmaların surətləri təqdim olunmuş və sənədlər toplusunda Koreya gömrük xidməti tərəfindən təsdiqlənmiş, 15012.00 ABŞ dolları məbləğində mallara dair ixr ac bəyannaməsi mövcud olmamışdır. Sənədlər toplusunda mövcud olan Koreya Gömrük Xidmətinin RP-AZ-2021-002-1 nömrəli, 29 iyun 2021-ci il tarixli xidməti məktubun tərcümə olunmuş nüsxəsində aşağıdakılar göstərilmişdir: “Sizin göndərdiyiniz AWB nömrələrindən istifadə etməklə Koreya Gömrük Xidmətinin kompüter sistemində qeydə alınmış ixrac bəyannamələrindəki məlumatları nəzərdən keçirdik. Qiymətlə bağlı məlumatlarda biz Azərbaycanda təqdim edilən idxal bəyannaməsindəki dəyərin Koreyada ixrac bəyannaməsindəki dəyərdən yuxarı/aşağı olmağını müəyyən etdik. Bu yoxlamanın nəticəsini qoşmada sizə göndəririk”.
46. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həm notarial qaydada tərcümə və təsdiq olunmuş, həmçinin də xarici dildə olan məktubun məzmununda qeyd olunmuşdur ki, “Thi s information is provided for your intelligence only. İt shell not be disclosed to the third party or used as evidence in court - Bu məlumat yalnız məlumat üçün sizə verilir. Üçüncü tərəfə açıqlanmamalı və məhkəmədə sübut kimi istifadə edilməməlidir”.
47. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmə sorğusu əsasında, həmçinin cavabdeh tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş məktubun tərcümə olunmuş nüsxəsində zəruri olan məlumat göstərilməmiş, məktubun sübut qismində məhkəmədə istifadə olunması nəzərdə tutulmadığı halda, həmin məktub əsas gətirilərək iddiaçı tərəfindən gətirilən malların dəyərinin gömrük bəyannaməsində göstərilən dəyərdən yüksək olduğu bildirilmişdir. Göstərilən bu hal ona dəlalət edir ki, cavabdeh iddiaçı tərəfindən bəyan edilmiş məlumatları təhrif etmiş, lakin bunun əsaslı olmasını təsdiq edə bilməmişdir.
48. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh orqan Koreya Respublikasından alınmış məktubun sübut qismində məhkəmədə istifadə olunması nəzərdə tutulmadığı halda məktuba istinad edərək bəyannaməni bəyannaməçiyə qaytarmaqla haqlı olmamışdır.
49. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 9 mart 2022-ci il tarixli, 2-1(103)-700/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2022-ci il tarixli, 21(103)-700/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.